Muslim99Muslim99
← Tafsir library

4. An-Nisaa

The Women · Medinan · 176 ayahs

سُورَةُ النِّسَاءِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 171–176 of 176

171

يَٰٓأَهْلَ ٱلْكِتَٰبِ لَا تَغْلُوا۟ فِى دِينِكُمْ وَلَا تَقُولُوا۟ عَلَى ٱللَّهِ إِلَّا ٱلْحَقَّ ۚ إِنَّمَا ٱلْمَسِيحُ عِيسَى ٱبْنُ مَرْيَمَ رَسُولُ ٱللَّهِ وَكَلِمَتُهُۥٓ أَلْقَىٰهَآ إِلَىٰ مَرْيَمَ وَرُوحٌۭ مِّنْهُ ۖ فَـَٔامِنُوا۟ بِٱللَّهِ وَرُسُلِهِۦ ۖ وَلَا تَقُولُوا۟ ثَلَٰثَةٌ ۚ ٱنتَهُوا۟ خَيْرًۭا لَّكُمْ ۚ إِنَّمَا ٱللَّهُ إِلَٰهٌۭ وَٰحِدٌۭ ۖ سُبْحَٰنَهُۥٓ أَن يَكُونَ لَهُۥ وَلَدٌۭ ۘ لَّهُۥ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۗ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلًۭا

Ey kitab əhli! Öz dininizdə həddi aşmayın! Allah barəsində yalnız haqqı deyin. Həqiqətən, Məryəm oğlu İsa əl-Məsih ancaq Allahın peyğəmbəri, (Cəbrail vasitəsilə) Məryəmə çatdırdığı bir söz və Onun tərəfindən olan bir ruhdur. Allaha və peyğəmbərlərinə iman gətirin. (Allah barəsində) “üçdür” deməyin. (Belə sözlərə) son qoyun ki, (bu) sizin üçün daha yaxşı olar. Həqiqətən, Allah tək bir tanrıdır. Övladı olmaqdan (bu bəşəri xüsusiyyətdən) kənardır. Göylərdə və yerdə nə varsa, (hamısı) Onundur. Allahın (sizə) vəkil olması bəs edər!

Ey Peyğəmbər! İncil əhli nəsranilərə de: "Dini­niz­də ifrata varmayın və İsaya - aleyhissəlam - görə Allah ba­­rə­sin­də hə­qi­qətdən başqa bir şey söyləməyin. Məryəm oğ­lu İsa Məsih an­caq Allahın haqqla göndərdiyi el­çisidir. Allah onu, Cəbrailin - aleyhissəlam - Məryəmə gön­dər­diyi kəlməsindən xəlq etdi, bu Allahın "Ol!" kəlməsi idi, oda oldu. Bu kəlmə, Allahın əmri ilə Cəbrailin Allah tərəfindən üfürdüyü bir ruh­dur. Allaha və Onun bütün el­çilə­rinə və onlar arasında heç bir fərq qoymadan iman gətirin və: "İlahlar üç­dür!" de­məyin. Bu yalan və batil sözünüzə son qo­yun! Bu sözə son qoymanız, dünyada və axirətdə sizin üçün daha xe­yir­lidir. Həqi­qə­tən, Allah Tək İlahdır, O, şəriki və övladı olmaqdan uzaqdır, O, zəngindir! Göy­lərin, yerin və onların arasında olan mülk yalnız Ona məx­susdur. Onlara göylərin və yerin idarə edəni Allah olması, qoruyan olaraq yetər.

An-Nisaa 4:171Listen in Qur'an →
172

لَّن يَسْتَنكِفَ ٱلْمَسِيحُ أَن يَكُونَ عَبْدًۭا لِّلَّهِ وَلَا ٱلْمَلَٰٓئِكَةُ ٱلْمُقَرَّبُونَ ۚ وَمَن يَسْتَنكِفْ عَنْ عِبَادَتِهِۦ وَيَسْتَكْبِرْ فَسَيَحْشُرُهُمْ إِلَيْهِ جَمِيعًۭا

İsa əl-Məsih də, yaxın mələklər də Allahın qulu olmağı əsla özlərinə ar bilməzlər. Allah Ona ibadət etməyi özünə ar bilənlərin və təkəbbür göstərənlərin hamısını Öz hüzuruna toplayacaqdır!

