Muslim99Muslim99
← Tafsir library

4. An-Nisaa

The Women · Medinan · 176 ayahs

سُورَةُ النِّسَاءِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 131–140 of 176

131

وَلِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۗ وَلَقَدْ وَصَّيْنَا ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ مِن قَبْلِكُمْ وَإِيَّاكُمْ أَنِ ٱتَّقُوا۟ ٱللَّهَ ۚ وَإِن تَكْفُرُوا۟ فَإِنَّ لِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۚ وَكَانَ ٱللَّهُ غَنِيًّا حَمِيدًۭا

Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. (Ey müsəlmanlar!) Biz sizdən əvvəl kitab verilənlərə də, sizə də Allahdan qorxmanızı tövsiyə etdik. Əgər Allahı inkar etsəniz belə, (yenə də) göylərdə və yerdə nə varsa, (hamısı) Allahındır. Allah ehtiyacsızdır, (öz-özlüyündə) şükür olunmağa, (tə’rif olunmağa) layiqdir.

Göylərdə, yerdə və onların arasında nə mülk varsa, hamısı tək Allaha məxsusdur. Biz yəhudi və nasranilərdən olan Ki­tab əhlinə də, sizə də Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinməyi əhd almışdıq. Əgər siz bu əhdə küfr etsəniz, yalnız özünüzə zərər vermiş olarsız, çünki Allah sizin Ona itaət etmənizdən ehtiyacsızdır. Bi­lin ki, göylərdə və yerdə nə mülk var­sa, hamısı Ona məx­susdur. Allahın heç bir məxluquna ehtiyacı yoxdur, O, bütün sifət və feillərində tə­ri­fə­layiqdir.

An-Nisaa 4:131Listen in Qur'an →
132

وَلِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۚ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلًا

Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Təkcə Allahın vəkil olması kifayət edər.

Göylərdə və yerdə nə mülk varsa, hamısı tək Allaha məxsusdur. Allah itaət olunmaqa layiqdir. Yaratdıqlarının bütün işlərini idarə edənin Allah olması yetər.

An-Nisaa 4:132Listen in Qur'an →
133

إِن يَشَأْ يُذْهِبْكُمْ أَيُّهَا ٱلنَّاسُ وَيَأْتِ بِـَٔاخَرِينَ ۚ وَكَانَ ٱللَّهُ عَلَىٰ ذَٰلِكَ قَدِيرًۭا

Ey insanlar! Əgər O istərsə, sizi yox edər, (yerinizə) başqalarını gətirər. (İnsanları məhv edib əvəzində başqa bir məxluq yaradar). Allah buna qadirdir!

Ey insanlar! Əgər Allah is­təsə, si­zi məhv edib, yerinizə Allaha itaət edib, Ona asi olmayan, sizdən baş­qa­larını gətirər. Allah buna qa­dir­dir.

An-Nisaa 4:133Listen in Qur'an →
134

مَّن كَانَ يُرِيدُ ثَوَابَ ٱلدُّنْيَا فَعِندَ ٱللَّهِ ثَوَابُ ٱلدُّنْيَا وَٱلْءَاخِرَةِ ۚ وَكَانَ ٱللَّهُ سَمِيعًۢا بَصِيرًۭا

Hər kəs dünya savabını (mükafatını) istərsə, (bilməlidir ki) dünyanın da, axirətin də mükafatları Allahın yanındadır. Allah eşidəndir, görəndir!

Ey insanlar! Sizdən kim əməli ilə yalnız dünya müka­fa­tı­nı is­tər­sə, qoy o, bilsin ki, həqiqətən, dünya­nın da, axi­rətin də mü­kafatı Alla­h yanın­dadır. Elə isə o, dünya və axirət mü­kafatını Allahdan diləsin. Allah sizin dediyiniz sözləri eşi­dəndir, əməllərinizi görəndir və O, əməllərinizin əvəzini sizə verəcəkdir.

