Muslim99Muslim99
← Tafsir library

3. Aal-i-Imraan

The Family of Imraan · Medinan · 200 ayahs

سُورَةُ آلِ عِمۡرَانَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 21–30 of 200

21

إِنَّ ٱلَّذِينَ يَكْفُرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَيَقْتُلُونَ ٱلنَّبِيِّۦنَ بِغَيْرِ حَقٍّۢ وَيَقْتُلُونَ ٱلَّذِينَ يَأْمُرُونَ بِٱلْقِسْطِ مِنَ ٱلنَّاسِ فَبَشِّرْهُم بِعَذَابٍ أَلِيمٍ

(Ya Rəsulum!) Allahın hökmlərini inkar edənlərə, peyğəmbərləri haqsız yerə öldürənlərə, insanları ədalətə çağıranların canına qəsd edənlərə şiddətli əzab veriləcəyini xəbər ver!

Allahın onlara nazil etdiyi dəlillərinə küfr edən­ləri, Onun peyğəmbər­lərinə haq­sız yerə zülm və düşmənçilik edərək öl­dürənləri və ədalətə çağıran, yaxşılığı əmr edib, pislikdən çəkindirən in­sanları qətlə yetirən bu qatilı kafirləri ağrılı-acılı bir əzabla müjdələ!

Aal-i-Imraan 3:21Listen in Qur'an →
22

أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ حَبِطَتْ أَعْمَٰلُهُمْ فِى ٱلدُّنْيَا وَٱلْءَاخِرَةِ وَمَا لَهُم مِّن نَّٰصِرِينَ

O şəxslərin əməlləri dünyada və axirətdə puça çıxacaq və köməkçiləri də olmayacaqdır.

Belə kimsələr Allaha iman etmədikləri üçün əməlləri artıq batil olmuş və etdikləri əməllər onlara nə dün­ya­da da, nədə ki axirətdə fayda verməz və Onları Allahın əzabından qoruyan yardımçıları da olmaz.

Aal-i-Imraan 3:22Listen in Qur'an →
23

أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ أُوتُوا۟ نَصِيبًۭا مِّنَ ٱلْكِتَٰبِ يُدْعَوْنَ إِلَىٰ كِتَٰبِ ٱللَّهِ لِيَحْكُمَ بَيْنَهُمْ ثُمَّ يَتَوَلَّىٰ فَرِيقٌۭ مِّنْهُمْ وَهُم مُّعْرِضُونَ

Kitabdan (Tövratdan) özlərinə bir pay (qismət) verilmiş kimsələri görmürsənmi? Onlar öz aralarında hökm vermək üçün Allahın kitabına (istinad etməyə) də’vət olunurlar. Sonra onların bir qismi (Tövratın hökmlərindən) üz döndərir. Onlar (həmişə) dönüklük edəndirlər (haqdan üz çevirəndirlər).

Ey Peyğəmbər! Məğər Allahın, Tövratdan özlərinə sənin peyğəmbər olduğuna dəlalət edən elmdən pay verilmiş yəhudilərin halını görmədinmi? On­­lar, aralarında ixtilafda olduqları şeylər barədə hökm verməsi üçün Allahın Kitabı - Tövrata qayıtmağa də­vət olu­nur­lar. Sonra Tövratın hökmləri nəfslərinin istəklərinə müvafiq olmadıqda, onların alimlərindən və başçılarından bir dəs­tə onun hökmündən üz çe­vi­rib geri dönür. Özlərinin Tövrata tabe olduqlarını idda etdikləri üçün - lakin onlar Tövranın hökümlərini qəbul etməyə insanlar içərsində ən həris insan olmalı idilər.

Aal-i-Imraan 3:23Listen in Qur'an →
24

ذَٰلِكَ بِأَنَّهُمْ قَالُوا۟ لَن تَمَسَّنَا ٱلنَّارُ إِلَّآ أَيَّامًۭا مَّعْدُودَٰتٍۢ ۖ وَغَرَّهُمْ فِى دِينِهِم مَّا كَانُوا۟ يَفْتَرُونَ

Bu (dönüklük) onların: “Cəhənnəm odu bizə bir neçə gündən artıq toxunmaz!” –dediklərinə görədir. Onların öz dinləri barəsində düzəltdikləri uydurmalar (iftiralar) aldadıb yoldan çıxartmışdır.

