Muslim99Muslim99
← Tafsir library

4. An-Nisaa

The Women · Medinan · 176 ayahs

سُورَةُ النِّسَاءِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 101–110 of 176

101

وَإِذَا ضَرَبْتُمْ فِى ٱلْأَرْضِ فَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَن تَقْصُرُوا۟ مِنَ ٱلصَّلَوٰةِ إِنْ خِفْتُمْ أَن يَفْتِنَكُمُ ٱلَّذِينَ كَفَرُوٓا۟ ۚ إِنَّ ٱلْكَٰفِرِينَ كَانُوا۟ لَكُمْ عَدُوًّۭا مُّبِينًۭا

Səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmaq (dörd rək’ətli namazı iki rək’ət qılmaq) sizə günah hesab edilməz. Həqiqətən kafirlər sizinlə açıq düşməndirlər.

Yer üzündə səfərə çıxdığınız zaman, kafirlər tərəfindən xoşagəlməz bir şeyə məruz qalacağınıdan qorxduğunuz zaman dörd rükətli namazları iki rükət qılmaqda sizin üçün heç bir günah yoxdur. Beləki, kafirlərin sizə qarşı olan ədavəti aşkar və aydındır. Səhih hədislərdə də, səfər əsnasında əmin-amanlıq halı olsa belə, namazların qısaldılmasına rüsxət verən hədislər varid olmuşdur.

An-Nisaa 4:101Listen in Qur'an →
102

وَإِذَا كُنتَ فِيهِمْ فَأَقَمْتَ لَهُمُ ٱلصَّلَوٰةَ فَلْتَقُمْ طَآئِفَةٌۭ مِّنْهُم مَّعَكَ وَلْيَأْخُذُوٓا۟ أَسْلِحَتَهُمْ فَإِذَا سَجَدُوا۟ فَلْيَكُونُوا۟ مِن وَرَآئِكُمْ وَلْتَأْتِ طَآئِفَةٌ أُخْرَىٰ لَمْ يُصَلُّوا۟ فَلْيُصَلُّوا۟ مَعَكَ وَلْيَأْخُذُوا۟ حِذْرَهُمْ وَأَسْلِحَتَهُمْ ۗ وَدَّ ٱلَّذِينَ كَفَرُوا۟ لَوْ تَغْفُلُونَ عَنْ أَسْلِحَتِكُمْ وَأَمْتِعَتِكُمْ فَيَمِيلُونَ عَلَيْكُم مَّيْلَةًۭ وَٰحِدَةًۭ ۚ وَلَا جُنَاحَ عَلَيْكُمْ إِن كَانَ بِكُمْ أَذًۭى مِّن مَّطَرٍ أَوْ كُنتُم مَّرْضَىٰٓ أَن تَضَعُوٓا۟ أَسْلِحَتَكُمْ ۖ وَخُذُوا۟ حِذْرَكُمْ ۗ إِنَّ ٱللَّهَ أَعَدَّ لِلْكَٰفِرِينَ عَذَابًۭا مُّهِينًۭا

(Ya Rəsulum!) Sən (əsgərlərin) içərisində olub onlara namaz qıldırdığın zaman onlardan bir dəstə sailahlarını (özlərilə) götürsünlər. (Namazlarını qılıb) səcdə edən kimi sizin arxanıza (düşmənin önünə) keçsinlər. (Və ya onlar namaz qılanda digər dəstə arxalarında olsun). Sonra (namaz qılmamış) o biri dəstə öz ehtiyat vasitələrini və silahlarını götürərək gəlib səninlə birlikdə namaz qılsın! Kafirlər istərdilər ki, sizin silahlarınızdan və mallarınızdan heç bir xəbəriniz olmayaydı və onlar da sizin üzərinizə birdəfəlik (qəfil bir hücumla) basqın edəydilər. Yağışdan əziyyət çəkdiyiniz, yaxud xəstə olduğunuz zaman silahlarınızı (namaz vaxtı) yerə qoymaq sizə günah deyildir, lakin ehtiyatınızı gözləyin! Şübhəsiz ki, Allah kafirlər üçün alçaldıcı əzab hazırlamışdır!

Ey Peyğəmbər! Düşmənlə döyüş vaxtı ordunun içərisində olub onlara namaz qıl­dır­maq istədikdə, ordunu iki qisimə böl: onla­rdan bir dəs­tə­səninlə birlikdə namaz qılsın, namazda silahla­rını da özləri ilə gö­tür­sün­lər. İkinci dəstə isə sizin müdafiənizdə dursun. Birinci dəstə imamla birgə bir rükət qıldıqdan sonra, namazın qalan rükərlərini özləri ayrıca tamamlasınlar. Bun­lar namaz qıldıqları zaman o biri dəs­tə düşmən tərəfdə arxa­nızda olsun. Sonra müdafiədə duran, na­ma­zını qıl­ma­mış digər dəstə gəlib imamla bir­lik­də bir rükət na­maz qılsın, imam salam verdikdən sonra isə namazlarının qalan hissəsini özləri tamamlasınlar, düşmənlərindən ehtiyat­la­rı­nı tutsunlar və silah­la­rını da özləri ilə götürsünlər. Ka­fir­lər is­tərlər ki, siz namaz qıldığınız zaman silah­ları­nız­dan və əşyalarınızdan xəbər­siz ola­sınız və onlar da sizin üzəri­nizə bircə dəfə həmlə et­sinlər və siz xəbərsiz ikən si­zi məğlub et­sin­lər. Ya­ğış­, xəstəlik və s. bu kimi səbəblərdən əziy­yət çəkdiyiniz zaman si­lahlarınızı özünüzlə götürməyib yerə qoymaqda sizə günah yoxdur. Bacardığınız qədər düşməninizdən eh­ti­yatınızı əldən vermə­yin. Şüb­hə­siz ki, Allah kafirlər üçün onları alçaldan bir əzab hazırlamışdır.

