Muslim99Muslim99
← Tafsir library

3. Aal-i-Imraan

The Family of Imraan · Medinan · 200 ayahs

سُورَةُ آلِ عِمۡرَانَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 191–200 of 200

191

ٱلَّذِينَ يَذْكُرُونَ ٱللَّهَ قِيَٰمًۭا وَقُعُودًۭا وَعَلَىٰ جُنُوبِهِمْ وَيَتَفَكَّرُونَ فِى خَلْقِ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ رَبَّنَا مَا خَلَقْتَ هَٰذَا بَٰطِلًۭا سُبْحَٰنَكَ فَقِنَا عَذَابَ ٱلنَّارِ

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!

O kəslər ki, Allahı hər bir halda - ayaq üstə olduqda da, oturaq halda da, uza­nmış halda da yad edər, göy­lərin və yerin yaradılışı barədə düşü­nər­ və deyərlər: "Ey Rəbbi­miz! Sən bu əzəmətli kainatı əbəs ye­rə yaratmamı­san. Sən bunları əbəs yerə yaratmamısan. Sən pak və müqəd­dəssən. Bizi xeyirli işlərə müvəffəq edib, pis işlərdən çəkindirərək cəhənnəm odundan qo­ru!

Aal-i-Imraan 3:191Listen in Qur'an →
192

رَبَّنَآ إِنَّكَ مَن تُدْخِلِ ٱلنَّارَ فَقَدْ أَخْزَيْتَهُۥ ۖ وَمَا لِلظَّٰلِمِينَ مِنْ أَنصَارٍۢ

Ey Rəbbimiz! Sən cəhənnəm oduna atdığın şəxsi, əlbəttə, rüsvay edərsən və zalımlara kömək edən olmaz!

Ey Rəbbimiz! Həqiqətən Sən qullarından Oda sal­dığın kəsi, əlbəttə, alçatmış və rəzil etmiş olarsan. Qiyamət günü za­lım­ların onları Allahın əzabından və cəzasından müdafiə edən heç bir kö­məkçisi olmaz.

Aal-i-Imraan 3:192Listen in Qur'an →
193

رَّبَّنَآ إِنَّنَا سَمِعْنَا مُنَادِيًۭا يُنَادِى لِلْإِيمَٰنِ أَنْ ءَامِنُوا۟ بِرَبِّكُمْ فَـَٔامَنَّا ۚ رَبَّنَا فَٱغْفِرْ لَنَا ذُنُوبَنَا وَكَفِّرْ عَنَّا سَيِّـَٔاتِنَا وَتَوَفَّنَا مَعَ ٱلْأَبْرَارِ

Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə inanın!” – deyə imana tərəf çağıran bir kimsənin çağırışını eşidib Sənə iman gətirdik. Ey Rəbbimiz! İndi günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç (böyük günahlarımızı bağışla, kiçik günahlarımızın üstünü ört) və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al!

Ey Rəbbimiz! Həqiqə­tən, biz: "Tək İlah olan Rəbbiniz Allaha iman gətirin"– deyə imana çağıran rəsulun Muhəmmədin - sallallahu aleyhi və səlləm - çağırışını eşidib ona iman gətirib, dininə tabe olduq. Belə iə günah­ları­mızın üstünü ört, bizi rüsvay etmə, bi­zi bağışla, bizə əzab vermə və canımızı, xeyirli işlərə müvəffəq edib, pis işlərdən çəkindirərək yaxşılarla bir yer­də al!

Aal-i-Imraan 3:193Listen in Qur'an →
194

رَبَّنَا وَءَاتِنَا مَا وَعَدتَّنَا عَلَىٰ رُسُلِكَ وَلَا تُخْزِنَا يَوْمَ ٱلْقِيَٰمَةِ ۗ إِنَّكَ لَا تُخْلِفُ ٱلْمِيعَادَ

Ey Rəbbimiz! Öz peyğəmbərlərin vasitəsilə bizə və’d etdiklərini ver və qiyamət günündə bizi rüsvay etmə! Əlbəttə, Sən Öz və’dinə xilaf çıxmazsan!”

