Muslim99Muslim99
← Tafsir library

5. Al-Maaida

The Table · Medinan · 120 ayahs

سُورَةُ المَائـِدَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 101–110 of 120

101

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَسْـَٔلُوا۟ عَنْ أَشْيَآءَ إِن تُبْدَ لَكُمْ تَسُؤْكُمْ وَإِن تَسْـَٔلُوا۟ عَنْهَا حِينَ يُنَزَّلُ ٱلْقُرْءَانُ تُبْدَ لَكُمْ عَفَا ٱللَّهُ عَنْهَا ۗ وَٱللَّهُ غَفُورٌ حَلِيمٌۭ

Ey iman gətirənlər! Sizə bəlli olunca qanınızı qaraldacaq şeylər barəsində soruşmayın. Əgər onlar haqqında Qur’an nazil edildikdə soruşsanız, onlar sizə aydın olar. (Lakin pis vəziyyətdə qalar və kədərlənərsiniz). Allah onları (indiyə qədər verdiyiniz bu cür sualları) bağışladı. Allah bağışlayandır, həlimdir! (Bəndələrinə əzab verməkdə tələsən deyildir!)

Ey iman gətirənlər! Peyğəmbərinizdən - səllallahu aleyhi və səlləm - ehtiyacınız olmadığı, dini işlərdə sizə heç bir faydası olmayan, si­zə agah olduqda isə məşəqqətə görə xoşunuza gəl­mə­yə­cək şeylər ba­rəsində so­ruş­mayın. Əgər Peyğəmbərə - səllallahu aleyhi və səlləm - vəhy nazil edildiyi za­man soruşulması sizə qadağan edilən işlər haqqında so­ruş­sa­nız, sizə bəyan olar. Bu, Allah üçün asandır. Allah Quranın, barəsində susduğu şeyləri bağışlamışdır. Odur ki, bu haqda soruşmayın. Çünki bu haqda soruşsanız, o zaman yeni bir hökm nazil edilər və bu hökm sizi məşəqqətə salar. Allah Ona tövbə edən qullarının günahlarını bağışlayandır. Həlimdir, tövbə etdikləri təqdirdə onlara əzab verməz.

Al-Maaida 5:101Listen in Qur'an →
102

قَدْ سَأَلَهَا قَوْمٌۭ مِّن قَبْلِكُمْ ثُمَّ أَصْبَحُوا۟ بِهَا كَٰفِرِينَ

Sizdən əvvəl bir tayfa (belə lüzumsuz şeyləri) soruşmuş, sonra da buna görə (onlara aid olan hökmləri inkar edib yerinə yetirmədikləri üçün) kafir olmuşdu.

Sizdən əvvəl bir qövm buna bənzər şeyləri soruşmuş, amma soruşduqları şey onlara vacib edildikdə, ona əməl etməkdən boyun qaçırmış, sonra da bu sə­bəbdən kafir olmuşdular.

Al-Maaida 5:102Listen in Qur'an →
103

مَا جَعَلَ ٱللَّهُ مِنۢ بَحِيرَةٍۢ وَلَا سَآئِبَةٍۢ وَلَا وَصِيلَةٍۢ وَلَا حَامٍۢ ۙ وَلَٰكِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ يَفْتَرُونَ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ ۖ وَأَكْثَرُهُمْ لَا يَعْقِلُونَ

Bəhirə, saibə, vəsilə və haminin heç birisini Allah (sizin üçün müəyyən edib) qanuni buyurmamışdır. Lakin kafirlər Allaha qarşı yalan uydururlar. Onların (kafirlərə uyan camaatın) əksəriyyəti isə (bu cür iddiaların Allaha qarşı böhtan, iftira olduğunu) dərk etmirlər.

