Muslim99Muslim99
← Tafsir library

3. Aal-i-Imraan

The Family of Imraan · Medinan · 200 ayahs

سُورَةُ آلِ عِمۡرَانَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 131–140 of 200

131

وَٱتَّقُوا۟ ٱلنَّارَ ٱلَّتِىٓ أُعِدَّتْ لِلْكَٰفِرِينَ

Kafirlər üçün hazırlanmış oddan (Cəhənnəmdən) həzər edin!

Allahın kafirlər üçün hazır­ladığı od­la özünüz arasında, saleh əməllər edib haramları isə tərk etməklə bir maneə edin.

Aal-i-Imraan 3:131Listen in Qur'an →
132

وَأَطِيعُوا۟ ٱللَّهَ وَٱلرَّسُولَ لَعَلَّكُمْ تُرْحَمُونَ

Allaha və peyğəmbərə itaət edin ki, bəlkə, bağışlanmış olasınız!

Əmrləri yerinə yetirib qadağanlardan çəkinməklə Allaha və Onun Rəsuluna itaət edin ki, bəlkə, dünyada və axirətdə Allahın rəhmətinə nail olasınız.

Aal-i-Imraan 3:132Listen in Qur'an →
133

۞ وَسَارِعُوٓا۟ إِلَىٰ مَغْفِرَةٍۢ مِّن رَّبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا ٱلسَّمَٰوَٰتُ وَٱلْأَرْضُ أُعِدَّتْ لِلْمُتَّقِينَ

Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin.

Saleh əməllərlə və başqa cür xeyirli xeyirli əməllər edərək Allaha yaxınlaşmaqa tələsin. Əgər belə etsəniz Allahdan böyük məğfirətə nail olub, Allahın müttəqi qulları üçün hazırladığı, ge­nişliyi göy­lər və yer qədər olan Cən­nətə daxil olarsınız.

Aal-i-Imraan 3:133Listen in Qur'an →
134

ٱلَّذِينَ يُنفِقُونَ فِى ٱلسَّرَّآءِ وَٱلضَّرَّآءِ وَٱلْكَٰظِمِينَ ٱلْغَيْظَ وَٱلْعَافِينَ عَنِ ٱلنَّاسِ ۗ وَٱللَّهُ يُحِبُّ ٱلْمُحْسِنِينَ

O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər.

Müttəqilər, mallarını həm rahatlıq, həm də ki, çətinlik vaxtında Allah yolunda xərcləyən, intiqam almağa qadir olduqları halda isə qəzəblərini boğan və onlara zülüm edənləri bağışlayan kimsələrdir. Allah, bu sifətlərə sahib olan yax­şı iş gö­rən­ləri sevər.

Aal-i-Imraan 3:134Listen in Qur'an →
135

وَٱلَّذِينَ إِذَا فَعَلُوا۟ فَٰحِشَةً أَوْ ظَلَمُوٓا۟ أَنفُسَهُمْ ذَكَرُوا۟ ٱللَّهَ فَٱسْتَغْفَرُوا۟ لِذُنُوبِهِمْ وَمَن يَغْفِرُ ٱلذُّنُوبَ إِلَّا ٱللَّهُ وَلَمْ يُصِرُّوا۟ عَلَىٰ مَا فَعَلُوا۟ وَهُمْ يَعْلَمُونَ

O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar.

Müttəqilər o kimsələrdir ki, böyük bir günah etdikdə, yaxud özlərinə zülm et­dərək kiçik günahlar etdikdə, uca Allahın, asilər üçün hazırladığı əzabı və müttəqilərə vəd verdiyi cənnətləri xa­tırlayıb, Allahdan gü­nah­la­rını örtməsini və günahlarına görə ona əzab vermənməsini di­ləyər­lər. Çünki gü­nahları tək Allahdan başqa bağışlaya bilən yoxdur. Bir də onlar günah etdiklərini bildikdə, günah etməkdə israr etməzlər. Şübhəsiz ki, Allah, bütün günahları bağışlayandır.

Aal-i-Imraan 3:135Listen in Qur'an →
136

أُو۟لَٰٓئِكَ جَزَآؤُهُم مَّغْفِرَةٌۭ مِّن رَّبِّهِمْ وَجَنَّٰتٌۭ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَا ۚ وَنِعْمَ أَجْرُ ٱلْعَٰمِلِينَ

Onların mükafatı öz Rəbbi tərəfindən bağışlanmaq və (ağacları) altından çaylar axan cənnətlərdir ki, orada əbədi qalacaqlar. Yaxşı işlər görənlərin mükafatı nə gözəldir!

Belə gözəl və xoş sifətlərə sahib olan kimsələrin mükafatı, Allah onların günahlarını örtməsi, günahlarına görə onlara əzab verməməsi və onlar üçün axirətdə qəsirləri al­tın­dan çay­lar axan və orada ədəbi qalacaqları cənnətlərdir. Allaha itaət edən kimsələr üçün bu necə də gözəl bir mükafatdır!