An-Nisaa 4:102Listen in Qur'an →
103

فَإِذَا قَضَيْتُمُ ٱلصَّلَوٰةَ فَٱذْكُرُوا۟ ٱللَّهَ قِيَٰمًۭا وَقُعُودًۭا وَعَلَىٰ جُنُوبِكُمْ ۚ فَإِذَا ٱطْمَأْنَنتُمْ فَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ ۚ إِنَّ ٱلصَّلَوٰةَ كَانَتْ عَلَى ٱلْمُؤْمِنِينَ كِتَٰبًۭا مَّوْقُوتًۭا

Namazınızı qıldıqdan sonra ayaq üstə olanda da, uzananda da Allahı zikr edin, arxayınlığa çixdıqda isə, namazı (öz qaydasınca) qılın! Çünki namaz mö’minlərə bəlli vaxtlarda fərz (vacib) edilmişdir.

Ey Möminlər! Namaz qılıb qurtardıqdan son­­ra ayaq üstə olanda da, otu­ran­da da, uza­nanda və hər bir halınızda da, Allahın şəninə Sübhanallah, Əlhəmdulləh və Lə iləhə illə Allah deyərək Allahı yad edin. Qorxu sovuşduqda və arxayın olduqda isə, namazı sizə əmr edildiyi qaydada rükunlarını, vaciblərini və müstəhəblərini yerinə yetirərək tam şəkildə qı­lın. Çün­ki namaz mömin­lərə müəyyən olunmuş vaxtlarda fərz edilmişdir. Yerli olduqda namazları üzürsüz olaraq vaxtından gec qılmaq caiz deyildir. Səfərdə olduqda isə namazları cəm edib, qısa qılmaq icazəlidir.

An-Nisaa 4:103Listen in Qur'an →
104

وَلَا تَهِنُوا۟ فِى ٱبْتِغَآءِ ٱلْقَوْمِ ۖ إِن تَكُونُوا۟ تَأْلَمُونَ فَإِنَّهُمْ يَأْلَمُونَ كَمَا تَأْلَمُونَ ۖ وَتَرْجُونَ مِنَ ٱللَّهِ مَا لَا يَرْجُونَ ۗ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمًا

(Kafir) qövmü tə’qib etməkdə (ey müsəlmanlar!) zəiflik göstərməyin! Əgər siz (yaralarınızdan və səfərin çətinliklərindən) əziyyət çəkirsinizsə, onlar da sizin kimi əziyyət çəkirlər. Halbuki siz onların ummadıqlarını Allahdan umursunuz. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

Ey Möminlər! Kafirlərdən olan düşməninizi təqib et­mək­də tənbəllik edib zə­iflik göstərməyin. Əgər siz dö­yüşdə ölüm və ya yaraya görə ağrı-acı çəkir­si­niz­sə, on­lar da sizin ağrı-acı çəkdiyiniz kimi ağrı-acı çəkir və sizə baş verən müsibət onlarada baş verir. Elə isə onların səbri sizin səbrinizdən böyük olmasın. Çünki siz Allahdan, on­la­rın nail olmadıqları savaba, köməyə və yardıma nail olursunuz. Allah Öz qullarının halınıdan xəbərdardır və O, işlərində və şəri hökmlərində hikmət sahibidir!

An-Nisaa 4:104Listen in Qur'an →
105

إِنَّآ أَنزَلْنَآ إِلَيْكَ ٱلْكِتَٰبَ بِٱلْحَقِّ لِتَحْكُمَ بَيْنَ ٱلنَّاسِ بِمَآ أَرَىٰكَ ٱللَّهُ ۚ وَلَا تَكُن لِّلْخَآئِنِينَ خَصِيمًۭا

(Ya Rəsulum!) Həqiqətən, Biz sənə Qur’anı haqq olaraq nazil etdik ki, Allahın sənə göstərdiyi (öyrətdiyi, bildirdiyi) ilə insanlar arasında hökm edəsən. Xainləri müdafiə edən (onların xeyrinə mübahisə aparan) olma!

