Muslim99Muslim99
← Tafsir library

4. An-Nisaa

The Women · Medinan · 176 ayahs

سُورَةُ النِّسَاءِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 91–100 of 176

91

سَتَجِدُونَ ءَاخَرِينَ يُرِيدُونَ أَن يَأْمَنُوكُمْ وَيَأْمَنُوا۟ قَوْمَهُمْ كُلَّ مَا رُدُّوٓا۟ إِلَى ٱلْفِتْنَةِ أُرْكِسُوا۟ فِيهَا ۚ فَإِن لَّمْ يَعْتَزِلُوكُمْ وَيُلْقُوٓا۟ إِلَيْكُمُ ٱلسَّلَمَ وَيَكُفُّوٓا۟ أَيْدِيَهُمْ فَخُذُوهُمْ وَٱقْتُلُوهُمْ حَيْثُ ثَقِفْتُمُوهُمْ ۚ وَأُو۟لَٰٓئِكُمْ جَعَلْنَا لَكُمْ عَلَيْهِمْ سُلْطَٰنًۭا مُّبِينًۭا

Siz elə kəslərə də rast gələcəksiniz ki, onlar həm sizdən, həm də öz camaatından arxayın olmaq istərlər. (Sizin yanınızda özlərini müsəlman kimi, qəbilələrinə qayıtdıqda isə kafir kimi aparırlar). Bunlar da hər dəfə fitnə-fəsad törətməyə sövq edildikdə başıaşağı ora atılarlar (cani-dildən bu işə qoşularlar). Əgər onlar sizi tərk edib getməsələr, sülh təklif etməsələr və sizdən əl çəkməsələr, onda onlara harada rast gəlsəniz, tutub öldürün. Biz onların əleyhinə çıxmaq üçün sizə açıq fərman verdik.

Ey Möminlər! Siz münafiqlərdən öz canlarına arxayın olmaq üçün sizə özlərinin iman etmiş kimi göstərən və öz kafir camaatının yanına qayıtdıqda isə onları arxayın etmək üçün özlərinin kafir olduqlarını büruzə verərən başqa bir kimsələrə də rast gə­lə­cəksiniz. Onlar hər dəfə Allaha küfür etməyə və şərik qoşmağa çağırıldıqda canla başla bu işi yerinə yetirərlər. Əgər on­lar siz­inlə döyüşdən geri çəkil­məsələr, sülhə əməl etmə­sələr və əllərini siz­dən çək­mə­­sələr, onlara harada rast gəl­səniz, tu­tub öl­dürün. Biz bu cür kimsələrin hiylə və məkirləri üzündən onları tutub öldürmək üçün sizə açıq-aydın dəlil verdik.

92

وَمَا كَانَ لِمُؤْمِنٍ أَن يَقْتُلَ مُؤْمِنًا إِلَّا خَطَـًۭٔا ۚ وَمَن قَتَلَ مُؤْمِنًا خَطَـًۭٔا فَتَحْرِيرُ رَقَبَةٍۢ مُّؤْمِنَةٍۢ وَدِيَةٌۭ مُّسَلَّمَةٌ إِلَىٰٓ أَهْلِهِۦٓ إِلَّآ أَن يَصَّدَّقُوا۟ ۚ فَإِن كَانَ مِن قَوْمٍ عَدُوٍّۢ لَّكُمْ وَهُوَ مُؤْمِنٌۭ فَتَحْرِيرُ رَقَبَةٍۢ مُّؤْمِنَةٍۢ ۖ وَإِن كَانَ مِن قَوْمٍۭ بَيْنَكُمْ وَبَيْنَهُم مِّيثَٰقٌۭ فَدِيَةٌۭ مُّسَلَّمَةٌ إِلَىٰٓ أَهْلِهِۦ وَتَحْرِيرُ رَقَبَةٍۢ مُّؤْمِنَةٍۢ ۖ فَمَن لَّمْ يَجِدْ فَصِيَامُ شَهْرَيْنِ مُتَتَابِعَيْنِ تَوْبَةًۭ مِّنَ ٱللَّهِ ۗ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمًۭا

