Muslim99Muslim99
← Tafsir library

3. Aal-i-Imraan

The Family of Imraan · Medinan · 200 ayahs

سُورَةُ آلِ عِمۡرَانَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 41–50 of 200

41

قَالَ رَبِّ ٱجْعَل لِّىٓ ءَايَةًۭ ۖ قَالَ ءَايَتُكَ أَلَّا تُكَلِّمَ ٱلنَّاسَ ثَلَٰثَةَ أَيَّامٍ إِلَّا رَمْزًۭا ۗ وَٱذْكُر رَّبَّكَ كَثِيرًۭا وَسَبِّحْ بِٱلْعَشِىِّ وَٱلْإِبْكَٰرِ

(Zəkəriyya:) “Ey Rəbbim! Mənə (zövcəmin hamilə olduğu vaxtı bilmək üçün) bir nişanə göstər”, - dedikdə, (Allah:) “Sənin nişanən üç günün ərzində adamlarla yalnız işarə ilə (əl, baş və gözlə) danışmaq olacaqdır. O vəziyyətdə belə Rəbbini çox yada sal (zikr et) və səhər-axşam şə’ninə tə’riflər deyib şükür et!” buyurdu.

Zəkəriyya dedi: "Ey Rəbbim! zövcəmin məndən hamilə olduğunu bilməkdən ötrü mə­nim üçün bir əlamət təyin et". Allah buyurdu: "Sənin tələb etdiyin əlamə­tin, üç gün gecələri ilə barəbər, işarə ilə danışmaq istisna ol­maqla, insanlarla danış­na bilməməyindir. Gündüzün sonunda və əvvəlində­ Rəbbini yad edib və Onun şə­ninə təriflər deməyi çoxalt!"

Aal-i-Imraan 3:41Listen in Qur'an →
42

وَإِذْ قَالَتِ ٱلْمَلَٰٓئِكَةُ يَٰمَرْيَمُ إِنَّ ٱللَّهَ ٱصْطَفَىٰكِ وَطَهَّرَكِ وَٱصْطَفَىٰكِ عَلَىٰ نِسَآءِ ٱلْعَٰلَمِينَ

(Ya Peyğəmbər!) Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: “Ya Məryəm, həqiqətən, Allah səni seçmiş, (eyiblərdən) təmizləmiş, (cəmi) aləmlərin (bütün dünyanın) qadınlarından üstün tutmuşdur.

Ey Peyğəmbər! Mələklərin Məryəmə - aleyhəssəlam - bir zaman: "Həqiqətən, Allah sənə tərifəlayiq sifətlər bəxş etməklə seçdi, səni pisliklərdən pak etdi və zamanında olan aləm­lərin qadınla­rından üstün etdi" –dediyini xatırla.

Aal-i-Imraan 3:42Listen in Qur'an →
43

يَٰمَرْيَمُ ٱقْنُتِى لِرَبِّكِ وَٱسْجُدِى وَٱرْكَعِى مَعَ ٱلرَّٰكِعِينَ

Ya Məryəm, öz Rəbbinə itaət et, səcdəyə qapan və rüku edənlərlə birlikdə rüku et! (Namaz qılanlarla bir yerdə namaz qıl!)”

Ey Məryəm! Namaz qıldıqda qıyamı uzat, Rəbbin üçün səcdə et və Allahın Ona rüku edən saleh qulları ilə birgə Sən də rüku et!"

Aal-i-Imraan 3:43Listen in Qur'an →
44

ذَٰلِكَ مِنْ أَنۢبَآءِ ٱلْغَيْبِ نُوحِيهِ إِلَيْكَ ۚ وَمَا كُنتَ لَدَيْهِمْ إِذْ يُلْقُونَ أَقْلَٰمَهُمْ أَيُّهُمْ يَكْفُلُ مَرْيَمَ وَمَا كُنتَ لَدَيْهِمْ إِذْ يَخْتَصِمُونَ

(Ya Rəsulum!) Bunlar qeyb xəbərlərindəndir ki, vəhy ilə sənə bildiririk. Onlar: “Məryəmi kim öz himayəsinə alacaq?” – deyə, qələmlərini (suya) atdıqları və bir-birilə mübahisə etdikləri zaman sən ki onların yanında deyildin.

Ey Peyğəmbər! Bu deyilənlər, Zəkəriyya və Məryəmin - aleyhiməssəlam - xəbəri, sənə vəhy etdiyimiz qeyb xəbərlərin­dən­dir. O alimlərin və salehlərin hansı birinin Məryəmi himayə etməyə haqqlı olduğu ba­rədə bir-biri­lərilə mübahisə et­dik­də, hətta qələm­lərini püşk üçün at­dıq­la­rı və Zəkəriyyənin qələmi çıxdıqı zaman sən on­la­rın yanında de­yildin.

