Muslim99Muslim99
← Tafsir library

4. An-Nisaa

The Women · Medinan · 176 ayahs

سُورَةُ النِّسَاءِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 1–10 of 176

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

1

يَٰٓأَيُّهَا ٱلنَّاسُ ٱتَّقُوا۟ رَبَّكُمُ ٱلَّذِى خَلَقَكُم مِّن نَّفْسٍۢ وَٰحِدَةٍۢ وَخَلَقَ مِنْهَا زَوْجَهَا وَبَثَّ مِنْهُمَا رِجَالًۭا كَثِيرًۭا وَنِسَآءًۭ ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ ٱلَّذِى تَسَآءَلُونَ بِهِۦ وَٱلْأَرْحَامَ ۚ إِنَّ ٱللَّهَ كَانَ عَلَيْكُمْ رَقِيبًۭا

Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!

Ey insanlar! Sizi tək bir can­dan, atanız Adəmdən xəlq edən, Adəmdən zöv­cəsini, sizin ananız Həvvanı ya­radan və o ikisindən də bir çox kişi və qa­dın tö­rədib yer üzü­nə yayan Rəb­bi­niz­dən qor­xun! Adı ilə bir-bi­ri­niz­dən: "Səndən Allah üçün bu işi etməyini istəyirəm"- deyərək müxtəlif şey­lər istə­diyiniz Allahdan və aranızı birləşdirən qo­humluq əlaqə­lə­ri­ni kəsmək­dən çə­kinin! Hə­qi­qətən, Allah sizə nəzarət edir. Əməllərinizdən Allaha heç bir şey gizli qalmaz, əksinə Allah əməllərinizi sayıb, müqabilini verəcəkdir.

2

وَءَاتُوا۟ ٱلْيَتَٰمَىٰٓ أَمْوَٰلَهُمْ ۖ وَلَا تَتَبَدَّلُوا۟ ٱلْخَبِيثَ بِٱلطَّيِّبِ ۖ وَلَا تَأْكُلُوٓا۟ أَمْوَٰلَهُمْ إِلَىٰٓ أَمْوَٰلِكُمْ ۚ إِنَّهُۥ كَانَ حُوبًۭا كَبِيرًۭا

Yetimlərin mallarını (həddi-büluğa çatdıqda) özlərinə verin və pisi (haramı) yaxşı ilə (halalla) dəyişdirməyin! (Yetimlərin malı sizə haram, öz malınız isə halal olduğu halda, onları bir-birilə dəyişməyin!) Onların mallarını öz mallarınıza qatıb yeməyin! Həqiqətən, bu, böyük günahdır.

Ey yetimlərə himayəçilik edən kimsələr! Yetimlərin (yetim: həddi-büluğa çatmazdan öncə atasını itirmiş kimsədir) mallarını həddi-büluğa çatdıqda, mallaranında düzgün istifadə etməyə qadirdirlərsə, kamil şəkildə öz­lə­ri­nə ve­rin və yetimlərin malından yaxşısını götürüb onun əvəzinə malınızın pisini verərək haramı halal ilə də­yiş­mə­­yin. Onla­rın mallarını öz mal­ları­nıza qataraq mənimsəməyin. Şüb­hə­siz ki, bu, Allah qatında böyük gü­nah­dır.

3

وَإِنْ خِفْتُمْ أَلَّا تُقْسِطُوا۟ فِى ٱلْيَتَٰمَىٰ فَٱنكِحُوا۟ مَا طَابَ لَكُم مِّنَ ٱلنِّسَآءِ مَثْنَىٰ وَثُلَٰثَ وَرُبَٰعَ ۖ فَإِنْ خِفْتُمْ أَلَّا تَعْدِلُوا۟ فَوَٰحِدَةً أَوْ مَا مَلَكَتْ أَيْمَٰنُكُمْ ۚ ذَٰلِكَ أَدْنَىٰٓ أَلَّا تَعُولُوا۟

