Muslim99Muslim99
← Tafsir library

4. An-Nisaa

The Women · Medinan · 176 ayahs

سُورَةُ النِّسَاءِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 121–130 of 176

121

أُو۟لَٰٓئِكَ مَأْوَىٰهُمْ جَهَنَّمُ وَلَا يَجِدُونَ عَنْهَا مَحِيصًۭا

Onların (Şeytana uyanların) yeri Cəhənnəmdir. Və oradan xilas olmağa çarə tapmazlar.

Şeytanın addım izləri ilə gedib, ona tabe olanların qərar tutacaqları yer, qaçıb ora­dan xi­las olmağa sığınacaq tapa bilmədikləri Cə­hənnəm atəşidir.

An-Nisaa 4:121Listen in Qur'an →
122

وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ سَنُدْخِلُهُمْ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدًۭا ۖ وَعْدَ ٱللَّهِ حَقًّۭا ۚ وَمَنْ أَصْدَقُ مِنَ ٱللَّهِ قِيلًۭا

İman gətirib yaxşı işlər görənləri isə, Biz (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyik. Allahın haqq olan və’di üzrə, onlar orada əbədi qalacaqlar. Allahdan daha doğru danışan kimdir?!

Allaha iman gətirib Ona yaxınlaşdıran saleh əməllər edənləri isə qəsirləri altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağlarına daxil edəcəyik. Bu, Allahın vədi sayəsində olacaqdır. Uca Allahın vədi haqqdır. Allaha vədinə əsla xilaf çıxmaz. Sözündə Allahdan daha doğru danışan kimsə ola bilməz.

An-Nisaa 4:122Listen in Qur'an →
123

لَّيْسَ بِأَمَانِيِّكُمْ وَلَآ أَمَانِىِّ أَهْلِ ٱلْكِتَٰبِ ۗ مَن يَعْمَلْ سُوٓءًۭا يُجْزَ بِهِۦ وَلَا يَجِدْ لَهُۥ مِن دُونِ ٱللَّهِ وَلِيًّۭا وَلَا نَصِيرًۭا

Bu, (Cənnətə daxil olmaq) nə sizin, nə də kitab əhlinin arzusu ilə deyildir. Pislik edən şəxs, onun cəzasını görəcək və o, Allahdan başqa özünə nə bir dost, nə də bir imdada yetən tapacaqdır!

Ey Müsəlmanlar! Nicat tapmaq, uğura nail olmaq nə si­zin ar­zunuzla nə də Kitab əh­li­nin arzusu ilə­dir. Əksinə, bu, əmələ bağlı olan bir işdir. Sizdən kim bir pis iş tutarsa, Qiyamət günü onun cəzasını ala­caq və o, Allah­dan başqa özünə fayda verən nə bir dost, nə də onu zərərdən qoruyan bir yar­dımçı tapa­r.

An-Nisaa 4:123Listen in Qur'an →
124

وَمَن يَعْمَلْ مِنَ ٱلصَّٰلِحَٰتِ مِن ذَكَرٍ أَوْ أُنثَىٰ وَهُوَ مُؤْمِنٌۭ فَأُو۟لَٰٓئِكَ يَدْخُلُونَ ٱلْجَنَّةَ وَلَا يُظْلَمُونَ نَقِيرًۭا

Mö’min olmaqla bərabər, yaxşı işlər görən kişilər və qadınlar Cənnətə daxil olarlar. Onlara xurma çərdəyi qədər haqsızlıq edilməz!

Uca Allaha haqqı ilə iman gətirib saleh işlər görən kişilər və ya qadınlar, məhz onlardır imanla əməli bir araya cəm edib, Cənnətə daxil olan kimsələr. Onların etdikləri əməllərin savabından heç bir şey, hətta xurma çər­də­yinin üzərindəki oyuq qədər kiçik bir şeydə olsa belə naqis edil­məz.

An-Nisaa 4:124Listen in Qur'an →
125

وَمَنْ أَحْسَنُ دِينًۭا مِّمَّنْ أَسْلَمَ وَجْهَهُۥ لِلَّهِ وَهُوَ مُحْسِنٌۭ وَٱتَّبَعَ مِلَّةَ إِبْرَٰهِيمَ حَنِيفًۭا ۗ وَٱتَّخَذَ ٱللَّهُ إِبْرَٰهِيمَ خَلِيلًۭا

Yaxşı əməl sahibi olun ozünü Allaha təslim edən, İbrahimin hənif millətinə (dininə) tabe olan şəxsdən din e’tibarilə daha gözəl kim ola bilər? Həqiqətən, Allah İbrahimi (Özünə) dost tutmuşdur!

