Muslim99Muslim99
← Tafsir library

3. Aal-i-Imraan

The Family of Imraan · Medinan · 200 ayahs

سُورَةُ آلِ عِمۡرَانَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 71–80 of 200

71

يَٰٓأَهْلَ ٱلْكِتَٰبِ لِمَ تَلْبِسُونَ ٱلْحَقَّ بِٱلْبَٰطِلِ وَتَكْتُمُونَ ٱلْحَقَّ وَأَنتُمْ تَعْلَمُونَ

Ey kitab əhli, nə üçün bilə-bilə haqqa yalan donu geyindirir və doğrunu gizlədirsiniz?

Ey Kitab əhli, kitablarınızda nazil edilən haqqı, nə üçün özünüzdən uydurduqunuz, batilə qarışdırıb, orada olan haqqı, doğru yolu və Muhəmmədin (sallallahu aleyhi və səlləm) həqiqi peyğəmbər olduğunu gizlədir­si­niz, axı siz, haqqı batildən və zəlalətidə doğru yoldan ayırd edə bilirsiniz?!

Aal-i-Imraan 3:71Listen in Qur'an →
72

وَقَالَت طَّآئِفَةٌۭ مِّنْ أَهْلِ ٱلْكِتَٰبِ ءَامِنُوا۟ بِٱلَّذِىٓ أُنزِلَ عَلَى ٱلَّذِينَ ءَامَنُوا۟ وَجْهَ ٱلنَّهَارِ وَٱكْفُرُوٓا۟ ءَاخِرَهُۥ لَعَلَّهُمْ يَرْجِعُونَ

Kitab əhlindən (yəhudilərdən) bir dəstə (bir-birinə) dedi: “Mö’minlərə nazil edilənə (Qur’ana) günün əvvəlində (səhər vaxtı) inanın, həmin günün axırında (axşam vaxtı) isə onu inkar edin! Bəlkə, (mö’minlər öz dinlərindən) üz döndərsinlər.

Yəhudi alimlərindən bir camaat dedi: "Möminlərə nazil edi­lənə Qurana günün əvvə­lində, insanlar arasında iman gə­tirin, günün sonunda isə onu in­kar edin ki, bəl­­kə sizin iman etdikdən sonra inkar etdiyinizə görə onlar öz din­lə­rin­də şəkk-şübhə edib: "Yəhudilər bizdən daha çox bilirlər, onlar artıq bu dindən döndülər" - deyə öz dinlərindən geri dönə­lər.

Aal-i-Imraan 3:72Listen in Qur'an →
73

وَلَا تُؤْمِنُوٓا۟ إِلَّا لِمَن تَبِعَ دِينَكُمْ قُلْ إِنَّ ٱلْهُدَىٰ هُدَى ٱللَّهِ أَن يُؤْتَىٰٓ أَحَدٌۭ مِّثْلَ مَآ أُوتِيتُمْ أَوْ يُحَآجُّوكُمْ عِندَ رَبِّكُمْ ۗ قُلْ إِنَّ ٱلْفَضْلَ بِيَدِ ٱللَّهِ يُؤْتِيهِ مَن يَشَآءُ ۗ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٌۭ

Sizin dininizə tabe olanlardan başqa heç kəsə inanmayın!” (Ya Rəsulum! Onlara) söylə: “Əlbəttə, doğru yol, Allahın yoludur”. (Yəhudilər öz adamlarına dedilər:) “Sizə verilən şeyin (Tövratın və bə’zi digər ne’mətlərin) bənzərinin başqa birisinə (müsəlmanlara) veriləcəyinə, yaxud Rəbbiniz yanında onların sizinlə mübahisə edəcəyinə (inanmayın)!” (Ya Rəsulum!) De: “Həqiqətən, ne’mət Allahın əlindədir və onu istədiyi şəxsə bəxş edər. Allah (rəhməti ilə) genişdir. (O, hər şeyi) biləndir!”

