Muslim99Muslim99
← Tafsir library

4. An-Nisaa

The Women · Medinan · 176 ayahs

سُورَةُ النِّسَاءِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 21–30 of 176

21

وَكَيْفَ تَأْخُذُونَهُۥ وَقَدْ أَفْضَىٰ بَعْضُكُمْ إِلَىٰ بَعْضٍۢ وَأَخَذْنَ مِنكُم مِّيثَٰقًا غَلِيظًۭا

Siz onu necə geri ala bilərsiniz ki, (vaxtilə) bir-birinizlə yaxınlıq etmişdiniz və onlar (qadınlarınız) sizdən möhkəm əhd-peyman almışdılar.

Siz bir-birinizlə mehriban ünsiyyət qurub, bir-birinizlə yaxın­lıq edib və bir-birinizin sirlərini bildikdən sonra qadınlarınıza verdiyiniz mehri onlardan necə geri ala bilərsiniz?! Çünki bu işdən sonra onların əlində olan mala tamah salmaq çirkin və pis əməldir. Halbuki qadınlarınız, Uca Allah kəlməsi və şəriəti ilə onları özünüzə halal edərək siz­dən şiddətli əhd-peyman al­­mışdılar.

22

وَلَا تَنكِحُوا۟ مَا نَكَحَ ءَابَآؤُكُم مِّنَ ٱلنِّسَآءِ إِلَّا مَا قَدْ سَلَفَ ۚ إِنَّهُۥ كَانَ فَٰحِشَةًۭ وَمَقْتًۭا وَسَآءَ سَبِيلًا

Atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin! Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Əlbəttə, bu çox çirkin, iyrənc işdir və (Allahın qəzəbinə səbəb olan) pis bir yoldur!

Atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin! Yalnız İslamdan öncə olub-keçənlər müstəsnadır, keçmişdə etdiyiniz bu işə görə sizə əzab olunmaz. Çünki oğulun atanın arvadı ilə evlənməsi, çox iyrənc, Allahın qəzəbinə səbəb olan bir əməl və murdar bir yoldur!

23

حُرِّمَتْ عَلَيْكُمْ أُمَّهَٰتُكُمْ وَبَنَاتُكُمْ وَأَخَوَٰتُكُمْ وَعَمَّٰتُكُمْ وَخَٰلَٰتُكُمْ وَبَنَاتُ ٱلْأَخِ وَبَنَاتُ ٱلْأُخْتِ وَأُمَّهَٰتُكُمُ ٱلَّٰتِىٓ أَرْضَعْنَكُمْ وَأَخَوَٰتُكُم مِّنَ ٱلرَّضَٰعَةِ وَأُمَّهَٰتُ نِسَآئِكُمْ وَرَبَٰٓئِبُكُمُ ٱلَّٰتِى فِى حُجُورِكُم مِّن نِّسَآئِكُمُ ٱلَّٰتِى دَخَلْتُم بِهِنَّ فَإِن لَّمْ تَكُونُوا۟ دَخَلْتُم بِهِنَّ فَلَا جُنَاحَ عَلَيْكُمْ وَحَلَٰٓئِلُ أَبْنَآئِكُمُ ٱلَّذِينَ مِنْ أَصْلَٰبِكُمْ وَأَن تَجْمَعُوا۟ بَيْنَ ٱلْأُخْتَيْنِ إِلَّا مَا قَدْ سَلَفَ ۗ إِنَّ ٱللَّهَ كَانَ غَفُورًۭا رَّحِيمًۭا

Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qizları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan qızları (ögey qızlarınız) ilə evlənmək haram edildi. Cinsi əlaqədə olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə (Cahiliyyət dövründə) olan bu cür işlər müstəsnadır. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

