Muslim99Muslim99
← Tafsir library

5. Al-Maaida

The Table · Medinan · 120 ayahs

سُورَةُ المَائـِدَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 61–70 of 120

61

وَإِذَا جَآءُوكُمْ قَالُوٓا۟ ءَامَنَّا وَقَد دَّخَلُوا۟ بِٱلْكُفْرِ وَهُمْ قَدْ خَرَجُوا۟ بِهِۦ ۚ وَٱللَّهُ أَعْلَمُ بِمَا كَانُوا۟ يَكْتُمُونَ

(Münafiqlər) sizin yanınıza gəldikləri zaman: “Biz iman gətirdik!” - deyirlər. Halbuki onlar (sizin hüzurunuza ürəklərində gizlətdikləri) küfrlə daxil olmuş, küfrlə də çıxıb getmişlər. Allah onların gizlətdiklərini (özlərindən) daha yaxşı bilir!

Ey Möminlər! Münafiqlər sizin yanınıza gəl­dikdə, onlardan bəziləri qəlblərindəki nifaq üzündən sizə özlərinin iman gətirdiklərini büruzə verirlər. Amma həqiqət budur ki, onlar sizin ya­nı­nıza girdikdə də, sizin yanınızdan çıxdıqda da, küfrlə girib elə küfrlə də çıxmışdılar. Allah onların sizə özlərini iman əhli kimi göstərib, qəlblərində isə küfrü giz­lətdik­lə­rini daha yaxşı bilir və onlara bu əməllərinin cəzasını verəcəkdir.

Al-Maaida 5:61Listen in Qur'an →
62

وَتَرَىٰ كَثِيرًۭا مِّنْهُمْ يُسَٰرِعُونَ فِى ٱلْإِثْمِ وَٱلْعُدْوَٰنِ وَأَكْلِهِمُ ٱلسُّحْتَ ۚ لَبِئْسَ مَا كَانُوا۟ يَعْمَلُونَ

Onların bir çoxunu günah işləməyə, düşmənçilik etməyə və haram yeməyə tələsən görərsən. Onların gördüyü işlər necə də pisdir!

Ey Peyğəmbər! Yəhudi və münafiqlərdən bir çoxunu yalan danışmaqa, haqsız yerə başqalarına zülm etməyə və insanların mallarını haram yollarla mənimsəyərək gü­nahlar işləməyə tələsən görərsən. Onların gördükləri iş necə də pisdir!

Al-Maaida 5:62Listen in Qur'an →
63

لَوْلَا يَنْهَىٰهُمُ ٱلرَّبَّٰنِيُّونَ وَٱلْأَحْبَارُ عَن قَوْلِهِمُ ٱلْإِثْمَ وَأَكْلِهِمُ ٱلسُّحْتَ ۚ لَبِئْسَ مَا كَانُوا۟ يَصْنَعُونَ

Kaş onların (yəhudilərin) din alimləri və fəqihləri onlara günah söyləməyi və haram yeməyi qadağan edəydilər! Onların törətdiyi əməllər necə də pisdir!

Məgər onların imamları və elm adamları on­ları yalan sözlər danışmaqdan, yalan şahidlik etməkdən və insanların mallarını haram yollarla ye­məkdən çəkindirə bilmirdilərmi? Onla­rın imamlarının və elm adamlarının onları gördükləri əməllərdən çəkindirməməsi necə də pis bir işdir!

Al-Maaida 5:63Listen in Qur'an →
64

وَقَالَتِ ٱلْيَهُودُ يَدُ ٱللَّهِ مَغْلُولَةٌ ۚ غُلَّتْ أَيْدِيهِمْ وَلُعِنُوا۟ بِمَا قَالُوا۟ ۘ بَلْ يَدَاهُ مَبْسُوطَتَانِ يُنفِقُ كَيْفَ يَشَآءُ ۚ وَلَيَزِيدَنَّ كَثِيرًۭا مِّنْهُم مَّآ أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ طُغْيَٰنًۭا وَكُفْرًۭا ۚ وَأَلْقَيْنَا بَيْنَهُمُ ٱلْعَدَٰوَةَ وَٱلْبَغْضَآءَ إِلَىٰ يَوْمِ ٱلْقِيَٰمَةِ ۚ كُلَّمَآ أَوْقَدُوا۟ نَارًۭا لِّلْحَرْبِ أَطْفَأَهَا ٱللَّهُ ۚ وَيَسْعَوْنَ فِى ٱلْأَرْضِ فَسَادًۭا ۚ وَٱللَّهُ لَا يُحِبُّ ٱلْمُفْسِدِينَ

Yəhudilər dedilər: “Allahın əli bağlıdır!” Bu dedikləri sözə görə onların öz əlləri bağlandı və lə’nətə gəldilər. (Və ya dedikləri sözə görə onların öz əlləri bağlansın və lə’nətə gəlsinlər!) Xeyr, Allahın əlləri açıqdır. (O, kərimdir, səxavətlidir), istədiyi kimi lütf (və ehsan) edər. Rəbbindən sənə nazil edilən (Qur’an) onlardan bir çoxunun yalnız küfrünü və azğınlığını artırar. Biz onların arasında qiyamət gününə qədər davam edəcək düşmənçılik və kin saldıq. Onlar müharibə alovu yandırdıqca Allah onu söndürər. Onlar yer üzündə fitnə-fəsad törətməyə çalışarlar. Allah isə fitnə-fəsad törədənləri sevməz!

