وَإِذَا ضَرَبْتُمْ فِى ٱلْأَرْضِ فَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَن تَقْصُرُوا۟ مِنَ ٱلصَّلَوٰةِ إِنْ خِفْتُمْ أَن يَفْتِنَكُمُ ٱلَّذِينَ كَفَرُوٓا۟ ۚ إِنَّ ٱلْكَٰفِرِينَ كَانُوا۟ لَكُمْ عَدُوًّۭا مُّبِينًۭا
Səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmaq (dörd rək’ətli namazı iki rək’ət qılmaq) sizə günah hesab edilməz. Həqiqətən kafirlər sizinlə açıq düşməndirlər.
Yer üzündə səfərə çıxdığınız zaman, kafirlər tərəfindən xoşagəlməz bir şeyə məruz qalacağınıdan qorxduğunuz zaman dörd rükətli namazları iki rükət qılmaqda sizin üçün heç bir günah yoxdur. Beləki, kafirlərin sizə qarşı olan ədavəti aşkar və aydındır. Səhih hədislərdə də, səfər əsnasında əmin-amanlıq halı olsa belə, namazların qısaldılmasına rüsxət verən hədislər varid olmuşdur.