Muslim99Muslim99
← Tafsir library

4. An-Nisaa

The Women · Medinan · 176 ayahs

سُورَةُ النِّسَاءِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 51–60 of 176

51

أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ أُوتُوا۟ نَصِيبًۭا مِّنَ ٱلْكِتَٰبِ يُؤْمِنُونَ بِٱلْجِبْتِ وَٱلطَّٰغُوتِ وَيَقُولُونَ لِلَّذِينَ كَفَرُوا۟ هَٰٓؤُلَآءِ أَهْدَىٰ مِنَ ٱلَّذِينَ ءَامَنُوا۟ سَبِيلًا

(Ya Rəsulum!) Kitabdan (Tövratdan və ya yazıb-oxumaqdan) bir pay (az bir şey) verilənləri (yəhudiləri) görmürsənmi? Onlar Cibt və Tağuta (bu adda iki bütə, yaxud Cibt adlı bütə və Tağut deyilən Şeytana) inanır və kafirlər üçün də: “Bunlar mö’minlərdən daha doğru yoldadırlar”, - deyirlər.

Ey Peyğəmbər! Allah özlərinə elmdən pay verilmiş yəhudiləri görüb, onların bu halından təəccüb etmirsənmi?! Onlar Allahdan başqa ibadət etdiklərinə inan­maqla yanaşı, hələ bir müşriklər üçün də yalandan: "Onlar Muhəmmədin - sallallahu aleyhi və səlləm - səhabələrindən daha doğru yol­dadırlar"– deyirlər.

52

أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ لَعَنَهُمُ ٱللَّهُ ۖ وَمَن يَلْعَنِ ٱللَّهُ فَلَن تَجِدَ لَهُۥ نَصِيرًا

Onlar Allahın lə’nət etdiyi kimsələrdir. Allahın lə’nət etdiyi kimsəyə isə heç bir kömək edən tapa bilməzsən!

Məhz bu cür batil əqidə sahibləri, Allahın rəhmətindən qovulmuş kimsələrdir. Allah kimi rəhmətindən qovarsa, ona kömək edən heç bir yardımçı tapmazsan.

53

أَمْ لَهُمْ نَصِيبٌۭ مِّنَ ٱلْمُلْكِ فَإِذًۭا لَّا يُؤْتُونَ ٱلنَّاسَ نَقِيرًا

Yoxsa onların (dünyada) hökmranlıqdan bir payı vardır? Əgər elə olsaydı, onlar insanlara xurma çərdəyinin bir tumurcuğunu (zərrəsini) belə verməzdilər.

Onların mülkdən bir payı yoxdur. Əgər belə ol­say­dı, on­lar in­sanlara heç bir şey, hətta xurma çər­dəyi­ndəki oyuq qədər bir şey verməzdi­lər.

54

أَمْ يَحْسُدُونَ ٱلنَّاسَ عَلَىٰ مَآ ءَاتَىٰهُمُ ٱللَّهُ مِن فَضْلِهِۦ ۖ فَقَدْ ءَاتَيْنَآ ءَالَ إِبْرَٰهِيمَ ٱلْكِتَٰبَ وَٱلْحِكْمَةَ وَءَاتَيْنَٰهُم مُّلْكًا عَظِيمًۭا

Yoxsa onlar Allahın öz ne’mətindən bəxş etdiyi şeylərə görə insanlara həsəd aparırlar? Halbuki Biz İbrahim övladına da kitab və hikmət vermişdik və onlara böyük mülk (hökmranlıq) bəxş etmişdik.

Əksinə, onlar Allahın Öz lüt­fün­dən Muhəmmədə - sallallahu aleyhi və səlləm - peyğəmbərlik, səhabələrinə də iman bəxş etməsinə,üstəlik, onları yer üzərində bərqərar etdiyinə görə həsəd aparır­lar. Onlara nə üçün həsəd aparırlar, axı biz İbrahim nəs­li­nə nazil edilən kitab bəxş etmiş və on­la­ra kitabdan başaq heç bir şey vəhv etməmişdik, biz insanlardan savayı onlara bö­yük bir səltənət vermiş­dik!

