Muslim99Muslim99
← Tafsir library

4. An-Nisaa

The Women · Medinan · 176 ayahs

سُورَةُ النِّسَاءِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 41–50 of 176

41

فَكَيْفَ إِذَا جِئْنَا مِن كُلِّ أُمَّةٍۭ بِشَهِيدٍۢ وَجِئْنَا بِكَ عَلَىٰ هَٰٓؤُلَآءِ شَهِيدًۭا

(Ya Rəsulum!) Hər ümmətdən (peyğəmbərini) bir şahid gətirəcəyimiz və səni də onlara şahid tə’yin edəcəyimiz zaman (kafirlərin halı) nə cür olacaq?

Ey Peyğəmbər! Qiyamət günü biz hər ümmətin peyğəmbərini onların etdikləri əməllərə şahid gə­ti­rdikdə, səni də, öz ümmətinə şa­hid gətirdikdə insanların halı necə ola­caq?!

42

يَوْمَئِذٍۢ يَوَدُّ ٱلَّذِينَ كَفَرُوا۟ وَعَصَوُا۟ ٱلرَّسُولَ لَوْ تُسَوَّىٰ بِهِمُ ٱلْأَرْضُ وَلَا يَكْتُمُونَ ٱللَّهَ حَدِيثًۭا

O gün Allahı dananlar və Peyğəmbərə asi olanlar yerlə yeksan olmağı arzu edərlər və heç bir sözü Allahdan gizlədə bilməzlər!

Allaha küfr edib Onun peyğəmbərinə - səllallahu aleyhi və səlləm - asi olan­lar o əzəmətli gündə torpaq olub, yerlə bərabər olmalarını təmənna edə­r və etdikləri əməllərdən heç bir şeyi Allahdan giz­lədə bilməzələr. Çünki Allah, o gün onların ağızlarına möhürləyər, danışa bilməzlər və Allah onların əzalarına izin verər, əzaları onların etdikləri əməllərə şahidlik edərlər.

43

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَقْرَبُوا۟ ٱلصَّلَوٰةَ وَأَنتُمْ سُكَٰرَىٰ حَتَّىٰ تَعْلَمُوا۟ مَا تَقُولُونَ وَلَا جُنُبًا إِلَّا عَابِرِى سَبِيلٍ حَتَّىٰ تَغْتَسِلُوا۟ ۚ وَإِن كُنتُم مَّرْضَىٰٓ أَوْ عَلَىٰ سَفَرٍ أَوْ جَآءَ أَحَدٌۭ مِّنكُم مِّنَ ٱلْغَآئِطِ أَوْ لَٰمَسْتُمُ ٱلنِّسَآءَ فَلَمْ تَجِدُوا۟ مَآءًۭ فَتَيَمَّمُوا۟ صَعِيدًۭا طَيِّبًۭا فَٱمْسَحُوا۟ بِوُجُوهِكُمْ وَأَيْدِيكُمْ ۗ إِنَّ ٱللَّهَ كَانَ عَفُوًّا غَفُورًا

Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər və cunub (murdar) olduğunuz zaman - yol ötən müsafirlər müstəsnadır - qüsl edənədək namaza (namaz qılınan yerə) yaxınlaşmayın. Xəstələndikdə və ya səfərdə olduqda, sizlərdən biri ayaq yolundan gəldikdə, yaxud qadınlara toxunmuş (yaxınlıq etmiş) olduqda (qüsl və dəstəmaz üçün) su tapmadığınız zaman pak bir torpaqla təyəmmüm edin, (ovuclarınızı) üzünüzə və əllərinizə sürtün! Şübhəsiz ki, Allah əfv edəndir, bağışlayandır!

Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Sər­xoş halda ikən, sərxoşluqdan ayılıb nə dediyinizi anla­ya­na qə­dər - bu hökm, şərab haram edilməzdən əvvəl idi -, eləcə də, cunub olduğunuz halda nama­za yaxın­ durmayın. Məsciddə oturmadan oradan keçmək müstəsna olmaqla qüsl edənə­dək cunub olduğunuz halda məscidlərə daxil olmayın. Əgər xəstə olduğunuza görə sudan istifadə edə bilməsəniz və ya səfərdə olsanız, yaxud sizlər­dən biri ayaq yolun­dan gəlibsə və ya qadın­lar­la yaxın­lıq etmişsinizsə, su tap­ma­sa­nız, təmiz tor­paqla təyəm­müm edin, üzünüzə və əllə­ri­nizə sür­tün! Hə­qi­qətən, Allah bacarmadığınız şeyləri əfv edən­­dir, sizə qarşı bağış­la­yan­dır.

