Muslim99Muslim99
← Tafsir library

4. An-Nisaa

The Women · Medinan · 176 ayahs

سُورَةُ النِّسَاءِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 31–40 of 176

31

إِن تَجْتَنِبُوا۟ كَبَآئِرَ مَا تُنْهَوْنَ عَنْهُ نُكَفِّرْ عَنكُمْ سَيِّـَٔاتِكُمْ وَنُدْخِلْكُم مُّدْخَلًۭا كَرِيمًۭا

Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinərsinizsə, Biz də sizin qəbahətlərinizin (kiçik günahlarınızın) üstünü örtər və sizi (şərəfli bir mənzilə) çatdırarıq.

Ey Möminlər! Əgər sizə Allaha şərik qoşmaq, valideyinlərə ağ olmaq, qətlə yetirmək və sələm yemək kimi böyük günahlar etməkdən uzaq dursanız, Biz sizin etdiyiniz kiçik günahlarınızdan keçər və si­zi Allah qatında şərəfli bir yerə – Cən­nətə da­xil edərik.

32

وَلَا تَتَمَنَّوْا۟ مَا فَضَّلَ ٱللَّهُ بِهِۦ بَعْضَكُمْ عَلَىٰ بَعْضٍۢ ۚ لِّلرِّجَالِ نَصِيبٌۭ مِّمَّا ٱكْتَسَبُوا۟ ۖ وَلِلنِّسَآءِ نَصِيبٌۭ مِّمَّا ٱكْتَسَبْنَ ۚ وَسْـَٔلُوا۟ ٱللَّهَ مِن فَضْلِهِۦٓ ۗ إِنَّ ٱللَّهَ كَانَ بِكُلِّ شَىْءٍ عَلِيمًۭا

Allahın (maddi, yaxud mə’nəvi cəhətdən) birinizi digərindən ütün tutduğu (birinizə digərinizdən artıq verdiyi) şeyi (özünüzə) arzulamayın. Kişilərin öz qazandıqlarından öz payı, qadınların da öz qazandıqlarından öz payı vardır. (Dilədiyiniz şeyi) Allahın lütfündən (mərhəmətindən) istəyin! Şübhəsiz ki, Allah hər şeyi (olduğu kimi) biləndir.

Ey Möminlər! Qəzəb və həsəd etməməniz üçün Allahın sizi, bir-birinizdən üs­tün etdiyi şeylərə ta­mah sal­ma­yın. Allahın kişilərə xas etdiyi şeylərə qadınların tamah salması yalnışdır, çünki hər bir kişi və qadının özünə görə öz nə­sibi var­dır. Allah­dan, Onun sizə olan lüt­fünü artırmasını diləyin. Hə­qi­­qətən, Allah hər şeyi bilir və elə bu baxımdan hər bir kəsə ona münasib olanı bəxş etmişdir.

33

وَلِكُلٍّۢ جَعَلْنَا مَوَٰلِىَ مِمَّا تَرَكَ ٱلْوَٰلِدَانِ وَٱلْأَقْرَبُونَ ۚ وَٱلَّذِينَ عَقَدَتْ أَيْمَٰنُكُمْ فَـَٔاتُوهُمْ نَصِيبَهُمْ ۚ إِنَّ ٱللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَىْءٍۢ شَهِيدًا

Ata-ana və yaxın qohumların qoyub getdikləri maldan hər biri üçün varislər tə’yin etdik. And içib, əhd-peyman bağladığınız şəxslərin də paylarını özlərinə verin! Əlbəttə, Allah hər şeyə şahiddir!

Biz sizdən hər biriniz üçün valideyn­lə­rin və ya­xın qohumların tərk etdikləri mal­dan öz pay­larını ala­caq əsabə - mirasdan heç bir müəyyən payları olmadan, təqdirsiz miras payı alan qohumlar- varislər təyin et­dik. Bir-birinizə yardım etməniz üçün ağır andlar içib, əhd bağladığınız kəs­lə­rə də mirasdan onların öz pay­larını verin. Hə­qiqətən, Allah hər şeyə şa­hid­dir. Bu şahidlikdən biridə, Allahın sizin andlarınıza və əhdlərinizə şahid olmasıdır. Qəbilələr arasında bağlanan ittifaq səbəbi ilə bir-birinə varis olaq İslamın ilkin çağında mövcud idi, miras ayələri nazil edildikdən sonra isə bu hökm ləğv edildi.

34

ٱلرِّجَالُ قَوَّٰمُونَ عَلَى ٱلنِّسَآءِ بِمَا فَضَّلَ ٱللَّهُ بَعْضَهُمْ عَلَىٰ بَعْضٍۢ وَبِمَآ أَنفَقُوا۟ مِنْ أَمْوَٰلِهِمْ ۚ فَٱلصَّٰلِحَٰتُ قَٰنِتَٰتٌ حَٰفِظَٰتٌۭ لِّلْغَيْبِ بِمَا حَفِظَ ٱللَّهُ ۚ وَٱلَّٰتِى تَخَافُونَ نُشُوزَهُنَّ فَعِظُوهُنَّ وَٱهْجُرُوهُنَّ فِى ٱلْمَضَاجِعِ وَٱضْرِبُوهُنَّ ۖ فَإِنْ أَطَعْنَكُمْ فَلَا تَبْغُوا۟ عَلَيْهِنَّ سَبِيلًا ۗ إِنَّ ٱللَّهَ كَانَ عَلِيًّۭا كَبِيرًۭا

Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar. (Ey kişilər!) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzsə) onlardan yatağınızı ayırın və döyün! Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür!

