Muslim99Muslim99
← Tafsir library

3. Aal-i-Imraan

The Family of Imraan · Medinan · 200 ayahs

سُورَةُ آلِ عِمۡرَانَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 1–10 of 200

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

1

الٓمٓ

Əlif, Lam, Mim!

{Əlif, Ləm, Mim!} Bu heca hərflərinin oxşarı, Bəqərə surəsinin əvvəlində keçmişdir. Uca Allah Qurani-Kərimdə bəzi surələrini əvvəl ayələrini, ərəblərin danışdığı həriflər ilə başlaması, ərəblərin Qurana oxşar bir ayə gətirmələrinin acizliyinə işarədir.

Aal-i-Imraan 3:1Listen in Qur'an →
2

ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلْحَىُّ ٱلْقَيُّومُ

Allahdan başqa heç bir tanrı yoxdur. Əzəli, əbədi varlıq Odur.

Allahdan başqa ibadətə layiq olan heç bir ilah yoxdur, O, Diridir. Ölüm və naqislik olmayan kamil həyata sahibdir. O, Özünü idarə edən, heç bir məxluqata ehtiyacı olmayan əksinə bütün məxluqat, hər bir işində Ona möhtac olan Qəyyumudur.

Aal-i-Imraan 3:2Listen in Qur'an →
3

نَزَّلَ عَلَيْكَ ٱلْكِتَٰبَ بِٱلْحَقِّ مُصَدِّقًۭا لِّمَا بَيْنَ يَدَيْهِ وَأَنزَلَ ٱلتَّوْرَىٰةَ وَٱلْإِنجِيلَ

Sənə özündən əvvəlkiləri (səmavi kitabları) təsdiq edən Kitabı (Qur’anı) haqq olaraq O nazil etdi. Tövratı da, İncili də O endirdi.

Ey Peyğəmbər! Allah Quranı sənə, xəbərlərində sadiq hökmlərində ədalətli, özündən əvvəlki ilahi kitablara müvafiq və aralarında heç bir ziddiyat olmadan nazil etdi. O, Quranı sənə nazil etməzdən öncə Tövratı Musaya, İncili isə İsaya - aleyhiməssəlam - nazil etdi. Bu ilahi kitabların hamısı, insanların dini və dünyavi işlərində onları xeyirə yönəldən, hidayət və doğru yoldur. Allah, həmçinin, haqqı batildən və doğru yolu zəlalətdən ayırd edən furqanı nazil etdi. Allahın sənə nazil etdiyi ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah yenilməz qüvvət sahibidir, heç kimsə Onu məğlub edə bilməz. Allah Onun elçilərini yalan sayıb və onların əmrlərinə müxalif olan kimsələrdən də intiqam almağa qadirdir.

Aal-i-Imraan 3:3Listen in Qur'an →
4

مِن قَبْلُ هُدًۭى لِّلنَّاسِ وَأَنزَلَ ٱلْفُرْقَانَ ۗ إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ بِـَٔايَٰتِ ٱللَّهِ لَهُمْ عَذَابٌۭ شَدِيدٌۭ ۗ وَٱللَّهُ عَزِيزٌۭ ذُو ٱنتِقَامٍ

Daha öncə insanları hidayət etmək üçün. Furqanı da O nazil etdi. Allahın ayələrini inkar edənlər şiddətli əzaba düçar olacaqlar. Allah yenilməz qüvvət, intiqam sahibidir!

Ey Peyğəmbər! Allah Quranı sənə, xəbərlərində sadiq hökmlərində ədalətli, özündən əvvəlki ilahi kitablara müvafiq və aralarında heç bir ziddiyat olmadan nazil etdi. O, Quranı sənə nazil etməzdən öncə Tövratı Musaya, İncili isə İsaya - aleyhiməssəlam - nazil etdi. Bu ilahi kitabların hamısı, insanların dini və dünyavi işlərində onları xeyirə yönəldən, hidayət və doğru yoldur. Allah, həmçinin, haqqı batildən və doğru yolu zəlalətdən ayırd edən furqanı nazil etdi. Allahın sənə nazil etdiyi ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah yenilməz qüvvət sahibidir, heç kimsə Onu məğlub edə bilməz. Allah Onun elçilərini yalan sayıb və onların əmrlərinə müxalif olan kimsələrdən də intiqam almağa qadirdir.