Nə Məryəm oğ­lu İsa Allaha qu­lu ol­ma­qdan imtina edə bilər, nə də Alla­hın Özünə yaxınlaşdırdığı və Allaha saleh qullar olmaq üçün dərəcələrini yüksəltdiyi mələklər. Axı belə olduğu bir halda, siz, İsanı necə İlah edə bilərsiz və müşriklər, mələkləri necə İlah edə bilərlər?! Allaha Ona ibadət etməkdən imtina edənlərin və təkəbbürlük göstərənlərin hamısını qiyamət günü Öz hüzuruna top­laya­caqdır və hər kəsə layiq olduğunu verəcəkdir.

An-Nisaa 4:172Listen in Qur'an →
173

فَأَمَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ فَيُوَفِّيهِمْ أُجُورَهُمْ وَيَزِيدُهُم مِّن فَضْلِهِۦ ۖ وَأَمَّا ٱلَّذِينَ ٱسْتَنكَفُوا۟ وَٱسْتَكْبَرُوا۟ فَيُعَذِّبُهُمْ عَذَابًا أَلِيمًۭا وَلَا يَجِدُونَ لَهُم مِّن دُونِ ٱللَّهِ وَلِيًّۭا وَلَا نَصِيرًۭا

(Allah) iman gətirənlərin və yaxşı işlər görənlərin mükafatlarını büsbütün verəcək, üstəlik Öz ne’mətindən onlar üçün (bir qədər) artıracaqdır. (Allaha ibadət etməyi) özlərinə sığışdırmayanları və təkəbbür göstərənləri isə acı bir əzaba düçar edəcəkdir! Onlar özlərinə Allahdan savayı nə bir dost, nə də havadar tapacaqlar!

Allaha iman gətirib, rəsullarını təsdiqləyın, Allahın şəriə müvafiq, yalnız Allah üçün xeyirxah iş­lər gö­rənlərə gəlincə, Allah on­ların etdikləri əməllərin mü­ka­fatlarını heç bir naqislik edilmədən tam olaraq ve­rə­cək və Öz lütfündən və ehsanından on­lar üçün bunun üzərinə bir qədər də artıracaq­dır. Amma Alla­ha iba­dət və itaət etməyi özlərinə sığışdırmayıb və təkəbbürlük gös­tə­rənlərə gə­lin­cə, Allah on­ları ağ­rılı-acılı bir əzaba düçar edə­cək­dir. Onlar özlərinə Allahdan başqa onlara fayda verən nə bir dost, nə də onları zərərdən qoruyan bir yar­dımçı tapa­ bilərlər.

An-Nisaa 4:173Listen in Qur'an →
174

يَٰٓأَيُّهَا ٱلنَّاسُ قَدْ جَآءَكُم بُرْهَٰنٌۭ مِّن رَّبِّكُمْ وَأَنزَلْنَآ إِلَيْكُمْ نُورًۭا مُّبِينًۭا

Ey insanlar! (Bu Muhəmməd) sizə Rəbbiniz tərəfindən dəlil gəlmişdir. Biz sizə aydın bir nur (Qur’an) endirdik.

Ey insanlar! Rəb­bi­niz­dən sizə, şək-şübhəni aparan və üzürü aradan qaldıran açıq-aydın bir dəlil - Muhəmməd - sallallahu aleyhi və səlləm - gəldi. Biz sizə aydın bir nur na­zil etdik. Bu, Qurani Kərimdir.

An-Nisaa 4:174Listen in Qur'an →
175

فَأَمَّا ٱلَّذِينَ ءَامَنُوا۟ بِٱللَّهِ وَٱعْتَصَمُوا۟ بِهِۦ فَسَيُدْخِلُهُمْ فِى رَحْمَةٍۢ مِّنْهُ وَفَضْلٍۢ وَيَهْدِيهِمْ إِلَيْهِ صِرَٰطًۭا مُّسْتَقِيمًۭا

Allah Ona iman gətirən və Ondan möhkəm yapışanları öz mərhəməti, lütfü altına alar və onları özünə tərəf gedən düz yola yönəldər.

Allaha iman gətirən və peyğəmbərlərinə nazil edilən Qurandan yapışan şəxslərə gəlincə, Allah onları cənnətə daxil etməklə mərhəmət edəcək, onların savab və dərəcələrini qaldıracaq və on­ları heç bir əyrilik olmayan doğru yola yönəlməyə müvəffəq edəcəkdir. Bu yol, ədn cənnətlərinə aparan yoldur.