Allah sizə şəcərə üzrə yuxarı qalxaraq analarınız, yəni: ananın anası və ananın ata yaxud ana tərəfdən olan nənəsi, şəcərə üzrə aşağı düşərək qızlarınız, yəni: qızınızın qızı və qızınızın qızının qızı və həmçinin şəcərə üzrə aşağı düşərək qardaşınızın və bacınızın qızları, doğma yaxud ögey bacılarınız, bibiləriniz və həmçinin şəcərə üzrə yuxarı qalxaraq ata-analarınızın bibiləri, xalalarınız və həmçinin şəcərə üzrə yuxarı qalxaraq ata-analarınızın xalaları, qardaş və bacının qızları və şəcərə üzrə aşağı düşərək onların övladlarının qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınıza yaxınlıq edib etməmənizdən aslı olmayaraq onların anaları, yaxınlıq etdiyiniz arvadlarınızın adətən evinizdə tərbiyə alıb, orada boya-başa çatmasından yaxud başqa bir evdə yaşamasından aslı olmayaraq ögey qızlarınız ilə evlənmək haram edildi. Amma o arvadlarla yaxınlıq etməmişsinizsə, onda bu ögey qızlarınızla evlənməyiniz sizə günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək hətta oğullarınız onlara yaxınlıq etməsədə belə və həmçinin süd oğullarınızın arvadları, nəsəb yaxud süd əmizdirmək baxımından olan iki bacını birlikdə almaq haram edildi. Yalnız cahiliyyət dövründə olub-keçənlər isə müstəsnadır, artıq Allah o günahları bağışlamışdır. Həqiqətən, Allah Ona tövbə edən qullarını bağışlayandır və onlara qarşı rəhmlidir. Həmçinin bu ayəyə əlavə olaraq Peyğəmbərin - sallallahu aleyhi və səlləm - sünnəsində də qadınla onun bilisi və ya xalasını birlikdə almaqın haram olması sabit olmuşdur.

24

۞ وَٱلْمُحْصَنَٰتُ مِنَ ٱلنِّسَآءِ إِلَّا مَا مَلَكَتْ أَيْمَٰنُكُمْ ۖ كِتَٰبَ ٱللَّهِ عَلَيْكُمْ ۚ وَأُحِلَّ لَكُم مَّا وَرَآءَ ذَٰلِكُمْ أَن تَبْتَغُوا۟ بِأَمْوَٰلِكُم مُّحْصِنِينَ غَيْرَ مُسَٰفِحِينَ ۚ فَمَا ٱسْتَمْتَعْتُم بِهِۦ مِنْهُنَّ فَـَٔاتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةًۭ ۚ وَلَا جُنَاحَ عَلَيْكُمْ فِيمَا تَرَٰضَيْتُم بِهِۦ مِنۢ بَعْدِ ٱلْفَرِيضَةِ ۚ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمًۭا

(Cihad vaxtı əsir olaraq) sahib olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı (hökmü) ilə sizə (haram edildi). Bunlardan başqaları isə namusla (iffətlə), zinakarlığa yol vermədən, mallarınızı sərf edərək evlənmək üçün sizə halal edildi. İstifadə (müt’ə) etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

Allah yolunda cihad edərkən əsir götürüb sahib olduğunuz cariyə­lər istis­na olmaqla, evli qadın­larla nikah bağlamaq sizə haram edildi. Sizə, bu cariyələrə, bətlərinin hamiləlikdən təmiz olduğunu bilmək üçün bir heyz müddəti gözlədikdən sonra yaxınlıq etmək halaldır. Allah bu gözləmə müddətini sizə fərz olaraq buyurmuşdur. Allah, bu qadın­lar­dan baş­qası ilə, zina­kar­lı­q etmədən, malları­nızı sərf edərək nəfsinizi haramdan qoruyub halal ilə kifayətlənib ev­lənməyiniz qadınlar si­zə ha­­lal etdi. Nikah bağlayaraq evləndiyiniz qadın­lar­dan zövq al­dığınıza görə, on­lara, Allahın sizə vacib fərz bu­yu­r­muş mehr­lə­ri­ni verin. Bu vacib mehri müəy­yən edil­dik­dən sonra öz aranızda mehrin bir az çox və ya bir az az olması barədə ra­zı­laş­dı­ğı­­nız şe­yə görə si­zə heç bir gü­nah olmaz. Həqiqətən, Allah məxluqtından hər şeyi bilən­dir, Ona heç bir şey qizli qalmaz, işlərində və şəri hökmlərində hikmət sahibidir!