Aal-i-Imraan 3:4Listen in Qur'an →
5

إِنَّ ٱللَّهَ لَا يَخْفَىٰ عَلَيْهِ شَىْءٌۭ فِى ٱلْأَرْضِ وَلَا فِى ٱلسَّمَآءِ

Yerdə və göylərdə heç bir şey Allahdan gizli qalmaz.

Sözsüz ki, nə yerdə, nə də göy­də, heç bir şey Allahdan gizli qal­maz. Artıq Allahın elmi bütün əşyaların zahirini və batinini əhatə etmişdir.

Aal-i-Imraan 3:5Listen in Qur'an →
6

هُوَ ٱلَّذِى يُصَوِّرُكُمْ فِى ٱلْأَرْحَامِ كَيْفَ يَشَآءُ ۚ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ

Bətnlərdə (anaların bətnində) sizə istədiyi surəti verən Odur! O qüdrət, hikmət sahibindən başqa heç bir tanrı yoxdur!

Analarınzın bətnində sizi istədiyi kimi oğlan yaxud qız, gözəl yaxud eybəcər, ağ yaxud da qara müxtəlif su­rətlərdə yaradan Odur! Ondan başqa haqq mə­bud yox­dur, O qüd­rət­lidir, heç vaxt məğlub olunmaz və xəlq etməyində, işlərində və şəriətində hikmətlidir.

Aal-i-Imraan 3:6Listen in Qur'an →
7

هُوَ ٱلَّذِىٓ أَنزَلَ عَلَيْكَ ٱلْكِتَٰبَ مِنْهُ ءَايَٰتٌۭ مُّحْكَمَٰتٌ هُنَّ أُمُّ ٱلْكِتَٰبِ وَأُخَرُ مُتَشَٰبِهَٰتٌۭ ۖ فَأَمَّا ٱلَّذِينَ فِى قُلُوبِهِمْ زَيْغٌۭ فَيَتَّبِعُونَ مَا تَشَٰبَهَ مِنْهُ ٱبْتِغَآءَ ٱلْفِتْنَةِ وَٱبْتِغَآءَ تَأْوِيلِهِۦ ۗ وَمَا يَعْلَمُ تَأْوِيلَهُۥٓ إِلَّا ٱللَّهُ ۗ وَٱلرَّٰسِخُونَ فِى ٱلْعِلْمِ يَقُولُونَ ءَامَنَّا بِهِۦ كُلٌّۭ مِّنْ عِندِ رَبِّنَا ۗ وَمَا يَذَّكَّرُ إِلَّآ أُو۟لُوا۟ ٱلْأَلْبَٰبِ

(Ya Rəsulum!) Sənə Kitabı (Qur’anı) nazil edən Odur. Onun (Kitabın) bir hissəsi (Qur’anın əslini, əsasını təşkil edən) möhkəm (mə’nası aydın, hökmü bəlli), digər qismi isə mütəşabih (çətin anlaşılan, dəqiq mə’nası bilinməyən, məğzi bəlli olmayan) ayələrdir. Ürəklərində əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi mə’na vermək məqsədilə mütəşabih ayələrə uyarlar (tabe olarlar). Halbuki onların yozumunu (həqiqi mə’nasını) Allahdan (yaxud Allahdan və elmdə qüvvətli olanlardan) başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: “Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır”, - deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər.

