Muslim99Muslim99
← Tafsir library

4. An-Nisaa

The Women · Medinan · 176 ayahs

سُورَةُ النِّسَاءِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 11–20 of 176

11

يُوصِيكُمُ ٱللَّهُ فِىٓ أَوْلَٰدِكُمْ ۖ لِلذَّكَرِ مِثْلُ حَظِّ ٱلْأُنثَيَيْنِ ۚ فَإِن كُنَّ نِسَآءًۭ فَوْقَ ٱثْنَتَيْنِ فَلَهُنَّ ثُلُثَا مَا تَرَكَ ۖ وَإِن كَانَتْ وَٰحِدَةًۭ فَلَهَا ٱلنِّصْفُ ۚ وَلِأَبَوَيْهِ لِكُلِّ وَٰحِدٍۢ مِّنْهُمَا ٱلسُّدُسُ مِمَّا تَرَكَ إِن كَانَ لَهُۥ وَلَدٌۭ ۚ فَإِن لَّمْ يَكُن لَّهُۥ وَلَدٌۭ وَوَرِثَهُۥٓ أَبَوَاهُ فَلِأُمِّهِ ٱلثُّلُثُ ۚ فَإِن كَانَ لَهُۥٓ إِخْوَةٌۭ فَلِأُمِّهِ ٱلسُّدُسُ ۚ مِنۢ بَعْدِ وَصِيَّةٍۢ يُوصِى بِهَآ أَوْ دَيْنٍ ۗ ءَابَآؤُكُمْ وَأَبْنَآؤُكُمْ لَا تَدْرُونَ أَيُّهُمْ أَقْرَبُ لَكُمْ نَفْعًۭا ۚ فَرِيضَةًۭ مِّنَ ٱللَّهِ ۗ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمًۭا

Allah övladlarınız haqqında sizə tövsiyə buyurur ki, oğula iki qız hissəsi qədər pay düşür. Əgər (ölən şəxsin) qızlarının sayı ikidən artıqdırsa, mirasın üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir nəfər qızdırsa, mirasın yarısı onundur. Övladı olduğu təqdirdə vəfat edənin ata və anasının hər birinə mirasın altıda bir hissəsi verilir. Əgər onun övladı olmayıb, varisi yalnız ata və anadan ibarətdirsə, (malın) üçdə bir hissəsi anaya aiddir. (Qalan hissə tamamilə ataya çatır). Əgər ölmüş şəxsin qardaşları və bacıları varsa, ananın hissəsi altıda birdir. (Yerdə qalan hissəsi yenə atanın payına düşür). Bu bölgü ölən şəxsin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra aparılır. Valideynlərinizdən və övladlarınızdan hansı birinin (xeyir və) mənfəət cəhətdən sizə daha yaxın olduğunu bilmədiyiniz üçün bu (bölgü) Allah tərəfindən müəyyən edilmişdir. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

Allah sizdən övladlarınızın miras payı barədə sizdən əhd alaraq əmr edir ki, miras onların arasında bir ki­şiyə iki qadının pa­yı qə­dər pay verilərək bölünməlidir. Əgər ölən şəxsin oğlu yoxdursa və övladlar iki və ya iki­dən ar­tıq sayda qa­dın­­dır­sa, və­fat edə­nin qoyub getdiyi malın üçdə iki his­sə­si onlara ça­tır. Əgər təkcə bir qa­dın­dır­sa, mirasın ya­rısı ona çatır. Ölə­nin istər kişi istər qadın öv­ladı olduğu təqdirdə, onun ata-anasının hər birinə, qoyub get­­diyi ma­­lın al­tıda bir his­sə­si çatır. Əgər onun istər kişi istər qadın öv­ladı yox­dursa, varisi də ancaq ata-anasıdırsa, onun anasına mi­ra­sı­nın üçdə bir hissəsi, mirasın qalan hissəsi isə atasına çatır. Əgər ölənin iki və ya daha çox, doğma və ya ögey qar­daşları və ya ba­cı­ları varsa, onun ana­­sına fərz olaraq mirası­n altıda bir hissəsi, mirasın qalan bütün hissəsi isə atanın payına çatır. Bu zaman qardaşların mirasdan payı yoxdur. Bu böl­gü ölənin vəsiy­yəti ye­ri­nə ye­tiril­dik­­dən və borcu ödə­nil­dikdən sonra apa­rılır. Lakin bu vəsiyyətə, malın üçdə birinidən artıq olmaması şərti ilə əməl olunur. Vali­deyn­­lə­ri­niz­­dən və övladlarınız­dan han­sının dünya və axirətdə fay­da baxı­mından si­zə da­ha yaxın ol­duğu­nu bilmədiyiniz üçün uca Allah miras bölgüsünü bu qayda üzərində etmişdir. Bəzən ölən şəxs varislərdən bəzisinin ona daha yaxın olduğunu zənn edib, malının hamısın ona bağışlayır yaxud başqa bir varisinin ona uzaq olduğunu zənn edib, onu miras payından məhrum edir, amma hal-vəziyyət həqiqətdə isə tam əksinədir. Bunların hanısından xəbəri olan, Ona heç bir şeyi gizli qalmayan yalnız tək Allahdır. Elə məhz bu baxımdan da Allah mirası varislər arasında yuxarıda qeyd edildiyi qayda üzrə Özü bölmüş və bu bölgünü qullarına fərz buy­ur­muş. Hə­qi­qətən, Allah hər şeyi bilən­dir, qullarının əməllərindən Ona heç bir şey gizli qalmaz, şəri hökmlərində və idarə etməsində hikmət sahibidir.