Ey Rəbbimiz! Öz elçi­lə­rinin dili ilə: doğru yol və dünyada yardım etmək və s. bu kimi vəd etdiklərini bizə əta et və Qi­yamət günü bizi Cəhənnəmə daxil edərək rəzil etmə! Ey Rəbbimiz! Şübhəsiz ki, Sən səxavətlisən, vədindən dönməzsən!"

Aal-i-Imraan 3:194Listen in Qur'an →
195

فَٱسْتَجَابَ لَهُمْ رَبُّهُمْ أَنِّى لَآ أُضِيعُ عَمَلَ عَٰمِلٍۢ مِّنكُم مِّن ذَكَرٍ أَوْ أُنثَىٰ ۖ بَعْضُكُم مِّنۢ بَعْضٍۢ ۖ فَٱلَّذِينَ هَاجَرُوا۟ وَأُخْرِجُوا۟ مِن دِيَٰرِهِمْ وَأُوذُوا۟ فِى سَبِيلِى وَقَٰتَلُوا۟ وَقُتِلُوا۟ لَأُكَفِّرَنَّ عَنْهُمْ سَيِّـَٔاتِهِمْ وَلَأُدْخِلَنَّهُمْ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ ثَوَابًۭا مِّنْ عِندِ ٱللَّهِ ۗ وَٱللَّهُ عِندَهُۥ حُسْنُ ٱلثَّوَابِ

Rəbbi də onların dualarını qəbul edərək cavab verdi: “İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz (hamınız) bir-birinizdənsiniz (dində kişi, qadın eynidir). Hicrət edənlərin (Məkkədən Mədinəyə öz dinini qorumaq məqsədilə köçənlərin), öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin günahlarının üstünü Allahdan bir mükafat olaraq, əlbəttə, örtəcək və onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah yanındadır!”

Rəbbi də onların dualarını qəbul edib cavab verdi: "Mən, sizlərdən yaxşı iş­lər gö­rən istər kişi, istərsə də qa­dın olsun, heç bir kə­­sin əməlini az və ya çox olmasından aslı olmayaraq puç etmə­rəm. Siz hamınız dində eyni hökmdəsiniz. Kişinin savabı artırılmaz, qadının savabı isə azaldılmaz. Allah yolunda hicrət edənlə­rin, kafirlər tərəfindən öz yurd­la­rından çıxarılan­ların, Rəbbinə itaət etdiyinə görə əziy­yə­tə düçar olan­ların, Allah yolunda vu­ruşan­la­rın və Allahın - lə ilahə illəlllah - kəliməsi uca olması uğrunda öldü­rü­lən­lərin, Qiyamət günü əlbəttə, günahlarını bağışlayıb, təq­sir­lə­rindən ke­çəcək və on­la­rı ağacları və qəsirləri al­tın­dan çaylar axan Cən­nətlərə daxil edə­­cə­yəm. Bu, Allah tərəfin­dən bir mü­kafat­dır. Misli olmayan gözəl mü­kafat məhz Allah yanın­dadır".

Aal-i-Imraan 3:195Listen in Qur'an →
196

لَا يَغُرَّنَّكَ تَقَلُّبُ ٱلَّذِينَ كَفَرُوا۟ فِى ٱلْبِلَٰدِ

(Ya Rəsulum!) küfr edənlərin diyar-diyar gəzib dolaşması (ticarətdən, əkinçilikdən mənfəət əldə edərək xoş güzəran keçirməsi) səni aldatmasın!

Ey Peyğımbər! Kafirlərin əməllərinə kədərlənərək, onların diyarbə­di­yar gə­zib dolaşması, o yerlərdə istədiklərini etməsi, geniş şəkildə ticarətlə məşğul oması və bol ruzi qazanması səni al­dat­ma­sın!

Aal-i-Imraan 3:196Listen in Qur'an →
197

مَتَٰعٌۭ قَلِيلٌۭ ثُمَّ مَأْوَىٰهُمْ جَهَنَّمُ ۚ وَبِئْسَ ٱلْمِهَادُ

Bu, (axirət ne’mətləri ilə müqayisədə) azacıq bir mənfəətdir. Sonra isə onların məskəni Cəhənnəmdir. Ora necə də pis yataqdır!