Yəhudilərə çətinlik və quraqlıq baş verdikdə dedilər: "Alla­hın əli xeyir və əta bəxş etməkdən bağlıdır, Özündə olandan biz vermir!" Agah olun ki, de­dikləri bu sö­zə görə onların öz əlləri xeyir əməl görməkdən və əta etməkdən bağ­landı və Allahın rəhmətindən qovuldular! Əksinə, Uca və Pak olan Allahın hər iki əli xeyir və əta bəxş etməklə açıqdır, O, istədiyi kimi sərf edir. Allah istədiyi bəndənin ruzisini bol edir, istədiyinikini də azaldır. Onu bu işdən mane olan və ya məcbur edən kimsə yoxdur. Ey Peyğəmbər! Yəhudilər qəlblərindəki həsəd üzündən sənə nazil edilən onların hədlərini aşmağı və küf­rü­nü artırar. Biz yəhudi tayfalrının ara­­sı­na ədavət və kin saldıq. Onlar hər dəfə müharibə üçün cəm olud, döyüş hazırlığı gördükdə yaxud müharibə alo­­­vunu yan­dır­maq istədikdə, Allah onların toplumunu dağıtmış, qüvvələrini isə məhv etmişdir. On­lar daima İslamı məhv edib ona qarşı hiylə işlətməyə çalışaraq yer üzündə fit­nə-fəsad tö­rət­məyə səy göstərərlər. Allah isə fitnə­kar­ları sevməz!

Al-Maaida 5:64Listen in Qur'an →
65

وَلَوْ أَنَّ أَهْلَ ٱلْكِتَٰبِ ءَامَنُوا۟ وَٱتَّقَوْا۟ لَكَفَّرْنَا عَنْهُمْ سَيِّـَٔاتِهِمْ وَلَأَدْخَلْنَٰهُمْ جَنَّٰتِ ٱلنَّعِيمِ

Əgər kitab əhli (Muhəmməd peyğəmbərə və Qur’ana) iman gətirsə və Allahdan qorxaraq pis əməllərdən çəkinsə, Biz, sözsüz ki, onların günahlarının üstünü örtər və özlərini də (ne’məti bol olan) Nəim cənnətlərinə daxil edərik.

Əgər yəhudi və nəsranilər Muhəmmədin - sallallahu aleyhi və səlləm - gətirdiyinə iman gə­­ti­rib, günahlardan çəkinərək Allah­dan qorxsaydılar, əlbət­tə, Biz, onların günahlarını hətta çox olsa belə bağışlayardıq və Qiyamət günü onları Nəim cən­nətlərinə daxil edərdik və onlar orada əbədi olan nemətlətdən qidalanardılar.

Al-Maaida 5:65Listen in Qur'an →
66

وَلَوْ أَنَّهُمْ أَقَامُوا۟ ٱلتَّوْرَىٰةَ وَٱلْإِنجِيلَ وَمَآ أُنزِلَ إِلَيْهِم مِّن رَّبِّهِمْ لَأَكَلُوا۟ مِن فَوْقِهِمْ وَمِن تَحْتِ أَرْجُلِهِم ۚ مِّنْهُمْ أُمَّةٌۭ مُّقْتَصِدَةٌۭ ۖ وَكَثِيرٌۭ مِّنْهُمْ سَآءَ مَا يَعْمَلُونَ

Əgər onlar Tövrata, İncilə və Rəbbi tərəfindən özlərinə nazil edilənə (ilahi kitabların sonuncusu olan Qur’ana) düzgün əməl etsəydilər, onlar həm (başları) üstündə, həm də ayaqları altında olanlardan (göylərin və yerin ne’mətlərindən) yeyərdilər. Onlar arasında mö’tədil (islam dininə qarşı heç bir ədavət bəsləməyib onun müqəddəsliyini e’tiraf edən) bir camaat vardır. Lakin onların çoxusunun gördüyü işlər necə də pisdir!

Əgər yəhudilər Tövratda, nəsranilər İn­ci­ldə olana və Quranda özlərinə na­zil edi­lənin hamısına əməl etsəy­di­lər, yağışı yağdırmaqla və yerdən bitki yetişdirməklə sizə ruzi qapılarını asanlaşdırardım. Kitab əhlindən haqq üzərində sabit qalıb orta yol tutan bir züm­rə vardır. Lakin on­la­rın çoxu­nun imanı olmadığı üçün əməllərini zay etdilər.

Al-Maaida 5:66Listen in Qur'an →
67

۞ يَٰٓأَيُّهَا ٱلرَّسُولُ بَلِّغْ مَآ أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ ۖ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُۥ ۚ وَٱللَّهُ يَعْصِمُكَ مِنَ ٱلنَّاسِ ۗ إِنَّ ٱللَّهَ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلْكَٰفِرِينَ

Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Qur’anı) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə etdiyik elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!

