Muslim99Muslim99
← Tafsir library

4. An-Nisaa

The Women · Medinan · 176 ayahs

سُورَةُ النِّسَاءِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 161–170 of 176

161

وَأَخْذِهِمُ ٱلرِّبَوٰا۟ وَقَدْ نُهُوا۟ عَنْهُ وَأَكْلِهِمْ أَمْوَٰلَ ٱلنَّاسِ بِٱلْبَٰطِلِ ۚ وَأَعْتَدْنَا لِلْكَٰفِرِينَ مِنْهُمْ عَذَابًا أَلِيمًۭا

Və qadağan olunmasına baxmayaraq, sələm (faiz) aldıqlarından, haqsız yerə xalqın malını yediklərindən dolayı (halal olanı onlara haram buyurduq). Biz onlardan olan kafirlər üçün şiddətli bir əzab hazırlamışıq!

Allah onlara sələmi qadağan etdikdən sonra yenə də sələm aldıqlarına və şəri haqqı olmadan in­sanların mal­la­rını mənimsədiklərinə görə belə et­dik. Biz on­­lardan olan kafirlər üçün ağrılı-acılı bir əzab hazır­lamışıq.

An-Nisaa 4:161Listen in Qur'an →
162

لَّٰكِنِ ٱلرَّٰسِخُونَ فِى ٱلْعِلْمِ مِنْهُمْ وَٱلْمُؤْمِنُونَ يُؤْمِنُونَ بِمَآ أُنزِلَ إِلَيْكَ وَمَآ أُنزِلَ مِن قَبْلِكَ ۚ وَٱلْمُقِيمِينَ ٱلصَّلَوٰةَ ۚ وَٱلْمُؤْتُونَ ٱلزَّكَوٰةَ وَٱلْمُؤْمِنُونَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ أُو۟لَٰٓئِكَ سَنُؤْتِيهِمْ أَجْرًا عَظِيمًا

Lakin onların elmdə qüvvətli (möhkəm) olanları və mö’minləri sənə nazil edilənə və səndən əvvəl nazil edilənə və səndən əvvəl nazil olanlara inanır, namaz qılır, zəkat verir, Allaha və axirət gününə iman gətirirlər. Biz, əlbəttə, onlara böyük mükafat verəcəyik!

Ey Peyğəmbər! Lakin yəhudilərdən elmdə sabit və qüv­vətli olanlar və möminlər Allahın Qurandan sənə na­zil etdiyinə və səndən öncə olan elçilərə, Tövrat və İncil kimi nazil edilən kitablara iman gətirir, na­maz qılır, mallarının zə­kat verir, Allahın tək İlah olduğunu, Onun heç bir şəriki olmadığını və Axi­rət günü­nə inanırlar. Biz, bu sifətlərə sahib olan kimsələrə bö­yük savab ve­rəcəyik.

An-Nisaa 4:162Listen in Qur'an →
163

۞ إِنَّآ أَوْحَيْنَآ إِلَيْكَ كَمَآ أَوْحَيْنَآ إِلَىٰ نُوحٍۢ وَٱلنَّبِيِّۦنَ مِنۢ بَعْدِهِۦ ۚ وَأَوْحَيْنَآ إِلَىٰٓ إِبْرَٰهِيمَ وَإِسْمَٰعِيلَ وَإِسْحَٰقَ وَيَعْقُوبَ وَٱلْأَسْبَاطِ وَعِيسَىٰ وَأَيُّوبَ وَيُونُسَ وَهَٰرُونَ وَسُلَيْمَٰنَ ۚ وَءَاتَيْنَا دَاوُۥدَ زَبُورًۭا

(Ya Rəsulum!) Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi, sənə də vəhy göndərdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yə’quba və onun övladlarına, İsaya, Əyyuba, Yunisa, Haruna və Süleymana da vəhy göndərdik. Biz Davuda da Zəburu verdik.