25

وَمَن لَّمْ يَسْتَطِعْ مِنكُمْ طَوْلًا أَن يَنكِحَ ٱلْمُحْصَنَٰتِ ٱلْمُؤْمِنَٰتِ فَمِن مَّا مَلَكَتْ أَيْمَٰنُكُم مِّن فَتَيَٰتِكُمُ ٱلْمُؤْمِنَٰتِ ۚ وَٱللَّهُ أَعْلَمُ بِإِيمَٰنِكُم ۚ بَعْضُكُم مِّنۢ بَعْضٍۢ ۚ فَٱنكِحُوهُنَّ بِإِذْنِ أَهْلِهِنَّ وَءَاتُوهُنَّ أُجُورَهُنَّ بِٱلْمَعْرُوفِ مُحْصَنَٰتٍ غَيْرَ مُسَٰفِحَٰتٍۢ وَلَا مُتَّخِذَٰتِ أَخْدَانٍۢ ۚ فَإِذَآ أُحْصِنَّ فَإِنْ أَتَيْنَ بِفَٰحِشَةٍۢ فَعَلَيْهِنَّ نِصْفُ مَا عَلَى ٱلْمُحْصَنَٰتِ مِنَ ٱلْعَذَابِ ۚ ذَٰلِكَ لِمَنْ خَشِىَ ٱلْعَنَتَ مِنكُمْ ۚ وَأَن تَصْبِرُوا۟ خَيْرٌۭ لَّكُمْ ۗ وَٱللَّهُ غَفُورٌۭ رَّحِيمٌۭ

İçinizdən azad mö’min qadınlarla evlənməyə maddi imkanı olmayanlar sahib olduğunuz (əllərinizin altında olan) mö’min (cavan, iffətli) cariyələrdən (kənizlərdən) alsınlar. Allah sizin imanınızı (əqidənizi) daha yaxşı bilir. Hamınız bir-birinizdənsiniz. (Azad kişi və qul, azad qadın və cariyə-hamısı Adəm nəslindəndir. Onlar hamısı Allah bəndələri olduqları üçün yaradılış e’tiqad baxımından aralarında vəhdət, birlik mövcuddur. Buna görə də cariyələrə həqarətlə baxmayın). İffətini qoruyub saxlayan, zinakarlıq etməyən və aşnası olmayan cariyələrlə sahiblərindən icazə alıb evlənin və onların mehrlərini qəbul olunmuş qaydada verin! Əgər onlar (ərə getdikdən sonra) zina edərlərsə, cəzaları azad qadınlara verilən əzabın yarısı qədərdir. Bu (kənizlərlə evlənmək), (ehtiras, şəfvət üzündən) zina etməkdən qorxanlarınız üçündür. Əgər səbr edərsinizsə, sizin üçün daha yaxşı olar. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

Ey kişilər! Sizlərdən kim maddi imkanı olmadığına görə azad qadınlarla evlənə bilmirsə, o zaman, ona başqasının sahib olduğu cariyələr ilə evlənməsi caizdir. Əgər onlar mömindirlərsə, onlar ilə imanlarına görə evlənin. Allah imanınızın həqiqətini və qəlblərinizdə qizli qalanı daha yaxşı bilir. Siz və onlar dində və insanpərvərlikdə eyni dərəcədəsiniz. Bu cariyələrlə evlənməyi özünüzə ar bilməyin. Əgər onlar namusunu qoruyan, aşkarda zinakarlıq etməyən və gizlində onlarla zina etmək üçün aşna saxlamayan qadınlardırsa, onlarla sahiblərinin icazəsi ilə və mehrlərini naqis etmədən yaxud gecikdirmədən verərək evlənin. Əgər ərə getdikdən sonra zina etsələr, onlara, azad qadınlara verilən cəzanın yarısı tətbiq edilib, əlli qamçı vurulmalıdır. Cariyə zina etdikdə isə daşqalaq edilmir. Azad qadınlarla evlənməyə maddi imkanları olmayan kimsələrə iffətli, mömin cariyələrlə evlənmək icazəsi zinaya düşməkdən qorxanlar üçün bir rüxsətdir. Amma cəmiyyətdə kölə uşqaların artmaması üçün, cariyələrlə evlənməyib, səbirli olmaq daha əfzəldir. Allah, Ona tövbvə edən qullarını bağışlayandır və onlara qarşı rəhmlidir. Azad qadınlarla evlənməyə aciz olduqda, zinaya düşmək təhlükəsi olarsa, cariyələrlə evlənməyə icazə verilməsi Allahın qullarına olan rəhmətindəndir.

