الٓمٓ
Əlif, Lam, Mim.
Əlif. Ləm. Mim. Qurani Kərimin bəzi surələri ərəb əlifbasının hərflərilə başlayır. Bu həriflər (əlif, bə tə və s.) hərf olaraq tək yazıldıqda özlüyündə məna daşımasa da Qurani Kərimdə hikmətsiz heç bir şeyin olmadığı üçün belə ayələrin hikməti və mənası vardır. Belə ayələrin ən əhəmiyyətli hikmətlərindən biri də: Allahın onları bildikləri və danışdıqları hərflərdən ibarət olan Quran ilə hədələməsidir (meydan oxumasıdır). Elə buna görə də bu surədə olduğu kimi, Uca Allah çox vaxt belə ayələrdən sonra Qurani Kərim haqqında danışmışdır.