Heç bir mö’minə başqa bir mö’mini öldürmək yaraşmaz. Bu, səhvən (xəta üzündən) olduqda müstəsnadır. Hər kəs bir mö’mini səhvən öldürərsə, o zaman o, mö’min bir qul azad etməli və öldürülmüş şəxsin ailəsi qanbahasını sədəqə olaraq bağışlamadıqda, onlara (ölən şəxsin varislərinə) tam şəkildə qanbahası verməlidir. Əgər (öldürülən şəxsin özü) mö’min olduğu halda, sizə düşmən olan bir tayfadandırsa, o vaxt (öldürülən şəxs) mö’min bir qul azad etməlidir. Əgər (öldürülən şəxs) sizinlə əhd (müqavilə) bağlamış bir tayfadan olarsa, o zaman onun ailəsinə qanbahası verməklə bərabər, mö’min bir qul dəxi azad etmək lazımdır. Hər kəs (azad etməyə qul) tapa bilməsə, o, Allah tərəfindən tövbəsinin qəbul edilməsi üçün bir-birinin ardınca (arası kəsilmədən) iki ay oruc tutmalıdır. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

Səhvən baş verməsi istisna olmaqla heç bir möminə başqa bir mömini öldürmək yaraşmaz. Kim səhvən bir mö­mi­ni öl­dü­rərsə, o zaman o, əməlininin kəffarəsi olaraq mö­min bir kölə azad etməli və qatilin yaxınları ölə­nin malına varis olan yaxın qohum-əqrəbasına qan­bahası ver­məli­dir. Ölənin qohum-əqrəbası qanbahasını bağışla­ması isə müstəsnadır. Əgər ölən adam mö­min olduğu hal­da, sizlə onlar arasında düş­­mənçilik olan bir qövmdəndirsə, o zaman qatil yalnız mö­min bir kölə azad et­mə­li­dir və qan­bahası isə vermir. Əgər ölən adam mömin deyil, lakin sizinlə onlar arasında zimmət əhli kimi müqavilə olan bir qövmdəndir­sə, qatilin yaxınları ölə­nin malına varis olan yaxın qohum-əqrəbasına qan­bahası verməli və o, əməlininin kəffarəsi olaraq mö­min bir kölə azad et­məlidir. Əgər azad etməyə mömin bir kölə tapa bilməzsə yaxud mömin bir kölə azad etməyə maddi imkanı olmazsa, Allah etdiyi günahdan töv­bə­si­nin qəbul etməsi üçün, o, iki ay iftar etmədən, ar­dıcıl oruc tutmalıdır. Allah qullarının əməllərini və niyyətlərini biləndir və O, işlərində və şəri hökmlərində hikmət sahibidir!

93

وَمَن يَقْتُلْ مُؤْمِنًۭا مُّتَعَمِّدًۭا فَجَزَآؤُهُۥ جَهَنَّمُ خَٰلِدًۭا فِيهَا وَغَضِبَ ٱللَّهُ عَلَيْهِ وَلَعَنَهُۥ وَأَعَدَّ لَهُۥ عَذَابًا عَظِيمًۭا

Hər kəs bir mö’min şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lə’nət edər, (axirətdə) onun üçün böyük əzab hazırlar!

Kim bir mö­mi­ni qəsdən, haqsız yerə öldü­rərsə, əgər bunu özünə halal görərsə, yaxud bu günahdan tövbə etməzsə, onun cəzası içə­ri­sin­də əbədi qala­cağı Cəhən­nəmə daxil olmaqdır. Allah ona qəzəb­lə­nər, onu Öz rəhmətindən qovar və o, böyük bir günah etdiyinə görə onun üçün bö­yük bir əzab hazırlayar.