ُEy Peyğəmbər! Səndən əvvəlki peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. Sən peyğəmbərlərin birincisi deyilsən. Biz Nuha və ondan son­ra­ gələn peyğəmbərlərə, İb­rahimə, onun iki oğlu: İsmailə və İs­ha­qa, İshaqın oğlu Yəquba və əsbata (yəni Yəqubun - aleyhissəlam - nəslindən gələn, on iki bənu-İsrail qəbilələrindən olan peyğəmbərlərə) da vəhy etdik. Biz İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy etdik. Da­vuda da Kitabı - Zəbu­ru ver­dik.

An-Nisaa 4:163Listen in Qur'an →
164

وَرُسُلًۭا قَدْ قَصَصْنَٰهُمْ عَلَيْكَ مِن قَبْلُ وَرُسُلًۭا لَّمْ نَقْصُصْهُمْ عَلَيْكَ ۚ وَكَلَّمَ ٱللَّهُ مُوسَىٰ تَكْلِيمًۭا

(Biz) peyğəmbərlər (göndərdik). Onların bə’zisinin əhvalatını bundan əvvəl sənə danışdıq, bə’zisinin əhvalatını isə söyləmədik. Və Allah Musa ilə sözlə (arada heç bir başqa vasitə olmadan) danışdı.

Biz elçilər göndərdik onların bir qisimi ba­rə­sində Quranda sənə xəbər verdik, göndərdiyimiz elə elçilər də var ki, Biz Quranda onlar barə­sin­də isə sənə heç nə söyləmədik. Biz onların zikrini hikmət üçün tərk etdik. Allah Musaya hörmət əlaməti olaraq, onunla peyğəmbərlik haqqında həqiqi söz­lə, vasitəsiz, pak və uca olan Allaha layiq şəkildə da­nışdı.

An-Nisaa 4:164Listen in Qur'an →
165

رُّسُلًۭا مُّبَشِّرِينَ وَمُنذِرِينَ لِئَلَّا يَكُونَ لِلنَّاسِ عَلَى ٱللَّهِ حُجَّةٌۢ بَعْدَ ٱلرُّسُلِ ۚ وَكَانَ ٱللَّهُ عَزِيزًا حَكِيمًۭا

Biz peyğəmbərləri (mö’minlərə) müjdə gətirən və (kafirləri) əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!

Biz onları Allaha iman gətirənlərə böyük savabla müjdə verən və Allahı inkar edənləri isə ağrıdıcı əzabla qor­xu­dan el­çilər göndərdik ki, in­san­la­rın elçilər göndərildikdən sonra üzür gətirmək üçün Alla­ha qarşı bir bəhanəsi olma­sın. Allah mülkündə qüd­­rətlidir, hökmündə isə hikmət sahibidir.

An-Nisaa 4:165Listen in Qur'an →
166

لَّٰكِنِ ٱللَّهُ يَشْهَدُ بِمَآ أَنزَلَ إِلَيْكَ ۖ أَنزَلَهُۥ بِعِلْمِهِۦ ۖ وَٱلْمَلَٰٓئِكَةُ يَشْهَدُونَ ۚ وَكَفَىٰ بِٱللَّهِ شَهِيدًا

Lakin (Ya Rəsulum!) Allah sənə nazil etdiyi (Qur’an) ilə şəhadət verir ki, onu (Qur’anı) Öz elmi ilə (Özünə xas olan elm və hikmətlə) nazil etmişdir. Mələklər də buna şahidlik edirlər. Təkcə Allahın şahid olması yetər!

Ey Peyğəmbər! Əgər yəhudilər səni inkar edirlərsə, amma Allah, Qurandan sənə nazil et­dilənin doğru olduğunu təsdiqləyir. Allah Qura­nı, Onun sevib razı qaldığı və sevməyib xoşlamadığı əməlləri qullarına bildirmək üçün Öz elmi ilə nazil etdi. Mələklər də Allahın şahidliyi ilə birgə sənin gətirdiyin Quranın doğruluğuna şahidlik edərlər. Şahid ola­raq Allah yetər. Onun şahid olması, başqasının şahid olmasından kifayətdir.