An-Nisaa 4:175Listen in Qur'an →
176

يَسْتَفْتُونَكَ قُلِ ٱللَّهُ يُفْتِيكُمْ فِى ٱلْكَلَٰلَةِ ۚ إِنِ ٱمْرُؤٌا۟ هَلَكَ لَيْسَ لَهُۥ وَلَدٌۭ وَلَهُۥٓ أُخْتٌۭ فَلَهَا نِصْفُ مَا تَرَكَ ۚ وَهُوَ يَرِثُهَآ إِن لَّمْ يَكُن لَّهَا وَلَدٌۭ ۚ فَإِن كَانَتَا ٱثْنَتَيْنِ فَلَهُمَا ٱلثُّلُثَانِ مِمَّا تَرَكَ ۚ وَإِن كَانُوٓا۟ إِخْوَةًۭ رِّجَالًۭا وَنِسَآءًۭ فَلِلذَّكَرِ مِثْلُ حَظِّ ٱلْأُنثَيَيْنِ ۗ يُبَيِّنُ ٱللَّهُ لَكُمْ أَن تَضِلُّوا۟ ۗ وَٱللَّهُ بِكُلِّ شَىْءٍ عَلِيمٌۢ

(Ya Rəsulum!) Səndən fətva istəyirlər. De: “Atası və övladı olmayan şəxs (şəxsin mirası) haqqında Allah sizə belə fətva verir: Övladı (və atası) olmayan bir şəxs vəfat etdikdə onun (atabir-anabir və ya yalnız atabir) bir bacısı varsa, qoyub getdiyi malın yarısı bacıya çatır. Övladı (və atası) olmayan bir qadın vəfat etdikdə qardaşı onun varisidir (malının hamısı onun payına düşür). Əgər vəfat edən şəxsin iki (və ya daha artıq) bacısı varsa, mirasın üçdə ikisi onlara çatır. Əgər varislər qardaş və bacılardan (bir qardaş, bir bacı və ya bir neçə bacı-qardaşdan) ibarət olarsa, kişiyə (qardaşa) qadına (bacıya) düşən payın iki misli verilir”. Allah bunu sizə doğru yoldan çıxmamağınız üçün aydınlaşdırır. Allah hər şeyi biləndir!

Ey Peyğəmbər! Səndən atası və övladı ol­ma­yıb vəfat etmiş kimsənin mirası ba­­rəsində soruşurlar. De: "Allah bunun hökmünü sizə bəyan edəcəkdir. Atası və öv­ladı ol­ma­yan şəxs öldükdə onun doğma yaxud atabir bacısı varsa, qoyub get­diyi malın ya­rı­sı fərz olaraq ba­cı­ya ça­tır. Əgər onunla birgə mirasdan, Allahın fərz etdiyi müəyyən miras payı alan adam yoxdursa, doğma yaxud atabir qardaşı tasiblə (yəni: mirasdan müəyyən payları olmayıb, mirasdan təqdirsiz mala) varis olurlar. Əgər onunla birgə Allahın fərz etdiyi müəyyən miras payı alan adam varsa, o, mirasdan payını aldıqdan sonra, yerdə qalan mal ona çatır. Əgər doğma yaxud atabir bacıların sayı iki və ya ikidən çox olarsa, iki bacı yaxud ikidən çox olan bacıların hamısına, qo­­yub getdiyi­ malın fərz olaraq üçdə iki his­səsi on­­lara çatır. Əgər varislər kişi və qadın olmaqla, doğma yaxud atabir qardaş və bacılar­dır­sa, "Ki­şiyə iki qadı­nın pa­yı qədər pay dü­­şür" qaydasına əsasən onların hamısı mala tasiblə, belə ki, kişinin payı, qadının payından bir dəfə çox olmaqla varis olurlar. Allah, atası və övladı ol­ma­yıb vəfat etmiş kimsənin miras hökmünü və bunda başqa miras ba­­rəsində olan hökmləri sizə bəyan edir ki, haqq yoldan sapmayası­nız. Allah hər şeyi bi­lir və Ona heç bir şey gizlin qalmaz.

An-Nisaa 4:176Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.