يَٰٓأَهْلَ ٱلْكِتَٰبِ لَا تَغْلُوا۟ فِى دِينِكُمْ وَلَا تَقُولُوا۟ عَلَى ٱللَّهِ إِلَّا ٱلْحَقَّ ۚ إِنَّمَا ٱلْمَسِيحُ عِيسَى ٱبْنُ مَرْيَمَ رَسُولُ ٱللَّهِ وَكَلِمَتُهُۥٓ أَلْقَىٰهَآ إِلَىٰ مَرْيَمَ وَرُوحٌۭ مِّنْهُ ۖ فَـَٔامِنُوا۟ بِٱللَّهِ وَرُسُلِهِۦ ۖ وَلَا تَقُولُوا۟ ثَلَٰثَةٌ ۚ ٱنتَهُوا۟ خَيْرًۭا لَّكُمْ ۚ إِنَّمَا ٱللَّهُ إِلَٰهٌۭ وَٰحِدٌۭ ۖ سُبْحَٰنَهُۥٓ أَن يَكُونَ لَهُۥ وَلَدٌۭ ۘ لَّهُۥ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۗ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلًۭا
Ey kitab əhli! Öz dininizdə həddi aşmayın! Allah barəsində yalnız haqqı deyin. Həqiqətən, Məryəm oğlu İsa əl-Məsih ancaq Allahın peyğəmbəri, (Cəbrail vasitəsilə) Məryəmə çatdırdığı bir söz və Onun tərəfindən olan bir ruhdur. Allaha və peyğəmbərlərinə iman gətirin. (Allah barəsində) “üçdür” deməyin. (Belə sözlərə) son qoyun ki, (bu) sizin üçün daha yaxşı olar. Həqiqətən, Allah tək bir tanrıdır. Övladı olmaqdan (bu bəşəri xüsusiyyətdən) kənardır. Göylərdə və yerdə nə varsa, (hamısı) Onundur. Allahın (sizə) vəkil olması bəs edər!
Ey Peyğəmbər! İncil əhli nəsranilərə de: "Dininizdə ifrata varmayın və İsaya - aleyhissəlam - görə Allah barəsində həqiqətdən başqa bir şey söyləməyin. Məryəm oğlu İsa Məsih ancaq Allahın haqqla göndərdiyi elçisidir. Allah onu, Cəbrailin - aleyhissəlam - Məryəmə göndərdiyi kəlməsindən xəlq etdi, bu Allahın "Ol!" kəlməsi idi, oda oldu. Bu kəlmə, Allahın əmri ilə Cəbrailin Allah tərəfindən üfürdüyü bir ruhdur. Allaha və Onun bütün elçilərinə və onlar arasında heç bir fərq qoymadan iman gətirin və: "İlahlar üçdür!" deməyin. Bu yalan və batil sözünüzə son qoyun! Bu sözə son qoymanız, dünyada və axirətdə sizin üçün daha xeyirlidir. Həqiqətən, Allah Tək İlahdır, O, şəriki və övladı olmaqdan uzaqdır, O, zəngindir! Göylərin, yerin və onların arasında olan mülk yalnız Ona məxsusdur. Onlara göylərin və yerin idarə edəni Allah olması, qoruyan olaraq yetər.