Ey Rəsul! Rəbbindən sənə na­zil edi­ləni kamil şəkildə xəbət ver və ondan heç bir şey gizlətmə! Əgər sən ondan nəsə gizlətsən, o zaman Rəbbinin risalətini çatdırmış olmazsan. (Artıq Peyğəmbər - sallallahu aleyhi və səlləm - Rəbbinin ona nazil etdiyi hər bir şeyi insanlara çatdırmışdır. Kim bunun əksini idda edərsə, bilsin ki, o, Allah adından böyük yalan danışmışdır). Bu gündən etibarən Allah sə­ni in­san­lardan qoru­yacaq, bunda sonra onlar sənə heç bir zərər yetirə bilməyəcəklər. Sənə vacib olan isə haqqı çatdırmaqdır. Allah haqq yola yönəlmək istəməyən kafirləri doğru yola müvəffəq etməz.

Al-Maaida 5:67Listen in Qur'an →
68

قُلْ يَٰٓأَهْلَ ٱلْكِتَٰبِ لَسْتُمْ عَلَىٰ شَىْءٍ حَتَّىٰ تُقِيمُوا۟ ٱلتَّوْرَىٰةَ وَٱلْإِنجِيلَ وَمَآ أُنزِلَ إِلَيْكُم مِّن رَّبِّكُمْ ۗ وَلَيَزِيدَنَّ كَثِيرًۭا مِّنْهُم مَّآ أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ طُغْيَٰنًۭا وَكُفْرًۭا ۖ فَلَا تَأْسَ عَلَى ٱلْقَوْمِ ٱلْكَٰفِرِينَ

De: “Ey kitab əhli! Tövrata, İncil və Rəbbiniz tərəfindən sizə nazil edilmiş olana (Qur’ana) düzgün əməl etmədikcə, siz (Allah yanında məqbul, dini baxımdan doğru olan) heç bir şey üzərində deyilsiniz. Rəbbin tərəfindən sənə nazil edilən (Qur’an) onlardan bir çoxunun yalnız azğınlığını və küfrünü artıracaqdır. Elə isə kafir tayfanın halına acıma!

Ey Peyğəmbər! De: "Ey Yəhudi və nəsranilər! Tövratda, İncildə olana və ona iman gətirmədikcə imanınız səhih olmayan Quranda sizə na­zil edilənə əməl etmədikcə, siz mötədil bir din üzərində deyil­siniz". Əl­bəttə, Rəb­bin­dən sə­nə nazil edi­lən Qu­ran, Kitab əhlinin qəlblərindəki həsəd üzündən bir çoxunun tüğyanını və küf­rünü daha da artı­racaq­dır. Sən isə bu kafirlər üçün heyifsi­lənmə. Sənin ardınca gələn möminlər bəs edərlər.

Al-Maaida 5:68Listen in Qur'an →
69

إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَٱلَّذِينَ هَادُوا۟ وَٱلصَّٰبِـُٔونَ وَٱلنَّصَٰرَىٰ مَنْ ءَامَنَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ وَعَمِلَ صَٰلِحًۭا فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

Şübhəsiz ki, iman gətirənlərdən, yəhudilərdən, sabiilərdən və xaçpərəstlərdən Allaha və axirət gününə inanıb yaxşı iş görənlərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməzlər!

Həqiqətən, möminlərdən, yəhudlərdən, bəzi peyğəmbərlərin ardıncılları olan sabiilərdən və nəsranilərdən Allaha və axirət gününə iman gətirib yaxşı işlər görənlərin qiyamət günü heç bir qorxusu olmayacaqdır və onlar dünyada ikən əldə edə bilmədikləri dünya nemətlərinə görə kədərlən­mə­yə­cəklər.

Al-Maaida 5:69Listen in Qur'an →
70

لَقَدْ أَخَذْنَا مِيثَٰقَ بَنِىٓ إِسْرَٰٓءِيلَ وَأَرْسَلْنَآ إِلَيْهِمْ رُسُلًۭا ۖ كُلَّمَا جَآءَهُمْ رَسُولٌۢ بِمَا لَا تَهْوَىٰٓ أَنفُسُهُمْ فَرِيقًۭا كَذَّبُوا۟ وَفَرِيقًۭا يَقْتُلُونَ

Biz İsrail oğullarından əhd almış, onlara peyğəmbərlər göndərmişdik. Hər dəfə bir peyğəmbər onlara ürəklərinə yatmayan bir hökm gətirdikdə (həmin peyğəmbərlərin) bir qismini yalançı hesab edər, bir qismini də öldürərdilər.

Biz İsrail oğullarından, eşidib itaət etmələrinə dair möhkəm əhd aldıq. Onlara Allahın şəriətini təbliğ etmək üçün peyğəmbərlər göndərdik. Lakin onlar bu əhdi pozdular və peyğəmbərlərin onlara gətirdiklərindən üz çevirib öz istəklərinin ardınca gedərək peyğəmbərlərin bir qis­mini ya­lançı hesab etdilər, bir qismini də öldürdülər.

Al-Maaida 5:70Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.