Əgər yetim qızlarla (evlənəcəyiniz təqdirdə) ədalətlə rəftar edə bilməyəcəyinizdən qorxarsınızsa, o zaman sizə halal olan (bəyəndiyiniz) başqa qadınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın! Əgər (onlarla da) ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda təkcə bir nəfər (azad) qadın və ya sahib olduğunuz kənizlə evlənin (yaxud: o halda təkcə bir nəfər azad qadınla evlənin və ya əlinizin altında olan kənizlərlə kifayətlənin). Bu, ədalətli olmağa (ədalətdən kənara çıxmamağa) daha yaxındır.

Əgər himayənizdə olan yetim qızlarla evlənəyəcəyiniz təqdirdə mehrlərini naqis verməkdən və ya onlarla pis ünsiyyətdə olmaqdan qorxaraq əda­lət­lə davranmayacağınızdan qorxsanız, onda xoşunuza gələn sizə halal olan başqa qa­dın­lardan ikisi, üçü və dördü ilə ev­lənin. Əgər o qa­dın­­lar arasında ədalət­lə dolanmaya­ca­ğı­nız­dan qorxarsınızsa, on­da onlardan biri ilə evlənin və ya sa­hib olduğunuz cariyə­lər­lə ki­fayət­lə­nin. Çünki azad qadınlar üçün kişi üzərində vacib olan haqqlar, cariyələr üçün vacib olan haqqlar kimi deyildir. Ayədə, yetimlər barədə, bir azad qadınla evlənmək, azad qadınla evlənməyə imkan olmadığı təqdirdə cariyələrlə kifayətlənmək, qadınlar arasında haqsızlıq et­­mə­məyiniz və onlar arasında bəzisinə diğərlərindən daha çox meyl etməməyiniz üçün ən uyğun olanıdır.

4

وَءَاتُوا۟ ٱلنِّسَآءَ صَدُقَٰتِهِنَّ نِحْلَةًۭ ۚ فَإِن طِبْنَ لَكُمْ عَن شَىْءٍۢ مِّنْهُ نَفْسًۭا فَكُلُوهُ هَنِيٓـًۭٔا مَّرِيٓـًۭٔا

Qadınlarınızın mehrlərini könül xoşluğuyla verin! Əgər onlar qəlbən, öz razılıqları ilə bundan sizə bir şey bağışlasalar, onu halal olaraq, nuşcanlıqla yeyin!

Qadınların vacib mehrlərini kö­nül xoş­luğu ilə verin! Əgər onlar heç bir təzyiqlərə məruz qalmadan, öz xoşları ilə onun bir qismini si­zə bağışlasalar, onu nuş­can­lıqla və ha­lallıqla yeyin!

5

وَلَا تُؤْتُوا۟ ٱلسُّفَهَآءَ أَمْوَٰلَكُمُ ٱلَّتِى جَعَلَ ٱللَّهُ لَكُمْ قِيَٰمًۭا وَٱرْزُقُوهُمْ فِيهَا وَٱكْسُوهُمْ وَقُولُوا۟ لَهُمْ قَوْلًۭا مَّعْرُوفًۭا

Allahın sizə dolanmaq ünün bəxş etdiyi malları (və ya Allahın sizi üzərində qəyyum tə’yin etdiyi yetim malını) səfehlərə (ağılsızların əlinə) verməyin. Onları həmin maldan yedirdib geyindirin və özlərinə xoş sözlər deyin.

Ey himayəçilik edən kimsələr! Mallarınızı, maldan düzgün istifadə etməyə qadir olamayanlara verməyin, çünki Alla­h bu malı insanların xeyirli işlər və sizin üçün dolanışıq vasitəsi etmişdir. Maldan düzgün istifadə edə bilməyən kimsələr isə malı qorumaqa qadir deyildir. On­ları həmin mal­dan xərcləyib ge­yin­dirin və on­la­ra gözəl söz söyləyin, onlar həddi-buluğa çatdıqda maldan düzgün istifadə etməyi baçarsalar, mallarını özlərinə verəcəyinizə dair onlara yaxşı vəd verin.

