Yəhudilərdən Allahın nazil etdiyi kəlamı dəyişən, üstəlik, bu kəlamı, Allahın nazil etdiyindən başqa mənaya yozan, Peyğəmbər - sallallahu aleyhi və səlləm - onlara bir iş əmr etdikdə: "Sözünü eşitdik və əmrinə asi olduq" və istehza edərək: "Sözümüzü eşit, eşitməz olasan", dillərini əyərək, Peyğəmbərə - sallallahu aleyhi və səlləm - bəd dua etmək və onun dininə tənə etmək məqsədi ilə: "Raina!" yəni: "Bizi eşit" – sözünü deməklə, "ər-Ruunəh" yəni: "Axmaq, səfeh, ağılsız" sözünə eyham edən pis bir tayfa da vardır. Əgər onlar: "Sözünü eşitdik və əmrinə asi olduq" deməyin əvəzinə "Sözünü eşitdik və əmrinə itaət etdik!" və "Eşit, eşitməz olasan" deməyin əvəzinə "Eşit" və "Raina!" yəni: "Bizi eşit" deməyin əvəzinə "Dediyini anlamaq üçün bizə nəzər yetir"– desəydilər, Peyğəmbərlə - sallallahu aleyhi və səlləm - ona layiq gözəl ədəb-ərkanla rəftar etmə baxımından əlbəttə, onlar üçün birinci dediklərindən daha xeyirli və daha ədalətli olardı. Lakin Allah onları küfrlərinə görə lənətlədi və onları Öz rəhmətindən qovdu. Yəhudilər, özlərinə fayda verəcək dərəcədə iman gətirməzlər.