Niyyətini yalnız Allah üçün edib, aşkarda və gizlində özünü Alla­ha təslim edən, şəriətə gözəl bir şəkildə tade olan və əslən Muhəmmədin - səllallahu aleyhi və səlləmin - dini olan, şirkdən və küfrdən tövhidə və imana meyil edib İbra­himin - aleyhissəlam - dini­nə tabe olan şəxs­dən din baxı­mın­dan daha gö­zəl kimsə yoxdur. Allah İb­ra­him - aleyhissəlam - peyğəmbəri insanlar içərisindən kamil bir məhəbbətlə dost seçmişdir.

An-Nisaa 4:125Listen in Qur'an →
126

وَلِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۚ وَكَانَ ٱللَّهُ بِكُلِّ شَىْءٍۢ مُّحِيطًۭا

Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Allah hər şeyi (elmi və qüdrətilə) ehtiva etmişdir.

Göylərdə və yerdə nə mülk varsa, hamısı tək Allaha məxsusdur. Allah məxluqatından elm, qüdrət və idarə etmə baxımdan hər şeyi əhatə etmişdir.

An-Nisaa 4:126Listen in Qur'an →
127

وَيَسْتَفْتُونَكَ فِى ٱلنِّسَآءِ ۖ قُلِ ٱللَّهُ يُفْتِيكُمْ فِيهِنَّ وَمَا يُتْلَىٰ عَلَيْكُمْ فِى ٱلْكِتَٰبِ فِى يَتَٰمَى ٱلنِّسَآءِ ٱلَّٰتِى لَا تُؤْتُونَهُنَّ مَا كُتِبَ لَهُنَّ وَتَرْغَبُونَ أَن تَنكِحُوهُنَّ وَٱلْمُسْتَضْعَفِينَ مِنَ ٱلْوِلْدَٰنِ وَأَن تَقُومُوا۟ لِلْيَتَٰمَىٰ بِٱلْقِسْطِ ۚ وَمَا تَفْعَلُوا۟ مِنْ خَيْرٍۢ فَإِنَّ ٱللَّهَ كَانَ بِهِۦ عَلِيمًۭا

(Ya Rəsulum!) Səndən qadınlar barəsində fətva (əsasında hökm çıxarılan şər’i məsləhət) istəyirlər. De ki: “Onlar barəsində fətvanı sizə Allah və Kitabdan (Qur’andan) sizə oxunan (ayələr) verir. Onlar verilməsi vacib olanı (mirası) özlərinə verməyərək evlənmək istədiyiniz yetim qızlar (qadınlar) və aciz uşaqlar haqqında, həmçinin yetimlərlə ədalətlə rəftar etməniz barədə olan ayələrdir”. Sizin etdiyiniz bütün xeyirli işləri, şübhəsiz ki, Allah bilir!

Ey Peyğəmbər! Səndən qadınlar və onların leyhinə və əleyhinə olan haqqları barədə soruşanlar. De: "Allah sizə soruşduğunuz və həmçinin Quranda sizə oxunan ayələrdə mal-dövlətinə tamah salaraq evlənməyə izin vermədiyiniz qadınlar, Allahın onlar üçün fərz buyurduğu mehr və mirasdan paylarını verməyərək evlənmək istədiyiniz himayənizdəki yetim qızlar və zəif uşaqlara haqsızlıq edib əllərindək mala sahib çıxaraq miras paylarını mənimsəməməyinizi və yetimlərə dünyada və axirətdə onlara fayda verən işlərə yönəldərək ədalətlə rəftar etmənizin vacib olmasını bəyan edir". Siz yetimlərə və onlardan qeyrilərinə nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir və sizə bunun əvəzini verəcəkdir.

An-Nisaa 4:127Listen in Qur'an →
128

وَإِنِ ٱمْرَأَةٌ خَافَتْ مِنۢ بَعْلِهَا نُشُوزًا أَوْ إِعْرَاضًۭا فَلَا جُنَاحَ عَلَيْهِمَآ أَن يُصْلِحَا بَيْنَهُمَا صُلْحًۭا ۚ وَٱلصُّلْحُ خَيْرٌۭ ۗ وَأُحْضِرَتِ ٱلْأَنفُسُ ٱلشُّحَّ ۚ وَإِن تُحْسِنُوا۟ وَتَتَّقُوا۟ فَإِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًۭا

Əgər bir qadın öz ərinin qaba rəftarından, yaxud ondan üz çevirməsindən qorxarsa, onların öz aralarında bir növ barışıb düzəlişmələrindən (ər-arvada) heç bir günah gəlməz. Çünki barışmaq daha xeyirlidir. Ancaq nəfslərdə xəsislik (qısqanclıq) həmişə mövcuddur. Əgər siz yaxşı dolanıb (dava-dalaşdan, kobud rəftardan) çəkinsəniz (bu sizin üçün daha yaxşı olar). Şübhəsiz ki, Allah ediyiniz hər bir işdən xəbərdardır!