An-Nisaa 4:134Listen in Qur'an →
135

۞ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ كُونُوا۟ قَوَّٰمِينَ بِٱلْقِسْطِ شُهَدَآءَ لِلَّهِ وَلَوْ عَلَىٰٓ أَنفُسِكُمْ أَوِ ٱلْوَٰلِدَيْنِ وَٱلْأَقْرَبِينَ ۚ إِن يَكُنْ غَنِيًّا أَوْ فَقِيرًۭا فَٱللَّهُ أَوْلَىٰ بِهِمَا ۖ فَلَا تَتَّبِعُوا۟ ٱلْهَوَىٰٓ أَن تَعْدِلُوا۟ ۚ وَإِن تَلْوُۥٓا۟ أَوْ تُعْرِضُوا۟ فَإِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًۭا

Ey iman gətirənlər! (Şahidliyiniz) sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun! (Əleyhinə şahidlik edəcəyiniz şəxs) istər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə (sizdən) daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin! Əgər dilinizi əyib büzsəniz və ya (doğru şəhadət verməkdən, yaxud ümumən şahidlikdən) boyun qaçırsanız, (bilin ki) Allah etdiyiniz işlərdən xəbərdardır!

Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Şa­hid­liyiniz özünüzün, vali­deyn­lə­rini­zin, ya­xın qohum­larınızın əley­hinə olanı tələb etsə də, hər bir kəsə həqiqətə uyğun olaraq şahidlik edərək və bütün halınızda ədaləti qoru­yan şahidlər olun. Kimin zəngin, kiminsə kasıb olması, sizi onun əleyhinə yaxud leyhinə şahidlik etməyə və ya etməməyə sövq etməsin. Allah sizə kasib və zəngin insandan da­ha yaxın­dır və onların mənfəətlərini daha yaxşı bilir. Şa­hid­liyiniz də haqqdan meyil etmək üçün nəf­sinizin istədiklərinə tabe olmayın! Əgər şahidliyi təhrif edib, həqiqətə uyğun olmadan şahidlik etsəniz, yaxud ümumən şahidlikdən boyun qa­çırsanız, bi­lin ki, Allah nə etdik­ləriniz­dən xə­bər­­dardır.

An-Nisaa 4:135Listen in Qur'an →
136

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ ءَامِنُوا۟ بِٱللَّهِ وَرَسُولِهِۦ وَٱلْكِتَٰبِ ٱلَّذِى نَزَّلَ عَلَىٰ رَسُولِهِۦ وَٱلْكِتَٰبِ ٱلَّذِىٓ أَنزَلَ مِن قَبْلُ ۚ وَمَن يَكْفُرْ بِٱللَّهِ وَمَلَٰٓئِكَتِهِۦ وَكُتُبِهِۦ وَرُسُلِهِۦ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ فَقَدْ ضَلَّ ضَلَٰلًۢا بَعِيدًا

Ey iman gətirənlər! Allaha və Peyğəmbərinə, Onun Öz Peyğəmbərinə endirdiyi Kitaba (Qur’ana) və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! Allaha, onun mələklərinə, kitablarına, peyğəmbərlərinə və axirət gününə inanmayan şəxs, şübhəsiz ki, (doğru yoldan) çox azmışdır.

Ey iman gətirənlər! Alla­ha, Onun elçisinə, elçisinə na­zil etdiyi Qurana və on­dan əv­vəl elçilərə nazil etdiyi ki­tablara imanınızda sabit qalın! Alla­hı, Onun mə­lək­lə­rini, ki­tablarını, elçilərini və Qiyamət gü­nü­nü in­kar edən kəs, şübhəsiz ki, doğru yoldan çox uzaq düş­müşdür.

An-Nisaa 4:136Listen in Qur'an →
137

إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ ثُمَّ كَفَرُوا۟ ثُمَّ ءَامَنُوا۟ ثُمَّ كَفَرُوا۟ ثُمَّ ٱزْدَادُوا۟ كُفْرًۭا لَّمْ يَكُنِ ٱللَّهُ لِيَغْفِرَ لَهُمْ وَلَا لِيَهْدِيَهُمْ سَبِيلًۢا

(Əvvəlcə) iman gətirib sonra kafir olan, sonra iman gətirib yenə kafir olan, sonra da küfrünü artıran kəsləri Allah heç vaxt bağışlayan və doğru yola yönəldən deyildir!

İman gə­ti­rdikdən sonra təkrarən küfrə qayıdanlar, belə ki, iman edib sonra mürtəd olanlar, sonra yenə iman gə­ti­­rib, sonra mürtəd olanlar, sonra da küfrlərində israr edib və elə o halda ölənlərin Allah günahlarını bağış­lama­ya­caq və onları Uca Allaha aparan doğru yola yö­nəlməyə müvəffəq etməyəcəkdir.

