يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱذْكُرُوا۟ نِعْمَتَ ٱللَّهِ عَلَيْكُمْ إِذْ هَمَّ قَوْمٌ أَن يَبْسُطُوٓا۟ إِلَيْكُمْ أَيْدِيَهُمْ فَكَفَّ أَيْدِيَهُمْ عَنكُمْ ۖ وَٱتَّقُوا۟ ٱللَّهَ ۚ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُؤْمِنُونَ
Ey iman gətirənlər! Allahın sizə olan lütfünü xatırlayın ki, (bir dəfə) bir tayfa (Məkkə müşriklərini və ya Bəni Sə’ləb qəbiləsi) sizə əl qaldırmaq (hücum etmək) niyyətində olduğu zaman Allah onlara maneçilik törətmişdi. Allahdan qorxun. Mö’minlər yalnız Allaha təvəkkül etsinlər!
Ey iman gətirənlər! Allahın sizə bəxş etdiyi əmin-amanlıq və düşmənlərinizin (Məkkə müşriklərini və ya Bəni Sələb qəbiləsi) sizi məhv etmək üçün əllərini sizə uzatdıqları zaman onların qəlblərinə qorxu salıb, onların hiyləsini sizdən uzaqlaşdırıb və sizi onların şərindən qoruduğumuz nemətini qəlbləriniz və dillərinizlə xatırlayın. Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinməklə Ondan qorxun! Qoy möminlər dini və dünyavi mənfəətlərini əldə etmə üçün tək Allaha etimad etsinlər!