Muslim99Muslim99
← Tafsir library

3. Aal-i-Imraan

The Family of Imraan · Medinan · 200 ayahs

سُورَةُ آلِ عِمۡرَانَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 81–90 of 200

81

وَإِذْ أَخَذَ ٱللَّهُ مِيثَٰقَ ٱلنَّبِيِّۦنَ لَمَآ ءَاتَيْتُكُم مِّن كِتَٰبٍۢ وَحِكْمَةٍۢ ثُمَّ جَآءَكُمْ رَسُولٌۭ مُّصَدِّقٌۭ لِّمَا مَعَكُمْ لَتُؤْمِنُنَّ بِهِۦ وَلَتَنصُرُنَّهُۥ ۚ قَالَ ءَأَقْرَرْتُمْ وَأَخَذْتُمْ عَلَىٰ ذَٰلِكُمْ إِصْرِى ۖ قَالُوٓا۟ أَقْرَرْنَا ۚ قَالَ فَٱشْهَدُوا۟ وَأَنَا۠ مَعَكُم مِّنَ ٱلشَّٰهِدِينَ

(Ey kitab əhli!) O vaxtı yadınıza gətirin ki, Allah peyğəmbərlərdən: “Sizə verdiyim kitab və hikmətdən sonra, sizdə olanı təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz”, - deyə əhd almış və onlara: “Bunu təsdiq edib, ağır olan əhdimi qəbul etdinizmi? – demişdi. Onlar da: “Təsdiq etdik!” – deyə cavab vermişdilər. (Bu zaman) Allah: “Elə isə (bir-birinizə) şahid olun! Mən də sizinlə bərabər şahidlərdənəm”, - deyə buyurmuşdu!

Ey Peyğəmbər! Bir zaman Allah pey­ğəm­­bər­lər­dən möhkəm əhd alaraq onlara: "Mən nə qədər sizə kitab nazil etsəmdə, nə qədər sizə hikmət bəxş etsəm də və sizdən birinin elmi və Allah yanında dərəcəsi nə qədər çox olsa da və bundan sonra sizə Mənim tərəfimdən -Muhəmməd (sallallahu aleyhi və səlləm) - özü­nüz­də olan kitab və hikməti təsdiqləyən bir elçi gəl­dikdə, onun dininə müt­ləq iman gətirib, ona tabe olub və ona yar­dım edəcəksi­niz. Siz, ey Peyğəmbərlər! Bunu iqrar etdinizmi, bu ağır əhdimi öhdənizə götürdünüzmü?"– dediyimi xatırla. Onlar: "Biz bunu iqrar etdik!"– deyə cavab vermişdilər. Bu zaman Allah da belə buyurmuş­du: "Elə isə özünüzə və öz ümmətinizə şa­hid olun, Mən də sizinlə bə­ra­bər sizə və onlara şahid olanlardanam".

Aal-i-Imraan 3:81Listen in Qur'an →
82

فَمَن تَوَلَّىٰ بَعْدَ ذَٰلِكَ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْفَٰسِقُونَ

Bundan (bu təsdiqdən) sonra üz döndərən kəslər fasiqlərdir (böyük günah sahibləridir).

Kim Allah və Onun rəsulunun şahidliyi ilə olan bu möhkəm əhdən sonra üz döndərərsə, artıq onlar Allahın dinindən və Ona taətdən xaric olmuş kimsəklərdir.

Aal-i-Imraan 3:82Listen in Qur'an →
83

أَفَغَيْرَ دِينِ ٱللَّهِ يَبْغُونَ وَلَهُۥٓ أَسْلَمَ مَن فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ طَوْعًۭا وَكَرْهًۭا وَإِلَيْهِ يُرْجَعُونَ

Necə ola bilər ki, onlar (kitab əhli) Allahın dinindən başqa bir din axtarsınlar? Halbuki göylərdə və yerdə olanlar istər-istəməz Ona (Allaha) təslim olmuşlar və Onun hüzuruna qayıdacaqlar.

Yoxsa Allahın dinindən və Ona olan itaətdən xaric olan bu kimsələr, Allah, Öz qulları üçün bəyənib seçdiyi İslam di­nin­dən başqasınımı axtarır­lar? Halbu­ki, göy­lərdə və yerdə olan məxluqlar, möminlər kimi is­təyərək, kafirlər kimi isə istəməyərək Ona təs­lim olmuş və Qiyamət günü haqq-hesab olunmaq və əməllərinin müqabilini almaq üçün Uca Allaha qayı­tacaqdır.

Aal-i-Imraan 3:83Listen in Qur'an →
84

قُلْ ءَامَنَّا بِٱللَّهِ وَمَآ أُنزِلَ عَلَيْنَا وَمَآ أُنزِلَ عَلَىٰٓ إِبْرَٰهِيمَ وَإِسْمَٰعِيلَ وَإِسْحَٰقَ وَيَعْقُوبَ وَٱلْأَسْبَاطِ وَمَآ أُوتِىَ مُوسَىٰ وَعِيسَىٰ وَٱلنَّبِيُّونَ مِن رَّبِّهِمْ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍۢ مِّنْهُمْ وَنَحْنُ لَهُۥ مُسْلِمُونَ

(Ya Rəsulum!) Söylə: “Biz Allaha, bizə nazil olana (Qur’ana), İbrahimə, İsmailə, İshaqa, Yə’quba və onun oğullarına nazil edilənə, Rəbbi tərəfindən Musa, İsa və (sair) peyğəmbərlərə verilənlərə inandıq və onların heç birini bir-birindən ayırmırıq. Biz yalnız Ona (Allaha) təslim oluruq!”

