قُلْ إِن كُنتُمْ تُحِبُّونَ ٱللَّهَ فَٱتَّبِعُونِى يُحْبِبْكُمُ ٱللَّهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ ۗ وَٱللَّهُ غَفُورٌۭ رَّحِيمٌۭ
(Ya Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!”
Ey Peyğəmbər! De: "Əgər siz həqiqətən Allahı sevirsinizsə, zahirdə və batində mənim gətirdiyim şəriətə tabe olun. Belə etsəniz, Allahın məhəbbətinə nail olarsız və O, sizin günahlarınız bağışlayar. Allah qullarından tövbə edənləri bağışlayandır və onlara qarşı rəhmlidir".