26

يُرِيدُ ٱللَّهُ لِيُبَيِّنَ لَكُمْ وَيَهْدِيَكُمْ سُنَنَ ٱلَّذِينَ مِن قَبْلِكُمْ وَيَتُوبَ عَلَيْكُمْ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌۭ

Allah sizə (bilmədiklərinizi) bildirmək, sizdən əvvəlkilərin getdiyi yolları sizə göstərmək və tövbələrinizi qəbul etmək istər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

Pak olan Allah bu hökmləri sizin üçün qanuniləşdirməklə sizə dünya və axirət mənfəətlərini, üstəlik, Öz şəriətinin və dininin nişanələrini bəyan etmək, halallıq və haramlıq baxımından sizi əv­vəl­ki peyğəmbərlərin yol­la­rına tabe olub, onların sahib olduqları gözəl əxlaqa və tutduqları nümunəvi həyat tərziə yö­nəltmək və sizi Allaha asiliyi tərk edib Ona itaət etməyə qaydmağınızı is­tə­yir. Allah nəyin qulları üçün daha mənfəətli olduğunu bilib, onu qulları üçün qanun edər. Allah qulları üçün qoyduğu qanunlarda və işlərdə hikmət sahibidir.

27

وَٱللَّهُ يُرِيدُ أَن يَتُوبَ عَلَيْكُمْ وَيُرِيدُ ٱلَّذِينَ يَتَّبِعُونَ ٱلشَّهَوَٰتِ أَن تَمِيلُوا۟ مَيْلًا عَظِيمًۭا

Allah sizin tövbələrinizi qəbul etmək istəyir. Öz nəfsinə uyanlar isə sizi böyük bir əyriliklə (düz yoldan) sapdırmaq istəyirlər.

Allah sizin tövbələrinizi qə­bul etmək və günahlarınızı əfv etmək istəyir. Şəhvətlərinə uyan­lar isə sizin haqq yoldan tamamilə çıxıb azmanızı istəyirlər.

28

يُرِيدُ ٱللَّهُ أَن يُخَفِّفَ عَنكُمْ ۚ وَخُلِقَ ٱلْإِنسَٰنُ ضَعِيفًۭا

Allah istər ki, üzərinizdə olanı (ağırlığı) yüngülləşdirsin, çünki insan (şəfvətini cilovlamaq və itaətin çətinliyinə dözmək baxımından) zəif yaradılmışdır.

Allah sizin üçün şəriət hökm­­lərini yüngülləşdirmək is­tə­r və taqətiniz çatmayan işlərlə sizi mükəlləf etməz, çün­ki Allah, in­sanın yaradılışında və təbiətində olan zəyifliyi biləndir.

29

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَأْكُلُوٓا۟ أَمْوَٰلَكُم بَيْنَكُم بِٱلْبَٰطِلِ إِلَّآ أَن تَكُونَ تِجَٰرَةً عَن تَرَاضٍۢ مِّنكُمْ ۚ وَلَا تَقْتُلُوٓا۟ أَنفُسَكُمْ ۚ إِنَّ ٱللَّهَ كَانَ بِكُمْ رَحِيمًۭا

Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarını haqsız bəhanələrlə (haqsız yerə) yeməyin və özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!

Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Qəsbkarlıq, oğruluq, rüşvət və s. bu kimi haqsız yerə bir-birinizin mallarını batil yollarla mənimsəməyin. Bundan yalnız, iki tərəf arasında qar­şı­lıqlı razılıqla aparılan ticarət malları müstəsnadır, sizə ancaq bu halda başqasının malından yeyə və istifadə etmək halaldır. Bir-birinizi və ya özünüzü öldürməyin, öz nəfsinizi təhlükəyə atmayın! Hə­qiqə­tən, Allah sizə qarşı rəhm­lidir. Qanlarınızı, mallarınızı və namuslarınızı bir-birinizə haram etməsidə Onun sizə qarşı olan rəhmətindəndir.

30

وَمَن يَفْعَلْ ذَٰلِكَ عُدْوَٰنًۭا وَظُلْمًۭا فَسَوْفَ نُصْلِيهِ نَارًۭا ۚ وَكَانَ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرًا

Hər kəs təcavüz və zülm etməklə bu işləri görərsə, Biz onu cəhənnəm oduna atırıq. Şübhəsiz ki, bu da Allah üçün çox asandır!

Kim bu qadağaları bilməyərəkdən yaxud unutqanlıq üzündən deyil, əskinə, bilərəkdən düş­mən­­çi­lik və zülm etməklə başqasının malını mənimsəyib, canına qəsd edərsə, Allah Qiyamət günü onu hərarəti yandıran, əzabı isə məhv edən böyük bir Cəhənnəm atəşinə salar. Bu, Allah üçün çox asan­dır, çünki O, qadirdir və heç bir şey Onu aciz edə bilməz!

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.