Ey Peyğəmbər! Həqiqətən, Biz sənə Quranı haqqı özündə cəm etmiş bir halda nazil etdik ki, insanlar arasında şəxsi rəyin və ya öz istəyinlə deyil, Allahın sənə öyrətdiyi və sənə ilham etdiyi kimi hökm verəsən. Odur ki, özlərinə və onlara verilən əmanətlərə xəyanət edən xainləri, onlardan haqqını tələb edənlərdən müdafiə edərək, tərəfini tutma.

An-Nisaa 4:105Listen in Qur'an →
106

وَٱسْتَغْفِرِ ٱللَّهَ ۖ إِنَّ ٱللَّهَ كَانَ غَفُورًۭا رَّحِيمًۭا

Allahdan bağışlanmaq dilə! Əlbəttə, Allah bağışlayandır, rəhm edəndir!

Allahdan məğfirət və əfv istəyin! Şüb­həsiz ki, Allah, Ona tövbə edən qullarını bağış­la­yan­dır və onlara qarşı rəhm­li­dir.

An-Nisaa 4:106Listen in Qur'an →
107

وَلَا تُجَٰدِلْ عَنِ ٱلَّذِينَ يَخْتَانُونَ أَنفُسَهُمْ ۚ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ مَن كَانَ خَوَّانًا أَثِيمًۭا

Özlərilə (bir-birinə) xəyanət edən şəxslərdən ötrü mübahisə etmə! Şübhəsiz ki, Allah günaha batmış xaini sevməz!

Xəyanət edən, sonra da etdiyi xəyanəti gizlətməyə çalışan kimsənin tərəfini saxlamaq üçün mücadələ etmə. Allah, çoxlu xəyant edən və günah işlər görən kimsələri sevməz.

An-Nisaa 4:107Listen in Qur'an →
108

يَسْتَخْفُونَ مِنَ ٱلنَّاسِ وَلَا يَسْتَخْفُونَ مِنَ ٱللَّهِ وَهُوَ مَعَهُمْ إِذْ يُبَيِّتُونَ مَا لَا يَرْضَىٰ مِنَ ٱلْقَوْلِ ۚ وَكَانَ ٱللَّهُ بِمَا يَعْمَلُونَ مُحِيطًا

Onlar (xəyanətlərini) insanlardan gizlətsələr də, Allahdan gizlədə bilməzlər. Onlar (Allaha) xoş getməyən sözləri ürəklərində tutduqda belə, yenə O onların yanındadır (Allah onları bilir). Allah onların nələr etdiyini biləndir.

Onlar günah işlətdikdə in­sanlardan qorxub utanaraq onu gizlədir, Allahdan isə gizlətmirlər. Halbuki, Allah onları əhatə etməklə onların yanındadır. Günahkarı müdafiə edib, günahsızı ittiham etmək kimi, Alla­hın razı qal­madığı söz­ləri xəl­vət­də söyləyib, tədbir görməkləri, Allahdan gizli qalmaz. Allah on­­la­rın gizlində və aşkarda nə etdik­lə­rini əha­tə edir, Ona heç bir şey gizli qalmır və Allah onlara etdikləri əməllərin əvəzini verəcəkdir.

An-Nisaa 4:108Listen in Qur'an →
109

هَٰٓأَنتُمْ هَٰٓؤُلَآءِ جَٰدَلْتُمْ عَنْهُمْ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا فَمَن يُجَٰدِلُ ٱللَّهَ عَنْهُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ أَم مَّن يَكُونُ عَلَيْهِمْ وَكِيلًۭا

(Ey xainləri müdafiə edənlər!) Budur, siz dünyada onlardan ötru (onların xeyrinə) mübahisə etdiniz, bəs qiyamət günü kim onlardan ötrü Allahla mübahisə edəcəkdir? Yaxud onlara kim vəkil olacaqdır?

Bax, - ey günahkarların qayğısını çəkən kimsələr! - siz o kəslərsiniz ki, dünya həyatında onlara bəraət qazandırmaq üçün onlardan öt­rü mü­­bahisə edib, onların cəzalandırılmasının qarşısını almaq istəyirsiniz. Bəs Allah həqiqəti bildiyi bir halda, Qi­yamət günü onlardan ötrü Allahla kim mübahisə edəcək, o gün onlara kim vəkil duracaq?! Şübhə yoxdur ki, bunu heç kəs bacarmayacaqdır.

An-Nisaa 4:109Listen in Qur'an →
110

وَمَن يَعْمَلْ سُوٓءًا أَوْ يَظْلِمْ نَفْسَهُۥ ثُمَّ يَسْتَغْفِرِ ٱللَّهَ يَجِدِ ٱللَّهَ غَفُورًۭا رَّحِيمًۭا

Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını dilərsə, Allahın bağışlayan, mərhəmətli olduğunu görər.

Kim pis bir iş görər, yaxud günah edərək öz nəfsinə zülm edər, sonra günahı tərk edib, etdiyi əmələ peşmançılıq çəkib və günahını etiraf edib Allahdan bağışlanma diləyər­sə, Allahın daima günahını bağışla­yan və ona qarşı rəhmli ol­du­ğunu görər­.

An-Nisaa 4:110Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.