Bu dünya, daimi olmayan, müvəqqəti az bir mənfəətdir. Qiyamət günü isə onların gedəcəkləri yer Cəhən­nəm­dir. Od onlar üçün nə pis ya­taqdır!

Aal-i-Imraan 3:197Listen in Qur'an →
198

لَٰكِنِ ٱلَّذِينَ ٱتَّقَوْا۟ رَبَّهُمْ لَهُمْ جَنَّٰتٌۭ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَا نُزُلًۭا مِّنْ عِندِ ٱللَّهِ ۗ وَمَا عِندَ ٱللَّهِ خَيْرٌۭ لِّلْأَبْرَارِ

Lakin öz Rəbbindən qorxanları (ağacları) altından çaylar axan cənnətlər gözləyir ki, onlar orada Allah qonağı kimi həmişəlik qalacaqlar. Allah yanında olan ne’mətlər yaxşı əməl sahibləri üçün daha xeyirlidir.

Lakin öz Rəbbindən qorxub Onun əmrlərini yerinə yetirib qadağanlarından çəkinən­lər üçün, qəsirləri altından çay­lar axan, onlar orada əbədi qalacaq­ları Cən­nətlər vardır. Bu, Uca Allah yanından onlar üçün hazırlanmız bir mükafatdır. Alla­h saleh qulları üçün hazırladığı nemət­­lər, kafirlərin dünya naz-nemətləri içərisində xoş güzəran keçirdiklərindən daha xeyir­lidir və daha qiymətlidir.

Aal-i-Imraan 3:198Listen in Qur'an →
199

وَإِنَّ مِنْ أَهْلِ ٱلْكِتَٰبِ لَمَن يُؤْمِنُ بِٱللَّهِ وَمَآ أُنزِلَ إِلَيْكُمْ وَمَآ أُنزِلَ إِلَيْهِمْ خَٰشِعِينَ لِلَّهِ لَا يَشْتَرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ ثَمَنًۭا قَلِيلًا ۗ أُو۟لَٰٓئِكَ لَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ ۗ إِنَّ ٱللَّهَ سَرِيعُ ٱلْحِسَابِ

Həqiqətən, kitab əhli içərisində elələri də vardır ki, onlar Allaha, həm sizə, həm də özlərinə nazil olanlara (Qur’ana, Tövrata və İncilə) inanır, Allaha boyun əyərək Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəndir.

Kitab əhlinin hamısı eyni deyillər. Həqiqətən onlardan elə bir cammat da var ki, onlar Allaha, həm sizə nazil edilən haqqa və doğru yola, həm də öz kitablarında nazil edi­lənlərə inanır, Allahın elçiləri arasında heç bir fərq qoymadan, Allahın cənnətini istəyərək, Ona müti ola­raq iman gəti­rər, Alla­hın ayə­­lə­rini ucuz dünya mənfəətinə dəyişməzlər. Məhz bu sifətlərə sahib olan kimsələr üçün öz Rəb­bi yanında böyük mükafatları var­dır. Şüb­həsiz ki, Allah əməlləri tez haqq-he­sab çəkən və əməllərin mükafatınıda tez bir zamanda verəndir.

Aal-i-Imraan 3:199Listen in Qur'an →
200

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱصْبِرُوا۟ وَصَابِرُوا۟ وَرَابِطُوا۟ وَٱتَّقُوا۟ ٱللَّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ

Ey iman gətirənlər! (Dində vacib olan hökmləri yerinə yetirməyin zəhmətinə, düçar olduğunuz bəlalara) səbr edin, (Allahın düşmənlərinə qələbə çalmaq uğrundakı müharibə və döyüşlərdə sizə üz verən müsibət və çətinliklərə) dözün, (sərhəd boyu növbədə durub cihada) hazır olun və Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!

Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Şəri öhdəliklərə və dünyada məruz qaldığınız müsibətlərə səbir edin, səbir etməkdə kafirlərdən daha da üstün olun, onlar sizdən səbirli olmasınlar. Allah yolunda cihadda dözümlü olun. Allahın əmrlərini yerinə yetirib qadağanlarından çəkinməklə Ondan qorxun ki, bəlkə Cəhənnəmdən nicat tapıb, Cənnətə daxil olmaqla istəyinizə nail olasınız!

Aal-i-Imraan 3:200Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.