6

وَٱبْتَلُوا۟ ٱلْيَتَٰمَىٰ حَتَّىٰٓ إِذَا بَلَغُوا۟ ٱلنِّكَاحَ فَإِنْ ءَانَسْتُم مِّنْهُمْ رُشْدًۭا فَٱدْفَعُوٓا۟ إِلَيْهِمْ أَمْوَٰلَهُمْ ۖ وَلَا تَأْكُلُوهَآ إِسْرَافًۭا وَبِدَارًا أَن يَكْبَرُوا۟ ۚ وَمَن كَانَ غَنِيًّۭا فَلْيَسْتَعْفِفْ ۖ وَمَن كَانَ فَقِيرًۭا فَلْيَأْكُلْ بِٱلْمَعْرُوفِ ۚ فَإِذَا دَفَعْتُمْ إِلَيْهِمْ أَمْوَٰلَهُمْ فَأَشْهِدُوا۟ عَلَيْهِمْ ۚ وَكَفَىٰ بِٱللَّهِ حَسِيبًۭا

Yetimləri nikah yaşına çatıncaya qədər sınayın. Əgər ağla dolduqlarını (həddi-büluğa çatdıqlarını) hiss etsəniz, mallarını özlərinə qaytarın. Böyüyəcəklər (böyüyən kimi mallarına sahib olacaqlar) deyə, o malları israf edib tələm-tələsik yeməyin. Zəngin olan (qəyyum) o mala toxunmasın, kasıb isə qəbul olunmuş qayda üzrə (ehtiyacı olduğu qədər, çəkdiyi zəhmətin əvəzi miqdarında) yesin. Yetimlərin mallarını özlərinə qaytardığınız zaman yanlarında şahid tutun! Haqq-hesab çəkməyə Allah kifayət edər!

Ey himayəçilik edən kimsələr! Yetimləri yetkinlik yaşına çatana qədə xərcləmələri üçün mallarından müəyyən miqdar özlərinə verib onları sınayın. Əgər mallarından düzgün istifadə etdiklərini və onların ağla dolduq­la­rını görsəniz, malları­nı öz­lə­ri­nə naqis edilmədən kamil olaraq qay­ta­rın. Ehtiyac üzündən o malları Allahın sizə izin verdiyi həddi aşaraq yeməyin. Onlar böyüyüb mallarını alacaqlar deyə o malı yeməyə tələsməyin. Sizdən ehtiyacını ödəyəcək qədər mal-dövlətə sahib olan kimsə nəfsini yetim malına toxunmaqdan saxlasın, mal-dövlətə sahib olmayan yox­sul isə o maldan eh­ti­yacı ol­du­ğu qədər yesin. Yetim­lə­r həddi-büluğa çatıb, mallarından düzgün istifadə etdikləri sizə bəlli olduqdan sonra malla­rı­nı özlə­ri­nə qay­tar­dığı­nız zaman haqqların qorunması və gələcəkdə mübahisəyə yol verilməsi üçün yanlarında şahid tutun. Allah buna şahid olaraq və qulları əməllərinə görə haqq-hesab çək­­məyə ye­tər.

7

لِّلرِّجَالِ نَصِيبٌۭ مِّمَّا تَرَكَ ٱلْوَٰلِدَانِ وَٱلْأَقْرَبُونَ وَلِلنِّسَآءِ نَصِيبٌۭ مِّمَّا تَرَكَ ٱلْوَٰلِدَانِ وَٱلْأَقْرَبُونَ مِمَّا قَلَّ مِنْهُ أَوْ كَثُرَ ۚ نَصِيبًۭا مَّفْرُوضًۭا

Ata, ana və qohumların (vəfat etdikdə) qoyub getdikləri maldan kişilərə və qadınlara pay düşür. Həmin malın azından da, çoxundan da (bunlara veriləcək) hissə müəyyən edilmişdir.