12

۞ وَلَكُمْ نِصْفُ مَا تَرَكَ أَزْوَٰجُكُمْ إِن لَّمْ يَكُن لَّهُنَّ وَلَدٌۭ ۚ فَإِن كَانَ لَهُنَّ وَلَدٌۭ فَلَكُمُ ٱلرُّبُعُ مِمَّا تَرَكْنَ ۚ مِنۢ بَعْدِ وَصِيَّةٍۢ يُوصِينَ بِهَآ أَوْ دَيْنٍۢ ۚ وَلَهُنَّ ٱلرُّبُعُ مِمَّا تَرَكْتُمْ إِن لَّمْ يَكُن لَّكُمْ وَلَدٌۭ ۚ فَإِن كَانَ لَكُمْ وَلَدٌۭ فَلَهُنَّ ٱلثُّمُنُ مِمَّا تَرَكْتُم ۚ مِّنۢ بَعْدِ وَصِيَّةٍۢ تُوصُونَ بِهَآ أَوْ دَيْنٍۢ ۗ وَإِن كَانَ رَجُلٌۭ يُورَثُ كَلَٰلَةً أَوِ ٱمْرَأَةٌۭ وَلَهُۥٓ أَخٌ أَوْ أُخْتٌۭ فَلِكُلِّ وَٰحِدٍۢ مِّنْهُمَا ٱلسُّدُسُ ۚ فَإِن كَانُوٓا۟ أَكْثَرَ مِن ذَٰلِكَ فَهُمْ شُرَكَآءُ فِى ٱلثُّلُثِ ۚ مِنۢ بَعْدِ وَصِيَّةٍۢ يُوصَىٰ بِهَآ أَوْ دَيْنٍ غَيْرَ مُضَآرٍّۢ ۚ وَصِيَّةًۭ مِّنَ ٱللَّهِ ۗ وَٱللَّهُ عَلِيمٌ حَلِيمٌۭ

(Ey kişilər!) Əgər (vəfat etmiş) arvadlarınızın uşağı yoxdursa, onların vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra qoyub getdikləri malın yarısı sizindir. Onların övladları olduqda isə mirasın dörddə biri sizə çatır. Əgər sizin uşağınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və ya borcunuz ödənildikdən sonra qoyub getdiyiniz malın dörddə biri arvadlarınızın payına düşür. Övladlarınız olduqda isə mirasın səkkizdə biri onlara çatır. Əgər (vəfat etmiş) kişi və qadının (ata-anası və övladı olmayıb) eyni anadan tək bir qardaşı və ya bir bacısı varsa, onların hər birinə mirasın altıda biri düşür. Onların sayi birdən artıq olduqda isə hamısı həmin malın üçdə birinə şərikdir. Bu, (vərəsələrə) zərər toxunmadığı halda edilən vəsiyyətin yerinə yetirilməsindən və ya borcun ödənilməsindən sonra icra olunur. (Bütün bunlar) Allah tərəfindən (bəndələrə) tövsiyə olunmuşdur. Allah (hər şeyi) biləndir, həlimdir!

