وَلِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۗ وَلَقَدْ وَصَّيْنَا ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ مِن قَبْلِكُمْ وَإِيَّاكُمْ أَنِ ٱتَّقُوا۟ ٱللَّهَ ۚ وَإِن تَكْفُرُوا۟ فَإِنَّ لِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۚ وَكَانَ ٱللَّهُ غَنِيًّا حَمِيدًۭا
Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. (Ey müsəlmanlar!) Biz sizdən əvvəl kitab verilənlərə də, sizə də Allahdan qorxmanızı tövsiyə etdik. Əgər Allahı inkar etsəniz belə, (yenə də) göylərdə və yerdə nə varsa, (hamısı) Allahındır. Allah ehtiyacsızdır, (öz-özlüyündə) şükür olunmağa, (tə’rif olunmağa) layiqdir.
Göylərdə, yerdə və onların arasında nə mülk varsa, hamısı tək Allaha məxsusdur. Biz yəhudi və nasranilərdən olan Kitab əhlinə də, sizə də Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinməyi əhd almışdıq. Əgər siz bu əhdə küfr etsəniz, yalnız özünüzə zərər vermiş olarsız, çünki Allah sizin Ona itaət etmənizdən ehtiyacsızdır. Bilin ki, göylərdə və yerdə nə mülk varsa, hamısı Ona məxsusdur. Allahın heç bir məxluquna ehtiyacı yoxdur, O, bütün sifət və feillərində tərifəlayiqdir.