Ata, ana, qardaş və əmilər kimi yaxın qo­humla­rın qoyub getdikləri mal­ın az və ya çox olmasından aslı olmayaraq kişilərə pay vardır, cahiliyyə dövründə qadın və uşaqları mirasdan məhrum etdiklərinin əksi olaraq bu kimsələrin qoyub get­dik­ləri mal­dan qa­dınlara da pay vardır. Bu pay, Uca Allah tərəfindən miqdarı bəyan edilmiş vacib bir haqqdır.

8

وَإِذَا حَضَرَ ٱلْقِسْمَةَ أُو۟لُوا۟ ٱلْقُرْبَىٰ وَٱلْيَتَٰمَىٰ وَٱلْمَسَٰكِينُ فَٱرْزُقُوهُم مِّنْهُ وَقُولُوا۟ لَهُمْ قَوْلًۭا مَّعْرُوفًۭا

Malın (vərəsələr arasında) bölünməsi zamanı varis olmayan qohumlar, yetimlər və yoxsullar da orada iştirak edərlərsə, onlara da o maldan bir şey verin və gözəl sözlərlə könüllərini alın!

Əgər miras bölgüsü vaxtı orada, mirasdan payı olmayan qo­humlar, yetimlər və fəqirlər işti­rak edərlərsə, miras bölünməzdən əvvəl könülünüzü xoş edəcək qədər o mal­dan on­lara da bir şey verin. Bu mal sizə heç bir məşəqqətsiz gəldiyi bir halda, onların həmin malda nəfsi qalmışdır. Miras malından onlara verdiyiniz zaman özlərinə onları sevindirəcək xoş söz söyləyin.

9

وَلْيَخْشَ ٱلَّذِينَ لَوْ تَرَكُوا۟ مِنْ خَلْفِهِمْ ذُرِّيَّةًۭ ضِعَٰفًا خَافُوا۟ عَلَيْهِمْ فَلْيَتَّقُوا۟ ٱللَّهَ وَلْيَقُولُوا۟ قَوْلًۭا سَدِيدًا

Özlərindən sonra (aciz və zəif) övladlar qoyub gedəsi olan şəxslər, onlardan ötəri necə qorxurlarsa, (yetimlərdən ötrü də) o cür qorxsunlar! Və buna görə də onlar Allahın qəzəbindən çəkinərək sözün doğrusunu danışsınlar!

Özləri öldükdən sonra zəif övlad­lar qoyub gedəcəkləri təq­­dir­də onların yetim qalmasından qorxan kəs­lər, Allah onlara öz övladlarına necə qayğı göstərirdilərsə, ölümündən sonra da övladlarına elə bir qayğı göstərən hami müvəffəq edənə qədər, qoy himayəsi altında olan yetimlərə zülüm etməkdən qorx­­sun­­lar və vəsiyyətində iştirak etdiyi kimsənin övladlarına yaxşı rəftarda olub, döğru söz söyləyərək vəsiyyətində özündən sonra miras sahiblərinə zülüm etməkdən çəkinsin və vəsiyyət etməkdən də vaz keçərək özünü xeyirdən məhrum etməsin.

10

إِنَّ ٱلَّذِينَ يَأْكُلُونَ أَمْوَٰلَ ٱلْيَتَٰمَىٰ ظُلْمًا إِنَّمَا يَأْكُلُونَ فِى بُطُونِهِمْ نَارًۭا ۖ وَسَيَصْلَوْنَ سَعِيرًۭا

Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (qiyamətdə) alovlu Cəhənnəmə girəcəklər.

Şübhəsiz ki, yetimlərin mal­ları­nı onlara zülm və düşmənçilik edərək mənimsəyənlər öz qa­rın­larına ancaq atəş dolu od doldu­rurlar və beləcə, Qiyamət günü Cəhənnəm alovu onları yandırıb-yaxacaqdır.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.