Muslim99Muslim99
← Tafsir library

4. An-Nisaa

The Women · Medinan · 176 ayahs

سُورَةُ النِّسَاءِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 111–120 of 176

111

وَمَن يَكْسِبْ إِثْمًۭا فَإِنَّمَا يَكْسِبُهُۥ عَلَىٰ نَفْسِهِۦ ۚ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمًۭا

Hər kəs bir günah qazanarsa, mütləq o günahı özünün zərərinə qazanmış olar. Allah hər şeyi biləndir, hikmət sahibidir!

Kim kiçik və ya böyük günah iş edərsə, o günahın cəzası başqasına deyil, yalnız özünə olar. Allah qulların etdiyi əməlləri biləndir, işlərində və şəri hökmlərində hikmət sahibidir.

An-Nisaa 4:111Listen in Qur'an →
112

وَمَن يَكْسِبْ خَطِيٓـَٔةً أَوْ إِثْمًۭا ثُمَّ يَرْمِ بِهِۦ بَرِيٓـًۭٔا فَقَدِ ٱحْتَمَلَ بُهْتَٰنًۭا وَإِثْمًۭا مُّبِينًۭا

Hər kəs bir xəta və ya günah edib onu günahsız bir adamın boynuna atarsa, şübhəsiz ki, öz boynuna böhtan və açıq-aşkar günah götürmüş olar (günah üstündən günah qazanar).

Kim qəsd etmədən xəta edərək, yaxud qəsdən gü­nah qaza­nar, sonra da onu, o günahdan xəbəri olmayan bir insanı boynuna atar­sa, o bu əməli ilə öz üzərinə böyük yalan və açıq aydın gü­nah götürmüş olar.

An-Nisaa 4:112Listen in Qur'an →
113

وَلَوْلَا فَضْلُ ٱللَّهِ عَلَيْكَ وَرَحْمَتُهُۥ لَهَمَّت طَّآئِفَةٌۭ مِّنْهُمْ أَن يُضِلُّوكَ وَمَا يُضِلُّونَ إِلَّآ أَنفُسَهُمْ ۖ وَمَا يَضُرُّونَكَ مِن شَىْءٍۢ ۚ وَأَنزَلَ ٱللَّهُ عَلَيْكَ ٱلْكِتَٰبَ وَٱلْحِكْمَةَ وَعَلَّمَكَ مَا لَمْ تَكُن تَعْلَمُ ۚ وَكَانَ فَضْلُ ٱللَّهِ عَلَيْكَ عَظِيمًۭا

(Ya Rəsulum!) Əgər sənə Allahın lütfü (mərhəməti) olmasa idi, əlbəttə, onların bir dəstəsi səni düz yoldan azdırmaq niyyətində olacaqdı. Halbuki onlar özlərindən qeyrisini azdıra bilməz və sənə də heç bir zərər verə bilməzlər. Çünki Allah sənə Qur’anı və hikməti nazil edərək bilmədiklərini öyrətdi. Allahın sənə lütfü böyükdür!

Ey Peyğəmbər! Əgər Allah səni qorumaqla sənə lüt­f göstərməsəydi, əlbət­tə, öz nəfslərinə xəyanət edənlərdən bir camaat sə­ni haqq yol­­dan az­dırıb, batillə hökm verməyini istəyəcəkdi. Halbuki əslində on­lar yalnız özlərini aldadırlar. Belə ki, haqq yoldan azdırmaq üçün etdikləri günahın əzabı onların özlərinə qayıdacaqdır. Allah səni qoruduğu üçün onlar sənə bir zərər toxundura bilməzlər. Allah sənə Quranı və sünnəni nazil etdi və sənə bundan əvvəl bilmədiyin doğru yolu və nuru öyrətdi. Alla­­hın sənə peyğəmbərlik bəxş etməsi və səni qoruması kimi sənə olan lütfü bö­yükdür.