Kişilər qadınlara hamilik edib, onlarnı ehtiyaclarını ödəyirlər. Bu, Allahın kişiləri qadınlardan üstün etməsi, kişilərə qadınlar üçün öz mallarından xərcləməyin vacib olması və kişilərin qadınlara himayəçilik etməsi səbəbindəndir. Əməlisaleh qa­dın­lar həm Rəbbinə həm də ərlərinə itaət edərlər və ərləri onlardan uzaqda olduqda onların qo­run­ması la­zım gələn şeyləri Allahın hi­mayə­si sa­­yəsində qo­­­ruyanlardır. Ey kişilər! Sözdə və əməldə ərlərinə asilik etmələ­rindən qorx­du­ğunuz qa­dın­la­ra Allahı xatırlataraq, Ondan qorxmağı nəsihət edin. Bunun fay­dası olmadığı təqdirdə, onlarla əlaqədə olmağı tərk edərək arxanızı onlara təfəf çevirib onlardan yatağınızı ayırın, bu da fayda ver­məzsə, onları yüngülvari vurun! Əgər sizə itaət etsələr, on­lara zülm edib, əziyyət verərək başqa yollara əl atmayın. Həqiqətən, Allah hər bir şeydən ucadır, O, zatında və sifətlərində bö­yükdür. Elə isə siz Ondan qorxun.

35

وَإِنْ خِفْتُمْ شِقَاقَ بَيْنِهِمَا فَٱبْعَثُوا۟ حَكَمًۭا مِّنْ أَهْلِهِۦ وَحَكَمًۭا مِّنْ أَهْلِهَآ إِن يُرِيدَآ إِصْلَٰحًۭا يُوَفِّقِ ٱللَّهُ بَيْنَهُمَآ ۗ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا خَبِيرًۭا

(Ey mö’minlər!) Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o zaman kişinin adamlarından bir nəfər və qadının adamlarından da bir nəfər münsif (vasitəçi) tə’yin edib (onların yanına) göndərin. Əgər onlar (bu iki vasitəçi ər-arvadı) barışdırmaq istəsələr, Allah da onların köməyi olar. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər işdən) xəbərdardır!

Ey ər-arvadın yaxınları! Əgər ər-arvad arasında olan ix­tilafın düşmənçiliyə və bir-birinə arxa çevirməyə gətirib çıxaracağından qorxsanız, bu zaman onların arasını ya ayırmaq, ya da ki barışdırmaqın hansının daha xeyirli olduğunu hökm vermək üçün, ki­şinin ailə­sin­dən adil bir hakim və qadının ailəsindən adil bir hakim gön­­dərin. Əgər hakimlər gözəl bir tərzdə, ər-arvadın arasını islah etmək istəsələr, Allah da onların arasını ba­rış­dı­rar və ixtilafı onlardan qaldırar. Həqiqətən, Allaha, qullarından heç bir şey gizli qalmaz və O, insanların qəblərində gizli saxladıqları incəlikləri biləndir.

36

۞ وَٱعْبُدُوا۟ ٱللَّهَ وَلَا تُشْرِكُوا۟ بِهِۦ شَيْـًۭٔا ۖ وَبِٱلْوَٰلِدَيْنِ إِحْسَٰنًۭا وَبِذِى ٱلْقُرْبَىٰ وَٱلْيَتَٰمَىٰ وَٱلْمَسَٰكِينِ وَٱلْجَارِ ذِى ٱلْقُرْبَىٰ وَٱلْجَارِ ٱلْجُنُبِ وَٱلصَّاحِبِ بِٱلْجَنۢبِ وَٱبْنِ ٱلسَّبِيلِ وَمَا مَلَكَتْ أَيْمَٰنُكُمْ ۗ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ مَن كَانَ مُخْتَالًۭا فَخُورًا

Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!

Allaha boyun əyərək yalnız Ona ibadət edin, Onunla yanaşı heç bir şeyə ibadət etməyin! Va­li­deynlərə hörmət edərək və qeydlərinə qalaraq onlara yax­şı­lıq edin! Qohum-əqrə­ba­ya, ye­tim­lərə və ehtiyac sahiblərinə yax­şı­lıq edin! Qohumluq əlaqəniz olan qonşuya və qohumluq əlaqəniz olmayan qonşuya da yax­şı­lıq edin! Habelə, yol yoldaşınıza və yolda qalmış qərib müsafirə yax­şı­lıq edin! Kö­lə və cariyələrinizə də yax­şı­lıq edin! Həqi­qə­tən, Allah özünü bəyənənləri, Allahın qullarına təkəbbürlük göstərənləri və özü­nü insanlardan üstün tutub fəxr edərək öz nəfsini öyən­ləri sevməz!

