Muslim99Muslim99
← Tafsir library

3. Aal-i-Imraan

The Family of Imraan · Medinan · 200 ayahs

سُورَةُ آلِ عِمۡرَانَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 51–60 of 200

51

إِنَّ ٱللَّهَ رَبِّى وَرَبُّكُمْ فَٱعْبُدُوهُ ۗ هَٰذَا صِرَٰطٌۭ مُّسْتَقِيمٌۭ

Şübhə yoxdur ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Budur doğru yol!

Çünki bu, Allahın, həm mənim, həm də sizin Rəbbiniz olduğu üçündür. İtaət olunmağa və qorxmağa yalnız tək O, layiqdir. Elə isə siz, tək Ona ibadət edin! Sizə əmr etdiyim Allaha ibadət etmək və Ondan qorxmaq yolu, əyrilik olmayan düzgün yoldur.

Aal-i-Imraan 3:51Listen in Qur'an →
52

۞ فَلَمَّآ أَحَسَّ عِيسَىٰ مِنْهُمُ ٱلْكُفْرَ قَالَ مَنْ أَنصَارِىٓ إِلَى ٱللَّهِ ۖ قَالَ ٱلْحَوَارِيُّونَ نَحْنُ أَنصَارُ ٱللَّهِ ءَامَنَّا بِٱللَّهِ وَٱشْهَدْ بِأَنَّا مُسْلِمُونَ

İsa onların (yəhudilərin) küfrünü (inanmadıqlarını) hiss etdikdə: “Allah yolunda kim mənim köməkçim olacaqdır?” - deyə soruşdu. (O zaman) həvarilər dedilər: “Bizik Allahın (Onun dininin) köməkçiləri! Biz Allaha inandıq. Sən də (Allaha) təslim olduğumuza şahid ol!”

İsa - aleyhissəlam - onların (yəhudilərin) küfrdə israrlı olduqlarını bildikdə, İsrail oğullarına müraciət edərək, dedi: "Allaha dəvətdə kim­ mənə yar­dımçı olacaq?" Bu zaman ona tabe olanlar içərisində seçilmiş kimsələr dedilər: "Bizik Alla­hın dini­nin yardımçıları! Biz Allaha iman gətirdik və sənə tabe olduq. Sən də, ey İsa, şahid ol ki, biz Allahın tövhidinə və Ona itaət ilə boyun əyənlərdənik!"

Aal-i-Imraan 3:52Listen in Qur'an →
53

رَبَّنَآ ءَامَنَّا بِمَآ أَنزَلْتَ وَٱتَّبَعْنَا ٱلرَّسُولَ فَٱكْتُبْنَا مَعَ ٱلشَّٰهِدِينَ

(Həvarilər dedilər:) “Ey Rəbbimiz, (bizə) nazil etdiyinə (İncilə) iman gətirdik və peyğəmbərinə (İsaya) tabe olduq. Artıq bizləri (haqqa) şahid olanlarla bir yerdə yaz!”

Həvarilər həmçinin dedilər: "Ey Rəbbimiz! İncil də bizə na­zil et­diyinə iman gətirdik və İsaya - aleyhissəlam - tabe olduq. Bizi də, Sənə və Sənin elçilərinə iman edən haqqa şahid olanlarla bir yerdə et!"

Aal-i-Imraan 3:53Listen in Qur'an →
54

وَمَكَرُوا۟ وَمَكَرَ ٱللَّهُ ۖ وَٱللَّهُ خَيْرُ ٱلْمَٰكِرِينَ

Onlar (İsaya inanmayanlar) hiyləyə əl atdılar. Allah da onların hiyləsinə (İsanı göyə qaldırıb münafiqlərdən birini isə İsa surətdində onlara öldürtməklə) əvəz verdi. Allah (bütün) hiyləgərlərdən tədbirlidir (hiyləgərlərə ən yaxşı cəza verəndir).

İsrail oğullarından bir dəstə hiylə işlətib, İsanı - aleyhissəlam - öldürmək üçün səy göstərdilər. Allah da onlara qarşı hiylə işlədib onları zəlalətdə tərk etdi və İsanın - aleyhissəlam - surətini başqa bir kişiyə verdi. Allah hiylə işlədənlərin ən xeyirlisidir. Çünki Uca Allahın düşmənlərinə Onun hiyləsindən də daha şiddətli bir hiylə yoxdur.

Aal-i-Imraan 3:54Listen in Qur'an →
55

إِذْ قَالَ ٱللَّهُ يَٰعِيسَىٰٓ إِنِّى مُتَوَفِّيكَ وَرَافِعُكَ إِلَىَّ وَمُطَهِّرُكَ مِنَ ٱلَّذِينَ كَفَرُوا۟ وَجَاعِلُ ٱلَّذِينَ ٱتَّبَعُوكَ فَوْقَ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِلَىٰ يَوْمِ ٱلْقِيَٰمَةِ ۖ ثُمَّ إِلَىَّ مَرْجِعُكُمْ فَأَحْكُمُ بَيْنَكُمْ فِيمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ

O vaxt Allah buyurdu: “Ya İsa, həqiqətən, Mən sənin ömrünü tamam edib Öz dərgahıma qaldırıram, səni kafirlərdən pak edərəm (tərtəmiz ayıraram). Sənə iman gətirənləri qiyamət gününə qədər kafirlərə qalib edərəm. Sonra isə Mənim hüzuruma qayıdacaqsınız. O zaman ixtilaf etdiyiniz məsələlər barəsində aranızda Mən hökm verəcəyəm!