Aal-i-Imraan 3:44Listen in Qur'an →
45

إِذْ قَالَتِ ٱلْمَلَٰٓئِكَةُ يَٰمَرْيَمُ إِنَّ ٱللَّهَ يُبَشِّرُكِ بِكَلِمَةٍۢ مِّنْهُ ٱسْمُهُ ٱلْمَسِيحُ عِيسَى ٱبْنُ مَرْيَمَ وَجِيهًۭا فِى ٱلدُّنْيَا وَٱلْءَاخِرَةِ وَمِنَ ٱلْمُقَرَّبِينَ

Mələklər dedilər: “Ya Məryəm! Həqiqətən, Allah Öz tərəfindən bir kəlmə ilə sənə müjdə verir. Onun adı Məryəm oğlu İsa əl-Məsihdir ki, dünyada və axirətdə şanı uca (şərəfli) və (Allaha) yaxın olanlardandır.

Ey Peyğəmbər! Bir zaman mələklərin: "Ey Məryəm, həqiqətən, Allah səni, dünyaya atası olmadan gələcək bir oğlan övladı ilə müj­dələyir. Bu, Allah tərəfindən bir kəlmə ilə ona (Ol) – dedikdə, oda Allahın izni ilə bir oğlan olacaqdır. Onun adı Mər­yəm oğlu İsa Məsihdir. O, həm bu dün­yada, həm də axi­rətdə şan-şöh­rətli və Uca Alla­ha ya­xın­­ olanlardandır"– dediyini xatırla.

Aal-i-Imraan 3:45Listen in Qur'an →
46

وَيُكَلِّمُ ٱلنَّاسَ فِى ٱلْمَهْدِ وَكَهْلًۭا وَمِنَ ٱلصَّٰلِحِينَ

O, (həm) beşikdə ikən, (həm də) yaşa dolduqdan sonra insanlarla danışacaq və salehlərdən (xeyirli iş görən şəxslərdən) olacaqdır”.

O, həm danışmazdan əvvəl, balaca uşaq ikən, həm də yetkin çağına çatıb böyüdükdən sonra insan­larla da­nı­şa­caq, onların dinlərə və dünyalarına xeyirli olan şeyləri onlara xəbər verəcək və o, sözün də və əməlin də sa­lehlərdən ola­caqdır.

Aal-i-Imraan 3:46Listen in Qur'an →
47

قَالَتْ رَبِّ أَنَّىٰ يَكُونُ لِى وَلَدٌۭ وَلَمْ يَمْسَسْنِى بَشَرٌۭ ۖ قَالَ كَذَٰلِكِ ٱللَّهُ يَخْلُقُ مَا يَشَآءُ ۚ إِذَا قَضَىٰٓ أَمْرًۭا فَإِنَّمَا يَقُولُ لَهُۥ كُن فَيَكُونُ

(Məryəm:) “Ey Rəbbim! Mənə bir insan əli toxunmadığı halda necə uşağım ola bilər?” – dedikdə, (Allah) buyurdu: “(Bəli) elədir, (lakin) Allah istədiyini yaradır. O, bir işin əmələ gəlməsini qərara aldıqda, ona ancaq “Ol!” deyər, o da (dərhal) olar.

Məryəm, əri olmadığı halda dünyaya övlad gətirəcəyinə təəccüb edərək dedi: "İstər halal, istərsə də haram yolla mənə bir bəşər toxunma­dığı hal­da necə övladım ola bilər?" Mələk ona dedi: "Allahın sənin üçün atasız uşaq yaratmağın misalı, Onun fövqəladə istədiyi qulu yaratmasının misalı kimidir. O, bir işin ol­masını istədikdə, ona yalnız: “Ol!”– de­yər, o da olar və heç bir şey Onu aciz edə bilməz".

Aal-i-Imraan 3:47Listen in Qur'an →
48

وَيُعَلِّمُهُ ٱلْكِتَٰبَ وَٱلْحِكْمَةَ وَٱلتَّوْرَىٰةَ وَٱلْإِنجِيلَ

(Allah) ona (İsaya) yazmağı, hikməti, Tövratı və İncili öyrədəcək.

Allah İsaya yazmağı, söz də və əməl də düzgünə müvəffəq olmaqı, Musaya - aleyissəlam - nazil etydiyi Töv­ratı və özünə nazil edəcək İncili öyrə­də­cəkdir.

