Muslim99Muslim99
← Tafsir library

3. Aal-i-Imraan

The Family of Imraan · Medinan · 200 ayahs

سُورَةُ آلِ عِمۡرَانَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 31–40 of 200

31

قُلْ إِن كُنتُمْ تُحِبُّونَ ٱللَّهَ فَٱتَّبِعُونِى يُحْبِبْكُمُ ٱللَّهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ ۗ وَٱللَّهُ غَفُورٌۭ رَّحِيمٌۭ

(Ya Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!”

Ey Peyğəmbər! De: "Əgər siz həqiqətən Allahı se­vir­sinizsə, zahirdə və batində mənim gətirdiyim şəriətə tabe olun. Belə etsəniz, Allahın məhəbbətinə nail olarsız və O, sizin günah­la­rı­nız bağışlayar. Allah qullarından tövbə edənləri bağışla­yandır və onlara qarşı rəhmlidir".

Aal-i-Imraan 3:31Listen in Qur'an →
32

قُلْ أَطِيعُوا۟ ٱللَّهَ وَٱلرَّسُولَ ۖ فَإِن تَوَلَّوْا۟ فَإِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلْكَٰفِرِينَ

Söylə: “Allaha və Peyğəmbərə (Onun Peyğəmbərinə) itaət edin! Əgər üz döndərərsinizsə, şübhəsiz ki, Allah da kafirləri (haqdan üz çevirənləri) sevməz!”

Ey Peyğəmbər! De: "Əmrləri yerinə yetirməklə və qadağanlardan çəkinməklə, Allaha və Onun Rəsuluna itaət edin!" Əgər onlar bundan üz dön­dərsə­lər, bilsinlər ki, Allah, həqiqətən də, Onun və rəsulunun əmrinə müxalif olan ka­firləri sevməz.

Aal-i-Imraan 3:32Listen in Qur'an →
33

۞ إِنَّ ٱللَّهَ ٱصْطَفَىٰٓ ءَادَمَ وَنُوحًۭا وَءَالَ إِبْرَٰهِيمَ وَءَالَ عِمْرَٰنَ عَلَى ٱلْعَٰلَمِينَ

Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər (məxluqat, insanlar, bəşər övladı) üzərində seçilmiş (üstün) etdi.

Allah Adəmi - aleyhissəlam - seçib, mələkləri ona səcdə etdirdi. Nuhu seçib, onu yer əhlinə ən birinci elçi olaraq göndərdi. İb­ra­­him nəs­lini seçib, son peyğəmbərliyi onun züriyyətindən etdi və həmçinin İm­ran ailəsini seçdi. Allah bunların hamısını seçib, öz zamanlarında yaşayan insanlardan üstün etdi.

Aal-i-Imraan 3:33Listen in Qur'an →
34

ذُرِّيَّةًۢ بَعْضُهَا مِنۢ بَعْضٍۢ ۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ

Onlar biri digərindən törəmiş bir nəsil idilər. Allah eşidəndir, biləndir!

Adları çəkilən bu peyğəmbərlər və onların yolu ilə gedən züriyyətləri, tək Allaha ibadət etməkdə və saleh əməllər görməkdə və biri-birilərinə gözəl əxlaq və fəzilətli əməllər miras qoyan, biri digərinin ardınca gələn nəsil idi. Allah qullarının sözlərini eşidən­dir, əməllərini biləndir və elə buna görə də onlardan istədiyini seçir və istədiyini digərindən üstün edir.

Aal-i-Imraan 3:34Listen in Qur'an →
35

إِذْ قَالَتِ ٱمْرَأَتُ عِمْرَٰنَ رَبِّ إِنِّى نَذَرْتُ لَكَ مَا فِى بَطْنِى مُحَرَّرًۭا فَتَقَبَّلْ مِنِّىٓ ۖ إِنَّكَ أَنتَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ

(Ya Rəsulum!) İmranın zövcəsinin (Hənnənin): “Ey Rəbbim, bətnimdəkini Sənə xidmətkar (qul) olmaq üçün nəzir edirəm. (Bu nəziri) məndən qəbul et! Əlbəttə, Sən eşidənsən, bilənsən!” – dediyini xatırla!