Ey Peyğəmbər! De: "Biz Allahın haqq İlah olduğuna iman etdik, Onun bizə əmr etdiyinə tabe olduq, bizə nazil etdiyi vəhyə, İbrahimə, İsmailə, İshaqa, Yəquba və Yəqubun övladlarından olan peyğəmbərlərə nazil edilənlərə, Musaya, İsaya və bütün peyğəmbərlərə Rəbbi tərəfindən verilən kitablara və möcüzələrə inandıq. Onların bəzilərinə iman edib, bəzilərini isə inkar edərək onlardan heç birini digərindən ayırmırıq. Biz yalnız tək Uca Allaha tabe olub, Ona boyun əyən müsəlmanlarıq!"

Aal-i-Imraan 3:84Listen in Qur'an →
85

وَمَن يَبْتَغِ غَيْرَ ٱلْإِسْلَٰمِ دِينًۭا فَلَن يُقْبَلَ مِنْهُ وَهُوَ فِى ٱلْءَاخِرَةِ مِنَ ٱلْخَٰسِرِينَ

Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!

Kim Allahın razı olduğu İslam dinindən başqa bir din arayarsa, Allah, o dini ondan əsla qəbul etməz və o, axirətdə Cəhənnəmə varid olmaqla özünü zi­ya­na uğradanlardan olar.

Aal-i-Imraan 3:85Listen in Qur'an →
86

كَيْفَ يَهْدِى ٱللَّهُ قَوْمًۭا كَفَرُوا۟ بَعْدَ إِيمَٰنِهِمْ وَشَهِدُوٓا۟ أَنَّ ٱلرَّسُولَ حَقٌّۭ وَجَآءَهُمُ ٱلْبَيِّنَٰتُ ۚ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّٰلِمِينَ

İman gətirdikdən, Rəsulun (Muhəmməd əleyhis-səlatu vəs-səlamın) haqq olduğuna (Allah tərəfindən göndərildiyinə) şəhadət verdikdən və özlərinə aşkar dəlillər gəldikdən sonra kafir olan tayfanı Allah necə doğru yola yönəldər? Allah zalımlar dəstəsini haqq yola yönəltməz!

İman gətirdikdən, Allahın göndərdiyi Muhəmməd peyğəmbərin - sallallahu aleyhi və səlləm - gətirdiyi dinin haqq ol­duğu­na şahidlik etdikdən və bunun səhihliyinə öz­lərinə ay­dın dəlillər gəl­dikdən sonra ka­fir olan kimsələri Allah, Allaha və Onun elçisinə iman etməyə necə müvəffəq edər?! Allah, doğru yol əvəzinə zəlaləti seçən zalım bir qövmü Allaha iman etməyə müvəffəq etməz.

Aal-i-Imraan 3:86Listen in Qur'an →
87

أُو۟لَٰٓئِكَ جَزَآؤُهُمْ أَنَّ عَلَيْهِمْ لَعْنَةَ ٱللَّهِ وَٱلْمَلَٰٓئِكَةِ وَٱلنَّاسِ أَجْمَعِينَ

Onların cəzası, həqiqətən, Allahın, mələklərin və bütün insanların lə’nətinə düçar olmaqdır!

Haqqın əvəzinə batili seçən zalımların cəzası, Alla­hın, mələklərin və bü­tün in­sanların lənətinə uğramaqdır. Məhz belə kimsələr, Allahın rəhmətindən uzaqlaşdırılmış və qovulmuş kimsələrdir.

Aal-i-Imraan 3:87Listen in Qur'an →
88

خَٰلِدِينَ فِيهَا لَا يُخَفَّفُ عَنْهُمُ ٱلْعَذَابُ وَلَا هُمْ يُنظَرُونَ

Onlar bu lə’nət içərisində əbədi olaraq qalacaqlar. Əzabları əskilmədiyi kimi, onlara (mərhəmət nəzəri ilə də) baxılmayacaqdır!

Onlar Cəhənnəm odunda həmişəlik olaraq qalacaqlar və oradan heç vaxt çıxa bilməyəcəklər. Cəhənnəm əzabları onlardan əskidilməyəcək, tövbə etmələri və üzür gətirmələri üçün onlara möhlət də verilməyəcəkdir.

Aal-i-Imraan 3:88Listen in Qur'an →
89

إِلَّا ٱلَّذِينَ تَابُوا۟ مِنۢ بَعْدِ ذَٰلِكَ وَأَصْلَحُوا۟ فَإِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌ

Yalnız bundan sonra tövbə edərək düzələn şəxslər (bağışlanarlar). Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!

Yalnız küfr və zülm etdikdən sonra Allaha tərəf dönüb, öz əməl­lərini islah edənlər istis­nadır. Şübhə­siz ki, Allah Ona tövbə edən qullarını bağış­layandır və onlara qarşı rəhmlidir.

Aal-i-Imraan 3:89Listen in Qur'an →
90

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ بَعْدَ إِيمَٰنِهِمْ ثُمَّ ٱزْدَادُوا۟ كُفْرًۭا لَّن تُقْبَلَ تَوْبَتُهُمْ وَأُو۟لَٰٓئِكَ هُمُ ٱلضَّآلُّونَ

İman gətirəndən sonra kafir olan və küfrlərini daha da artıran şəxslərin tövbələri əsla qəbul olunmaz. (Doğru yoldan) azanlar məhz onlardır!

Sözsüz ki, iman gətir­dik­dən son­ra kafir olub hətta ölüm gələnədək öz küfrlərində davam edən kimsələ­rin ölüm ayağında olan tövbəsi, tövbənin vaxtı bitdiyi üçün əsla onlardan qəbul edilməyəcək. Məhz onlar Uca Allaha aparan doğru, düzgün yoldan azan­­lardır.

Aal-i-Imraan 3:90Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.