أُو۟لَٰٓئِكَ هُمُ ٱلْكَٰفِرُونَ حَقًّۭا ۚ وَأَعْتَدْنَا لِلْكَٰفِرِينَ عَذَابًۭا مُّهِينًۭا
Bütün bunlar, həqiqətən, kafirdirlər. Biz (axirətdə) kafirlərdən ötrü alçaldıcı əzab hazırlamışıq!
Özlərinə bu yolu tutan kimsələr məhz onlar əsl kafirlərdir. Çünki kim elçiləri hamısını yaxud bəzisini inkar edərsə, artıq Allahı və Onun elçilərini inkar etmişdir. Biz kafirlərin Allaha və Onun elçilərinə inam etməkdən təkəbbürlük etdiklərinə görə, qiyamət günü onlar üçün zəlil edici bir əzab hazırlamışıq.