55

فَمِنْهُم مَّنْ ءَامَنَ بِهِۦ وَمِنْهُم مَّن صَدَّ عَنْهُ ۚ وَكَفَىٰ بِجَهَنَّمَ سَعِيرًا

Onlardan (yəhudilərdən) kimisi ona (İbrahimə, yaxud Muhəmmədə və ya ilahi kitaba) iman gətirdi, kimisi də ondan üz döndərdi. (Üz döndərənlərə) Cəhənnəmin alovlanmış odu kifayət edər!

Kitab əhlindən kimisi Allahın İbrahimə - aleyhissəlam - və onun nəslindən olan peyğəmbərlərə nazil etdiyinə iman gətirdi, kimisi də on­a iman etməkdən üz çevirdi. Bu onların Muhəmməd peyğəmbərə - sallallahu aleyhi və səlləm - nazil edilənə münasibətləridir. Cəhənnəm odu onlardan küfür edənlərə layiqli əzabdır.

56

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ بِـَٔايَٰتِنَا سَوْفَ نُصْلِيهِمْ نَارًۭا كُلَّمَا نَضِجَتْ جُلُودُهُم بَدَّلْنَٰهُمْ جُلُودًا غَيْرَهَا لِيَذُوقُوا۟ ٱلْعَذَابَ ۗ إِنَّ ٱللَّهَ كَانَ عَزِيزًا حَكِيمًۭا

Ayələrimizi inkar edənləri oda (Cəhənnəmə) atacağıq. Onların dəriləri bişdikcə, əzabı (həmişə) dadsınlar deyə, o dəriləri başqası ilə əvəz edəcəyik. Əlbəttə, Allah yenilməz qüvvət, hikmət sahibidir!

Şübhəsiz ki, ayələrimizi in­kar edən­ləri Qiyamət günü, onları əhatə edən oda daxil edəcəyik. Hər də­fə on­ların dəriləri yan­dıq­ca, əzabı onlara daimi olsun deyə, Biz o də­ri­ləri başqa də­ri­lərlə əvəz edəcəyik. Həqi­qə­tən, Allah yenilməz qüvvət sahibidir, heç kimsə Onu məğlub edə bilməz, gördüyü işlərində və yerdiyi hökmlərində hikmət sahibidir.

57

وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ سَنُدْخِلُهُمْ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدًۭا ۖ لَّهُمْ فِيهَآ أَزْوَٰجٌۭ مُّطَهَّرَةٌۭ ۖ وَنُدْخِلُهُمْ ظِلًّۭا ظَلِيلًا

İman gətirən və yaxşı işlər görən şəxsləri (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyik ki, orada əbədi qalsınlar. Orada onları pak zövcələr gözləyir. Biz onları daim rahatlıq verən sıx (ləzzətli) kölgəlikdə yerləşdirəcəyik.

Allaha iman gətirib Onun rəsuluna - səllallahu aleyhi və səlləm - tabe olub saleh əməl­lər edən­ləri isə Qiyamət günü qəsrləri al­tın­dan çay­lar axan, içində əbədi qalacaqları cən­nətlərə da­xil edə­cə­yik. Bu cənnətlərdən, onlar üçün hər bir pislikdən pak zövcələr var­dır. Biz on­la­rı nə isti, nə də ki, soyuq olmayan daima sıx köl­gəlik­də yer­ləş­di­rə­­cə­yik.

58

۞ إِنَّ ٱللَّهَ يَأْمُرُكُمْ أَن تُؤَدُّوا۟ ٱلْأَمَٰنَٰتِ إِلَىٰٓ أَهْلِهَا وَإِذَا حَكَمْتُم بَيْنَ ٱلنَّاسِ أَن تَحْكُمُوا۟ بِٱلْعَدْلِ ۚ إِنَّ ٱللَّهَ نِعِمَّا يَعِظُكُم بِهِۦٓ ۗ إِنَّ ٱللَّهَ كَانَ سَمِيعًۢا بَصِيرًۭا

Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Həqiqətən, Allahın bununla (belə bir tapşırıqla) sizə verdiyi öyüd necə də gözəldir! Əlbəttə, Allah (hər şeyi) eşidəndir, görəndir!