An-Nisaa 4:113Listen in Qur'an →
114

۞ لَّا خَيْرَ فِى كَثِيرٍۢ مِّن نَّجْوَىٰهُمْ إِلَّا مَنْ أَمَرَ بِصَدَقَةٍ أَوْ مَعْرُوفٍ أَوْ إِصْلَٰحٍۭ بَيْنَ ٱلنَّاسِ ۚ وَمَن يَفْعَلْ ذَٰلِكَ ٱبْتِغَآءَ مَرْضَاتِ ٱللَّهِ فَسَوْفَ نُؤْتِيهِ أَجْرًا عَظِيمًۭا

Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Xeyir ancaq sədəqə verməyi, yaxud yaxşılıq etməyi və ya insanlar arasında sülh yaratmağı əmr edən kimsənin söhbətindədir. Allahın razılığını qazanmaq üçün belə işlər görən kimsəyə (axirətdə) böyük mükafat verəcəyik!

İnsanların gizli saxladıqları söhbətlərinin ço­xunda xeyir, mənfəət yoxdur. Xeyir yalnız söhbəti, sədəqə verməyi və ya şəriətin gətirdiyi həmçinin ağlın yaxşı gördüyü yaxşılıqı etməyi ya­xud da mübahisə edənlər ara­sında sülhə çağırmağı əmr edən şəx­sin pıçıl­daması isə istisnadır. Kim bunu Alla­hın razılığını qa­zan­maq üçün edər­sə, Biz ona böyük savab verəcəyik.

An-Nisaa 4:114Listen in Qur'an →
115

وَمَن يُشَاقِقِ ٱلرَّسُولَ مِنۢ بَعْدِ مَا تَبَيَّنَ لَهُ ٱلْهُدَىٰ وَيَتَّبِعْ غَيْرَ سَبِيلِ ٱلْمُؤْمِنِينَ نُوَلِّهِۦ مَا تَوَلَّىٰ وَنُصْلِهِۦ جَهَنَّمَ ۖ وَسَآءَتْ مَصِيرًا

Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib mö’minlərdən qeyrisinin yoluna uyarsa, onun istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir.

Hər kəs özünə haqq bəlli ol­duqdan sonra Peyğəm­bə­rin - səllallahu aleyhi və səlləm - gətirdiyinə qarşı inadkarlıq edib, ona müxalif olarsa və möminlərin tutduğu yo­ldan başqa bir yol­la gedər­sə, Biz onu, öz üçün seçdiyi yola yönəl­dər, bilərəkdən üz çevirdiyi üçün haqqa müvəffəq etmərik və onu, hərarətindən əzab çəkəcəyi Cə­hən­nəm atəçinə daxil edərik. Cəhənnəm əhli üçün ora nə pis dö­nüş yeridir.

An-Nisaa 4:115Listen in Qur'an →
116

إِنَّ ٱللَّهَ لَا يَغْفِرُ أَن يُشْرَكَ بِهِۦ وَيَغْفِرُ مَا دُونَ ذَٰلِكَ لِمَن يَشَآءُ ۚ وَمَن يُشْرِكْ بِٱللَّهِ فَقَدْ ضَلَّ ضَلَٰلًۢا بَعِيدًا

Allah Ona şərik qoşmağı əsla bağışlamaz. Bundan başqa olan günahları isə dilədiyi kimsə üçün bağışlar. Allaha şərik qoşan şəxs, şübhəsiz ki, (haqq yoldan) çox azmışdır.

Şübhəsiz ki, Allah Ona şərik qoşmağı əfv etməz, əksinə Ona şərik qoşan kimsəni Cəhənnəmdə əbədi edər. Amma istədiyi şəxsin şirkdən başqa olan günahlarını isə Öz rəhməti və lütfü ilə bağışlar. Başqasını Allaha şərik qoşan şəxs, haqq yoldan azmış və bu yoldan çox uzaqlaşmışdır, çünki o, Xaliq ilə məxluqu eyni dərəcədə tutmuşdur.

