وَإِذْ أَخَذَ ٱللَّهُ مِيثَٰقَ ٱلنَّبِيِّۦنَ لَمَآ ءَاتَيْتُكُم مِّن كِتَٰبٍۢ وَحِكْمَةٍۢ ثُمَّ جَآءَكُمْ رَسُولٌۭ مُّصَدِّقٌۭ لِّمَا مَعَكُمْ لَتُؤْمِنُنَّ بِهِۦ وَلَتَنصُرُنَّهُۥ ۚ قَالَ ءَأَقْرَرْتُمْ وَأَخَذْتُمْ عَلَىٰ ذَٰلِكُمْ إِصْرِى ۖ قَالُوٓا۟ أَقْرَرْنَا ۚ قَالَ فَٱشْهَدُوا۟ وَأَنَا۠ مَعَكُم مِّنَ ٱلشَّٰهِدِينَ
(Ey kitab əhli!) O vaxtı yadınıza gətirin ki, Allah peyğəmbərlərdən: “Sizə verdiyim kitab və hikmətdən sonra, sizdə olanı təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz”, - deyə əhd almış və onlara: “Bunu təsdiq edib, ağır olan əhdimi qəbul etdinizmi? – demişdi. Onlar da: “Təsdiq etdik!” – deyə cavab vermişdilər. (Bu zaman) Allah: “Elə isə (bir-birinizə) şahid olun! Mən də sizinlə bərabər şahidlərdənəm”, - deyə buyurmuşdu!
Ey Peyğəmbər! Bir zaman Allah peyğəmbərlərdən möhkəm əhd alaraq onlara: "Mən nə qədər sizə kitab nazil etsəmdə, nə qədər sizə hikmət bəxş etsəm də və sizdən birinin elmi və Allah yanında dərəcəsi nə qədər çox olsa da və bundan sonra sizə Mənim tərəfimdən -Muhəmməd (sallallahu aleyhi və səlləm) - özünüzdə olan kitab və hikməti təsdiqləyən bir elçi gəldikdə, onun dininə mütləq iman gətirib, ona tabe olub və ona yardım edəcəksiniz. Siz, ey Peyğəmbərlər! Bunu iqrar etdinizmi, bu ağır əhdimi öhdənizə götürdünüzmü?"– dediyimi xatırla. Onlar: "Biz bunu iqrar etdik!"– deyə cavab vermişdilər. Bu zaman Allah da belə buyurmuşdu: "Elə isə özünüzə və öz ümmətinizə şahid olun, Mən də sizinlə bərabər sizə və onlara şahid olanlardanam".