Allah sizə dəvə, inək və qoyun kimi heyvanları halal etdi. Allah bu heyvanlardan müşriklər bütləri üçün öz nəfslərinə haram etdiyi bə­hi­rəni (bu, müəyyən say bala verdikdən sonra qulaqları kəsilən dişi dəvədir), saibəni (bu, müəyyən yaşa çatdıqdan sonra bütləri üçün nəzir edilən dişi dəvədir), və­siləni (bu, dişi dəvə doğduqdan sonra ardınca daha bir dişi dəvə doğan dişi dəvədir) və hamın (bu da, belindən bir necə sayda dəvə doğulan erkək dəvədir) heç bir haram etməmişdir. La­kin kafir olan­lar qeyd edilən bu heyvanların yalandan və böhtan ataraq Allahın hama etdiyini idda edirlər. Kafirlərin çoxu isə haqq ilə batilin və halal ilə haramın arasını anlamırlar.

Al-Maaida 5:103Listen in Qur'an →
104

وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْا۟ إِلَىٰ مَآ أَنزَلَ ٱللَّهُ وَإِلَى ٱلرَّسُولِ قَالُوا۟ حَسْبُنَا مَا وَجَدْنَا عَلَيْهِ ءَابَآءَنَآ ۚ أَوَلَوْ كَانَ ءَابَآؤُهُمْ لَا يَعْلَمُونَ شَيْـًۭٔا وَلَا يَهْتَدُونَ

Onlara: “Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin!” – deyildiyi zaman: “Atalarımızın getdiyi yol bizə yetər”, - deyə cavab verirlər. Bəs ataları heç bir şey bilməyib doğru yolda deyildilərsə necə?!

Bəzi heyvanların haram olması barədə Allahın adından yalan danışıb, iftira yaxanlara: "Halalı haramdan ayırd etməniz bilməniz üçün Allahın göndərdiyi Qurana və Peyğəmbərin - sallallahu aleyhi və səlləm - sünnəsinə tərəf gəlin!"– deyildiyi zaman, onlar: "Bizə ata-babalarımızın əqidəsi bəs edər!"– deyirlər. Bu onlara necə bəs edə bilər, axı ata-babaları bir şey anlamamışdılar və haqq yolda da deyildilər?! Onların ardınca yalnız özlərindən də daha cahil və yolunu azan insan gedər, onlar hamısı azğın cahillərdir.

Al-Maaida 5:104Listen in Qur'an →
105

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ عَلَيْكُمْ أَنفُسَكُمْ ۖ لَا يَضُرُّكُم مَّن ضَلَّ إِذَا ٱهْتَدَيْتُمْ ۚ إِلَى ٱللَّهِ مَرْجِعُكُمْ جَمِيعًۭا فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ

Ey iman gətirənlər! Nəfslərinizi qorumaq sizin borcunuzdur. Siz doğru yolda olsanız, (haqq yoldan) azanlar sizə heç bir zərər yetirə bilməzlər. Hamınızın axır dönüşü Allahadır. Allah etdiyiniz əməllər barəsində sizə xəbər verəcəkdir!

Ey iman gətirənlər! Saleh əməl etməklə öz nəfslərinizin qeydinə qalın! Siz doğru yol­da ol­sanız, insanlardan haqq yoldan azan və sizin dəvətinizə cavab verməyənlər sizə zərər yetirə bilməz­lər. Başqalarına yaxşılığı əmr edib, pislikdən çəkindirməniz haqq yolda olmanızın əlamətindəndir. Qiyamət günü dönüşünüz tək Allahadır. Allah dünyada ikən et­di­yiniz əməlləri sizə bildirəcək və etdiyiniz əməllərin mükafatını sizə verəcəkdir.

Al-Maaida 5:105Listen in Qur'an →
106

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ شَهَٰدَةُ بَيْنِكُمْ إِذَا حَضَرَ أَحَدَكُمُ ٱلْمَوْتُ حِينَ ٱلْوَصِيَّةِ ٱثْنَانِ ذَوَا عَدْلٍۢ مِّنكُمْ أَوْ ءَاخَرَانِ مِنْ غَيْرِكُمْ إِنْ أَنتُمْ ضَرَبْتُمْ فِى ٱلْأَرْضِ فَأَصَٰبَتْكُم مُّصِيبَةُ ٱلْمَوْتِ ۚ تَحْبِسُونَهُمَا مِنۢ بَعْدِ ٱلصَّلَوٰةِ فَيُقْسِمَانِ بِٱللَّهِ إِنِ ٱرْتَبْتُمْ لَا نَشْتَرِى بِهِۦ ثَمَنًۭا وَلَوْ كَانَ ذَا قُرْبَىٰ ۙ وَلَا نَكْتُمُ شَهَٰدَةَ ٱللَّهِ إِنَّآ إِذًۭا لَّمِنَ ٱلْءَاثِمِينَ