44

أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ أُوتُوا۟ نَصِيبًۭا مِّنَ ٱلْكِتَٰبِ يَشْتَرُونَ ٱلضَّلَٰلَةَ وَيُرِيدُونَ أَن تَضِلُّوا۟ ٱلسَّبِيلَ

(Ya Rəsulum!) Məgər sən kitabdan (Tövratdan) bir pay verilmiş oəanları (yəhudi alimlərini) görmürsənmi ki, onlar zəlaləti satın alır və sizin də (doğru) yoldan azmanızı istəyirlər?

Ey Peyğəmbər! Məgər Allahın Tövrat vasitəsi ilə özlərinə elmdən pay ve­rilmiş yəhudilərin haqqı azğınlıqla dəyişdiklərini bilmirsənmi?! Ey Möminlər! Onlar sizi, Peyğəmbərin gətirdiyi düzgün yoldan azdırıb, öz əyri yolları ilə getmənizə hərisdirlər!

45

وَٱللَّهُ أَعْلَمُ بِأَعْدَآئِكُمْ ۚ وَكَفَىٰ بِٱللَّهِ وَلِيًّۭا وَكَفَىٰ بِٱللَّهِ نَصِيرًۭا

Allah sizin düşmənlərinizi (sizdən) daha yaxşı tanıyır. Bir dost və yardımçı kimi Allah (sizə) kifayət edər!

Ey Möminlər! İzzət və Cəlal sahib olan Allah sizin düşmənləri­nizi sizdən daha yaxşı tanıyır, Allah sizə onlar barədə xəbər vermiş və onların sizə qarşı bəslədikləri düşmənçiliyi bəyan etmişdir. Himayədar ola­raq Allah yetər və sizi onların şərindən hifz edər! Yardımçı olaraq Allah yetər, sizi onların hiylələrindən və əziyyətlərindən qoruyar və onlara qarşı sizə kömək edər!

46

مِّنَ ٱلَّذِينَ هَادُوا۟ يُحَرِّفُونَ ٱلْكَلِمَ عَن مَّوَاضِعِهِۦ وَيَقُولُونَ سَمِعْنَا وَعَصَيْنَا وَٱسْمَعْ غَيْرَ مُسْمَعٍۢ وَرَٰعِنَا لَيًّۢا بِأَلْسِنَتِهِمْ وَطَعْنًۭا فِى ٱلدِّينِ ۚ وَلَوْ أَنَّهُمْ قَالُوا۟ سَمِعْنَا وَأَطَعْنَا وَٱسْمَعْ وَٱنظُرْنَا لَكَانَ خَيْرًۭا لَّهُمْ وَأَقْوَمَ وَلَٰكِن لَّعَنَهُمُ ٱللَّهُ بِكُفْرِهِمْ فَلَا يُؤْمِنُونَ إِلَّا قَلِيلًۭا

Yəhudilərin bir qismi (Tövratdakı) sözlərin yerini dəyişib təhrif edir və dillərini əyərək dinə (islama) tə’nə vurmaq məqsədilə (sənə qarşı): “Eşitdik və qəbul etmədik; eşit, eşitməz olasan (kar olasan) və raina”, - deyirlər. Əgər onlar: “Eşitdik və itaət etdik; eşit və bizə tərəf bax!”,- desəydilər, əlbəttə, onlar üçün daha xeyirli və daha doğru olardı. Lakin Allah onları öz küfrləri ucundan lə’nətə düçar etmişdi. Onların yalnız az bir hissəsi iman gətirmişdir.

Yəhudilərdən Allahın nazil etdiyi kəlamı dəyişən, üstəlik, bu kəlamı, Allahın nazil etdiyindən başqa mənaya yozan, Peyğəmbər - sallallahu aleyhi və səlləm - onlara bir iş əmr etdikdə: "Sözünü eşitdik və əmrinə asi olduq" və istehza edərək: "Sözümüzü eşit, eşitməz olasan", dillərini əyərək, Peyğəmbərə - sallallahu aleyhi və səlləm - bəd dua etmək və onun dininə tənə etmək məqsədi ilə: "Raina!" yəni: "Bizi eşit" – sözünü deməklə, "ər-Ruunəh" yəni: "Axmaq, səfeh, ağılsız" sözünə eyham edən pis bir tayfa da vardır. Əgər on­lar: "Sözünü eşitdik və əmrinə asi olduq" deməyin əvəzinə "Sözünü eşit­dik və əmrinə ita­ət etdik!" və "Eşit, eşitməz olasan" deməyin əvəzinə "Eşit" və "Raina!" yəni: "Bizi eşit" deməyin əvəzinə "Dediyini anlamaq üçün bizə nəzər yetir"– de­səydilər, Peyğəmbərlə - sallallahu aleyhi və səlləm - ona layiq gözəl ədəb-ərkanla rəftar etmə baxımından əlbəttə, onlar üçün birinci dediklərindən da­ha xe­yirli və daha ədalətli olar­dı. La­kin Allah onları küfr­lə­rinə gö­rə lə­nət­lədi və onları Öz rəhmətindən qovdu. Yəhudilər, özlərinə fayda verəcək dərəcədə iman gətirməzlər.