Ey Peyğəmbər! Quranı sənə nazil edən Odur. Onun bir qisimi, mənası açıq-aydın bilinən və heç bir anlaşılmamazlıq olmayan ayələrdir ki, bunlar da, Ki­ta­bın əsası və əksər qisimidir. Bu ayələr, ixtilaf edildikdə qayıdış yeridir. Onun digər bir qisimi isə, bir və daha çox mənalara ehtimal edilən və mənası insanların çoxuna aydın olmayan, çətin anlaşılan ayə­lərdir. Amma qəlb­lə­rində əyrilik olanlar şübhə salımaq, insanları azdırmaq və həmçinin belə ayələri is­tə­dikləri kimi öz batil məzhəblərinə uyğun yoz­maq məq­sə­d ilə, muhkəm ayələri tərk edib, bir neçə mənalara yozulması mümkün olan mutəşabih ayələrin ardınca ge­dərlər. Halbuki bu ayələrin həqiqi mənalarını və yozu­munu Allahdan başqa heç kəs bil­məz. Dərin biliyə malik olub elmdə qüvvətli olan­lar isə deyərlər: "Biz Quranın hamısına iman gətir­dik, çünki onun hamısı Rəb­bi­miz tərəfindən­dir". Belə kimsələr mutəşabih ayələri muhkəm ayələrlə təfsir edirlər. Bunlardan yalnız sağlam ağıl sa­hib­ləri öyüd-nəsihət və ibrət alar.

Aal-i-Imraan 3:7Listen in Qur'an →
8

رَبَّنَا لَا تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَهَبْ لَنَا مِن لَّدُنكَ رَحْمَةً ۚ إِنَّكَ أَنتَ ٱلْوَهَّابُ

Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə şəkk-şübhə (azğınlıq, əyrilik) salma! Bizə Öz tərəfindən bir mərhəmət bəxş et, çünki Sən, həqiqətən, (bəndələrinə mərhəmət, ne’mət) bəxş edənsən!

Dərin biliyə malik olan kimsələr belə deyirlər: "Ey Rəbbimiz! Bizi hida­yət yoluna yönəltdikdən sonra qəl­bi­mi­zi haqdan sapdırma, bizi haqdan sapıb, azan kimsələrdən olmaqdan salamat et. Bizə Öz tə­rə­fin­dən qəlblərimizi hidayətə yönəldən geniş bir mərhəmət bəxş et və onunla bizi zəlalətdən qoru. Ey Rəbbimiz! Hə­qi­qə­tən, Sən bol-bol nemətlər bəxş edənsən!"

Aal-i-Imraan 3:8Listen in Qur'an →
9

رَبَّنَآ إِنَّكَ جَامِعُ ٱلنَّاسِ لِيَوْمٍۢ لَّا رَيْبَ فِيهِ ۚ إِنَّ ٱللَّهَ لَا يُخْلِفُ ٱلْمِيعَادَ

Ey Rəbbimiz! Olacağına şübhə edilməyən bir gündə (qiyamətdə) bütün insanları (bir yerə) toplayan Sənsən. Allah Öz və’dəsindən əsla dönməz!

Ey Rəbbimiz! Həqiqətən, Sən, ger­­çəklə­şəcəyinə şübhə edil­mə­yən bir gündə, in­sanları hesaba çəkmək üçün onları bir yerə cəm edəcəksən. O gün mütləq gələcəkdir bu barədə şəkk-şübhə ola bilməz. Ey Rəbbimiz! Həqiqə­tən, Sən, və­dinə əsla xilaf çıxmazsan!

Aal-i-Imraan 3:9Listen in Qur'an →
10

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ لَن تُغْنِىَ عَنْهُمْ أَمْوَٰلُهُمْ وَلَآ أَوْلَٰدُهُم مِّنَ ٱللَّهِ شَيْـًۭٔا ۖ وَأُو۟لَٰٓئِكَ هُمْ وَقُودُ ٱلنَّارِ

Haqqı inkar edənlərin nə malları, nə də övladları onları Allah yanında (axirətdə) heç bir şeydən qurtara bilməz. Əlbəttə, onlar cəhənnəm odunun yanacağıdırlar!

Allaha və Onun rəsuluna küfr edənlərin nə mal­-dövləti, nə də oğul-uşaqları onları dünyada və axirətdə Alla­hın əzabından xilas edə bilməz. Belə kimsələr, Qiyamət günü Cəhənnəm onlar ilə alovlandırılan, cə­hən­nəm odunlarıdır.

Aal-i-Imraan 3:10Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.