Ey iman gətirənlər! Sizlərdən hər hansı birinizi ölüm haqladıqda vəsiyyət vaxtı aranızdan iki ədalətli şəxsi, səfərdə olduğunuz zaman başınıza ölüm müsibəti gəldikdə isə özünüzdən (müsəlman) olmayan iki nəfəri şahid tutun. Əgər (bu qeyri-müsəlman şahidlərin doğruluğuna) şübhə etsəniz, namazdan (əsr, ikindi namazından) sonra hər ikisini tutub saxlayın və onları: “Andımızı qohumlarımıza belə heç bir qiymətə satmarıq (qohumlarımızın lehinə belə yalandan şəhadət vermərik) və Allahın şahidliyini gizlətmərik. Yoxsa, şübhəsiz ki, günahkarlardan olarıq”, - deyə Allaha and içdirin!

Ey iman gətirənlər! Sizlərdən bir kimsəyə ölüm əlaməti yaxınlaşdığı zaman, etdiyi vəsiyyətə müsəlmanlardan iki ədalətli kişi, yaxud səfərdə ikən ölüm sizi haqladıqda, yanınızda müsəlmanlardan olmadığı üçün ehtiyac üzündən kafirlərdən iki kişi şahidlik etsin. Əgər kafirlərin şahidliyində şübhə olarsa, hər hansı bir namazdan sonra hər ikisini saxlayın və qoy onlar: "Allahdan olan paylarını heç bir şeyə dəyişməyəcəklərinə, andlarını hətta yaxın qohumlara belə güzəşt etməyəcəklərinə və bildikləri Allahın şahidliyini gizlətməyəcəklərinə, əgər bunu edərlərsə onların hər ikisidə günahkarlardan və Allaha asi olanlardandır" – deyə Allaha and içsinlər.

Al-Maaida 5:106Listen in Qur'an →
107

فَإِنْ عُثِرَ عَلَىٰٓ أَنَّهُمَا ٱسْتَحَقَّآ إِثْمًۭا فَـَٔاخَرَانِ يَقُومَانِ مَقَامَهُمَا مِنَ ٱلَّذِينَ ٱسْتَحَقَّ عَلَيْهِمُ ٱلْأَوْلَيَٰنِ فَيُقْسِمَانِ بِٱللَّهِ لَشَهَٰدَتُنَآ أَحَقُّ مِن شَهَٰدَتِهِمَا وَمَا ٱعْتَدَيْنَآ إِنَّآ إِذًۭا لَّمِنَ ٱلظَّٰلِمِينَ

Əgər onların (bu qeyri-müsəlman şahidlərin yalan yerə and içmək və yalandan şəhadət verməklə) günah qazandıqları bəlli olsa, o zaman onların yerini (həmin şahidlər tərəfindən) haqsızlığa mə’ruz qalmış (varislərdən ölənə) daha yaxın (mirası almağa daha layiq) olan başqa iki nəfər tutar. Onlar: “Həqiqətən, bizim şahidliyimiz onların hər ikisinin şahidliyindən daha doğrudur. Biz (yalandan and içib) həddi aşmadıq. Əks təqdirdə, biz şübhəsiz ki, zalımlardan olarıq”,- deyə Allaha and içərlər.