94

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا ضَرَبْتُمْ فِى سَبِيلِ ٱللَّهِ فَتَبَيَّنُوا۟ وَلَا تَقُولُوا۟ لِمَنْ أَلْقَىٰٓ إِلَيْكُمُ ٱلسَّلَٰمَ لَسْتَ مُؤْمِنًۭا تَبْتَغُونَ عَرَضَ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا فَعِندَ ٱللَّهِ مَغَانِمُ كَثِيرَةٌۭ ۚ كَذَٰلِكَ كُنتُم مِّن قَبْلُ فَمَنَّ ٱللَّهُ عَلَيْكُمْ فَتَبَيَّنُوٓا۟ ۚ إِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًۭا

Ey iman gətirənlər! Allah yolunda (cihad etmək üçün) səfərə çıxdığınız zaman diqqətli olun! Sizə müsəlman olduğunu bildirən (salam verən) bir kimsəyə dünya həyatının puç mənfəətinə tamahsılanaraq: “Sən mö’min deyilsən!” deməyin! Halbuki çox qənimətlər Allah yanındadır. Siz özünüz də bundan əvvəl onlar kimi idiniz, lakin Allah sizə mərhəmət etdi. Elə isə, siz də (insanları bir-birindən fərqləndirməkdə) diqqətli olun! Şübhəsiz ki, Allah bütün etdiklərinizdən xəbərdardır!

Ey Allaha iman gətirib Onun rəsuluna - səllallahu aleyhi və səlləm - tabe olan kimsələr! Allah yolun­da cihad etmək üçün çıxdığınız za­man kimə qarşı döyüşəcəyinizi diqqət edin və sizə özünün İslamda olduğuna dəlalət edən əlamət göstərdiyi bir halda, onu öldürüb və bununla ondan qənimət əldə etmək kimi, fani dünya mən­­fə­əti­nə can ataraq: "Sən mömin de­yil­sən, sən yalnız canına və malına görə qorxaraq özünü İslamda olduğunu göstərirsən!"– de­mə­yin. Allah yanın­da çox qə­nimətlər vardır, bu, ondan daha xeyirli və daha böyükdür. Əvvəl­lər siz də öz qövmündən imanını gizlədən kimsə kimi idi­­niz, Allah sizə İslam dini ilə mərhəmət gös­tərdi və qanınızı qorudu. Odur ki, kimə qarşı vu­ruşacağınıza diqqət edin! Şüb­həsiz ki, etdiyiniz əməllərdən, hətta kiçik bir şey də olsa belə, Allaha heç nə gizli qalmaz və O, əməllərinizin müqabilini sizə verəcəkdir.

95

لَّا يَسْتَوِى ٱلْقَٰعِدُونَ مِنَ ٱلْمُؤْمِنِينَ غَيْرُ أُو۟لِى ٱلضَّرَرِ وَٱلْمُجَٰهِدُونَ فِى سَبِيلِ ٱللَّهِ بِأَمْوَٰلِهِمْ وَأَنفُسِهِمْ ۚ فَضَّلَ ٱللَّهُ ٱلْمُجَٰهِدِينَ بِأَمْوَٰلِهِمْ وَأَنفُسِهِمْ عَلَى ٱلْقَٰعِدِينَ دَرَجَةًۭ ۚ وَكُلًّۭا وَعَدَ ٱللَّهُ ٱلْحُسْنَىٰ ۚ وَفَضَّلَ ٱللَّهُ ٱلْمُجَٰهِدِينَ عَلَى ٱلْقَٰعِدِينَ أَجْرًا عَظِيمًۭا

Zərər çəkmədən (üzürsüz səbəbə görə evlərində) əyləşən mö’minlərlə Allah yolunda öz malları və canları ilə cihad edən (vuruşan) kimsələr bir olmazlar. Allah malları və canları ilə vuruşanları (evlərində) əyləşənlərdən (cihada getməyənlərdən) dərəcə e’tibarilə üstün tutdu. Allah bunların hamısına (hər ikisinə savab) və’d etmişdir. (Lakin) Allah mücahidlərə (evlərində) oturanlardan daha böyük mükafatlarla imtiyaz vermişdir.

