وَيَقُولُونَ طَاعَةٌۭ فَإِذَا بَرَزُوا۟ مِنْ عِندِكَ بَيَّتَ طَآئِفَةٌۭ مِّنْهُمْ غَيْرَ ٱلَّذِى تَقُولُ ۖ وَٱللَّهُ يَكْتُبُ مَا يُبَيِّتُونَ ۖ فَأَعْرِضْ عَنْهُمْ وَتَوَكَّلْ عَلَى ٱللَّهِ ۚ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلًا
(Ya Rəsulum!) Onlar: (Sənə) itaət edirik!” – deyir, lakin sənin yanından çıxıb getdikləri zaman onların bir qismi dediyinin əksinə fikirləşir. Allah onların niyyətində olanları (əməl dəftərlərinə) yazır. Sən onlardan üz çevir, Allaha təvəkkül et! Allahın (sənə) vəkil olması kifayət edər!
(Ya Rəsulum!) Münafiqlər dilləri ilə sənə: "Əmrinə itaət edib, ona yerinə yetiririk!”– deyirlər. Amma sənin yanından çıxıb getdikdə isə, onların bir qismi gizlində səniə dediklərinin əksinə tədbir görər. Allah onların nə tədbir gördüklərini bilir və bu hiylələrinə görə onları cəzalandıracaqdır. Sən onlara fikir vermə, çünki onlar sənə heç bir zərər yetirə bilməzlər, sən işini Allaha həvalə et, Ona arxalan, Ona arxalanmaqın üçün vəkil olaraq Allah yetər!