An-Nisaa 4:137Listen in Qur'an →
138

بَشِّرِ ٱلْمُنَٰفِقِينَ بِأَنَّ لَهُمْ عَذَابًا أَلِيمًا

(Ya Rəsulum!) Munafiqlərə müjdə ver ki, onlardan ötrü (axirətdə) şiddətli əzab var.

Ey Peyğəmbər! İmanı büruzə verib, küfrü gizlədən münafiqlərə müjdə ver ki, Qiyamət günü Allah yanında onlar üçün ağrılı-acılı bir əzab var­dır.

An-Nisaa 4:138Listen in Qur'an →
139

ٱلَّذِينَ يَتَّخِذُونَ ٱلْكَٰفِرِينَ أَوْلِيَآءَ مِن دُونِ ٱلْمُؤْمِنِينَ ۚ أَيَبْتَغُونَ عِندَهُمُ ٱلْعِزَّةَ فَإِنَّ ٱلْعِزَّةَ لِلَّهِ جَمِيعًۭا

O münafiqlər ki, mö’minləri qoyub kafirləri dost tuturlar. (İzzət və) qüdrəti onların yanındamı axtarırlar? Şübhəsiz ki, (izzət və) qüdrət tamamilə Allaha məxsusdur!

Bu əzab, onların möminləri qoyub ka­fir­­ləri özlə­ri­nə köməkçi və himayədar tutduqlarına görədir. Həqiqətən onları özlərinə dost tutmaları çox təəcüblüdür. Onlar dünyada ucalmaq üçün kafirlərin yanında qüvvət və izzətmi axtarır­lar? Hal­buki qüvvət və izzət bütünlüklə Allaha məxsusdur.

An-Nisaa 4:139Listen in Qur'an →
140

وَقَدْ نَزَّلَ عَلَيْكُمْ فِى ٱلْكِتَٰبِ أَنْ إِذَا سَمِعْتُمْ ءَايَٰتِ ٱللَّهِ يُكْفَرُ بِهَا وَيُسْتَهْزَأُ بِهَا فَلَا تَقْعُدُوا۟ مَعَهُمْ حَتَّىٰ يَخُوضُوا۟ فِى حَدِيثٍ غَيْرِهِۦٓ ۚ إِنَّكُمْ إِذًۭا مِّثْلُهُمْ ۗ إِنَّ ٱللَّهَ جَامِعُ ٱلْمُنَٰفِقِينَ وَٱلْكَٰفِرِينَ فِى جَهَنَّمَ جَمِيعًا

Allah Kitabda (Qur’anda) sizə nazil etmişdir (bildirmişdir) ki, Allahın ayələrini inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman müşriklər başqa bir söhbətə girişməyənə qədər onlarla bir yerdə əyləşməyin! Çünki o vaxt siz də onların tayı olarsınız. Həqiqətən, Allah münafiqlərin və kafirlərin hamısını Cəhənnəmdə bir yerdə toplayacaqdır!

Ey Möminlər! Qurani Kərimdə sizə na­zil et­miş­dir ki, əgər bir məclisdə əyləşdiyiniz zaman orada kiminsə Allahın ayələ­rini in­kar yaxud is­teh­za etdiyini eşitsəniz, Allahın ayələrini inkar yaxud istehza söhbətindən başqa bir söh­­bə­tə keçməyincə, sizə onlarla bir yerdə otur­mamaq və onları tərk etmək vacib edilmişdir. Allahın ayələrini in­kar yaxud istehza etdiklərini eşidib, sonra da onlarla oturmaqa davam etsəniz, Allahın əmrinə müxalif olmaqda siz də onların tayı olar­sı­nız. Çünki onlar küfür etməklə Allaha asi olduqları kimi, sizdə onlarla bir yerdə oturmaqla Allaha asi oldunuz. Şübhəsiz ki, Allah qiyamət günü özlərinin zahirən İslamda olduğunu göstərib, qəlblərində isə küfürü gizlədən mü­na­fiq­ləri Cə­hənnəm odunda kafirlərlə birgə cəm edəcəkdir.

An-Nisaa 4:140Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.