Ey Peyğəmbər! Bir zaman Məryəmin - aleyhəssəlam - anası, İmranın zövcəsi (Hənnanın): "Ey Rəbbim! Mən bət­nim­dəki uşaqı xalis Sənin razılığını diləyərək, Sə­nə və Sənin evinə xidmət etmək üçün xidmətçi bir qul olmasını özümə vacib etdim. Bu nəziri mən­dən qə­bul et! Hə­qiqətən, Sən, dualarımı eşidən­sən və niyyətimi bi­lən­sən" – dediyini xatırla!

Aal-i-Imraan 3:35Listen in Qur'an →
36

فَلَمَّا وَضَعَتْهَا قَالَتْ رَبِّ إِنِّى وَضَعْتُهَآ أُنثَىٰ وَٱللَّهُ أَعْلَمُ بِمَا وَضَعَتْ وَلَيْسَ ٱلذَّكَرُ كَٱلْأُنثَىٰ ۖ وَإِنِّى سَمَّيْتُهَا مَرْيَمَ وَإِنِّىٓ أُعِيذُهَا بِكَ وَذُرِّيَّتَهَا مِنَ ٱلشَّيْطَٰنِ ٱلرَّجِيمِ

Onu (bətnindəkini) doğduğu zaman: “Ey Rəbbim! Mən qız doğdum”, - söylədi. Halbuki, Allah onun nə doğduğunu və oğlanın qiz kimi olmadığını yaxşı bilirdi. (Hənnə:) “Mən onun adını Məryəm qoydum, onu və onun nəslini məl’un (daşqalaq olunmuş) Şeytandan (Şeytanın şərindən) Sənə tapşırıram” (dedi).

Nəhayət, hamiləlik müddəti başa çatıb bətnindəkini yerə qoyduğu zaman üzürxaxlıq edərək - o, bətnindəkini oğlan doğacağına ümüd bəsləyirdi - de­di: "Ey Rəb­bim! Mə­n qı­z doğdum". Halbuki, Allah onun nə doğ­duğunu yax­şı bi­lirdi. Axı onun ümüdlə gözlədiyi oğlan qüvvət və yaradılış baxımından heç də ona bəxş edilən qız kimi de­yildir. "Mən onun adını Məryəm qoydum, onu və onun nəs­lini rəhmətindən qovulmuş şey­tandan Sə­nə həvalə etdim".

Aal-i-Imraan 3:36Listen in Qur'an →
37

فَتَقَبَّلَهَا رَبُّهَا بِقَبُولٍ حَسَنٍۢ وَأَنۢبَتَهَا نَبَاتًا حَسَنًۭا وَكَفَّلَهَا زَكَرِيَّا ۖ كُلَّمَا دَخَلَ عَلَيْهَا زَكَرِيَّا ٱلْمِحْرَابَ وَجَدَ عِندَهَا رِزْقًۭا ۖ قَالَ يَٰمَرْيَمُ أَنَّىٰ لَكِ هَٰذَا ۖ قَالَتْ هُوَ مِنْ عِندِ ٱللَّهِ ۖ إِنَّ ٱللَّهَ يَرْزُقُ مَن يَشَآءُ بِغَيْرِ حِسَابٍ

Belə olduqda, Rəbbi (Məryəmi) yaxşı qəbul etdi, onu gözəl bir fidan kimi böyütdü və Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə (Məryəmin) ibadət etdiyi mehraba girdikdə, onun yanında bir ruzi olduğunu görərdi. (Zəkəriyya:) “Ya Məryəm, bunlar sənin üçün haradandır?” - dedikdə, o: “Allah tərəfindəndir!” - deyə cavab verərdi. Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər!

Allah onun nəzrini gözəl tərzdə qə­bul et­di, onu gözəl bir şəkildə boya-başa çatdırdı, qullarından salehlərin qəlbini ona qarşı şəfqətli etdi və ona baxmağı Zəkə­riy­yanın - aleyhissəlam - öhdəsinə buraxdı. Zəkə­riyya hər dəfə Məryəmin yanına, ibadət etdyi yerə daxil ol­duqda, onun ya­nında yaxşı ruzi oldu­ğu­nu görərdi. Nəhayət, o: "Ey Mər­yəm! Bu ruzi sə­nin üçün haradan­dır?"– deyə soruşduqda, Mər­yəm ona cavab verərək de­di: "Bu ruzi Allah tərəfin­dən­dir! Şübhəsiz ki, Allah is­tədiyi kim­sə­yə bol-bol, hesab­sız ruzi verir".