Yəhudilər dedilər: "Sizin dininizə tabe olanlardan başqa heç kəsə inanmayın!" Ey Peyğəmbər, de: "Şübhəsiz ki, haqqa aparan doğru yol, Uca Alla­hın yo­lu­dur. Bu yol, heç də, si­zə verilən lütfün mislini başqa bir ki­msəyə veriləcəyindən, yaxud müsəlmanlara nazil ediləni təsdiqləsəniz, Rəb­bi­niz ya­ında onların sizə dəlil gə­ti­rə­cəyinə qorxaraq, yalan və inadkarlıq yolu deyildir." Ey Peyğəmbər, de: "Şüb­hə­siz ki, lütf Allahın əlindədir və onu istə­diyi­ quluna bəxş edir. Allah Öz lütfünü bir ümmətə verib başqa bir ümməti ondan məhrum etməz. Allahın lütfü genişdir və O, kimin, Allahın lütfünə layiq olduğunu daha yaxşı bi­lən­dir!"

Aal-i-Imraan 3:73Listen in Qur'an →
74

يَخْتَصُّ بِرَحْمَتِهِۦ مَن يَشَآءُ ۗ وَٱللَّهُ ذُو ٱلْفَضْلِ ٱلْعَظِيمِ

(Allah) Öz ne’mətini istədiyi şəxsə aid edər. Allah böyük kərəm sahibidir!

Allah Öz mərhəmətini istə­di­yi quluna məxsus edər. Ona doğru yol, peyğəmbərlik və bol-bol nemətlər əta edər. Allah, həddi-hüdudu olmayan bö­yük lütf sahibi­dir.

Aal-i-Imraan 3:74Listen in Qur'an →
75

۞ وَمِنْ أَهْلِ ٱلْكِتَٰبِ مَنْ إِن تَأْمَنْهُ بِقِنطَارٍۢ يُؤَدِّهِۦٓ إِلَيْكَ وَمِنْهُم مَّنْ إِن تَأْمَنْهُ بِدِينَارٍۢ لَّا يُؤَدِّهِۦٓ إِلَيْكَ إِلَّا مَا دُمْتَ عَلَيْهِ قَآئِمًۭا ۗ ذَٰلِكَ بِأَنَّهُمْ قَالُوا۟ لَيْسَ عَلَيْنَا فِى ٱلْأُمِّيِّۦنَ سَبِيلٌۭ وَيَقُولُونَ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ وَهُمْ يَعْلَمُونَ

Kitab əhlindən elə kəslər vardır ki, əgər onlara bir qinar (çoxlu) əmanət verərsənsə, onu tamamilə sənə qaytararlar; elələri də vardır ki, onlara təkcə bir dinar qızıl əmanət versən, başlarının üzərində möhkəm durub tələb etməyincə sənə qaytarmazlar. Bunun səbəbi budur ki, onlar: “Ümmilərə görə (kitab əhli olmayan cahil ərəblərin mallarını mənimsəməyə görə) bizə irad tutulmayacaq”, - deyər və bilə-bilə Allaha qarşı yalan söyləyərlər.

Kitab əhlindən eləsi var ki, onlara çoxlu mal əmanət et­sən, ona əmanət verdiyini sənə tam qaytarar. On­lardan eləsi də var ki, ona az mal ver­sən belə, əmanət verdiyini, başının üstündə durub, israrla tələb etməyincə və ya qazıya şikayət etmədikcə, onu sənə geri qay­tar­maz. Bu, onların: "Ərəblər­ə və həmçinin onların mallarını mənimsəməkdən ötrü bizə günah ol­maz, çünki Allah onların mallarını bizə hallal etmişdir!"– de­dikləri sözə və pis zənnlərinə görə idi. Onlar bu sözü deyirlər və özlərinin, Allaha qarşı iftira yaxdıqlarını yaxşı bilirlər.

