Muslim99Muslim99
← Tafsir library

3. Aal-i-Imraan

The Family of Imraan · Medinan · 200 ayahs

سُورَةُ آلِ عِمۡرَانَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 91–100 of 200

91

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ وَمَاتُوا۟ وَهُمْ كُفَّارٌۭ فَلَن يُقْبَلَ مِنْ أَحَدِهِم مِّلْءُ ٱلْأَرْضِ ذَهَبًۭا وَلَوِ ٱفْتَدَىٰ بِهِۦٓ ۗ أُو۟لَٰٓئِكَ لَهُمْ عَذَابٌ أَلِيمٌۭ وَمَا لَهُم مِّن نَّٰصِرِينَ

Şübhəsiz ki, kafir olub kafir kimi ölənlərdən hər birinin dünya dolusu qızılı ola və (əzabdan qurtarmaq üçün) onu fidyə verə, yenə də qəbul olunmaz. Onları dəhşətli bir əzab gözləyir. Onlara (cəhənnəm odundan xilas olmaqdan) heç bir kömək edən olmaz!

Həqiqətən, kafir olub kafir kimi ölənlər, Cəhənnəm əzabından xilas olmaq üçün dünya ağırlığında qızıl ver­sələr belə, bu, onların heç bi­rin­dən qəbul edilməyəcək. On­lar üçün ağrılı-acılı əzab vardır. Qiyamət günü onları əzabdan qorumaq üçün on­ların heç bir kö­mək­çiləri də yoxdur.

Aal-i-Imraan 3:91Listen in Qur'an →
92

لَن تَنَالُوا۟ ٱلْبِرَّ حَتَّىٰ تُنفِقُوا۟ مِمَّا تُحِبُّونَ ۚ وَمَا تُنفِقُوا۟ مِن شَىْءٍۢ فَإِنَّ ٱللَّهَ بِهِۦ عَلِيمٌۭ

Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmarsınız. Şübhəsiz ki, Allah (Onun yolunda) xərclədiyiniz hər bir şeyi biləndir!

Ey Möminlər! Sevdiyiniz mallarınızdan Allah yo­lunda xərcləməyin­cə, xeyirxah insanların savabına və onların dərəcələrinə nail ola bilməzsiniz. Xərclədiyiniz hər bir şeyin az və ya çox olasından aslı olmayaraq, əlbəttə ki, Allah sizin niyyətlərinizi və əməllərinizi bilir və hər bir kəsin əməlinin əvəzini verəcəkdir.

Aal-i-Imraan 3:92Listen in Qur'an →
93

۞ كُلُّ ٱلطَّعَامِ كَانَ حِلًّۭا لِّبَنِىٓ إِسْرَٰٓءِيلَ إِلَّا مَا حَرَّمَ إِسْرَٰٓءِيلُ عَلَىٰ نَفْسِهِۦ مِن قَبْلِ أَن تُنَزَّلَ ٱلتَّوْرَىٰةُ ۗ قُلْ فَأْتُوا۟ بِٱلتَّوْرَىٰةِ فَٱتْلُوهَآ إِن كُنتُمْ صَٰدِقِينَ

Tövrat göndərilməmişdən əvvəl İsrailin (Yə’qub peyğəmbərin) yalnız özü özünə haram etdiyi şeylərdən başqa bütün təamlar (yeməklər) İsrail övladına halal idi. (Ya Rəsulum! Yəhudilərə) de: “Əgər doğru danışanlarsınızsa, (düzgün, əsl) Tövratı gətirin və onu oxuyun!”