Aal-i-Imraan 3:37Listen in Qur'an →
38

هُنَالِكَ دَعَا زَكَرِيَّا رَبَّهُۥ ۖ قَالَ رَبِّ هَبْ لِى مِن لَّدُنكَ ذُرِّيَّةًۭ طَيِّبَةً ۖ إِنَّكَ سَمِيعُ ٱلدُّعَآءِ

(O zaman) Zəkəriyya Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Mənə də Öz tərəfindən pak bir övlad bəxş et! Sən, həqiqətən, duaları eşidənsən!”

Zəkəriyya, uca Allahın adətən ruzi verməkdə görünməmiş bir şəkildə, İmranın qızı Məryəm yanında Allahın ruzisini gördükdə, o, qocalmasına və zövcəsinin sonsuz olmasına rəğmən, Allahdan onu Məryəm kimi saleh bir övladla ruziləndirməsini istəyərək dedi: "Ey Rəb­bim! Mənə pak bir övlad bəxş et! Şübhəsiz ki, Sən, Sənə dua edənin du­asını eşidib, ona cavab verənsən".

Aal-i-Imraan 3:38Listen in Qur'an →
39

فَنَادَتْهُ ٱلْمَلَٰٓئِكَةُ وَهُوَ قَآئِمٌۭ يُصَلِّى فِى ٱلْمِحْرَابِ أَنَّ ٱللَّهَ يُبَشِّرُكَ بِيَحْيَىٰ مُصَدِّقًۢا بِكَلِمَةٍۢ مِّنَ ٱللَّهِ وَسَيِّدًۭا وَحَصُورًۭا وَنَبِيًّۭا مِّنَ ٱلصَّٰلِحِينَ

(Zəkəriyya) mehrabda (ibadətgahda) ayaq üstə durub namaz qılarkən mələklər ona müraciət edib dedilər: “Allah sənə Özü tərəfindən gələn kəlməni (İsanı) təsdiq edən, (tayfasını) ağa, nəfsinə hakim və əməlisalehlər zümrəsindən bir peyğəmbər olacaq Yəhyanın (dünyaya gələcəyi) xəbərini müjdə verir”.

Zəkəriyya ibadətgahında namaz qılmaq üçün ayaq üstə durduqu zaman, mələklər ona belə xitab etdilər: "Allah səni, Yəhya adlı bir oğlan övladının dünyaya gəlməsi ilə müjdələyir. Onun vəsflərindən biri, Allah tə­rəfindən olan Kəlməni təs­diq etməkdir. Bu kəlmə, Məryəm oğlu İsadır. Çünki o, Allahdan olan kəlməi ilə, xüsusi bir yaradılışla xəlq edilmişdir. Bu oğlan, elmdə və ibadətdə öz qöv­mü­nün ağası olacaq, nəfsini şəhvətlərdən və qadınlara yaxınlıq etməkdən qoruyacaq, yalnız Rəbbinə ibadət etməklə məşğul olacaq, üstəlik, əməli­saleh peyğəm­bərlərdən biri olacaqdır".

Aal-i-Imraan 3:39Listen in Qur'an →
40

قَالَ رَبِّ أَنَّىٰ يَكُونُ لِى غُلَٰمٌۭ وَقَدْ بَلَغَنِىَ ٱلْكِبَرُ وَٱمْرَأَتِى عَاقِرٌۭ ۖ قَالَ كَذَٰلِكَ ٱللَّهُ يَفْعَلُ مَا يَشَآءُ

(Zəkəriyya:) “Ey Rəbbim, üzərimə qocalıq çökdüyü və zövcəm qısır (doğmayan) olduğu halda, mənim necə oğlum ola bilər? “– söylədi. (Allah isə:) “(Bəli) dediyin kimidir, (lakin) Allah nə istəsə, onu da edər”, - deyə buyurdu.

Mələklər Zəkəriyyanı Yəhyənin dünyaya gəlməsi ilə müjdəlikdə O dedi: "Ey Rəbbim! Qo­ca­lıq mə­ni haqladığı vaxt, zöv­cəm də, uşaq doğmayan sonsuz ikən mənim ne­cə oğ­lum ola bilər?" Allah onun bu sözünə cavab olaraq belə buyurdu: "Sənin qocalıq və zövcənin də isə sonsuz olduğu bir vaxtda Yəhyanı yaratmaqın misalı, Allahın adətdənxaric istədiyi qulu yaratmasının misal kimidir. Çünki Allah hər şeyə qadirdir və O, Öz hikməti və elmi ilə istədiyini edir".

Aal-i-Imraan 3:40Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.