Muslim99Muslim99
← Tafsir library

4. An-Nisaa

The Women · Medinan · 176 ayahs

سُورَةُ النِّسَاءِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 81–90 of 176

81

وَيَقُولُونَ طَاعَةٌۭ فَإِذَا بَرَزُوا۟ مِنْ عِندِكَ بَيَّتَ طَآئِفَةٌۭ مِّنْهُمْ غَيْرَ ٱلَّذِى تَقُولُ ۖ وَٱللَّهُ يَكْتُبُ مَا يُبَيِّتُونَ ۖ فَأَعْرِضْ عَنْهُمْ وَتَوَكَّلْ عَلَى ٱللَّهِ ۚ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلًا

(Ya Rəsulum!) Onlar: (Sənə) itaət edirik!” – deyir, lakin sənin yanından çıxıb getdikləri zaman onların bir qismi dediyinin əksinə fikirləşir. Allah onların niyyətində olanları (əməl dəftərlərinə) yazır. Sən onlardan üz çevir, Allaha təvəkkül et! Allahın (sənə) vəkil olması kifayət edər!

(Ya Rəsulum!) Münafiqlər dilləri ilə sənə: "Əmrinə itaət edib, ona yerinə yetiririk!”– de­yirlər. Amma sənin yanından çıxıb get­dik­də isə, on­la­rın bir qismi gizlində sə­niə de­diklərinin ək­­sinə tədbir görər­. Allah on­ların nə tədbir gördük­lə­ri­ni bilir və bu hiylələrinə görə onları cəzalandıracaqdır. Sən onlar­a fikir vermə, çünki onlar sənə heç bir zərər yetirə bilməzlər, sən işini Allaha həvalə et, Ona arxalan, Ona arxalanmaqın üçün vəkil ola­raq Allah yetər!

82

أَفَلَا يَتَدَبَّرُونَ ٱلْقُرْءَانَ ۚ وَلَوْ كَانَ مِنْ عِندِ غَيْرِ ٱللَّهِ لَوَجَدُوا۟ فِيهِ ٱخْتِلَٰفًۭا كَثِيرًۭا

Onlar Qur’an barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar.

Onlar sənin gətirdiyin Quranın Allah tərəfinfən olduğunu və həmçinin Quranda heç bir ixtilafa və ya ziddiyyəta yol verilmədiyini bilmək üçün onlar nəyə görə Quranı düşünüb, onu öyrənmirlər?! Əgər o, uca Allahdan başqa­sı tərəfindən ol­saydı, əlbəttə ki, onda Quranın əhkamlarında və mənalarında həddən çoxlu ixtilaf və ziddiyyat ta­pardı­lar.

83

وَإِذَا جَآءَهُمْ أَمْرٌۭ مِّنَ ٱلْأَمْنِ أَوِ ٱلْخَوْفِ أَذَاعُوا۟ بِهِۦ ۖ وَلَوْ رَدُّوهُ إِلَى ٱلرَّسُولِ وَإِلَىٰٓ أُو۟لِى ٱلْأَمْرِ مِنْهُمْ لَعَلِمَهُ ٱلَّذِينَ يَسْتَنۢبِطُونَهُۥ مِنْهُمْ ۗ وَلَوْلَا فَضْلُ ٱللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُۥ لَٱتَّبَعْتُمُ ٱلشَّيْطَٰنَ إِلَّا قَلِيلًۭا

Onlara (münafiqlərə bə’zi müsəlmanların sadəlövhlüyü üzündən döyuş meydanından) əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə dərhal onu yayarlar. Halbuki əgər (müsəlmanlar) bunu (münafiqlərə deyil), Peyğəmbərə və ya özlərindən (mö’minlərdən) olan ixtiyar (əmr) sahiblərinə demiş olsaydılar, əlbəttə, həmin xəbəri onun mahiyyətinə varan (belə bir xəbərin yayılmasının məqsədəuyğun olub-olmadığını tə’yin etməyə qadir olan) kimsələr bilərdilər. Əgər Allahın lütfü (mərhəməti) üzərinizdə olmasaydı, şübhəsiz ki, az bir qisminiz müstəsna olmaqla, Şeytana uyardınız.