Bütün pak təamlar İsrail övladına halal idi. Tövrat nazil edilməmişdən əvvəl yalnız Yəqubun öz nəfsinə haram etdiyi təamlardan başqa heç bir təam onlara haram edilməmişdir. Yəhudilərin haram edilmiş bu təamların tövratda olduğunu idda etmələri isə heç də həqiqəti əks etdirmir. Ey Peyğəmbər! Onlara de: "Əgər sizin bu iddanız doğrudursa,o zaman Tövratı gətirin və onu oxuyun". Bu zaman onlar donub qaldılar və heç bir şey gətirə bilmədilər. Bu hələ, yəhudilərin Tövrata iftira yaxmalarına və Onun məzmununu təhrif etdiklərinə dəlalət edən tək bir misaldır.

Aal-i-Imraan 3:93Listen in Qur'an →
94

فَمَنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ مِنۢ بَعْدِ ذَٰلِكَ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلظَّٰلِمُونَ

Bundan sonra Allaha qarşı yalan uyduran şəxslər (yalnız özlərinə) zülm edənlərdir!

Yəqubun - aleyhissəlam - öz nəfsinə haram etdiyi təamların həqiqət də heç də Allahın Ona haram etmədiyi bəyan olduqdan sonra, Allaha qarşı yalan uyduran kimsələr, haqq onlara aydın olduqdan sonra haqqı tərk etdiklərinə görə özlərinə zülüm edən kimsələrdir.

Aal-i-Imraan 3:94Listen in Qur'an →
95

قُلْ صَدَقَ ٱللَّهُ ۗ فَٱتَّبِعُوا۟ مِلَّةَ إِبْرَٰهِيمَ حَنِيفًۭا وَمَا كَانَ مِنَ ٱلْمُشْرِكِينَ

(Ya Rəsulum!) De: “Allah doğru buyurmuşdur. Ona görə də hənif olan İbrahim dininin ardınca gedin, çünki o, (Allaha) şərik qoşanlardan deyildi”

Ey Peyğəmbər! De: "Allah, Yəqub - aleyhissəlam - barədə verdiyi xəbərdə, hər bir nazil etdiyi ayələrdə və şəri qanunlarında doğru söy­lə­mişdir. Çünki İbrahim - aleyhissəlam - bütün dinlərdən yalnız İslam dininə meyl edən bir kimsə idi və heç vaxt o, başqasını Allaha şərik qoşmamışdır".

Aal-i-Imraan 3:95Listen in Qur'an →
96

إِنَّ أَوَّلَ بَيْتٍۢ وُضِعَ لِلنَّاسِ لَلَّذِى بِبَكَّةَ مُبَارَكًۭا وَهُدًۭى لِّلْعَٰلَمِينَ

Həqiqətən, insanlar üçün ilk bina olunan ev (mə’bəd) Bəkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır.

Həqiqətən, yer üzərində bütün insanlar üçün Allaha ibadət etmək məqsədi ilə ən birinci bina olunan ev Məkkədəki Allahın toxunulmaz evdir. O, bərəkətli, dini və dünyavi mənfəətləri bol olan bir evdir və orada bütün aləmlər üçün doğru yol vardır.

Aal-i-Imraan 3:96Listen in Qur'an →
97

فِيهِ ءَايَٰتٌۢ بَيِّنَٰتٌۭ مَّقَامُ إِبْرَٰهِيمَ ۖ وَمَن دَخَلَهُۥ كَانَ ءَامِنًۭا ۗ وَلِلَّهِ عَلَى ٱلنَّاسِ حِجُّ ٱلْبَيْتِ مَنِ ٱسْتَطَاعَ إِلَيْهِ سَبِيلًۭا ۚ وَمَن كَفَرَ فَإِنَّ ٱللَّهَ غَنِىٌّ عَنِ ٱلْعَٰلَمِينَ

Orada aydın nişanələr – İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır (təhlükədən kənardır). Onun yoluna (ərzaq, minik, və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə (özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir!

