Muslim99Muslim99
← Tafsir library

4. An-Nisaa

The Women · Medinan · 176 ayahs

سُورَةُ النِّسَاءِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 61–70 of 176

61

وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْا۟ إِلَىٰ مَآ أَنزَلَ ٱللَّهُ وَإِلَى ٱلرَّسُولِ رَأَيْتَ ٱلْمُنَٰفِقِينَ يَصُدُّونَ عَنكَ صُدُودًۭا

Onlara: “Allahın nazil etdiyinə (Qur’ana) və Peyğəmbərə tərəf gəlin!” – deyildiyi zaman, münafiqlərin səndən büsbütün üz döndərdiklərini görərsən.

Ey Peyğəmbər! Bu münafiqlərə: "Mübahisə etdiyiniz işlərdə aranızda hökm vermək üçün, Allah Öz kitabında nazil et­diyi hökmə və Rəsuluna tərəf gə­lin!"– de­yil­dikdə, onların sən­dən tamamilə üz çevir­ib, öz aralarında səndən başqasını hakim təyin etdiklərini gö­rər­­sən.

62

فَكَيْفَ إِذَآ أَصَٰبَتْهُم مُّصِيبَةٌۢ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ ثُمَّ جَآءُوكَ يَحْلِفُونَ بِٱللَّهِ إِنْ أَرَدْنَآ إِلَّآ إِحْسَٰنًۭا وَتَوْفِيقًا

Bəs etdikləri əməllərin cəzası olaraq başlarına bir müsibət gəldiyi zaman (onların halı) necə olacaq? Sonra onlar sənin yanına gəlib: “Biz yalnız yaxşılıq etmək və (iddiaçılar arasında) barışıq yaratmaq istədik”, - deyərək Allaha and içəcəklər.

Ey Peyğəmbər! Etdikləri günahlar səbəbindən onlara müsibət üz ver­dikdən sonra sənin ya­nına gə­lib: "Biz öz aramızda səndən başqasını hakim təyin etməklə ancaq yax­şı­lıq etmək və mü­bahisə edənləri ba­rış­dır­maqı qəsd etdik"– deyə Alla­ha and içib, səndən üzürxahlıq etdikdə, münafiqlərin halı ne­cə olacaq?! Onlar yalan danışırlar, çünki yaxşılıq etmək, insanlar arasında Allahın şəriəti ilə hökm verməkdədir.

63

أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ يَعْلَمُ ٱللَّهُ مَا فِى قُلُوبِهِمْ فَأَعْرِضْ عَنْهُمْ وَعِظْهُمْ وَقُل لَّهُمْ فِىٓ أَنفُسِهِمْ قَوْلًۢا بَلِيغًۭا

Onlar elə şəxslərdir ki, Allah onların ürələrindəkini (yaxşı) bilir. (Ya Rəsulum!) Sən onlardan üz çevir, onlara öyüd ver və onlara özləri haqqında tə’sirli söz de!

Onlar o kəslərdir ki, Allah on­ların qəlblərində gizlətdikləri nifaqı və pis niyyətləri bilir. Ey Peyğəmbər! Sən onları tərk et və on­lardan üz dön­dər, on­la­ra ümüd verərək və qorxudaraq Allahın hökmünü bəyan et və onlara öz­ləri ba­rə­sində çox təsirli söz söylə.

64

وَمَآ أَرْسَلْنَا مِن رَّسُولٍ إِلَّا لِيُطَاعَ بِإِذْنِ ٱللَّهِ ۚ وَلَوْ أَنَّهُمْ إِذ ظَّلَمُوٓا۟ أَنفُسَهُمْ جَآءُوكَ فَٱسْتَغْفَرُوا۟ ٱللَّهَ وَٱسْتَغْفَرَ لَهُمُ ٱلرَّسُولُ لَوَجَدُوا۟ ٱللَّهَ تَوَّابًۭا رَّحِيمًۭا

Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə, göndərdik. Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər.