Bu münafiqlərə müsəlmanların əmin-amanlıq, sevinc dolu və ya qor­xu, kədər xəbəri gəldikdə, dərhal onu aşkara çıxarıb ya­yar­lar. Hal­buki səbirli olub, bunu Peyğəmbərə - sallallahu aleyhi və səlləm -, habelə, özlərindən olan ixtiyar, elm və məsləhət sahib­lərinə çatdırsaydılar, ixtiyar və rəy sahibləri o xəbərin yayılmasının, yoxsa xalqdan gizlədilməsinin - hansı birinin daha düzgün olduğunu bilərdilər. Ey Möminlər! Əgər sizə İslam dini və Quran sayəsində Alla­hın lüt­fü və rəhmi olmasaydı, əlbəttə, bu münafiqlərin başlarına gələn sizin də başınıza gələr və az bir qis­miniz müstəsna ol­maq­la, şeytanın vəsvəsəsinə uyar­­­dı­nız.

84

فَقَٰتِلْ فِى سَبِيلِ ٱللَّهِ لَا تُكَلَّفُ إِلَّا نَفْسَكَ ۚ وَحَرِّضِ ٱلْمُؤْمِنِينَ ۖ عَسَى ٱللَّهُ أَن يَكُفَّ بَأْسَ ٱلَّذِينَ كَفَرُوا۟ ۚ وَٱللَّهُ أَشَدُّ بَأْسًۭا وَأَشَدُّ تَنكِيلًۭا

(Ya Rəsulum!) Allah yolunda vuruş (cihad et). Sən yalnız özünə cavabdehsən, lakin mö’minləri də (cihada) təşviq et! Ola bilsin ki, Allah kafirlərin gücünü qırmış (sizi kafirlərin qəzəbindən saxlamış) olsun. Allahın qəzəbi (qəhri) də, əzabı da çox şiddətlidir!

Ey Peyğəmbər! Sən Allah kəlməsini uca tutmaq üçün Allah yo­lun­da vu­ruş! Sən başqasına görə sorumlu deyilsən və başqasının əməlinə görə də cavab­dehlik daşımırsan. Sən döyüşdə yalnız özünə cavab­dehlik daşıyırsan. Mö­min­ləri də döyüşə təşviq et, həvəsləndir! Ola bilsin ki, Allah sizin döyüşməyinizin səbəbi ilə ka­firlərin qüv­və­sinin qarşısını alsın. Alla­­hın qüv­vəsi daha çox, cəzası daha şid­dət­lidir.

85

مَّن يَشْفَعْ شَفَٰعَةً حَسَنَةًۭ يَكُن لَّهُۥ نَصِيبٌۭ مِّنْهَا ۖ وَمَن يَشْفَعْ شَفَٰعَةًۭ سَيِّئَةًۭ يَكُن لَّهُۥ كِفْلٌۭ مِّنْهَا ۗ وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ مُّقِيتًۭا

Yaxşı işə vasitəçi olana (onun savabından), pis işə vasitəçi olana (onun günahından) bir pay düşür. Əlbəttə, Allah hər şeyə qadirdir. (Hər şeyin əvəzini verəndir).

Kim başqasına yaxşı bir işə vasitə­çi­lik etmək üçün səy edərsə, ona onun savab­ın­dan bir pay düşər, kim də başqasına pis bir işə va­sitəçilik etmək üçün səy edərsə, ona da onun gü­nahın­dan bir pay düşər. Allah insanın etdiyi hər bir şeyə şahiddir və etdiyi əməlinin əvəzini verəcəkdir. Sizdən kim xeyir işə səbəb olarsa onada xeyirdən payı vardır, kim də şər işə səbəb olarsa onada şərdən payı vardır.

