Ey Peyğəmbər! Quranı sənə nazil edən Odur. Onun bir qisimi, mənası açıq-aydın bilinən və heç bir anlaşılmamazlıq olmayan ayələrdir ki, bunlar da, Kitabın əsası və əksər qisimidir. Bu ayələr, ixtilaf edildikdə qayıdış yeridir. Onun digər bir qisimi isə, bir və daha çox mənalara ehtimal edilən və mənası insanların çoxuna aydın olmayan, çətin anlaşılan ayələrdir. Amma qəlblərində əyrilik olanlar şübhə salımaq, insanları azdırmaq və həmçinin belə ayələri istədikləri kimi öz batil məzhəblərinə uyğun yozmaq məqsəd ilə, muhkəm ayələri tərk edib, bir neçə mənalara yozulması mümkün olan mutəşabih ayələrin ardınca gedərlər. Halbuki bu ayələrin həqiqi mənalarını və yozumunu Allahdan başqa heç kəs bilməz. Dərin biliyə malik olub elmdə qüvvətli olanlar isə deyərlər: "Biz Quranın hamısına iman gətirdik, çünki onun hamısı Rəbbimiz tərəfindəndir". Belə kimsələr mutəşabih ayələri muhkəm ayələrlə təfsir edirlər. Bunlardan yalnız sağlam ağıl sahibləri öyüd-nəsihət və ibrət alar.