Muslim99Muslim99
← Tafsir library

4. An-Nisaa

The Women · Medinan · 176 ayahs

سُورَةُ النِّسَاءِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 71–80 of 176

71

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ خُذُوا۟ حِذْرَكُمْ فَٱنفِرُوا۟ ثُبَاتٍ أَوِ ٱنفِرُوا۟ جَمِيعًۭا

Ey iman gətirənlər! Ehtiyatı əldən verməyib silahınızı götürün və (düşmənə qarşı cihada) ya dəstə-dəstə, ya da hamınız bir yerdə çıxın!

Ey Allaha iman gətirib Onun rəsuluna - səllallahu aleyhi və səlləm - tabe olan kimsələr! Düşmənlərinizlə döyüşmək üçün sizə yardım edən səbəblərdən yapışmaqla eh­ti­yatınızı əldən verməyin və düş­mənə qar­şı ya cammat-cammat halında, ya da hamı­nız birgə çıxın, bunlar hamısı sizin mənfəətiniz və düşməninizə sarsıdıcı əzab verməniz üçündür!

72

وَإِنَّ مِنكُمْ لَمَن لَّيُبَطِّئَنَّ فَإِنْ أَصَٰبَتْكُم مُّصِيبَةٌۭ قَالَ قَدْ أَنْعَمَ ٱللَّهُ عَلَىَّ إِذْ لَمْ أَكُن مَّعَهُمْ شَهِيدًۭا

Aranızda elələri də (münafiqlər) vardır ki, (siz cihada çıxdıqda) ağır tərpənər və əgər sizə bir müsibət üz versə: “Allah mənə lütf etdi ki, onlarla birlikdə (döyüşdə) olmadım”, - deyər.

Ey Müsəlmanlar! İçərinizdə elələri də var ki, düşməninizə qarşı döyüşə çıxdıqda qorxularından ləng tərpənər həm də başqalarını ləngidərlər. Onlar münafiqlər və imanı zəyif kimsələrdir. Əgər döyüşdə sizdən kimsə qətlə yetirilərsə və ya sizə bir müsibət üz verərsə, onlardan bəziləri salamat qaldığına sevinərək: "Allah mə­nə lütf etdi, on­larla birlikdə döyüşə getmədim, yoxsa onların başına gələn bəlaya məndə düçar ol­madım"– deyər.

73

وَلَئِنْ أَصَٰبَكُمْ فَضْلٌۭ مِّنَ ٱللَّهِ لَيَقُولَنَّ كَأَن لَّمْ تَكُنۢ بَيْنَكُمْ وَبَيْنَهُۥ مَوَدَّةٌۭ يَٰلَيْتَنِى كُنتُ مَعَهُمْ فَأَفُوزَ فَوْزًا عَظِيمًۭا

Əgər Allah tərəfindən sizə bir ne’mət (qabiliyyət) yetişərsə, o zaman guya aranızda heç bir dosluq yoxmuş kimi: “Kaş ki, mən də onlarla birlikdə olub böyük bir qənimət əldə edəydim!” (söyləyərlər).

Ey Müsəlmanlar! Əgər Allahdan sizə yardım yaxud qənimət əldə etmək kimi bir lütf yeti­şərsə, cihaddan qeri qalan kimsə sanki o, sizdən deyil və si­zin­lə onun ara­sında heç bir məhəbbət, dostluq yox­muş kimi: "Kaş, mən də bu döyüşdə on­lar­la birlik­də olub onların qazandığı kimi məndə qənimətdən böyük bir pay qa­zanaydım!"– deyər.

74

۞ فَلْيُقَٰتِلْ فِى سَبِيلِ ٱللَّهِ ٱلَّذِينَ يَشْرُونَ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا بِٱلْءَاخِرَةِ ۚ وَمَن يُقَٰتِلْ فِى سَبِيلِ ٱللَّهِ فَيُقْتَلْ أَوْ يَغْلِبْ فَسَوْفَ نُؤْتِيهِ أَجْرًا عَظِيمًۭا

Elə isə, qoy dünyanı verib əvəzində axirəti satın alanlar Allah yolunda vuruşsunlar. Hər kim Allah yolunda vuruşaraq ölərsə və ya (düşmənə) qalib gələrsə, ona böyük mükafat verəcəyik.

Qoy dünya həyatınıdan üz çevirib axirəti istəyərək satın alan sadiq möminlər Allahın kəlməsini ucaltmaq üçün Onun yolunda vuruşsunlar. Kim Allah yolunda, Allahın kəlməsini ucaltmaq üçün vuruşub şəhid olaraq öldürülərsə və ya düşmənlə qarşı-qarşıya gəlib düşmən üzərində qələbə çalarsa, Allah ona böyük bir mükafat verər bu mükafat isə cənnət və Allahın razılığıdır.