Ey kişilər! Əgər vəfat etmiş zövcə­lə­ri­nizin - oğlan və ya qız, sizdən və ya qeyrisindən olmasından aslı olmayaraq - öv­ladı yoxdursa, qo­­yub getdikləri malın yarısı si­zin­dir. Onla­rın - oğlan və ya qız olmasından aslı olmayaraq - övladı olduğu təqdirdə isə qo­­yub getdiklərinin dörddə bir his­sə­si sizə çatır. Bu bölgü, on­la­rın və­siy­yəti yeri­nə yetiril­dik­dən və borcu ödənildik­dən sonra bölünməlidir. Ey kişilər! Əgər sizin -zövcələrinizdən, oğlan və ya qız, sizdən və ya qeyrisindən olmasından aslı olmayaraq- öv­­la­­dı­nız yox­dursa, qo­yub get­diyiniz malın dörd­də bir his­səsi zövcə­lə­rinizindir. Övladınız - oğlan və ya qız olmasından aslı olmayaraq - olduğu təqdirdə isə qo­yub get­di­yi­niz malın sək­­kizdə bir his­səsi zövcələrinizə çatır. Bu bölgü, və­siy­yə­tiniz ye­rinə yetiril­dikdən və bor­cu­nuz ödə­­nil­dikdən son­ra bölünməlidir. Əgər vəfat etmiş kişi­nin və ya qadı­nın va­li­deyni və övladı olmadığı halda malı varislərə qa­lar­sa və eyni ana­dan bir qar­da­şı yaxud bir bacısı varsa, onda eyni ana­dan bir qar­da­ş və bacının hər birinə fərz olaraq mi­rasın altıda bir his­səsi düşür. Əgər eyni anadan olan qardaş və bacılar sayca bun­­dan artıq olsalar, bu zaman onların hamısına, fərz olaraq mi­rasın üçdə biri düşür və onların kişi və qadın alması arasında heç bir fərq qoyulmadan onlar bu üçdə bi­rinə şərik­dir­lər. Onlar bu bölgüdən olan miras paylarını, va­ris­lərə zərər ye­tir­məmək üçün, vəsiyyəti malın üçdə birindən çox etməmək şərti ilə, və­siy­yətin ye­ri­nə yeti­ril­mə­sin­dən və bor­cun ödə­nil­mə­sindən son­ra götürməlidirlər. Ayənin əhatə etdiyi bu hökm, Allah tərə­fin­dən sizə vacib edilən bir buyruqdur. Allah qulları üçün dünya və axirətdə nəyin xeyirli olduğunu daha yaxşı bi­lən­dir, hə­limdir günahkar isana əzab verməyə tələsməz.

13

تِلْكَ حُدُودُ ٱللَّهِ ۚ وَمَن يُطِعِ ٱللَّهَ وَرَسُولَهُۥ يُدْخِلْهُ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَا ۚ وَذَٰلِكَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ

Bunlar Allahın hədləridir (hökmləridir). Hər kəs Allaha və Peyğəmbərinə itaət edərsə, Allah onu (ağacları) altından çaylar axan cənnətlərə əbədi olaraq daxil edər ki, bu da (mö’minlər üçün) böyük qurtuluşdur (uğurdur)!

Yetimlər və onlardan başqaları baradə deyilən bu əhkamlar Allahın şəriətidir. Allah bu əhkamları qullarının əməl etməsi üçün qanun etmişdir. Kim Allahın əmrlərinə tabe olub, qadağanlardan çəkinməklə Allaha və Onun rəsuluna - səllallahu aleyhi və səlləm - itaət edərsə, Allah onu ağacları və qəsrləri altından çay­lar axan, heç vaxt yox olmayan, için­də əbədi qalacağı Cən­nətlərə da­xil edər. Bu İlahi mükafat, ona oxşar heç bir uğur olmayan, böyük bir uğurdur.

14

وَمَن يَعْصِ ٱللَّهَ وَرَسُولَهُۥ وَيَتَعَدَّ حُدُودَهُۥ يُدْخِلْهُ نَارًا خَٰلِدًۭا فِيهَا وَلَهُۥ عَذَابٌۭ مُّهِينٌۭ

Hər kəs Allaha və Peyğəmbərinə itaət etməyib Onun hədlərini aşarsa, (Allah da) onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir.

Kim Allahın əhkamlarından üz çevirib, onlara əməl etməzsə, yaxud bu əhkamlara şəkk-şübhə edərək Allaha və Onun rəsuluna - səllallahu aleyhi və səlləm - asi olub Onun hü­dud­la­rını aşarsa, Allah onu içində əbədi qalacağı Cəhənnəm odu­na daxil edər. Onun üçün orada zəlil edici bir əzab vardır.