86

وَإِذَا حُيِّيتُم بِتَحِيَّةٍۢ فَحَيُّوا۟ بِأَحْسَنَ مِنْهَآ أَوْ رُدُّوهَآ ۗ إِنَّ ٱللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَىْءٍ حَسِيبًا

Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır.

Sizə bir kəs salam verildiyi za­man onun salamını sizə verdiyi salamdan daha gö­zəl şəkildə ona qaytarın və ya ve­ri­lən sa­lamı olduğu kimi qaytarın! Salamı, veriləndən daha yaxşı şəkildə qaytarmaq daha əfzəldir. Hə­qi­qətən, Allah əməlləriniz üzərində gözətçidir və O, hər bir kəsə əməlinin əvəzini verəcəkdir.

87

ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ ۚ لَيَجْمَعَنَّكُمْ إِلَىٰ يَوْمِ ٱلْقِيَٰمَةِ لَا رَيْبَ فِيهِ ۗ وَمَنْ أَصْدَقُ مِنَ ٱللَّهِ حَدِيثًۭا

Allahdan başqa heç bir tanrı yoxdur. Olacağına şübhə edilməyən qiyamət günü hamınızı (bir yerə), əlbəttə, O toplayacaqdır. Allahdan daha doğru danışan kim ola bilər?!

Allahdan başqa haqq məbud yoxdur. O, baş verəcəyinə şübhə edilməyən Qi­yamət gü­nü əməllərinizin əvəzini vermək üçün əvvəlincinizi və axırıncınızı mütləq bir yerə top­la­ya­caqdır. Allah­dan da­ha doğ­ru danışan heç kim ola bilməz.

88

۞ فَمَا لَكُمْ فِى ٱلْمُنَٰفِقِينَ فِئَتَيْنِ وَٱللَّهُ أَرْكَسَهُم بِمَا كَسَبُوٓا۟ ۚ أَتُرِيدُونَ أَن تَهْدُوا۟ مَنْ أَضَلَّ ٱللَّهُ ۖ وَمَن يُضْلِلِ ٱللَّهُ فَلَن تَجِدَ لَهُۥ سَبِيلًۭا

Siz nə üçün münafiqlər barəsində iki hissəyə ayrıldınız? Halbuki Allah onları etdikləri əməllərinə görə əvvəlki hallarına (kafirliyə) qaytarmışdır. Siz Allahın (öz istəyi, öz iradəsi ilə küfr edəcəyini, azğın yola düşəcəyini, haqq yoldan azacağını əzəldən bildiyi üçün) azdırdığı kimsəni doğru yolamı gətirmək istəyirsiniz? Allahın sapdırdığı kimsə üçün heç bir (doğru) yol tapa bilməzsən!

Ey Möminlər! Sizə nə oldu ki, müna­fiq­lərlə rəftar etmək barə­sin­də bir dəstə, münafiqlərin etdikləri küfrlərə görə onlarla döyüşməyi, başqa bir dəstə isə qəlblərindəki imana görə onlarla döyüşməməyi deyərək iki müxtəlif dəstəyə ay­rıl­dı­nız?! Amma onlar barədə ixtiyafa düşməniz əbəs yerə idi. Halbuki Allah onları et­dik­ləri əməllərə görə küfrə və zəlalətə qay­tar­mışdır. Siz Alla­hın haqqa müvəffəq etmədiyi bir kimsəni doğru yola gətirməkmi­ is­tə­yir­si­niz?! Allahın azdırdığı kim­sə üçün əsla doğru yol ta­pa bil­məz­sən.