75

وَمَا لَكُمْ لَا تُقَٰتِلُونَ فِى سَبِيلِ ٱللَّهِ وَٱلْمُسْتَضْعَفِينَ مِنَ ٱلرِّجَالِ وَٱلنِّسَآءِ وَٱلْوِلْدَٰنِ ٱلَّذِينَ يَقُولُونَ رَبَّنَآ أَخْرِجْنَا مِنْ هَٰذِهِ ٱلْقَرْيَةِ ٱلظَّالِمِ أَهْلُهَا وَٱجْعَل لَّنَا مِن لَّدُنكَ وَلِيًّۭا وَٱجْعَل لَّنَا مِن لَّدُنكَ نَصِيرًا

(Ey müsəlmanlar!) Sizə nə olub ki, Allah yolunda (hicrət etməyib, yaxud əsir kimi Məkkədə qalıb): “Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən (Məkkədən) kənara çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!” – deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?

Ey Möminlər! Sizə, Allah kəlməsini uca tutmaq üçün Allah yolunda və Allaha: "Ey Rəbbimiz! Bi­zi əha­li­si Allaha şərik qoşan və Allahın qullarına qarşı həddi aşaraq zülüm edən Məkkədən çı­xart, bizə Öz tərəfindən bizi qoruyan, qayğımıza qalan bir hi­mayəçi və bizi zərərdən müdafiə edəb bir yardımçı göndər!"– dua deyərək deyən zəif ki­şi­ləri, qadın­ları və uşaqları xilas ermək üçün cihad etməkdən mane olan nədir?!

76

ٱلَّذِينَ ءَامَنُوا۟ يُقَٰتِلُونَ فِى سَبِيلِ ٱللَّهِ ۖ وَٱلَّذِينَ كَفَرُوا۟ يُقَٰتِلُونَ فِى سَبِيلِ ٱلطَّٰغُوتِ فَقَٰتِلُوٓا۟ أَوْلِيَآءَ ٱلشَّيْطَٰنِ ۖ إِنَّ كَيْدَ ٱلشَّيْطَٰنِ كَانَ ضَعِيفًا

İman gətirənlər Allah yolunda, kafir olanlar isə Şeytan yolunda vuruşurlar. O halda Şeytanın dostlarıyla (kafirlərlə) vuruşun! Şübhəsiz ki, Şeytanın hiyləsi zəifdir!

Sadiq mömünlər Allah kəlməsini uca tutmaq üçün Allah yo­lun­da, kafirlər isə öz ilahları yo­lunda döyüşürlər. Elə isə siz şeytanın köməkçiləri ilə döyüşün! Əgər siz onlarla döyüşsəniz, onları məğlub edəcəksiniz. Çünki şey­ta­nın hiyləsi zəifdir, onun hiyləsi Uca Allaha təvəkkül edənlərə zərər yetirə bilməz.

77

أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ قِيلَ لَهُمْ كُفُّوٓا۟ أَيْدِيَكُمْ وَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتُوا۟ ٱلزَّكَوٰةَ فَلَمَّا كُتِبَ عَلَيْهِمُ ٱلْقِتَالُ إِذَا فَرِيقٌۭ مِّنْهُمْ يَخْشَوْنَ ٱلنَّاسَ كَخَشْيَةِ ٱللَّهِ أَوْ أَشَدَّ خَشْيَةًۭ ۚ وَقَالُوا۟ رَبَّنَا لِمَ كَتَبْتَ عَلَيْنَا ٱلْقِتَالَ لَوْلَآ أَخَّرْتَنَآ إِلَىٰٓ أَجَلٍۢ قَرِيبٍۢ ۗ قُلْ مَتَٰعُ ٱلدُّنْيَا قَلِيلٌۭ وَٱلْءَاخِرَةُ خَيْرٌۭ لِّمَنِ ٱتَّقَىٰ وَلَا تُظْلَمُونَ فَتِيلًا

(Ya Rəsulum!) O şəxsləri görmürsənmi ki, onlara (vaxtilə): “(Müharibədən) əl çəkin, namaz qılın, zəkat verin!” – deyilmişdi. Onlara cihad etmək vacib olduqda isə, içərilərindən bir qismi Allahdan qorxan kimi və ya daha artıq bir qorxu ilə insanlardan qorxuya düşərək: “Ey Rəbbimiz! Cihad etməyi nə üçün bizə vacib etdin, nə olardı ki, bizi yaxın zamana qədər (öz əcəlimiz çatana qədər) yubandıraydın! (Daha bir müddət cihadı bizə vacib buyurmayaydın!)” – dedilər. Onlara söylə:” Dünyanın ləzzəti və faydası azdır, lakin müttəqilər üçün axirət daha xeyirlidir. Sizə (müttəqilərə) xurma çərdəyində olan nazik tel qədər belə zülm olunmayacaq!”