Bu haqqdan üz çevirib geriyə dönmələri, onların: "Qiyamət günü od onlara an­caq bir neçə gün toxunar, bundan sonra isə cənnətə daxil olacaqlar!"– iddalarına görə­dir. Onların yalan və batildən uy­dur­duqları bu zənni, onları al­da­dıb yoldan çıxartmış, Allah və Onun dini barədə yalan deməyə cürətli etdirmişdir.

Aal-i-Imraan 3:24Listen in Qur'an →
25

فَكَيْفَ إِذَا جَمَعْنَٰهُمْ لِيَوْمٍۢ لَّا رَيْبَ فِيهِ وَوُفِّيَتْ كُلُّ نَفْسٍۢ مَّا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ

Elə isə (vaqe olacağına) şübhə edilməyən bir gündə (qiyamət günündə) onları (bir yerə) topladığımız zaman (onların) halı necə olacaq? (O gün) hər kəsə qazandığının (tutduğu əməllərin) əvəzi ödəniləcək və onlara heç bir haqsızlıq edilməyəcəkdir.

Onların halı və peşmançılıqı necə olacaq?! Baş verəcəyinə şübhə edil­məyən bir gündə - Qiyamət günündə, onları haqq-hesab üçün top­la­dığı­mız zaman onların halı çox pis olacaqdır. Məhz o gün, hər kə­sə qazandı­ğı­nın əvəzi, yaxşı əməllərin savabını azaldıb, yaxud günahlarını çoxaldıb zülm edilmədən layiqincə ödəniləcəkdir.

Aal-i-Imraan 3:25Listen in Qur'an →
26

قُلِ ٱللَّهُمَّ مَٰلِكَ ٱلْمُلْكِ تُؤْتِى ٱلْمُلْكَ مَن تَشَآءُ وَتَنزِعُ ٱلْمُلْكَ مِمَّن تَشَآءُ وَتُعِزُّ مَن تَشَآءُ وَتُذِلُّ مَن تَشَآءُ ۖ بِيَدِكَ ٱلْخَيْرُ ۖ إِنَّكَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ

(Ya Rəsulum!) De: “Ey mülkün sahibi olan Allah! Sən mülkü istədiyin şəxsə verər, istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan. Xeyir yalnız Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən!

Ey Peyğəmbər! Rəbbinə tərif edib Onu öyərək de: "Ey Allahım Sən, dünyada və axirətdə bütün mülkün sahibisən! Sən mülkü qullarından istədiyin kəsə ve­rir, istə­diyindən də, onu geri alırsan, onlardan istədiyin kim­səni ucaldır, istədiyini də, al­çaldırsan. Bunların hamısı Sənin hikmətin və ədalətlədir. Bütün xeyirlər tək Sənin əlindədir və hə­qi­qə­tən, Sən hər şeyə qadirsən".

Aal-i-Imraan 3:26Listen in Qur'an →
27

تُولِجُ ٱلَّيْلَ فِى ٱلنَّهَارِ وَتُولِجُ ٱلنَّهَارَ فِى ٱلَّيْلِ ۖ وَتُخْرِجُ ٱلْحَىَّ مِنَ ٱلْمَيِّتِ وَتُخْرِجُ ٱلْمَيِّتَ مِنَ ٱلْحَىِّ ۖ وَتَرْزُقُ مَن تَشَآءُ بِغَيْرِ حِسَابٍۢ

Gecəni gündüzə, gündüzü isə gecəyə qatarsan. Ölüdən diri, diridən isə ölü çıxararsan. İstədiyin şəxsə saysız-hesabsız ruzi verərsən”.

Gecəni gündüzə qatıb, gündüz vaxtını uzanması, gündüzüdə gecəyə qatıb, gecə vaxtının uzanmasıda Sənin qüdrətinin görünən bir hissəsidir. Sən, kafiridən mömin və toxumdan əkin çıxması kimi ölü­­dən diri, mömindən kafir, toyuqdan da yumurta çıxması kimi di­ri­dən isə ölü çıxarırsan. Sən is­tə­diyin kimsəyə saysız-hesabsız bol-bol ruzi ve­rir­sən.