Aal-i-Imraan 3:136Listen in Qur'an →
137

قَدْ خَلَتْ مِن قَبْلِكُمْ سُنَنٌۭ فَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَٱنظُرُوا۟ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلْمُكَذِّبِينَ

(Ey Müsəlmanlar!) Sizdən əvvəl bir çox vaqilər (ibrətli əfvalatlar) olub keçmişdir. İndi yer üzünü dolaşıb haqqı təkzib edənlərin aqibətinin necə olduğunu görün!

Möminlər Uhud döyüşündə başlarına gələn müsibətlə imtahan edildikdə, Allaha onlara təsəlli olaraq dedi: "Sizdən öncə də, kafirlərin həlak olması və möminləri imtahan etdikdən sonra gözəl sonluğu məhz onlar üçün edərək bir çox belə İlahi hadisələr olub keçmişdir. Elə isə yer üzünü gə­zib, Allah və rəsulunu ya­lan sa­yanların aqi­bətini ibrət alaraq baxın, artıq onların yurdları boş qalmış və mal-dövlətləri də məhv olmuşdur".

Aal-i-Imraan 3:137Listen in Qur'an →
138

هَٰذَا بَيَانٌۭ لِّلنَّاسِ وَهُدًۭى وَمَوْعِظَةٌۭ لِّلْمُتَّقِينَ

Bu, (belə əhvalatlar) insanlardan (xalqdan) ötrü (olub keçənlərə dair) bir xəbər, müttəqilərdən ötrü isə hidayət (doğru yola göstəriş) və nəsihətdir.

Bu Quran Kərim, bütün insanlar üçün haqqı açıq­­layan, batildən çəkindirən, doğru yolu göstərən və müt­tə­qiləri Allahın əzabından qoruyandır. Çünki məhz müttəqilər, Quranda olan doğru yoldan faydalanan kimsələrdir.

Aal-i-Imraan 3:138Listen in Qur'an →
139

وَلَا تَهِنُوا۟ وَلَا تَحْزَنُوا۟ وَأَنتُمُ ٱلْأَعْلَوْنَ إِن كُنتُم مُّؤْمِنِينَ

(Ühüd müharibəsində baş vermiş bə’zi hadisələrə görə) ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər mö’minsinizsə, siz (Allah yanında inanmayanlardan) çox yüksəkdə durursunuz!

Ey Möminlər! Uhud döyüşündə sizə baş vermiş bəzi hadisələrə görə zəiflik göstərməyin və kədər­lən­məyin, sizə belə şey əsla yaraşmaz. Əgər siz Allaha və Onun Öz müttəqi qullarına verdiyi vədə iman etmisinizsə, bilin ki, qəlbinizdəki imanınız və Allahın sizə olan köməyi və yardımı ilə üs­tün olan­ kəslər sizsiniz.

Aal-i-Imraan 3:139Listen in Qur'an →
140

إِن يَمْسَسْكُمْ قَرْحٌۭ فَقَدْ مَسَّ ٱلْقَوْمَ قَرْحٌۭ مِّثْلُهُۥ ۚ وَتِلْكَ ٱلْأَيَّامُ نُدَاوِلُهَا بَيْنَ ٱلنَّاسِ وَلِيَعْلَمَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَيَتَّخِذَ مِنكُمْ شُهَدَآءَ ۗ وَٱللَّهُ لَا يُحِبُّ ٱلظَّٰلِمِينَ

Əgər siz (Ühüd müharibəsində) yara aldınızsa, o biri (kafir) dəstə də (Bədr müharibəsində) o cür yara aldı. Biz bu günləri (bu hadisələri) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirən şəxsləri (başqalarından) ayırd etsin və içərinizdən şəhidlər (şahidlər) seçsin. Allah zülmkarları sevməz!

Ey Möminlər! Əgər sizdən Uhud döyü­şün­də bəziləriniz yaralanıb bəziləriniz öldüsə, əlbəttə, sizə baş verən bu müsibət düşmə­niniz olan o kafir qövmə də (Bədr döyüşündə) eyni ilə baş vermişdir. Allah bu gün­ləri istədiyi qalibiy­yəti və məğlu­biy­yəti, mömin və kafir in­sanlar ara­sında böyük bir hikmətlər görə və bu hikmətlərdən biri də, möminləri münafiqlərdən ayırd etmək və həmçinin qullarından istədiyinə Allaha yolunda şəhidlik məqamına çatdırmaq üçün növbə ilə dəyiş­ər. Allah, Onun yolunda cihad etməyi tərk edərək özlərinə zülm edən zalım­ları sevməz.

Aal-i-Imraan 3:140Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.