Muslim99Muslim99
← Tafsir library

3. Aal-i-Imraan

The Family of Imraan · Medinan · 200 ayahs

سُورَةُ آلِ عِمۡرَانَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 61–70 of 200

61

فَمَنْ حَآجَّكَ فِيهِ مِنۢ بَعْدِ مَا جَآءَكَ مِنَ ٱلْعِلْمِ فَقُلْ تَعَالَوْا۟ نَدْعُ أَبْنَآءَنَا وَأَبْنَآءَكُمْ وَنِسَآءَنَا وَنِسَآءَكُمْ وَأَنفُسَنَا وَأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَتَ ٱللَّهِ عَلَى ٱلْكَٰذِبِينَ

(İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən (mə’lumatdan) sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlərə de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lə’nət etməsini diləyək!”

Ey Peyğəmbər! Sənə İsa - aleyhissəlam - barəsində səhih elm gəl­dikdən son­­ra, İsanın Allahın qulu olmadığını idda edib, səninlə mücadələ edən Nəcran nəsranilərinə, de: "Gəlin oğulla­rımızı və oğulla­rını­zı, qa­dınları­mı­zı və qadın­larınızı, özümüzü və özünüzü çağıraq və bir yerdə yığışaq sonra isə Allah Öz lənətini bizdən və sizdən yalan danışanlara endirməsi üçün Allah dua edib yalvaraq".

Aal-i-Imraan 3:61Listen in Qur'an →
62

إِنَّ هَٰذَا لَهُوَ ٱلْقَصَصُ ٱلْحَقُّ ۚ وَمَا مِنْ إِلَٰهٍ إِلَّا ٱللَّهُ ۚ وَإِنَّ ٱللَّهَ لَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ

Əlbəttə, doğru olan xəbər budur. Allahdan başqa heç bir tanrı yoxdur. Şübhəsiz ki, Allah yenilməz qüvvət, hikmət sahibidir!

İsa - aleyhissəlam - barədə sənə bildirdiyimiz bu xəbər, həqiqətən, yalan və şəkk olmayan gerçək bir xəbərdır. Tək Allahdan başqa iba­dətə layiq olan haqq məbud yoxdur. Şübhəsiz ki, Allah mülkündə qüd­rətlidir. İdarə etməyində, işlərində və xəlq etməyində hikmət sahibidir.

Aal-i-Imraan 3:62Listen in Qur'an →
63

فَإِن تَوَلَّوْا۟ فَإِنَّ ٱللَّهَ عَلِيمٌۢ بِٱلْمُفْسِدِينَ

Əgər onlar üz döndərərlərsə (qoy döndərsinlər). Əlbəttə ki, Allah fitnə-fəsad törədənləri tanıyandır!

Əgər onlar sənin gətirdiyin şəriətdən üz çevirib, sənə tabe olmasalar, bu onların fitnə-fəsadı səbəbindəndir. Şüb­həsiz ki, Allah yer üzündə fitnə-fəsad tö­rədən­ləri tanıyır və onların etiyi əməllərin əvəzini verəcəkdir.

Aal-i-Imraan 3:63Listen in Qur'an →
64

قُلْ يَٰٓأَهْلَ ٱلْكِتَٰبِ تَعَالَوْا۟ إِلَىٰ كَلِمَةٍۢ سَوَآءٍۭ بَيْنَنَا وَبَيْنَكُمْ أَلَّا نَعْبُدَ إِلَّا ٱللَّهَ وَلَا نُشْرِكَ بِهِۦ شَيْـًۭٔا وَلَا يَتَّخِذَ بَعْضُنَا بَعْضًا أَرْبَابًۭا مِّن دُونِ ٱللَّهِ ۚ فَإِن تَوَلَّوْا۟ فَقُولُوا۟ ٱشْهَدُوا۟ بِأَنَّا مُسْلِمُونَ

(Ya Rəsulum!) Söylə: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! (O kəlmə budur:) “Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!” Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: “İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq (Allaha təslim olanlarıq)!”

Ey Peyğəmbər! De: "Ey yəhudi və nəsranilərdən olan Kitab əhli! Gəlin hamımız bir olub, ədalət kəlməsinin ətrafında birləşək ki, Allahı ibadətdə təkləşdirək, kim və nə olmasından aslı olmayaraq, Allahdan baş­­qasına ibadət etməyək və Alla­hı qoyub bir-birimizi ibadət və itaət edilən ilahlar etməyək". Əgər onlar, sənin onları dəvət etdiyin haqq və ədalətdən yenə üz çevirsələr, bu zaman, - ey möminlər! - onlara de­yin: "Şahid olun ki, biz Uca Allaha ibadət və itaətlə təslim olan müsəl­man­larıq!"

Aal-i-Imraan 3:64Listen in Qur'an →
65

يَٰٓأَهْلَ ٱلْكِتَٰبِ لِمَ تُحَآجُّونَ فِىٓ إِبْرَٰهِيمَ وَمَآ أُنزِلَتِ ٱلتَّوْرَىٰةُ وَٱلْإِنجِيلُ إِلَّا مِنۢ بَعْدِهِۦٓ ۚ أَفَلَا تَعْقِلُونَ

Ey kitab əhli, nə üçün İbrahim barəsində höcətləşirsiniz? Tövrat da, İncil də ancaq ondan sonra nazil edilmişdir, məgər başa düşmürsünüz?