Həqiqətən, Allah sizə əmanət edilən hər bir şeyi sahiblərinə qaytar­manızı əmr edir. İnsanlar ara­sında hökm verər­kən ədalətlə hökm vermənizi və kiməsə meyil edib, verdiyiniz hökmdə zülüm etməmənizi əmr edir. Allahın si­zə ver­di­yi bu öyüd-nəsihət və sizə göstərdiyi bu yol ne­cə də gözəldir! Şüb­hə­siz ki, Allah sözlərinizi eşidəndir, əməllərinizi gö­rəndir.

59

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَطِيعُوا۟ ٱللَّهَ وَأَطِيعُوا۟ ٱلرَّسُولَ وَأُو۟لِى ٱلْأَمْرِ مِنكُمْ ۖ فَإِن تَنَٰزَعْتُمْ فِى شَىْءٍۢ فَرُدُّوهُ إِلَى ٱللَّهِ وَٱلرَّسُولِ إِن كُنتُمْ تُؤْمِنُونَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ ۚ ذَٰلِكَ خَيْرٌۭ وَأَحْسَنُ تَأْوِيلًا

Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə e’tibarilə daha yaxşıdır.

Ey Allaha iman gətirib Onun rəsuluna - səllallahu aleyhi və səlləm - tabe olan kimsələr! Alla­ha itaət edin, Peyğəmbərə - səllallahu aleyhi və səlləm -, əmr etdiklərini yerinə yetirərək və qadağalardan çəkinərək itaət edin və özü­nüzdən olan rəh­bərlərə də Allaha asi olan işləri sizə əmr etmədikcə itaət edin. Əgər bir şey haq­qında ixtilaf et­sə­niz, Allaha və Axirət gününə ina­­nır­­sı­nız­sa, Allahın kitabına və Peyğəmbərin - sallallahu aleyhi və səlləm - sünnəsinə qaytarın. Çünki, Kitab və sünnəyə qayıtmaq, ixtilaf etməkdən və ağıla əsaslanaraq danışmaqdansa daha xe­yirli və nəticə etibarilə daha yaxşıdır.

60

أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ يَزْعُمُونَ أَنَّهُمْ ءَامَنُوا۟ بِمَآ أُنزِلَ إِلَيْكَ وَمَآ أُنزِلَ مِن قَبْلِكَ يُرِيدُونَ أَن يَتَحَاكَمُوٓا۟ إِلَى ٱلطَّٰغُوتِ وَقَدْ أُمِرُوٓا۟ أَن يَكْفُرُوا۟ بِهِۦ وَيُرِيدُ ٱلشَّيْطَٰنُ أَن يُضِلَّهُمْ ضَلَٰلًۢا بَعِيدًۭا

(Ya Rəsulum!) Sənə nazil edilənə (Qur’ana) və səndən əvvəl nazil edilənlərə (Tövrata, İncilə) iman gətirdiklərini iddia edənləri (münafiqləri) görmürsənmi? Onlar Tağutun (Şeytanın) hüzurunda mühakimə olunmaq (Şeytanın məhkəməsinə müraciət etmək) istəyirlər. Halbuki onlara (Şeytana) inanmamaları əmr olunmuşdur. Şeytan isə onları (doğru yoldan) çox uzaq olan zəlalətə sürükləmək istər

Ey Peyğəmbər! Sənə nazil edilənə və sən­dən əv­vəl göndərilən rəsullara nazil edilənlərə iman gə­tir­diklərini yalandan iddia edən­ yəhudilərdən olan münafiqlərin bir-birinə zidd əməllərini gör­mürsənmi?! Onlar mübahisə etdikdə mü­ha­kimə olun­­ma­la­rı üçün Allahın şəriətinə deyil, insanların qoyduğu qanunlarla mü­ra­ci­ət et­mək istəyirlər. Hal­buki onlara buna inanmamaları əmr olun­muş­dur. Şey­tan isə onların güzgün yolu tutmamaları üçün onları haqqdan çox uzaqlaşdırmaq istəyir.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.