O evdə, dini ayinlərin icrası kimi bu evin şərəfli və fəzilətli olmasına dəlalət edən açıq-aydln nişanələr vardır. Bu nişanələrdən biri də, İbrahim, Kəbənin divarını qaldırmaq istədikdə ayağının altına qoyub üzərində durduğu daşın olması. Ora daxil olan kimsənin qəlbindən qorxunun getməsi və həmçinin ona heç bir zərərin toxunmamasıdır. Ora­ da­xil olan kəs əmin-amanlıqda olar. İnsanlardan Kəbəyə getməyə qadir olan kimsənin, həcc ayinlərini yerinə yetirmək üçün bu evi zi­ya­rət et­məsi Allahın in­san­lar üzərindəki haqqıdır. Kim həccin vacibliyini inkar edərsə, bilsin ki, Alla­hın o kafirə və bütün aləmlərə heç bir eh­ti­ya­cı yoxdur.

Aal-i-Imraan 3:97Listen in Qur'an →
98

قُلْ يَٰٓأَهْلَ ٱلْكِتَٰبِ لِمَ تَكْفُرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَٱللَّهُ شَهِيدٌ عَلَىٰ مَا تَعْمَلُونَ

De: “Ey kitab əhli! Allah sizin əməllərinizin şahidi olduğu halda, nə üçün Allahın ayələrini (dəlillərini) inkar edirsiniz?”

Ey Peyğəmbər! De: "Ey yəhudi və nəsranilərdən olan Kitab əhli! Peyğəmbərin - sallallahu aleyhi və səlləm - doğruluğuna dəlalət edən dəlilləri və bu dəlillərdən biri də Tövratda və İncildə bu barədə nazil edilən ayələri nə üçün inkar edirsiniz?! Allah si­zin bu əməlinizdən xəbərdardır, sizə şahiddir və etdiyiniz əməllərin əvəzini verəcəkdir".

Aal-i-Imraan 3:98Listen in Qur'an →
99

قُلْ يَٰٓأَهْلَ ٱلْكِتَٰبِ لِمَ تَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ مَنْ ءَامَنَ تَبْغُونَهَا عِوَجًۭا وَأَنتُمْ شُهَدَآءُ ۗ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا تَعْمَلُونَ

De: “Ey kitab əhli! Siz (haqqa) şahid olduğunuz halda, nə üçün iman gətirən kimsələri Allahın yolundan geri döndərməyə çalışaraq onlar üçün əyri yol axtarırsınız? Halbuki, Allah sizin etdiklərinizdən qafil deyildir”.

Ey Peyğəmbər! De: "Ey yəhudi və nəsranilərdən olan Kitab əhli! Siz bu dinin haqq olduğuna, həmçinin, əlinizdəki kitablarınızı təsdiq etdiyinə şahid olduğunuz halda, Allahın haqq dinindən batilə meyil edib və müsəlmanları doğru yoldan sapdırmaq üçün insanları Allahın dininə iman etməyə nə üçün mane olursunuz?! Axı Allah sizin Ona qarşı küfr etmənizdən və Allah yolunu insanların üzünə qapamanızdan heç də qafil deyildir və etdiyiniz əməllərin müqabilini verəcəkdir".

Aal-i-Imraan 3:99Listen in Qur'an →
100

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِن تُطِيعُوا۟ فَرِيقًۭا مِّنَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ يَرُدُّوكُم بَعْدَ إِيمَٰنِكُمْ كَٰفِرِينَ

Ey mö’minlər! Əgər siz kitab əhli olanlardan bir dəstəyə (yəhudilərə) uyarsınızsa, onlar sizi iman gətirəndən sonra döndərib kafir edərlər.

Ey Allaha iman gətirib, Onun rəsuluna tabe olan kimsələr! Əgər siz kitab ve­rilən yəhudi və nəsranilərdən olan bir dəs­tənin dediklərinə itaət edib və onların iddia etdikləri rəyi qəbul etsəniz, bu zaman qəlblərindəki həsəd və doğru yoldan azdıqları üçün onlar sizi iman etdikdən sonra küfür etməyə döndə­rərlər.

Aal-i-Imraan 3:100Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.