Aal-i-Imraan 3:75Listen in Qur'an →
76

بَلَىٰ مَنْ أَوْفَىٰ بِعَهْدِهِۦ وَٱتَّقَىٰ فَإِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُتَّقِينَ

Xeyr (elə deyildir). Hər kəs öz əhdinə vəfa etsə və pis əməllərdən çəkinsə (əmanətə xəyanət etməsə), şübhəsiz ki, Allah (belə) müttəqiləri sevər.

Xeyr! Bu heç də sizin idda etdiyiniz kimi deyil. Əksinə, onlar günah qazanır. Lakin kim Allaha və Onun elçisinə iman edərək Allahla olan əhdini yerinə yetirsə, ona verilən əmanəti sahibinə qaytararaq insanlıarla olan əhdinə vəfalı olarsa və Allahın əmrlərinə tabe olub, qadağanlarından çəkinərək Allahdan qorxarsa, şüb­­hə­siz ki, Allah müttəqiləri se­vər və bu görə onlara gözəl mükafat verəcəkdir.

Aal-i-Imraan 3:76Listen in Qur'an →
77

إِنَّ ٱلَّذِينَ يَشْتَرُونَ بِعَهْدِ ٱللَّهِ وَأَيْمَٰنِهِمْ ثَمَنًۭا قَلِيلًا أُو۟لَٰٓئِكَ لَا خَلَٰقَ لَهُمْ فِى ٱلْءَاخِرَةِ وَلَا يُكَلِّمُهُمُ ٱللَّهُ وَلَا يَنظُرُ إِلَيْهِمْ يَوْمَ ٱلْقِيَٰمَةِ وَلَا يُزَكِّيهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌۭ

Allah ilə olan əhdlərini və andlarını ucuz bir qiymətə satan şəxslərə axirət ne’mətlərindən heç bir pay yoxdur. Allah qiyamət günündə onları dindirməz, onlara nəzər salmaz və onları (günahlarından) pak etməz (təmizə çıxarmaz). Onları şiddətli bir əzab gözləyir!

Allahın onlara Öz kitabında nazil etdiyinə və elçiləri ilə göndərdiyinə tabe olmaq vəsiyyətini, üstəlik, Allaha verdikləri əhdə vəfalı qalacaqlarına dair andlarını kiçik bir dünya malına dəyişdirən kim­sələrin axi­rət­ savabından heç bir payı yox­dur. Allah Qi­ya­mət günü on­la­rı xoş tərzdə danışdırmayacaq, onlara mərhəmət baxışı ilə bax­maya­caqdır, onları etdikləri günahlardan və küfürlərdən təmizə çıxarmayacaq. Onlar üçün ağ­rılı-acılı bir əzab var­­dır.

Aal-i-Imraan 3:77Listen in Qur'an →
78

وَإِنَّ مِنْهُمْ لَفَرِيقًۭا يَلْوُۥنَ أَلْسِنَتَهُم بِٱلْكِتَٰبِ لِتَحْسَبُوهُ مِنَ ٱلْكِتَٰبِ وَمَا هُوَ مِنَ ٱلْكِتَٰبِ وَيَقُولُونَ هُوَ مِنْ عِندِ ٱللَّهِ وَمَا هُوَ مِنْ عِندِ ٱللَّهِ وَيَقُولُونَ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ وَهُمْ يَعْلَمُونَ

(Ey müsəlmanlar!) Onlardan (kitab əhlindən) bir zümrə də vardır ki, siz onların oxuduqlarını (Tövratdan) hesab edəsiniz deyə, kitab oxuyan zaman dillərini (qəsdən) o tərəf-bu tərəfə əyirlər (bükürlər). Halbuki onların bu oxuduqları kitabdan (Tövratdan) deyildir. Onlar isə: “Bunlar Allah tərəfindəndir”, -dedilər. Bunlar isə heç də Allah tərəfindən deyildir. Söylədikləri Allah dərgahından olmadığı halda, “Bu, Allah dərgahındandır”,- deyirlər. Onlar bilə-bilə Allaha qarşı yalan söyləyirlər.