Biz hər bir elçini, Alla­hın istəyi və təqdiri ilə, məhz onun əmr etdiyinə itaət edilsin de­yə gön­dərdik. Ey Peyğəmbər! Əgər onlar günahlar etməklə öz­lə­ri­nə zülm etdikləri za­man, sən həyatda ikən, sə­nin ya­nı­­na gəlib, günahlarını etiraf edib, peşmançılıq keçirib, tövbə edərək Allah­dan ba­ğış­lan­ma di­ləsəy­dilər və sən də on­lar üçün ba­ğış­lanma di­ləsəy­din, əl­bət­tə ki, Alla­hın onların tövbələrini qəbul edən və onlara qarşı rəhmli oldu­ğunu görərdilər.

65

فَلَا وَرَبِّكَ لَا يُؤْمِنُونَ حَتَّىٰ يُحَكِّمُوكَ فِيمَا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لَا يَجِدُوا۟ فِىٓ أَنفُسِهِمْ حَرَجًۭا مِّمَّا قَضَيْتَ وَيُسَلِّمُوا۟ تَسْلِيمًۭا

Amma, xeyr! (Ya Rəsulum!) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) tə’yin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş olmazlar.

Xeyr! Bu iş, heç də, bu münafiqlərin idda etdikləri kimi deyildir. Sonra izzət və cəlal sahibi olan Allah Öz zatına and içir ki, onlar öz aralarında baş verən hər bir çəkişmələrdə, peyğəmbər - səllallahu aleyhi və səlləm - həyatda ikən peyğəmbəri - səllallahu aleyhi və səlləm -, o vəfat etdikdən sonra isə onun şəriətini hakim hesab etməyincə, sonra da peyğəmbərin - səllallahu aleyhi və səlləm - verdiyin hökmlərə razı olub və buna görə qəlblərində bir sıxıntı duymadan, şəkk-şübhə etmədən, zahirən və batinən tam təslim olub, boyun əyməyincə iman gətirmiş sayılmazlar.

66

وَلَوْ أَنَّا كَتَبْنَا عَلَيْهِمْ أَنِ ٱقْتُلُوٓا۟ أَنفُسَكُمْ أَوِ ٱخْرُجُوا۟ مِن دِيَٰرِكُم مَّا فَعَلُوهُ إِلَّا قَلِيلٌۭ مِّنْهُمْ ۖ وَلَوْ أَنَّهُمْ فَعَلُوا۟ مَا يُوعَظُونَ بِهِۦ لَكَانَ خَيْرًۭا لَّهُمْ وَأَشَدَّ تَثْبِيتًۭا

Əgər Biz onlara: “Özünüzü öldürün, yaxud yurdlarınızdan çıxın!” – deyə yazıb əmr etsəydik, içərilərində az bir hissəsi müstəsna olmaqla, (bu əmri) yerinə yetirməzdilər. Əgər onlar verilən nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu onlar üçün daha xeyirli və daha düzgün olardı. (imanda sabitqədəmlik baxımından daha möhkəm bir addım olardı).

Əgər Biz onlara bir-birinlərini öldü­rməyi, ya­xud yurdların­dan çı­xmağı fərz etsəydik, onlardan az bir qismi istisna ol­maqla, əmrimizi yerinə yeti­rməzdilər. Qoy onlar, Allah onları qüvvəsi çatmadığı işlə mükəlləf etmədiyinə görə Allaha həmd etsinlər. Əgər on­lar Allaha itaət etmək üçün öz­lə­rinə ve­ri­lən öyüd-nəsi­hətlərə əməl et­səy­di­lər, bu, onlar üçün müxalif olmalarından da­ha xe­yir­li və imanlarında sabitqədəmlik baxımından da­ha güclü olardı və Biz onlara Öz dərgahımızdan böyük savab bəxş edərdik və həmçinin onları Allaha və Onun cənnətinə aparan yola müvəffəq edərdik.

