ٱلَّذِينَ يَتَرَبَّصُونَ بِكُمْ فَإِن كَانَ لَكُمْ فَتْحٌۭ مِّنَ ٱللَّهِ قَالُوٓا۟ أَلَمْ نَكُن مَّعَكُمْ وَإِن كَانَ لِلْكَٰفِرِينَ نَصِيبٌۭ قَالُوٓا۟ أَلَمْ نَسْتَحْوِذْ عَلَيْكُمْ وَنَمْنَعْكُم مِّنَ ٱلْمُؤْمِنِينَ ۚ فَٱللَّهُ يَحْكُمُ بَيْنَكُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ ۗ وَلَن يَجْعَلَ ٱللَّهُ لِلْكَٰفِرِينَ عَلَى ٱلْمُؤْمِنِينَ سَبِيلًا
(Ey müsəlmanlar!) Sizə göz qoyan (münafiqlər) Allah tərəfindən sizə bir qələbə üz verdikdə: “Məgər biz də sizinlə deyildikmi? “deyər, kafirlərə (zəfər) nəsib olduqda isə: “Məgər (mö’minlərlə birlikdə sizə qarşı vuruşsaydıq) biz sizə qalib gələ bilməzdikmi? Məgər biz mö’minlərə (onların sizə qarşı təcavüzünə cürbəcür vasitələrlə) mane olmadıqmi? “– söyləyərlər. Qiyamət günü Allah Özü sizin aranızda hökm verəcəkdir. Allah heç vaxt kafirlərə mö’minlərin əleyhinə olan bir yol göstərməz!
Sizə xeyir və şərin toxunmasını gözləyən münafiqlər, Allahdan sizə bir zəfər gəldikdə və ya siz qənimət əldə etdikdə, o qənimətdən əldə etmək üçün sizə: "Məgər biz sizinlə deyildikmi, sizin şahid olduğunuza bizdə şahid olmadıqmı?"– deyər, kafirlər qalib gəldikdə isə onlara: "Məgər biz sizə yardım etmədikmi, sizi möminlərdən qoruyub, qeydinizə qalmadıqmı?”– söyləyərlər. Allah Qiyamət günü sizin hamınızın arasında hökm verəcəkdir. Möminləri Cənnətə daxil etməklə mükafatlandıracaq, münafiqləri isə Cəhənnəmin ən aşağı təbəqəsinə giriftar etməklə cəzalandıracaqdır. Allah Qiyamət günü Öz lütfü ilə kafirlərə möminlərin əleyhinə əsla bir dəlil verməyəcək, əksinə, möminlər imanlarına sadiq qalaraq şəriətə əməl etdikcə, Uca Allah gözəl aqibəti möminlər üçün edəcəkdir.