An-Nisaa 4:166Listen in Qur'an →
167

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ وَصَدُّوا۟ عَن سَبِيلِ ٱللَّهِ قَدْ ضَلُّوا۟ ضَلَٰلًۢا بَعِيدًا

(Allahı) inkar edən və (insanları) Allahın yolundan döndərən şəxslər, şübhəsiz ki, (haqdan) çox uzaq bir zəlalətə uğramışlar.

Sənin peyğəmbərliyini inkar edən və insanları İslamdan sapdı­ran kim­sələr haqq yoldan olduqca uzaq düş­müşlər.

An-Nisaa 4:167Listen in Qur'an →
168

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ وَظَلَمُوا۟ لَمْ يَكُنِ ٱللَّهُ لِيَغْفِرَ لَهُمْ وَلَا لِيَهْدِيَهُمْ طَرِيقًا

Kafirləri və zülmkarları, şübhəsiz ki, Allah bağışlayan və onlara (cəhənnəm yolundan başqa) bir yol göstərən deyildir!

Allaha və Onun rəsullarına küfr edən və küfrdə qalaraq öz nəfislərinə zülm edənlərı, küfrdə israr etdikləri müddətcə Allah onları əsla ba­ğışlamaz və onları Allahın əzabından xilas edən doğ­ru yola yönəlt­mə­z.

An-Nisaa 4:168Listen in Qur'an →
169

إِلَّا طَرِيقَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَآ أَبَدًۭا ۚ وَكَانَ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرًۭا

Əbədi, həmişəlik qalacaqları cəhənnəm yolundan başqa! Bu isə Allah üçün çox asandır!

İçərisində əbədi qala­ca­q­ları Cə­hən­nəmə daxil olmağa aparan yoldan baş­qa. Bu isə Allah üçün çox asandır. Onu heç bir şey aciz edə bilməz.

An-Nisaa 4:169Listen in Qur'an →
170

يَٰٓأَيُّهَا ٱلنَّاسُ قَدْ جَآءَكُمُ ٱلرَّسُولُ بِٱلْحَقِّ مِن رَّبِّكُمْ فَـَٔامِنُوا۟ خَيْرًۭا لَّكُمْ ۚ وَإِن تَكْفُرُوا۟ فَإِنَّ لِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمًۭا

Ey insanlar! Peyğəmbər Rəbbinizdən sizə haqla (Qur’anı) gətirdi. (Ona) iman gətirin! Bu sizin üçün xeyirli olar. Siz (onu) inkar etsəniz də, (bilin ki) göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. (Allahın sizin Ona inanıb-inanmamağınıza heç bir ehtiyacı yoxdur. Bu, ancaq sizin özünüzə xeyir və ya zərər gətirə bilər). Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

Ey insanlar! Artıq Muhəmməd peyğəmbər - sallallahu aleyhi və səlləm - sizə Uca Allahdan doğru yol və haq­q din gətirdi. Elə isə ona gətirdiyinə iman edin, əgər belə etsəniz bu sizin üçün dünya və axirətdə daha xeyirli olar! Əgər Allaha küfr et­sə­niz, bilin ki, Allahın sizin iman etmənizə ehtiyacı yoxdur və küfür etməniz Allaha heç bir zərərdə verməz. Göylər­də, yerdə və onların arasında nə mülk varsa, hamısı Allaha məxsus­dur. Allah kimin hidayətə layiq olduğunu bilib, onu hidayət yoluna müyəssər edər, hidayətə layiq olmayan kimsəni isə o yoldan uzaqlaşdırar. Allah, sözlərində, fellərində, şəri hökmlərində də və insanlar üçün təyin etdiyi qədərin də hikmət sahibidir.

An-Nisaa 4:170Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.