إِنَّ ٱللَّهَ رَبِّى وَرَبُّكُمْ فَٱعْبُدُوهُ ۗ هَٰذَا صِرَٰطٌۭ مُّسْتَقِيمٌۭ
Şübhə yoxdur ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Budur doğru yol!
Çünki bu, Allahın, həm mənim, həm də sizin Rəbbiniz olduğu üçündür. İtaət olunmağa və qorxmağa yalnız tək O, layiqdir. Elə isə siz, tək Ona ibadət edin! Sizə əmr etdiyim Allaha ibadət etmək və Ondan qorxmaq yolu, əyrilik olmayan düzgün yoldur.