47

يَٰٓأَيُّهَا ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ ءَامِنُوا۟ بِمَا نَزَّلْنَا مُصَدِّقًۭا لِّمَا مَعَكُم مِّن قَبْلِ أَن نَّطْمِسَ وُجُوهًۭا فَنَرُدَّهَا عَلَىٰٓ أَدْبَارِهَآ أَوْ نَلْعَنَهُمْ كَمَا لَعَنَّآ أَصْحَٰبَ ٱلسَّبْتِ ۚ وَكَانَ أَمْرُ ٱللَّهِ مَفْعُولًا

Ey kitab verilmiş kimsələr! Bə’zi üzləri tanınmaz hala salıb ənsələrinə (arxalarına) çevirməmişdən və şənbə gününün hörmətinini saxlamayanlara (əshabus-səbtə) etdiyimiz kimi, onlara da lə’nət etməmişdən əvvəl əlinizdə olanı (Tövratı) təsdiqləyən olaraq nazil etdiyimizə (Qur’ana) iman gətirin! Allahın əmri mütləq yerinə yetəcəkdir!

Ey Yəhidlərdən və nəsranilərdən özlərinə kitab verilmiş kimsələr! Biz, üz­lərdə olan hissiyatı silib, üzlərini ar­xa­la­rına tərəf çe­vir­mə­mişdən, ya­xud şənbə günü, onlara ov etmək qadağan edildikdən sonra həddi aşıb, ov edən və bu əməllərinə görə Allah onları meymuna döndərən şən­bə əhlini Allahın rəhmətindən qovduqumuz ki­mi on­ları da rəhmətimizdən qovmazdan əvvəl yanınızda olan Tövratı və İncili təsdiqləyən olaraq gələn, Muhəmmədə - sallallahu aleyhi və səlləm - na­­zil etdi­yi­­mizə iman gə­tirin! Uca Allahın əmri və yazdığı qədəri mütləq ye­rinə yetə­cək­dir və buna heç bir şübhə ola bilməz.

48

إِنَّ ٱللَّهَ لَا يَغْفِرُ أَن يُشْرَكَ بِهِۦ وَيَغْفِرُ مَا دُونَ ذَٰلِكَ لِمَن يَشَآءُ ۚ وَمَن يُشْرِكْ بِٱللَّهِ فَقَدِ ٱفْتَرَىٰٓ إِثْمًا عَظِيمًا

Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur.

Allah hansısa bir məxluqu Özü­nə şərik qoşulmasını əsla bağışla­maz, şirk və küfürdən başqa olan günahları isə Öz lütfü ilə istə­diyi kimsəyə bağışla­yar yaxud ədaləti ilə istə­diyi kimsəyə etdiyi günahı qədər əzab verər. Alla­hla yanaşı Allaha şərik qoşan kəs böyük bir günah etməklə if­tira at­mış olur və kim bu halda ölərsə, bağışlanmaz.

49

أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ يُزَكُّونَ أَنفُسَهُم ۚ بَلِ ٱللَّهُ يُزَكِّى مَن يَشَآءُ وَلَا يُظْلَمُونَ فَتِيلًا

(Ya Rəsulum!) Özlərini təmizə çıxaranları görmürsənmi? Xeyr (elə deyil). Allah istədiyini təmizə çıxardar və onlara xurma çərdəyindəki nazik tel qədər zülm olunmaz!

Ey Peyğəmbər! Özlərini və əməllərini təmizə çıxarıb, özlərini tərif edənləri görmürsənmi?! Xeyr! Tək Allahdır qullarından istə­di­yini təmizə çıxaran, tərifləyən. Çünki qəlblərdə qizli qalanı bilən Odur. On­lara xurma çər­də­yindəki lif qədər də olsa belə əməllərinin savabları naqis edilərək haq­­sız­lıq edil­məz.

50

ٱنظُرْ كَيْفَ يَفْتَرُونَ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ ۖ وَكَفَىٰ بِهِۦٓ إِثْمًۭا مُّبِينًا

Sən onların Allaha qarşı necə yalan uydurduqlarına bax! Bu, açıq-aşkar bir günah olaraq kifayətdir!

Ey Peyğəmbər! Bax, necə də onlar özlərini tərif edərək Allaha qar­şı ya­lan uy­dururlar. Bu, onların zəlalətinə açıq-aşkar gü­nah olaraq ki­fayət edər!

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.