Möminlərdən, xəstələr, korlar və s. bu kimi üzrlü­ olanlar müstəsna olmaqla, Allah yolunda cihad etməyib evində otu­ran­ möminlərlə Allah yolun­da öz mal­larını və can­larını sərf edrək cihad edən­ mücahidlər eyni olmaz­lar. Allah, öz mal­la­rını və canlarını sərf edrək cihad edənləri evində otu­rub cihada getməyənlərdən dərəcə eti­ba­rilə üstün etmişdir. Cihada gedənlərində üzürlü səbəbdən cihada gedə bilməyib evində oturanlarada hər birinin əməlinə layiq əcri vardır. Allah müca­hidləri ev­də otu­ran­lardan Öz tərəfindən böyük bir savab bəxş etməklə üstün et­mişdir.

96

دَرَجَٰتٍۢ مِّنْهُ وَمَغْفِرَةًۭ وَرَحْمَةًۭ ۚ وَكَانَ ٱللَّهُ غَفُورًۭا رَّحِيمًا

(Onları) Allah tərəfindən yüksək dərəcələr, bağışlanma və mərhəmət gözləyir. Allah bağışlayandır, rəhm edəndir.

Bu savab, onlar üçün bir-birindən yüksək dərəcələr olmas ilə yanaşı, Allah, qullarının günahlarını bağışlaması və onlara rəhmət etməsidir. Allah Öz qullarını bağışlayandır və onlara qarşı rəhmli­dir.

97

إِنَّ ٱلَّذِينَ تَوَفَّىٰهُمُ ٱلْمَلَٰٓئِكَةُ ظَالِمِىٓ أَنفُسِهِمْ قَالُوا۟ فِيمَ كُنتُمْ ۖ قَالُوا۟ كُنَّا مُسْتَضْعَفِينَ فِى ٱلْأَرْضِ ۚ قَالُوٓا۟ أَلَمْ تَكُنْ أَرْضُ ٱللَّهِ وَٰسِعَةًۭ فَتُهَاجِرُوا۟ فِيهَا ۚ فَأُو۟لَٰٓئِكَ مَأْوَىٰهُمْ جَهَنَّمُ ۖ وَسَآءَتْ مَصِيرًا

Mələklər öz nəfslərinə zülm edənlərin (Məkkədə kafirlər içərisində qalıb hicrət etməyənlərin) canlarını alarkən (onlara) deyəcəklər: “Siz (hicrət zamanı) nə işdə idiniz?” Onlar söyləyəcəklər: “Biz yer üzərində zəif (aciz) kəslər idik.” (Mələklər də onlara:) “Allahın torpağı geniş deyildimi ki, siz də hicrət edəydiniz?” – deyəcəklər. Onların sığınacaqları yer Cəhənnəmdir. O necə də pis yerdir!

Mələklər, küfr diyarından İslam diyarına hicrət etməyi tərk edərək özlərinə zülm edənlə­rin canını alarkən on­la­rı qınayaraq: "Siz nə hal­da idiniz, müşriklər ilə sizin aranızda nə fərq oldu?"– de­yə­cəklər. Onlar üzrxahlıq edərək: "Biz yer üzün­də özümüzü müdafiə etməyə güc qüvvəmiz olmayan zəif in­san­lar idik!"– de­yə cavab verə­cəklər. Mələklər də onlara məzəmmət edilərək: "Mə­gər Alla­hın yeri ge­niş deyil­dimi ki, zülümdən və zəlillikdən canınızı və dininizi qurtarmaq üçün siz də ora hic­rət edəy­di­niz?"– deyə­cək­lər. Hicrət etməyən kimsələrin qərar tutub, sığınacaqları yer Oddur. Ora necə də pis qayıdış və siğınacaq yerdir.