15

وَٱلَّٰتِى يَأْتِينَ ٱلْفَٰحِشَةَ مِن نِّسَآئِكُمْ فَٱسْتَشْهِدُوا۟ عَلَيْهِنَّ أَرْبَعَةًۭ مِّنكُمْ ۖ فَإِن شَهِدُوا۟ فَأَمْسِكُوهُنَّ فِى ٱلْبُيُوتِ حَتَّىٰ يَتَوَفَّىٰهُنَّ ٱلْمَوْتُ أَوْ يَجْعَلَ ٱللَّهُ لَهُنَّ سَبِيلًۭا

Qadınlarınızdan zina edənlərə qarşı öz aranızdan (mö’minlərdən) dörd şahid tutun! Əgər onlar (bu işə) şəhadət verərlərsə, həmin qadınları ölənə qədər, yaxud Allah onlar üçün bir yol açanadək evlərdə həbs edin!

Evli və ya subay qadın­ları­nızdan zina edənlərə qar­şı aranızdan dörd adil müsəlman şahid gətirin! Əgər onlar qadınlarınızın zina etdiklərinə şa­hid­lik etsə­lər, cəza olaraq o qadınları, həyatları ta ölüm ilə bitənədək, ya­xud Allah onlar üçün həbsdən qeyri bir yol aça­na­dək evlərdə həbs edin. Allah bundan sonra onlar üçün hansı yolun açdıqını bəyan etdi. Zina edən bakirə qadındırsa, yüz qamçı vurulduqdan sonra yaşadığı diyardan bir il müddətində sürgün edilməli, əgər zina edən evli qadındırsa, daşqalaq edilərək öldürülməsini qanun etdi.

16

وَٱلَّذَانِ يَأْتِيَٰنِهَا مِنكُمْ فَـَٔاذُوهُمَا ۖ فَإِن تَابَا وَأَصْلَحَا فَأَعْرِضُوا۟ عَنْهُمَآ ۗ إِنَّ ٱللَّهَ كَانَ تَوَّابًۭا رَّحِيمًا

İçərinizdən belə qəbih iş görənlərin hər ikisinə əziyyət verin. Əgər tövbə edib özlərini düzəltsələr, onları incitməkdən vaz keçin! Əlbəttə, Allah tövbələri qəbul edəndir, (bəndələrini) bağışlayandır!

Aranızda zina edən kişilərin evli və ya subay olmasından aslı olayaraq onların hər ikisinə əziyyət ve­rin. Onların hər ikisini bu çirkin əməldən çəkindirəcək dərəcədə dil və əl ilə əzab verin. Əgər hər ikisi də tutduqları bu işdən əl çəkib əməl­lə­rini is­lah etsələr, onlara əziyyət vermək­dən vaz keçin. Çünki günahdan tövbə edən günah etməmiş kimidir. Hə­qi­qətən, Allah qullarından tövbə edənin tövbəsini qəbul edəndir və onlara qarşı rəhmli­dir. Zina edən kişi və qadına bu cür əzab vermək İslam dininin ilkin çağlarında idi. Bunda sonra hökm, zina edən subaydırsa yüz qamçı vurub, yaşadığı diyardan bir il müddətində sürgün etmək, əgər evlidirsə, daşqalaq edilərək öldürülməsi hökmü ilə nəsx edildi.

17

إِنَّمَا ٱلتَّوْبَةُ عَلَى ٱللَّهِ لِلَّذِينَ يَعْمَلُونَ ٱلسُّوٓءَ بِجَهَٰلَةٍۢ ثُمَّ يَتُوبُونَ مِن قَرِيبٍۢ فَأُو۟لَٰٓئِكَ يَتُوبُ ٱللَّهُ عَلَيْهِمْ ۗ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمًۭا

Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edir! Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

Allah ancaq o kəslərin tövbəsi­ni qəbul edər ki, onlar cahillik, günahların pis aqibətindən və uğursuzluğundan xəbərsiz olduqlar üzündən itaətsizlik və ya pis iş gör­dükdən - bu, qəsdən və ya xətadan günah edən hər bir insana aiddir - sonra onlara ölüm gəlməzdən əvvəl tövbə edib Rəbbinə qayıdarlar. Allah onların tövbəsini qəbul edər və günahlarını bağışlar. Həqiqətən, Allah qullarının hər bir halından xəbərdardır, insanlar üçün yazdığı qədərində və şəri hökmlərində hikmət sahibidir.

18

وَلَيْسَتِ ٱلتَّوْبَةُ لِلَّذِينَ يَعْمَلُونَ ٱلسَّيِّـَٔاتِ حَتَّىٰٓ إِذَا حَضَرَ أَحَدَهُمُ ٱلْمَوْتُ قَالَ إِنِّى تُبْتُ ٱلْـَٰٔنَ وَلَا ٱلَّذِينَ يَمُوتُونَ وَهُمْ كُفَّارٌ ۚ أُو۟لَٰٓئِكَ أَعْتَدْنَا لَهُمْ عَذَابًا أَلِيمًۭا

Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: “Mən indi tövbə etdim” –deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq!

