ٱلَّذِينَ يَذْكُرُونَ ٱللَّهَ قِيَٰمًۭا وَقُعُودًۭا وَعَلَىٰ جُنُوبِهِمْ وَيَتَفَكَّرُونَ فِى خَلْقِ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ رَبَّنَا مَا خَلَقْتَ هَٰذَا بَٰطِلًۭا سُبْحَٰنَكَ فَقِنَا عَذَابَ ٱلنَّارِ
O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!
O kəslər ki, Allahı hər bir halda - ayaq üstə olduqda da, oturaq halda da, uzanmış halda da yad edər, göylərin və yerin yaradılışı barədə düşünər və deyərlər: "Ey Rəbbimiz! Sən bu əzəmətli kainatı əbəs yerə yaratmamısan. Sən bunları əbəs yerə yaratmamısan. Sən pak və müqəddəssən. Bizi xeyirli işlərə müvəffəq edib, pis işlərdən çəkindirərək cəhənnəm odundan qoru!