Ey Kitab əhli! Nə üçün İb­rahimin - aleyhissəlam - milliyyəti barəsində mübahisə edirsiz? Yəhudilər İbrahimin yəhudi olduğunu, nəsranilər isə Onun, nəsrani olduğunu idda edirlər. Halbuki siz, yəhudi və nəsraniliyin İbrahimin - aleyhissəlam - vəfatından uzun müddət sonra meydana gəldiyini bilirsiniz. Məgər siz, ağılınızla, bu sözünüzün batil və iddanızın da yalnış olduğunu dərk etmirsinizmi?!

Aal-i-Imraan 3:65Listen in Qur'an →
66

هَٰٓأَنتُمْ هَٰٓؤُلَآءِ حَٰجَجْتُمْ فِيمَا لَكُم بِهِۦ عِلْمٌۭ فَلِمَ تُحَآجُّونَ فِيمَا لَيْسَ لَكُم بِهِۦ عِلْمٌۭ ۚ وَٱللَّهُ يَعْلَمُ وَأَنتُمْ لَا تَعْلَمُونَ

Bir baxın, siz o kimsələrsiniz ki, bildiyiniz şeylər barəsində mübahisə edirsiniz (bu aydındır) Bəs bilmədiyiniz şeylər barəsində niyə mübahisəyə girişirsiniz?! Əlbəttə, (həqiqəti) Allah bilir, siz bilməzsiniz!

Baxın, ey kitab əhli! Siz həm öz dininiz, həm də sizə nazil edilənlərdən bildiyiniz şeylər barədə Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) mücadələ edirsiniz. Bəs nə üçün kitablarınızda olmayan və peyğəmbərlərinizin də sizə xəbər vermədiyi məsələlər bardədə - İbrahim və onun dini barədə bil­mə­diyiniz şeylər haqqında mübahisə edirsiniz?! Allah işlərin həqiqətini də bilir batini də, siz isə bil­­məzsiniz!

Aal-i-Imraan 3:66Listen in Qur'an →
67

مَا كَانَ إِبْرَٰهِيمُ يَهُودِيًّۭا وَلَا نَصْرَانِيًّۭا وَلَٰكِن كَانَ حَنِيفًۭا مُّسْلِمًۭا وَمَا كَانَ مِنَ ٱلْمُشْرِكِينَ

İbrahim nə yəhudi, nə də xaçpərəst idi. O ancaq hənif (batildən haqqa tapınan, haqqa yönəlmiş olan) müsəlman (Allaha təslim olan) idi və (Allaha) şərik qoşanlardan deyildi.

İbrahim - aleyhissəlam - nə yəhudi millətindən idi, nə də nəsrani idi. O, ancaq, batil dinlərdən haqqa meyil edən, tək Allaha təslim olan mü­səl­man idi və heç də ərəb müşrik­lər­inin, İbrahimin onların dinində olduğunu idda etdikləri kimi, Allaha şərik qoşanlardan deyil­di.

Aal-i-Imraan 3:67Listen in Qur'an →
68

إِنَّ أَوْلَى ٱلنَّاسِ بِإِبْرَٰهِيمَ لَلَّذِينَ ٱتَّبَعُوهُ وَهَٰذَا ٱلنَّبِىُّ وَٱلَّذِينَ ءَامَنُوا۟ ۗ وَٱللَّهُ وَلِىُّ ٱلْمُؤْمِنِينَ

Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, bu Peyğəmbər (Muhəmməd) və ona iman gətirənlərdir. Allah mö’minlərin dostudur!

Həqiqətən, insanlardan İb­ra­himə - aleyhissəlam - nisbət olmaqa ən haqqlı olanı, İbrahimin - aleyhissəlam - zamanında onun gətirdiyinə tabe olanlar, həmçinin, bu Muhəmməd peyğəm­bər (sallallahu aleyhi və səlləm) və bu ümmətdən ona iman gətirənlərdir. Allah mö­min­lərin yardımçısıdır və onları qoruyandır.

Aal-i-Imraan 3:68Listen in Qur'an →
69

وَدَّت طَّآئِفَةٌۭ مِّنْ أَهْلِ ٱلْكِتَٰبِ لَوْ يُضِلُّونَكُمْ وَمَا يُضِلُّونَ إِلَّآ أَنفُسَهُمْ وَمَا يَشْعُرُونَ

Kitab əhlindən bir dəstə sizi yolunuzdan sapdırmağı arzu etdikləri halda, yalnız özlərini düz yoldan sapdırırlar, lakin onlar bunu dərk etmirlər.

Ey Möminlər! Kitab əhlindən olan yəhudi və nəsrani alimləri, Allahın sizi yönəltdiyi doğru yoldan az­dırmağı təmənna edərlər. Hal­bu­ki, onlar, yalnız öz­lərini azdırırlar. Onlar möminləri azdırmaq üçün səy göstərdiklərinə görə, sonda özləri azdılar. Onlar öz əməllərinin aqibətini anlamırlar.

Aal-i-Imraan 3:69Listen in Qur'an →
70

يَٰٓأَهْلَ ٱلْكِتَٰبِ لِمَ تَكْفُرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَأَنتُمْ تَشْهَدُونَ

Ey kitab əhli, Allahın ayələrinə şahid olduğunuz halda nə üçün (onları) inkar edirsiniz?

Ey yəhudi və nəsranilərdən olan Kitab əhli, Allahın sizə nazil edilən ayələrinə və bu ayələrdə Muhəmmədin (sallallahu aleyhi və səlləm) peyğəm­bərliyinə dəlalət edən dəlillərin olduğu halda nə üçün küfr edir­siniz?! Halbuki siz Muhəmmədin (sallallahu aleyhi və səlləm) haqq olduğuna şa­hidsiniz, üstəlik, kitablarınızda da bu barədə dəlillər vardır!

Aal-i-Imraan 3:70Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.