Əgər bir qadın öz əri­nin kobud rəftarından, yaxud ona qarşı rəğbət göstərməməsindən qor­­xarsa, öz ara­la­rında kişinin mal xərcləmək və gecələmək kimi qadının bəzi vacib haqlarından keçməsi ilə anlaşmasında onlara günah gəlməz. Bir-biri ilə anlaşmaq onlar üçün talaqdan da­ha xeyirlidir. Nəfslər hərisliyə və paxıllıqa meyilli xəlq edilmişdir, elə buna görə də heç bir nəfs öz haqqından keçmək istəməz. Gərək ər-arvad öz nəfislərini bir-biri bağışlamaq və yaxşılıq etməklə tərbiyə edərək bu xoşa gəlməz əxlaqdan müalicə etsinlər. Əgər hər bir işinizdə yaxşılıq etsəniz və Allahın əmrlərinə tabe olub qadağanlarından çəkinməklə Ondan qorxsanız, şübhəsiz ki, Allah nə et­dik­lə­riniz­dən xəbər­dar­dır, Ona heç bir şey gizli qalmaz və O, əməllərinizin müqabilini sizə verəcəkdir.

An-Nisaa 4:128Listen in Qur'an →
129

وَلَن تَسْتَطِيعُوٓا۟ أَن تَعْدِلُوا۟ بَيْنَ ٱلنِّسَآءِ وَلَوْ حَرَصْتُمْ ۖ فَلَا تَمِيلُوا۟ كُلَّ ٱلْمَيْلِ فَتَذَرُوهَا كَٱلْمُعَلَّقَةِ ۚ وَإِن تُصْلِحُوا۟ وَتَتَّقُوا۟ فَإِنَّ ٱللَّهَ كَانَ غَفُورًۭا رَّحِيمًۭا

Siz nə qədər çox istəsəniz də, heç vaxt arvadlar arasında ədalətlə rəftar etməyi bacarmazsınız. Barı, (birisinə) tamamilə meyl göstərib, digərini asılı vəziyyətdə (nə ərli kimi ərli, nə də boşanmış kimi boşanmış) qoymayın. Əgər özünüzü islah edib (belə hərəkətlərdən) çəkinsəniz (Allah sizi bağışlar). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

Ey kişilər! Siz nə qədər çalışsanız da, bəzən də iradənizdən xaric səbəblər üzündən, qəlbin meyil etməsində qadınlarla tam ədalətlə dav­ra­n­a bilməzsi­niz. Sevmədiyiniz qadınadan ta­ma­­mi­lə üz çevirib, onu, nə ərli kimi ərli deyil ki, əri onun haqqlarını versin, nə də boşanmış kimi boşanmış deyil ki, başqasına ərə getsin, belə bir ası­lı vəziy­yət­də qalmış kimi burax­mayın. Əgər öz aranızı zövcənin haqqlarını verib nəfsinizin havasına müxalif olaraq düzəldib və qadınlara görə Allahdan qorx­sanız, şüb­hə­siz ki, Allah sizə qarşı bağış­la­yandır, rəhmli­dir.

An-Nisaa 4:129Listen in Qur'an →
130

وَإِن يَتَفَرَّقَا يُغْنِ ٱللَّهُ كُلًّۭا مِّن سَعَتِهِۦ ۚ وَكَانَ ٱللَّهُ وَٰسِعًا حَكِيمًۭا

Əgər onlar (ər-arvad) bir-birindən ayrılacaq olsalar, Allah onların hər birini Öz geniş lütfü (kərəmi) ilə ehtiyacsız edər. Həqiqətən, Allah geniş lütf sahibi, hikmət sahibidir!

Əgər ər-arvad talaq və ya xulə (qadının boşanma tələb etməsi) ilə ayrılsalar, Allah onların hər birinə Öz geniş lütfündən bəxş edər. Allahın lütfü və rəhməti genişdir, O, verdiyi qərarlar və əzəldən müəyyən etdiyi hökmlər xüsusunda müdrikdir.

An-Nisaa 4:130Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.