Ey Peyğəmbər! Məgər sən, özlərinə cihadın fərz edilməsini istəyən bəzi əshabını gör­mədinmi? Onlara: "Mü­haribə­dən əl çəkin, namaz qılın və zə­kat ve­rin - bu, cihad fərz edilməzdən əvvəl idi"– deyilmişdi. Elə ki, Mədinəyə hicrət etdilər, İslam qüvvətləndi və on­lara döyüşmək fərz buyrulduqda, bu onlardan bəzilərinə ağır gəldi və onlar Allahdan qorx­duq­la­rı ki­mi, hətta daha artıq qorxu ilə in­­san­lardan qorx­dular və: "Ey Rəbbi­miz! Nə üçün döyüşməyi bizə fərz buyurdun? Nə olardı ki, dünyadan ləzzət almaq üçün bi­zə yaxın vax­ta­dək möh­lət verəy­din!"– dedi­lər. Ey Peyğəmbər! De: "Dün­yanın ləz­zəti nə qədər çox olsada az­ və müvəqqətidir, Uca Allahdan qorxanlar üçün, nemətləri daimi olduğuna görə axi­rət daha xeyirlidir. Sizin xur­ma çər­də­yin­dəki lif qədər belə saleh əməllərinizdən heç bir azaldılmaz".

78

أَيْنَمَا تَكُونُوا۟ يُدْرِككُّمُ ٱلْمَوْتُ وَلَوْ كُنتُمْ فِى بُرُوجٍۢ مُّشَيَّدَةٍۢ ۗ وَإِن تُصِبْهُمْ حَسَنَةٌۭ يَقُولُوا۟ هَٰذِهِۦ مِنْ عِندِ ٱللَّهِ ۖ وَإِن تُصِبْهُمْ سَيِّئَةٌۭ يَقُولُوا۟ هَٰذِهِۦ مِنْ عِندِكَ ۚ قُلْ كُلٌّۭ مِّنْ عِندِ ٱللَّهِ ۖ فَمَالِ هَٰٓؤُلَآءِ ٱلْقَوْمِ لَا يَكَادُونَ يَفْقَهُونَ حَدِيثًۭا

Harada olursunuz olun, hətta uca (möhkəm) qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq. (Ya Rəlulum!) Onlara (yəhudilərə və münafiqlərə) bir xeyir yetişdikdə: “Bu Allahdandır!” – deyərlər, bir pislik üz verdikdə isə: “Bu səndəndir!” – söyləyərlər. (Onlara) de: “Hamısı Allahdandır”. Bu camaata nə olub ki, az qala söz də anlamır!

Harada olursunuzsa olun, hətta döyüş meydanından uzaq bir yerdə, möhkəm qəsirlər içərisində ol­sanız belə əcəliniz gəldikdə ölüm sizi haqlayacaqdır. Bu münafiqlərə, övlad və ya bol ruzi kimi sevdikləri bir yaxşılıq üz ver­dik­də: "Bu, Allahdandır!" – deyər, övlad və ruzilərində xoşlamadıqları bir pislik üz verdikdə isə Peyğəmbərə - sallallahu aleyhi və səlləm - qarşı bədbinlik edərək: "Bu pislik, sənin səbəbindəndir!"– deyərlər. Ey Peyğəmbər! Onlara cavab olaraq de: "Xoşladığınız və xoşlamadığınızın ha­mısı Allahın qəza və qədəri ilədir!". Bu söz deyən adam­la­ra nə olub ki, az qala sənin onlara dediyin kəlamı də anlamırlar?!

79

مَّآ أَصَابَكَ مِنْ حَسَنَةٍۢ فَمِنَ ٱللَّهِ ۖ وَمَآ أَصَابَكَ مِن سَيِّئَةٍۢ فَمِن نَّفْسِكَ ۚ وَأَرْسَلْنَٰكَ لِلنَّاسِ رَسُولًۭا ۚ وَكَفَىٰ بِٱللَّهِ شَهِيدًۭا

(Ey insan!) Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir. (Ya Rəsulum!) Biz səni insanlara peyğəmbər göndərdik. Allahın buna şahid olması (sənə) kifayət edər.

Ey adəm övladı! Sənə gələn övlad və ya ruzi kimi xoşladığın bir yaxşılıq Allah­­­dan­dır və bu, Allahın sənə olan lütfü sayəsinədir. Sənə övladında və ya ruzində xoşlamadığın üz vermiş bə­la isə etdiyin günahlar səbəbindən sənin özün­dəndir. Ey Peyğəmbər! Biz sə­ni, Rəbbinin risaləsini Allahdan in­san­lara çatdırmaq üçün bütün bəşəriyyətə elçi gön­dərdik. Allahın sənə verdiyi dəlillərlə, Allahdan insanlara çatdırdığının doğru olduğuna şa­hid ola­raq Allah yetər.

80

مَّن يُطِعِ ٱلرَّسُولَ فَقَدْ أَطَاعَ ٱللَّهَ ۖ وَمَن تَوَلَّىٰ فَمَآ أَرْسَلْنَٰكَ عَلَيْهِمْ حَفِيظًۭا

Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur. Kim üz döndərsə (qoy döndərsin)! Biz ki səni onların üzərində gözətçi olaraq göndərməmişik.

Kim ona əmr olunana tabe olub, qadağalardan çəkinərək Peyğəmbərə itaət edər­sə, artıq Alla­hın əmrinə cavab vermiş olar. Ey Peyğəmbər! Kim Sənə itaətdən üz çevi­rər­sə, onlardan ötrü kədərlənmə, Biz sə­ni onun üzərində əməlini mühafizə edən on­lar gözətçi gön­dər­mə­mi­şik. Onun əməlini yazıb, mühasibə etmək yalnız Biziə aiddir.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.