Aal-i-Imraan 3:48Listen in Qur'an →
49

وَرَسُولًا إِلَىٰ بَنِىٓ إِسْرَٰٓءِيلَ أَنِّى قَدْ جِئْتُكُم بِـَٔايَةٍۢ مِّن رَّبِّكُمْ ۖ أَنِّىٓ أَخْلُقُ لَكُم مِّنَ ٱلطِّينِ كَهَيْـَٔةِ ٱلطَّيْرِ فَأَنفُخُ فِيهِ فَيَكُونُ طَيْرًۢا بِإِذْنِ ٱللَّهِ ۖ وَأُبْرِئُ ٱلْأَكْمَهَ وَٱلْأَبْرَصَ وَأُحْىِ ٱلْمَوْتَىٰ بِإِذْنِ ٱللَّهِ ۖ وَأُنَبِّئُكُم بِمَا تَأْكُلُونَ وَمَا تَدَّخِرُونَ فِى بُيُوتِكُمْ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَةًۭ لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ

Və onu İsrail övladına (yəhudilərə) peyğəmbər göndərəcək. (İsa onlara deyəcək:) “Mən, həqiqətən, Rəbbinizdən sizə mö’cüzə gətirmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir surət düzlədib ona üfürərəm, o da Allahın iznilə quş olar. Anadangəlmə korları, cücam xəstəliyinə tutulanları sağaldar və Allahın iznilə ölüləri dirildərəm. Mən evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri də sizə xəbər verərəm. Əgər mö’minsinizsə, bunda (söylədiklərimdə peyğəmbər olduğuna) bir dəlil vardır.

Allah onu İsrail oğulla­rı­na bir elçi edəcəkdir və o, onlara deyə­cək­: "Mən Allahın sizə göndərdiyi elçisiyəm. Mən artıq sizə, mənim həqiqi peyğəmbər olduğuma dəlalət edən əlamət gətirmişəm. Gətirdiyim əlamət budur ki, mən sizin üçün pal­çıqdan quşa oxşar bir şey düzəl­dib ona üfü­rərəm, o da Allahın izni ilə diri quş olar. Alla­hın izni ilə anadan­gəl­mə ko­ra şəfa verirəm və onun gözləri açılır, cüzam xəstəli­yinə tutu­lanı sa­ğaldıram və ona yeni sağlam dəri qayıdır və həmçinin ölmüş kimsələri də diril­də­rəm. Bunların hamısı Allahın izni ilə olur. Evlərinizdə yedi­yiniz və yığıb sax­ladıqınız, gizlətdiyiniz şeyləri sizə xəbər ve­rə­rəm. Əgər siz iman gətirmək və dəlilləri təsdiqləmək istəyirsinizsə, sizə söyədiyim, insanın bacarmadığı bu əzəmətli işlərin hamısı, mənin sizə Allah tərəfindən göndərilən elçi olduğuma açıq-aydın bir dəlildir".

Aal-i-Imraan 3:49Listen in Qur'an →
50

وَمُصَدِّقًۭا لِّمَا بَيْنَ يَدَىَّ مِنَ ٱلتَّوْرَىٰةِ وَلِأُحِلَّ لَكُم بَعْضَ ٱلَّذِى حُرِّمَ عَلَيْكُمْ ۚ وَجِئْتُكُم بِـَٔايَةٍۢ مِّن رَّبِّكُمْ فَٱتَّقُوا۟ ٱللَّهَ وَأَطِيعُونِ

Məndən əvvəl göndərilmiş Tövratı təsdiq edərək (eyni zamanda orada) sizə haram edilmiş bə’zi şeyləri (dəvə əti, qarın və bağırsaq piyi yemək, şənbə günü işləmək və s.) halal etmək üçün gəldim və sizə Rəbbiniz tərəfindən (peyğəmbərliyimin doğru olduğunu sübut edən) bir mö’cüzə gətirdim. İndi Allahdan qorxun və mənə itaət edin!

Sizə, həmçinin, məndən əvvəl nazil ol­muş Tövra­tı təsdiqləyəni gətirdim. Sizə asanlıq və rahatlıq üçün bundan əvvəl sizə ha­ram edil­miş bəzi şey­ləri halal etmək üçün gön­də­ril­dim. Sizə dediyimin doğru olduğunu təsdiq edən açıq-aydın bir dəlil gətir­dim. Allahın əmrlərini yerinə yetirib, qadağanlarından çəkinməklə Allah­dan qor­xun və sizi dəvət ediyim şeyədə mənə itaət edin.

Aal-i-Imraan 3:50Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.