سَتَجِدُونَ ءَاخَرِينَ يُرِيدُونَ أَن يَأْمَنُوكُمْ وَيَأْمَنُوا۟ قَوْمَهُمْ كُلَّ مَا رُدُّوٓا۟ إِلَى ٱلْفِتْنَةِ أُرْكِسُوا۟ فِيهَا ۚ فَإِن لَّمْ يَعْتَزِلُوكُمْ وَيُلْقُوٓا۟ إِلَيْكُمُ ٱلسَّلَمَ وَيَكُفُّوٓا۟ أَيْدِيَهُمْ فَخُذُوهُمْ وَٱقْتُلُوهُمْ حَيْثُ ثَقِفْتُمُوهُمْ ۚ وَأُو۟لَٰٓئِكُمْ جَعَلْنَا لَكُمْ عَلَيْهِمْ سُلْطَٰنًۭا مُّبِينًۭا
Siz elə kəslərə də rast gələcəksiniz ki, onlar həm sizdən, həm də öz camaatından arxayın olmaq istərlər. (Sizin yanınızda özlərini müsəlman kimi, qəbilələrinə qayıtdıqda isə kafir kimi aparırlar). Bunlar da hər dəfə fitnə-fəsad törətməyə sövq edildikdə başıaşağı ora atılarlar (cani-dildən bu işə qoşularlar). Əgər onlar sizi tərk edib getməsələr, sülh təklif etməsələr və sizdən əl çəkməsələr, onda onlara harada rast gəlsəniz, tutub öldürün. Biz onların əleyhinə çıxmaq üçün sizə açıq fərman verdik.
Ey Möminlər! Siz münafiqlərdən öz canlarına arxayın olmaq üçün sizə özlərinin iman etmiş kimi göstərən və öz kafir camaatının yanına qayıtdıqda isə onları arxayın etmək üçün özlərinin kafir olduqlarını büruzə verərən başqa bir kimsələrə də rast gələcəksiniz. Onlar hər dəfə Allaha küfür etməyə və şərik qoşmağa çağırıldıqda canla başla bu işi yerinə yetirərlər. Əgər onlar sizinlə döyüşdən geri çəkilməsələr, sülhə əməl etməsələr və əllərini sizdən çəkməsələr, onlara harada rast gəlsəniz, tutub öldürün. Biz bu cür kimsələrin hiylə və məkirləri üzündən onları tutub öldürmək üçün sizə açıq-aydın dəlil verdik.