Allah, asi işlər görməkdə davam edib, özlərinə olüm gələnədək tövbə etməyən və nəhayət, can boğaza yetişdikdə tövbə edərək: "Mən etdiyim günahlardan indi töv­bə et­dim!"– deyənlərlə, həmçinin küfürlərində israr edərək ölən­lərin tövbəsi qə­­bul etməz. Bu kimsələr, günahlarda israrlı olan asi kimsələrdir. Biz, günah işlər görməkdə israrlı olan asilər və kafir olaraq ölənlər üçün ağ­rılı-acılı bir əzab hazır­lamı­şıq.

19

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا يَحِلُّ لَكُمْ أَن تَرِثُوا۟ ٱلنِّسَآءَ كَرْهًۭا ۖ وَلَا تَعْضُلُوهُنَّ لِتَذْهَبُوا۟ بِبَعْضِ مَآ ءَاتَيْتُمُوهُنَّ إِلَّآ أَن يَأْتِينَ بِفَٰحِشَةٍۢ مُّبَيِّنَةٍۢ ۚ وَعَاشِرُوهُنَّ بِٱلْمَعْرُوفِ ۚ فَإِن كَرِهْتُمُوهُنَّ فَعَسَىٰٓ أَن تَكْرَهُوا۟ شَيْـًۭٔا وَيَجْعَلَ ٱللَّهُ فِيهِ خَيْرًۭا كَثِيرًۭا

Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir! (Qadınlar) açıq-aşkar pis bir iş görməyincə, özlərinə verdiyiniz şeylərin (mehrin) bir hissəsini geri qaytarmaq məqsədilə onlara əziyyət verməyin. Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin. Əgər onlara nifrət etsəniz (dözün). Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun.

Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Mal-dövlətə varis olunduğu kimi, atalarınızın və qohumlarınızın qa­dın­larına varis çıxaraq onlarla evlənmək, yaxud onları istədiyiniz kimsələrə ərə vermək, yaxud da onların ərə getməsinə mane olmaq sizə caiz de­yildir. Həmçinin, xoşunuza gəlməyən qa­dınlarınız, zina kimi açıq-aş­kar murdar bir iş gör­mə­­yin­cə, on­lara ver­dikləriniz mehri və ya hər hansı başqa bir şeyi geri almaq üçün on­lara əziyyət verərək saxlamaq sizə caiz deyildir. Əgər onlar zina kimi açıq-aş­kar murdar bir iş tutsalar, o zaman on­lara ver­dikləriniz mehri və ya hər hansı başqa bir şeyi geri almaq üçün onlara təzyiq edərək yanınızda saxlamaq sizə caizdir. Qadınlarınıza əziyyət vermədən, onlara yaxşılıq edərək xoş rəftar edin. Əgər qadınlarınız dünya işlərinə görə xoşu­nuza gəlmirsə, onlarala səbirlə davranın, ola bilsin ki, xoş­la­­madığınız bir şeydə Allah si­zə dünya və axirət həyatında çoxlu xeyir nəsib etsin.

20

وَإِنْ أَرَدتُّمُ ٱسْتِبْدَالَ زَوْجٍۢ مَّكَانَ زَوْجٍۢ وَءَاتَيْتُمْ إِحْدَىٰهُنَّ قِنطَارًۭا فَلَا تَأْخُذُوا۟ مِنْهُ شَيْـًٔا ۚ أَتَأْخُذُونَهُۥ بُهْتَٰنًۭا وَإِثْمًۭا مُّبِينًۭا

Əgər bir arvadın yerinə başqa bir arvad almaq itəsəniz, onlardan birinə (birinciyə) çoxlu mal vermiş olsanız da, ondan heç bir şey geri almayın! Məgər bu malı böhtan atmaq və aşkar bir günah iş görməklə gerimi alacaqsınız?!

Ey kişilər! Əgər öz arvadınızı boşayıb yerinə başqa bir arvad almaq istəsə­niz, bu işdə sizə günah yoxdur, əgər boşamaq istədiyinizə yığın-yığın mal mehr vermiş olsanız belə, o maldan bir şey geri al­maq sizə caiz deyil. Çünki verdiyinizi onlardan geri almaq, Allah qatında açıq-aş­kar böhtan atmaq və gü­nah iş­lət­mək­lə hesab olunur.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.