89

وَدُّوا۟ لَوْ تَكْفُرُونَ كَمَا كَفَرُوا۟ فَتَكُونُونَ سَوَآءًۭ ۖ فَلَا تَتَّخِذُوا۟ مِنْهُمْ أَوْلِيَآءَ حَتَّىٰ يُهَاجِرُوا۟ فِى سَبِيلِ ٱللَّهِ ۚ فَإِن تَوَلَّوْا۟ فَخُذُوهُمْ وَٱقْتُلُوهُمْ حَيْثُ وَجَدتُّمُوهُمْ ۖ وَلَا تَتَّخِذُوا۟ مِنْهُمْ وَلِيًّۭا وَلَا نَصِيرًا

Onlar özləri kafir olduqları kimi, sizin də kafir olub özlərilə bərabər olmanızı istərlər. Onlar Allah yolunda (Məkkədən) hicrət etməyənə qədər onlardan (özünüzə) dost tutmayın! Əgər onlardan (tövhiddən və hicrət etməkdən) üz çevirsələr, onları harada görsəniz, tutub öldürün. Onlardan özünüzə nə bir dost, nə də bir köməkçi tutun!

Münafiqlər sizə nazil edilənə özləri küfr etdik­ləri kimi, sizin də küfr edib özlərilə küfrdə ey­ni səviyyədə ol­manızı təmənna edərlər. Onlar, imanlarının əlaməti olaraq, şirk diyarından İslam diyarına Allah yolunda hicrət et­məyincə, etdikləri düşmənçiliyə görə onlardan heç birini özünüzə dost tut­ma­yın. Əgər üz çevir­ib, elə bu hal üzrə davam edərlərsə, on­ları hara­da gör­səniz, tutub öldürün. Onlar­dan özünüzə sirrinizi verəcək nə bir dost, düşməninizə qarşı sizə yardım edəcək nə də bir kö­mək­çi tutun.

90

إِلَّا ٱلَّذِينَ يَصِلُونَ إِلَىٰ قَوْمٍۭ بَيْنَكُمْ وَبَيْنَهُم مِّيثَٰقٌ أَوْ جَآءُوكُمْ حَصِرَتْ صُدُورُهُمْ أَن يُقَٰتِلُوكُمْ أَوْ يُقَٰتِلُوا۟ قَوْمَهُمْ ۚ وَلَوْ شَآءَ ٱللَّهُ لَسَلَّطَهُمْ عَلَيْكُمْ فَلَقَٰتَلُوكُمْ ۚ فَإِنِ ٱعْتَزَلُوكُمْ فَلَمْ يُقَٰتِلُوكُمْ وَأَلْقَوْا۟ إِلَيْكُمُ ٱلسَّلَمَ فَمَا جَعَلَ ٱللَّهُ لَكُمْ عَلَيْهِمْ سَبِيلًۭا

Ancaq sizinlə aralarında əhd olan bir tayfaya sığınanlar, yaxud sizinlə və ya öz qövmlərilə (Məkkə müşriklərilə) vuruşmaqdan ürəkləri sıxılaraq (xoşlanmayaraq) sizin yanınıza gələn şəxslər müstəsnadır. Əgər Allah istəsəydi, onları sizin üstünüzə qaldırardı və onlar da sizinlə vuruşardılar. Əgər onlar sizdən aralanıb bir tərəfə çəkilsələr və sizinlə vuruşmayıb sülh təklif etsələr, o zaman Allah sizin üçün onların əleyhinə çıxmağa heç bir yol qoymaz.

Ancaq sizinlə aralarında atəşkəs elan etmək haqqında əhd bağladığınız bir camaata sığı­nan­lar, yaxud si­zinlə və ya öz ca­maatı ilə vuru­şmaq istəmədikləri üçün sizin ya­nınıza gələn kimsələr istis­na­dır. Əgər Allah istəsəydi, on­la­ra sizə qarşı döyüşməyə imkan verər və onlar da sizinlə döyüşərdilər. Allahdan olan bu afiyəti qəbul edin və onları qətlə yetirərəkdən və ya əsir götürməkdən əl çəkin. Əgər onlar sizdən aralansalar, sizinlə vu­ruş­ma­sa­lar, atəşkəs elan edib və sülhə əməl etsələr, Allah sizə onları qətlə yetirməyə yaxud əsir götürməyə yol verməz.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.