An-Nisaa 4:116Listen in Qur'an →
117

إِن يَدْعُونَ مِن دُونِهِۦٓ إِلَّآ إِنَٰثًۭا وَإِن يَدْعُونَ إِلَّا شَيْطَٰنًۭا مَّرِيدًۭا

(Məkkə müşrikləri) Allahı qoyub yalnız qadın bütlərə (Lata, Mənata, Uzzəyə, Nailəyə) tapınır və yalnız asi (inadkar) Şeytana ibadət edirlər.

Bu müşriklər Allahla yanaşı faydası və zərəri olayan yalnız Lat, Uzza kimi qadın adlarını daşıyan büt­lərə ibadət və dua edirlər. Amma həqiqətdə onlar xeyirsiz, Allahın itaətindən çıxmış şeytana ibadət edirlər. Çünki bütlərə ibadət etməyi onlara elə şeytan əmr etmişdir.

An-Nisaa 4:117Listen in Qur'an →
118

لَّعَنَهُ ٱللَّهُ ۘ وَقَالَ لَأَتَّخِذَنَّ مِنْ عِبَادِكَ نَصِيبًۭا مَّفْرُوضًۭا

Allah ona (Şeytana) lə’nət etdi (rəhmətindən kənar edib dərgahından qovdu). O isə dedi: “Əlbəttə, mən Sənin bəndələrindən müəyyən bir qismini ələ alacağam”.

Elə buna görə də Allah onu rəhmətindən qovdu. Şeytan isə Rəbbinə and içərək dedi: "Mən Sənin qul­la­rın­dan müəy­yən bir qis­mini özün üçün ayırıb, onları haqq yoldan mütləq azdıracağam".

An-Nisaa 4:118Listen in Qur'an →
119

وَلَأُضِلَّنَّهُمْ وَلَأُمَنِّيَنَّهُمْ وَلَءَامُرَنَّهُمْ فَلَيُبَتِّكُنَّ ءَاذَانَ ٱلْأَنْعَٰمِ وَلَءَامُرَنَّهُمْ فَلَيُغَيِّرُنَّ خَلْقَ ٱللَّهِ ۚ وَمَن يَتَّخِذِ ٱلشَّيْطَٰنَ وَلِيًّۭا مِّن دُونِ ٱللَّهِ فَقَدْ خَسِرَ خُسْرَانًۭا مُّبِينًۭا

Onları hökmən (doğru yoldan) sapdıracaq, (puç) xülyalara salacaq, heyvanlarının qulaqlarını kəsməyi və Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm! Allahı atıb Şeytanı özünə dost tutun şəxs, əlbəttə, açıq-aşkar ziyana uğramışdır.

Onları mütləq Sənin doğ­ru yoldan azdıracaq və onlara zəlaləti xoş göstərən yalan vədlər verərək xəya­lara sa­la­caq, Allahın halal etdiyi heyvanları haram etmək üçün on­lara heyvanların qu­laqlarını kəsməyi bu­yuracaq və Alla­hın xəlq etdiyi fitrəti və Onun yaratdıqlarına də­yi­şiklik etməyi əmr edə­cəyəm. Şey­tanı özünə dost tu­tub, ona itaət edən kəs, lənətlənmiş şeytanı dost tutduğuna görə açıq-aşkar ziyana uğ­ra­mış­­dır.

An-Nisaa 4:119Listen in Qur'an →
120

يَعِدُهُمْ وَيُمَنِّيهِمْ ۖ وَمَا يَعِدُهُمُ ٱلشَّيْطَٰنُ إِلَّا غُرُورًا

(Şeytan) onlara (müşriklərə) və’dlər verir, ürəklərində arzular oyadır. Lakin Şeytan onlara yalnız yalan və’dlər verir.

Şeytan onlara yalan vədlər ve­rir və on­ları batil xəyallara salır. Halbu­ki şeytanın on­lara verdiyi vədlər, həqiqəti olmayan, batil vəd­lərdən başqa bir şey deyil­dir.

An-Nisaa 4:120Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.