فَمَنْ حَآجَّكَ فِيهِ مِنۢ بَعْدِ مَا جَآءَكَ مِنَ ٱلْعِلْمِ فَقُلْ تَعَالَوْا۟ نَدْعُ أَبْنَآءَنَا وَأَبْنَآءَكُمْ وَنِسَآءَنَا وَنِسَآءَكُمْ وَأَنفُسَنَا وَأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَتَ ٱللَّهِ عَلَى ٱلْكَٰذِبِينَ
(İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən (mə’lumatdan) sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlərə de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lə’nət etməsini diləyək!”
Ey Peyğəmbər! Sənə İsa - aleyhissəlam - barəsində səhih elm gəldikdən sonra, İsanın Allahın qulu olmadığını idda edib, səninlə mücadələ edən Nəcran nəsranilərinə, de: "Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq və bir yerdə yığışaq sonra isə Allah Öz lənətini bizdən və sizdən yalan danışanlara endirməsi üçün Allah dua edib yalvaraq".