67

وَإِذًۭا لَّءَاتَيْنَٰهُم مِّن لَّدُنَّآ أَجْرًا عَظِيمًۭا

O zaman Biz də onlara Öz tərəfimizdən böyük mükafat verərdik.

Əgər Biz onlara bir-birinlərini öldü­rməyi, ya­xud yurdların­dan çı­xmağı fərz etsəydik, onlardan az bir qismi istisna ol­maqla, əmrimizi yerinə yeti­rməzdilər. Qoy onlar, Allah onları qüvvəsi çatmadığı işlə mükəlləf etmədiyinə görə Allaha həmd etsinlər. Əgər on­lar Allaha itaət etmək üçün öz­lə­rinə ve­ri­lən öyüd-nəsi­hətlərə əməl et­səy­di­lər, bu, onlar üçün müxalif olmalarından da­ha xe­yir­li və imanlarında sabitqədəmlik baxımından da­ha güclü olardı və Biz onlara Öz dərgahımızdan böyük savab bəxş edərdik və həmçinin onları Allaha və Onun cənnətinə aparan yola müvəffəq edərdik.

68

وَلَهَدَيْنَٰهُمْ صِرَٰطًۭا مُّسْتَقِيمًۭا

Və onları düz yola yönəldərdik.

Əgər Biz onlara bir-birinlərini öldü­rməyi, ya­xud yurdların­dan çı­xmağı fərz etsəydik, onlardan az bir qismi istisna ol­maqla, əmrimizi yerinə yeti­rməzdilər. Qoy onlar, Allah onları qüvvəsi çatmadığı işlə mükəlləf etmədiyinə görə Allaha həmd etsinlər. Əgər on­lar Allaha itaət etmək üçün öz­lə­rinə ve­ri­lən öyüd-nəsi­hətlərə əməl et­səy­di­lər, bu, onlar üçün müxalif olmalarından da­ha xe­yir­li və imanlarında sabitqədəmlik baxımından da­ha güclü olardı və Biz onlara Öz dərgahımızdan böyük savab bəxş edərdik və həmçinin onları Allaha və Onun cənnətinə aparan yola müvəffəq edərdik.

69

وَمَن يُطِعِ ٱللَّهَ وَٱلرَّسُولَ فَأُو۟لَٰٓئِكَ مَعَ ٱلَّذِينَ أَنْعَمَ ٱللَّهُ عَلَيْهِم مِّنَ ٱلنَّبِيِّۦنَ وَٱلصِّدِّيقِينَ وَٱلشُّهَدَآءِ وَٱلصَّٰلِحِينَ ۚ وَحَسُنَ أُو۟لَٰٓئِكَ رَفِيقًۭا

Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın ne’mətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, e’tiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!

Allaha və Peyğəmbərə - səllallahu aleyhi və səlləm - itaət edən kəs Allahın cənnətə daxil olma ne­mətini bəxş et­di­yi pey­ğəm­bər­lər­, peyğəmbərlərin gətirdikləri təsdiqləməkdə və bu təsdiqə əməl etməkdə kamil həddə çatmış siddiqlər, Allah yolunda öldürülən şə­hid­lər və zahirən və batinən saleh olub saleh işlər görən əməli­sa­leh­lərlə bir­likdə olar. Onlar cənnətdə necə də gözəl dost­lardır!

70

ذَٰلِكَ ٱلْفَضْلُ مِنَ ٱللَّهِ ۚ وَكَفَىٰ بِٱللَّهِ عَلِيمًۭا

Bu mükafat Allah tərəfindəndir. (Hər şeyi) bilən Allah (sizə) kifayət edər!

Deyilən bu savab, Allahın qullarına olan lütfü sayəsindədir. Onların hər bir halını bi­lən olaraq Allah yetər və O, hər bir kəsə əməlinin əvəzini verəcəkdir.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.