Yəhudilərdən elə bir dəstə də vardır ki, Allahdan nazil edilən Tövratda olmayan bir zikri, siz onların oxuduqlarını Tövratdan olduğunu zənn edəsi­niz deyə, kitabı oxu­yarkən dillərini əyib bü­kürlər. Halbuki, bu, Tövratdan deyildir. Əksinə, bu, onların, Allaha qarşı uydurduğu yalan və iftiralarıdır. Onlar: "Oxuduqumuz hər bir şey Allah tərəfindəndir!"– de­yir­lər. Hal­buki bu, Allah tərə­findən de­yildir. On­lar bilə-bilə Alla­ha qarşı yalan danışırlar və özləri də Allah və Onun elçisi adından yalan danışdıqlarını bilirlər.

Aal-i-Imraan 3:78Listen in Qur'an →
79

مَا كَانَ لِبَشَرٍ أَن يُؤْتِيَهُ ٱللَّهُ ٱلْكِتَٰبَ وَٱلْحُكْمَ وَٱلنُّبُوَّةَ ثُمَّ يَقُولَ لِلنَّاسِ كُونُوا۟ عِبَادًۭا لِّى مِن دُونِ ٱللَّهِ وَلَٰكِن كُونُوا۟ رَبَّٰنِيِّۦنَ بِمَا كُنتُمْ تُعَلِّمُونَ ٱلْكِتَٰبَ وَبِمَا كُنتُمْ تَدْرُسُونَ

Heç bir kəsə yaraşmaz ki, Allah ona kitab, hikmət və peyğəmbərlik bəxş etdikdən sonra o, insanlara: “Allahı buraxıb mənə qul olun!” – desin. Əksinə, o: “Öyrətdiyiniz kitabın və öyrəndiyiniz şeyin sayəsində rəbbani (mükəmməl elm və əməl, gözəl əxlaq və itaət sahibi) olun!” - deyər.

Heç bir insana, Allah ona Öz tərəfindən kitab nazil etdikdən, onu elm və fəhmlə ruziləndirib və onu pey­­ğəm­bər­lik üçün seçdikdən sonra insanlara: "Allaha yox, mənə qul olun!"– deməsi mümkün deyil. Əksinə, o, belə deyər: "İnsanlara nazil edilmiş kitabı öyrətdiyiniz, əzbər və ya fəhmlə öyrəndiyiniz şeyin sayəsində həm özünüz bildiyinizə əməl edən həm də ki, bildiyinizi insanlara öyrədib, onların işlərini yaxşılaşdıran və onlara gözəl tərbiyə verən alimlərdən olun!"

Aal-i-Imraan 3:79Listen in Qur'an →
80

وَلَا يَأْمُرَكُمْ أَن تَتَّخِذُوا۟ ٱلْمَلَٰٓئِكَةَ وَٱلنَّبِيِّۦنَ أَرْبَابًا ۗ أَيَأْمُرُكُم بِٱلْكُفْرِ بَعْدَ إِذْ أَنتُم مُّسْلِمُونَ

O sizə mələkləri və peyğəmbərləri özünüzə Rəbb qəbul etməyi əmr etməz. O sizə müsəlman olduqdan (özünüzü Allaha təslim etdikdən) sonra kafir olmağı heç əmr edərmi?!

O sizə, həmçinin, mələkləri və pey­ğəmbər­lə­ri özünüzə Rəbb qə­­bul edib Allahdan başqasına ibadət etməyinizi əmr etməz. Mə­gər onun sizə, siz müsəlman ol­ub, Ona itaət etdikdən sonra Allaha küfr etməyi əmr etməsi caizdirmi?!

Aal-i-Imraan 3:80Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.