Allah, İsaya - aleyhissəlam - müraciət etdiyi zaman onlara qarşı - bir daha - hiylə işlədib dedi: "Ey İsa, həqiqətən, Mən səni öldürmədən həyatına son qoyub, sənin bədənini və ruhunu Özümə tərəf qaldıracam, səni, sənə küfr edənlərin pisliyindən pak edəcəm və səni onlardan uzaqlaşdıracam və sə­nə tabe olub, haqq din üzərində ar­dınca gedən­ləri, həmçinin, Muhəmmədə (sallallahu aleyhi və səlləm) iman gətirənləri - Qiya­mət gü­nü­ açıq-aydın dəlil və izzətli olmaqla sənə kafir olanlardan üstün edə­cə­m. Sonra Qiyamət günü sizin dönüşünüz tək Mənə olacaq. Mən də, ixtilafa düş­dü­yü­nüz şeylər barəsində sizin ara­nızda haqqla hökm ve­rə­cə­m.

Aal-i-Imraan 3:55Listen in Qur'an →
56

فَأَمَّا ٱلَّذِينَ كَفَرُوا۟ فَأُعَذِّبُهُمْ عَذَابًۭا شَدِيدًۭا فِى ٱلدُّنْيَا وَٱلْءَاخِرَةِ وَمَا لَهُم مِّن نَّٰصِرِينَ

Kafirlərə gəldikdə, onlara dünyada və axirətdə şiddətli əzab verəcəyəm. Onların heç bir köməkçisi olmayacaqdır!”

Sənə və sənin onlara gətirdiyin haqqa küfür edənlərə isə bu dünyada öldürmək, əsir etmək və zəlil etməklə, axirətdə isə cəhənnəm əzabı ilə şiddətli əzab verəcəyəm. Onları əzabdan qoruyan köməkçiləri də olmayacaqdır.

Aal-i-Imraan 3:56Listen in Qur'an →
57

وَأَمَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ فَيُوَفِّيهِمْ أُجُورَهُمْ ۗ وَٱللَّهُ لَا يُحِبُّ ٱلظَّٰلِمِينَ

İman gətirib yaxşı işlər görənlərə gəldikdə isə, (Allah) onların mükafatlarını tamamilə verəcəkdir. Allah zülm edənləri sevməz!

Sənə və sənin onlara gətirdiyin haqqa iman gətirib, namaz qılıb, zəkat verib, oruc tutub, qohumluq əlaqələrini birləşdirib və s. bu kimin saleh əməllər edənlərə gəldikdə isə, Allah onlara əməllərinin savabını azaltmadan tam verə­cək­dir. Bu, Muhəmməd peyğəmbər (sallallahu aleyhi və səlləm) göndərilməzdən əvvəl, İsa Məsihin şəxsən müjdələdiyi, ona tabe olanlar barəsindədir. Allah zalım­la­rı sevməz. Ən böyük zülüm də uca Allaha şərik qoşmaq və Onun elçisini yalan saymaqdır.

Aal-i-Imraan 3:57Listen in Qur'an →
58

ذَٰلِكَ نَتْلُوهُ عَلَيْكَ مِنَ ٱلْءَايَٰتِ وَٱلذِّكْرِ ٱلْحَكِيمِ

(Ya Rəsulum!) Bunları ayələrdən və himətlə dolu olan zikrdən (Qur’andan Cəbrail vasitəsilə) sənə söyləyirik.

(Ey Peyğəmbər) İsanın - aleyhissəlam - xəbərlərindən sənə oxuduğu­muz bu ayələrdə, sənə nazil edilənin doğru olduğuna dəlalət edən açıq-aydın əlamətlər vardır. Bu, müttəqilər üçün zikr­dən­dir. Bunlar muhkəm ayələrdir və batil bu ayələrə yol tapa bilməz.

Aal-i-Imraan 3:58Listen in Qur'an →
59

إِنَّ مَثَلَ عِيسَىٰ عِندَ ٱللَّهِ كَمَثَلِ ءَادَمَ ۖ خَلَقَهُۥ مِن تُرَابٍۢ ثُمَّ قَالَ لَهُۥ كُن فَيَكُونُ

Allah yanında İsa da (İsanın atasız dünyaya gəlmiş də) Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: “(Bəşər) ol!” – dedi, o da oldu.

Həqiqətən, Allah yanın­da İsanın - aleyhissəlam - yaradılışının misalı Adəmin atasız və anasız, torpaqdan yaradılışının misalına bənzəyir. Allah sadəcə olaraq ona "Bəşər ol!"– dedi, o da uca Allahın istədiyi kimi oldu. İndi siz necə ola bilər ki, İsanın atasız dünyaya gəldiyinə əsasən onun ilah olduğunu idda edirsiz?! Halbuki, siz, Adəmin bəşər və atası olmadan, torpaqdan dünyaya gəldiyini təsdiqləyirsiz.

Aal-i-Imraan 3:59Listen in Qur'an →
60

ٱلْحَقُّ مِن رَّبِّكَ فَلَا تَكُن مِّنَ ٱلْمُمْتَرِينَ

(Ya Rəsulum!) Şübhəsiz ki, (bunlar) sənin Rəbbin tərəfindən olan həqiqətdir. Ona görə də şübhə edənlərdən olma!

(Ey Peyğəmbər) İsa - aleyhissəlam - barədə, Rəbbindən sənə nazil edilənlər, şəkk olmayan haqqdır. Sən buna heç vaxt şübhə və tərəddüd edənlərdən olma. Əksinə olduğun haqq üzərində sabit qal!

Aal-i-Imraan 3:60Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.