أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ أُوتُوا۟ نَصِيبًۭا مِّنَ ٱلْكِتَٰبِ يُؤْمِنُونَ بِٱلْجِبْتِ وَٱلطَّٰغُوتِ وَيَقُولُونَ لِلَّذِينَ كَفَرُوا۟ هَٰٓؤُلَآءِ أَهْدَىٰ مِنَ ٱلَّذِينَ ءَامَنُوا۟ سَبِيلًا
(Ya Rəsulum!) Kitabdan (Tövratdan və ya yazıb-oxumaqdan) bir pay (az bir şey) verilənləri (yəhudiləri) görmürsənmi? Onlar Cibt və Tağuta (bu adda iki bütə, yaxud Cibt adlı bütə və Tağut deyilən Şeytana) inanır və kafirlər üçün də: “Bunlar mö’minlərdən daha doğru yoldadırlar”, - deyirlər.
Ey Peyğəmbər! Allah özlərinə elmdən pay verilmiş yəhudiləri görüb, onların bu halından təəccüb etmirsənmi?! Onlar Allahdan başqa ibadət etdiklərinə inanmaqla yanaşı, hələ bir müşriklər üçün də yalandan: "Onlar Muhəmmədin - sallallahu aleyhi və səlləm - səhabələrindən daha doğru yoldadırlar"– deyirlər.