Aal-i-Imraan 3:27Listen in Qur'an →
28

لَّا يَتَّخِذِ ٱلْمُؤْمِنُونَ ٱلْكَٰفِرِينَ أَوْلِيَآءَ مِن دُونِ ٱلْمُؤْمِنِينَ ۖ وَمَن يَفْعَلْ ذَٰلِكَ فَلَيْسَ مِنَ ٱللَّهِ فِى شَىْءٍ إِلَّآ أَن تَتَّقُوا۟ مِنْهُمْ تُقَىٰةًۭ ۗ وَيُحَذِّرُكُمُ ٱللَّهُ نَفْسَهُۥ ۗ وَإِلَى ٱللَّهِ ٱلْمَصِيرُ

Mö’minlər mö’minləri buraxıb kafirləri dost tutmasınlar! Bunu edən (kafirləri özünə dost tutan) kəs Allahdan heç bir şey gözləməsin (onun Allah dərgahında heç bir qədir-qiyməti olmaz). Ancaq onlardan gələ biləcək bir təhlükədən qorxmanız (çəkinməniz) müstəsnadır. Allah sizi Öz əzabından çəkindirir. Axır dönüş Allaha tərəfdir! (Hamı Allahın hüzuruna qayıdacaqdır!)

Ey Möminlər! Möminləri qo­yub ka­firləri dost tutub, onları sevib və onlara kömək etməyin! Bu­nu edən kəs bilsin ki, artıq o, Allahdan, Allah da ondan uzaqdır. Yalnız siz, kafirlərin hökmü altında olub, onlardan sizə gə­lə biləcək təh­lükədən qorxmağınız istisnadır. Bu zaman onların əziyyətindən özünüzü müdafə etmək üçün qəlbinizdə onlara qarşı düşmənçilyi gizlətdiyiniz halda, onlarla sözdə və əməlkdə mülayim rəftar etmənizdə günah yoxdur. Allah si­zi Özün­dən çə­kin­dirir, Ondan qorxun. Günahlar etməklə özünüzü Onun qəzəbinə məruz qoymayın. İnsanların etdikləri əməllərin müqabilini vermək üçün qiyamət günü onların dönüşü ancaq tək Allaha­dır.

Aal-i-Imraan 3:28Listen in Qur'an →
29

قُلْ إِن تُخْفُوا۟ مَا فِى صُدُورِكُمْ أَوْ تُبْدُوهُ يَعْلَمْهُ ٱللَّهُ ۗ وَيَعْلَمُ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ

(Ya Rəsulum!) De: “Ürəklərinizdəkini gizli də saxlasanız, aşkara da çıxartsanız (fərqi yoxdur), Allah onu bilir. Çünki O, göylərdə və yerdə nə varsa (hamısını) bilir. Allah hər şeyə qadirdir!

Ey Peyğəmbər! De: "Kafirləri dost tutmaq kimi Allahın sizə qadağan etdiyi şeyləri qəlbinizdə gizlətsəniz də, üzə çıxarsanız da, Allah onu bilir və bundan Ona heç nə gizli qalmaz. O, göylərdə və yerdə olanları da bilir. Allah hər şeyə qadirdir və Onu heç bir şey aciz edə bilməz".

Aal-i-Imraan 3:29Listen in Qur'an →
30

يَوْمَ تَجِدُ كُلُّ نَفْسٍۢ مَّا عَمِلَتْ مِنْ خَيْرٍۢ مُّحْضَرًۭا وَمَا عَمِلَتْ مِن سُوٓءٍۢ تَوَدُّ لَوْ أَنَّ بَيْنَهَا وَبَيْنَهُۥٓ أَمَدًۢا بَعِيدًۭا ۗ وَيُحَذِّرُكُمُ ٱللَّهُ نَفْسَهُۥ ۗ وَٱللَّهُ رَءُوفٌۢ بِٱلْعِبَادِ

O gün (qiyamət günü) hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək və günahları ilə özü arasında çox uzaq məsafə olmasını arzulayacaqdır. Allah sizi Öz əzabından çəkindirir, çünki Allah bəndələrə (Öz bəndələrinə) mərhəmətlidir!”

Qiyamət günü hər kəs etdiyi yaxşı əməllərini naqis olmadan öz qarşı­sına gətiriləcəyini görə­cək və pis əməllər edən kimsə isə onunla əməl­lə­rinin arasında çox bö­yük mə­safə ol­ma­sını arzulaya­caq­dır. Lakin bu arzunun ona nə faydası! Allah sizi Özündən çə­kin­dirir. Günahlar etməklə özünüzü Onun qəzəbinə məruz qoymayın. Allah qulla­rına qarşı çox şəfqət­­lidir. Elə buna görə də Allah onları, Öz əzabından çəkindirir və qorxudur.

Aal-i-Imraan 3:30Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.