Əgər and içdikdən sonra hər ikisinin yalandan şahidlik etdikləri və ya yalandan and içdikləri, yaxud hər ikisinin xəyanət etdikləri aşkar edilsə, o za­man qoy onların ye­rinə ölən şəxsə daha ya­xın olan iki kişi, olduğu kimi şahidlik etsin yaxud and içsin və onlar: "Əl­bəttə, bizim o iki nəfərin yalan danışdığına və xəyanət etdiyinə olan şa­hid­liyimiz özlərinin sadiq və əmin insan olmalarına şa­hid­li­k etmələrindən daha doğru­dur. Biz yalandan and içmədik. Əgər biz yalandan şahidlik etsək, əlbəttə ki, zalımlar­dan və Allahın qoyduğu hüdudları aşanlardan olarıq"– deyə Allaha and içərlər.

Al-Maaida 5:107Listen in Qur'an →
108

ذَٰلِكَ أَدْنَىٰٓ أَن يَأْتُوا۟ بِٱلشَّهَٰدَةِ عَلَىٰ وَجْهِهَآ أَوْ يَخَافُوٓا۟ أَن تُرَدَّ أَيْمَٰنٌۢ بَعْدَ أَيْمَٰنِهِمْ ۗ وَٱتَّقُوا۟ ٱللَّهَ وَٱسْمَعُوا۟ ۗ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلْفَٰسِقِينَ

Bu (hökm) onların (əvvəlki şahidlərin) şəhadəti olduğu kimi vermələri və andlarının sonradan başqa andlarla rədd edilməsindən qorxmaları üçün daha münasib bir üsuldur. Allahdan qorxun və (Onu) eşidin. Allah fasiq qövmü doğru yola yönəltməz!

Hər iki şahidin verdiyi ifadələrə şübhə etdikdə, namazdan sonra onların hər ikisini and içdirmək və şəhidliklərinin qəbul edilməməsi hökmü, onların şəriətə müvafiq qayda da şahidlik etmələri, şahidlik etdikdə ifadələrinə heç bir əlavə və ya naqislik və ya xəyanət etməmələri yaxud and­la­rı­nın sonradan va­rislər tərə­fin­­dən baş­qa andlarla rədd edil­məsindən qorx­­maları üçün da­ha mü­na­sib bir hökmdür. Onların hər ikisi şahid olduğunun tam əksinə and içərək şahidlik edirlər, sonra da yalan danışdıqları bəlli oluduğu üçün rüsvay olurlar. Şahidlik etdikdə və ya and içdikdə yalan danışmaqdan və xəyanət etməkdən çəkinərək Allahdan qor­xun və əmr olunduğunuz şeylərə qulaq asıb qəbul edin! Allah Ona itaət etməyənləri xeyirə müvəffəq etməz.

Al-Maaida 5:108Listen in Qur'an →
109

۞ يَوْمَ يَجْمَعُ ٱللَّهُ ٱلرُّسُلَ فَيَقُولُ مَاذَآ أُجِبْتُمْ ۖ قَالُوا۟ لَا عِلْمَ لَنَآ ۖ إِنَّكَ أَنتَ عَلَّٰمُ ٱلْغُيُوبِ

Allah peyğəmbərləri toplayacağı gün (qiyamət günü) belə buyuracaq: “(Ümmətlərinizi Mənim əmrimə tabe olmağa də’vət etdiyiniz zaman) sizə nə cavab verildi?” Onlar isə (təvazökarlıq edib): “Biz heç bir şey bilmirik. Həqiqətən, qeybləri (görünməyənləri) bilən ancaq Sənsən! – deyə cavab verəcəklər.

Ey İnsanlar! Qiyamət günü Allah bütün elçilərini topla­ya­­cağı gün onlara: "Sizi göndərdiyim ümmətləriniz sizə nə ca­vab verildi?"- deyəcəyini, onlar da cavabı Allaha həvalə edərək: "Bi­zim el­mimiz yoxdur. Ey Rəbbimiz! Şüb­həsiz ki, hər şeyi bilən Sənsən, qeyb­ləri bilən yalnız Sənsən!"– de­yə­cəklərini xatırlayın.