98

إِلَّا ٱلْمُسْتَضْعَفِينَ مِنَ ٱلرِّجَالِ وَٱلنِّسَآءِ وَٱلْوِلْدَٰنِ لَا يَسْتَطِيعُونَ حِيلَةًۭ وَلَا يَهْتَدُونَ سَبِيلًۭا

Yalnız hicrət etməyə yol və çarə tapmağa qadir olmayan aciz kişi, qadın və uşaqlar müstəsnadır.

Bu əzabdan yalnız, özlərini zülmdən və haqsızlıqdan müdafiə etməyə qadir olmayan və öz canlarını haqsızlıqdan qutarmaq üçün yol tapa bilməyən və üzürlü səbəbdən hicrət edə bilməyən zəif kişilər, qadınlar və uşaqlar is­tis­nadır. Ola bilsin ki, Allah Öz rəhməti və lütfü ilə onları əfv etsin. Şübhəsiz ki, Allah qullarını əfv edən­dir, onlardan tövbə edəni isə ba­ğış­layandır.

99

فَأُو۟لَٰٓئِكَ عَسَى ٱللَّهُ أَن يَعْفُوَ عَنْهُمْ ۚ وَكَانَ ٱللَّهُ عَفُوًّا غَفُورًۭا

Ola bilsin ki, Allah onları əfv etsin. Allah əfv edəndir, bağışlayandır!

Bu əzabdan yalnız, özlərini zülmdən və haqsızlıqdan müdafiə etməyə qadir olmayan və öz canlarını haqsızlıqdan qutarmaq üçün yol tapa bilməyən və üzürlü səbəbdən hicrət edə bilməyən zəif kişilər, qadınlar və uşaqlar is­tis­nadır. Ola bilsin ki, Allah Öz rəhməti və lütfü ilə onları əfv etsin. Şübhəsiz ki, Allah qullarını əfv edən­dir, onlardan tövbə edəni isə ba­ğış­layandır.

100

۞ وَمَن يُهَاجِرْ فِى سَبِيلِ ٱللَّهِ يَجِدْ فِى ٱلْأَرْضِ مُرَٰغَمًۭا كَثِيرًۭا وَسَعَةًۭ ۚ وَمَن يَخْرُجْ مِنۢ بَيْتِهِۦ مُهَاجِرًا إِلَى ٱللَّهِ وَرَسُولِهِۦ ثُمَّ يُدْرِكْهُ ٱلْمَوْتُ فَقَدْ وَقَعَ أَجْرُهُۥ عَلَى ٱللَّهِ ۗ وَكَانَ ٱللَّهُ غَفُورًۭا رَّحِيمًۭا

Allah yolunda hicrət edən şəxs yer üzündə çoxlu sığınacaq və genişlik (bolluq) tapar. Kim evindən çıxıb Allaha və onun Peyğəmbərinə tərəf hicrət etsə, sonra isə (mənzil başına çatmadan) ölüm onu haqlasa, həmin şəxsin mükafatını Allah Özü verər! Allah bağışlayandır, rəhm edəndir!

Kim Allah rizası üçün küfr diyarından İslam diyarına hicrət edərsə, hicrət etdiyi yeri, tərk etdiyi yerdən daha gözəl yer olduğunu görər və orada izzətə və bol ruziyə nail olar. Kim Allaha və Onun rəsuluna - səllallahu aleyhi və səlləm - hicrət edərək evindən çıxdıq­dan sonra hicrət etdiyi yerə yetişməzdən əvvəl ölüm onu haq­la­yarsa, onun mü­ka­fa­tı­nı Allah verər və hicrət etdiyi yerə yetişməməsi ona heç bir zərər verməz. Allah qullarından ona tövbə edəni bağış­layandır və onlara qarşı rəhm­lidir.

An-Nisaa 4:100Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.