إِن تَجْتَنِبُوا۟ كَبَآئِرَ مَا تُنْهَوْنَ عَنْهُ نُكَفِّرْ عَنكُمْ سَيِّـَٔاتِكُمْ وَنُدْخِلْكُم مُّدْخَلًۭا كَرِيمًۭا
Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinərsinizsə, Biz də sizin qəbahətlərinizin (kiçik günahlarınızın) üstünü örtər və sizi (şərəfli bir mənzilə) çatdırarıq.
Ey Möminlər! Əgər sizə Allaha şərik qoşmaq, valideyinlərə ağ olmaq, qətlə yetirmək və sələm yemək kimi böyük günahlar etməkdən uzaq dursanız, Biz sizin etdiyiniz kiçik günahlarınızdan keçər və sizi Allah qatında şərəfli bir yerə – Cənnətə daxil edərik.