Al-Maaida 5:109Listen in Qur'an →
110

إِذْ قَالَ ٱللَّهُ يَٰعِيسَى ٱبْنَ مَرْيَمَ ٱذْكُرْ نِعْمَتِى عَلَيْكَ وَعَلَىٰ وَٰلِدَتِكَ إِذْ أَيَّدتُّكَ بِرُوحِ ٱلْقُدُسِ تُكَلِّمُ ٱلنَّاسَ فِى ٱلْمَهْدِ وَكَهْلًۭا ۖ وَإِذْ عَلَّمْتُكَ ٱلْكِتَٰبَ وَٱلْحِكْمَةَ وَٱلتَّوْرَىٰةَ وَٱلْإِنجِيلَ ۖ وَإِذْ تَخْلُقُ مِنَ ٱلطِّينِ كَهَيْـَٔةِ ٱلطَّيْرِ بِإِذْنِى فَتَنفُخُ فِيهَا فَتَكُونُ طَيْرًۢا بِإِذْنِى ۖ وَتُبْرِئُ ٱلْأَكْمَهَ وَٱلْأَبْرَصَ بِإِذْنِى ۖ وَإِذْ تُخْرِجُ ٱلْمَوْتَىٰ بِإِذْنِى ۖ وَإِذْ كَفَفْتُ بَنِىٓ إِسْرَٰٓءِيلَ عَنكَ إِذْ جِئْتَهُم بِٱلْبَيِّنَٰتِ فَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ مِنْهُمْ إِنْ هَٰذَآ إِلَّا سِحْرٌۭ مُّبِينٌۭ

(Ya Rəsulum!) Xatırla ki, o gün (qiyamət günü) Allah (İsaya) belə buyuracaq: “Ya Məryəm oğlu İsa! Sənə və anana ne’mətimi yadına sal. O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən beşikdə olanda da, yetkin çağında da adamlarla danışırdın. Sənə kitabı (yazıb-oxumağı), hikməti, Tövratı və İncili öyrətmişdim. O zaman sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu. Sən Mənim iznimlə anadangəlmə kora cə cüzamlı xəstəyə şəfa verir və Mənim iznimlə ölüləri (qəbirdən çıxardıb) dirildirdin. Sən İsrail oğullarına açıq-aşkar mö’cüzələr gətirdiyin zaman Mən (onların bəlasını) səndən dəf etmişdim (səni öldürmək istədikdə onlara mane olmuşdum). Onlardan küfrə batanlar isə belə demişdilər: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir!”

Bir zaman Allah İsaya - aleyhissəlam - xitab edərək belə dediyini xatırla: "Ey Mər­yəm oğlu İsa! Mən səni atasız xəlq etdiyim zaman sənə olan və ana­n Məryəmi - aleyhəssəlam - seçib öz dövründəki bütün qadınlardan üstün etdiyim nemətimi xatırla! Səni o za­man Cəbrail - aleyhissəlam - vasitəsi ilə qüv­vətləndirərək sənə bəxş etdiyim nemətimi xatırla! Sən həm - südəmər ikən - insanları Allaha dəvət edərək, həm də yet­kin ça­ğında səni onlara göndərdiyim dini da­nı­şırdın. Allahın sə­nə yazmağı, Musaya - aleyhissəlam -nazil etdiyi Töv­ratı, sənə nazil edilən İncili, sənə şəriətin sirlərini, faydalarını və hikmətlərini öyrət­məsi sənə olan nemətindəndir. Sənin palçıqdan quşa bənzər bir şey düzəl­dib sonra ona üfü­rüb onun quş olması, ana­dangəlmə kora, cüzam xəs­tə­li­yinə tutu­lanı dərisini sa­ğaldıb şəfa verməyin və ölü­lərin dirilməsi üçün Allaha dua etdərək onları diriltməyin sənə olan nemətimdəndir. Bunların hamısı Mənim iznimlədir. Sən İs­rail oğul­la­rı­nın yanına açıq-ay­dın möcüzələrlə gəldik­də onların səni öldürmək istədikləri zaman Allahın səni onlardan qoruması Onun sənə olan nemətindəndir. On­lar­ isə bunu inkar edərək: "İsanın gətirdiyi açıq-aydın sehrdən baş­qa bir şey deyildir"- demiş­di­lər.

Al-Maaida 5:110Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.