37

ٱلَّذِينَ يَبْخَلُونَ وَيَأْمُرُونَ ٱلنَّاسَ بِٱلْبُخْلِ وَيَكْتُمُونَ مَآ ءَاتَىٰهُمُ ٱللَّهُ مِن فَضْلِهِۦ ۗ وَأَعْتَدْنَا لِلْكَٰفِرِينَ عَذَابًۭا مُّهِينًۭا

O kəslər ki, özləri xəsislik etməklə bərabər, başqalarını da xəsisliyə təhrik edir və Allahın öz lütfündən bəxş etdiyi ne’mətləri gizlədirlər (mütləq cəzalarına çatacaqlar). Biz (belə) kafirlər üçün alçaldıcı əzab hazırlamışıq!

Allah özlərinə ruzi olaraq bəxş etdiyindən Allahın onlara vacib buyurduqlarını xərcləməyə mane olan kimsələri və bu xəsisliyi başqalarına da söz və əməlləri ilə əmr edənləri, Alla­hın Öz lüt­fün­dən on­lara bəxş etdiyi ruzini, elmi və s. bu kimi nemətləri insanlardan giz­lə­dib, onlara haqqı bəyan etməyib, əksinə haqqı qizlədib batili yayanları sevməz. Çünki bu xislətlər, küfür xislətləridir. Biz artıq ka­fir­lər üçün rəzil edici bir əzab ha­zırlamışıq.

38

وَٱلَّذِينَ يُنفِقُونَ أَمْوَٰلَهُمْ رِئَآءَ ٱلنَّاسِ وَلَا يُؤْمِنُونَ بِٱللَّهِ وَلَا بِٱلْيَوْمِ ٱلْءَاخِرِ ۗ وَمَن يَكُنِ ٱلشَّيْطَٰنُ لَهُۥ قَرِينًۭا فَسَآءَ قَرِينًۭا

Öz mallarını xalqa göstərmək (şöhrət qazanmaq) xatirinə xərcləyənləri, Allaha və axirət gününə inanmayanları da (Allah sevməz). Şeytanla yoldaşlıq edənlərin yoldaşı necə də pisdir!

Biz həmçinin, öz mal­la­rını Allaha və axirət gününə inanmadıqları bir halda in­san­lara göstərmək və insanlar onları tərif etmək məq­sədi­lə xərcləyən kimsələr üçün əzab hazırlamışıq. Biz, belə kimsələr üçün rüsvay edici bir əzab hazırlamışıq. Onları yalnız şey­tana uymaq azdırdı. Şeytan kimin ayrılmaz dos­tu­ olarsa, o, necə də pis dostdur!

39

وَمَاذَا عَلَيْهِمْ لَوْ ءَامَنُوا۟ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ وَأَنفَقُوا۟ مِمَّا رَزَقَهُمُ ٱللَّهُ ۚ وَكَانَ ٱللَّهُ بِهِمْ عَلِيمًا

Əgər onlar Allaha və axirət gününə inanıb, Allahın onlara verdiyi ruzidən (yoxsullara) sərf etsəydilər, nə olardı (nə zərər çəkərdilər)?! Allah onları (ən yaxşı) tanıyandır.

Əgər onlar həqiqi mənada Allaha və axi­­rət gü­nünə iman gətirib, mallarını Allahın sevib və razı qaldığı işlərə xərcləsəydilər bu onlara nə zərər verərdi ki?! Əksinə, bütün xeyir elə bundadır. Allah onların hər bir işini bi­ləndir. Onların əməlləri Allahdan gizli qalmaz və O, hər bir kəsə əməlinin əvəzini verəcəkdir.

40

إِنَّ ٱللَّهَ لَا يَظْلِمُ مِثْقَالَ ذَرَّةٍۢ ۖ وَإِن تَكُ حَسَنَةًۭ يُضَٰعِفْهَا وَيُؤْتِ مِن لَّدُنْهُ أَجْرًا عَظِيمًۭا

Həqiqətən, Allah (heç kəsə) zərrə qədər zülm etməz. Əgər yaxşı bir əməl baş verərsə, onu (onun savabını) ikiqat artırar və öz tərəfindən də (bu əməlin sahibinə) böyük mükafat verər!

Şübhəsiz ki, Uca Allah ədalətlidir, qullarına haqsızlıq etməz, onların gördü­yü yaxşı əməllərindən kiçik qarışqa miqdarı qədər də olsa belə savablarını naqis etməz, günahlarının üstünə qünah artırmaz, əgər onların zərrə qədər yaxşı əməlləri olarsa, Allah Öz lütfü ilə onun savabını qat-qat artırar və bununla yanaşı bu əməl sahibinə Öz tə­rə­fin­dən böyük mükafat verər.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.