Muslim99Muslim99
← Tafsir library

3. Aal-i-Imraan

The Family of Imraan · Medinan · 200 ayahs

سُورَةُ آلِ عِمۡرَانَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 181–190 of 200

181

لَّقَدْ سَمِعَ ٱللَّهُ قَوْلَ ٱلَّذِينَ قَالُوٓا۟ إِنَّ ٱللَّهَ فَقِيرٌۭ وَنَحْنُ أَغْنِيَآءُ ۘ سَنَكْتُبُ مَا قَالُوا۟ وَقَتْلَهُمُ ٱلْأَنۢبِيَآءَ بِغَيْرِ حَقٍّۢ وَنَقُولُ ذُوقُوا۟ عَذَابَ ٱلْحَرِيقِ

“Allah kasıbdır, biz isə dövlətliyik!” – deyənlərin sözlərini Allah, əlbəttə, eşitdi. (Ya Rəsulum!) Biz onların dediklərini və peyğəmbərləri haqsız yerə öldürdüklərini (mələklər vasitəsilə əməl dəftərlərinə) yazacaq və (qiyamət günü) onlara: “Dadın atəşin əzabını!” – deyəcəyik.

"Allah kasıbdır, bizdən borc istəyir, biz isə özümüzdə olan var-dövlət ilə varlı­yıq!"– deyən yəhudilərin sözünü Allah, əlbəttə ki, eşitdi. Biz onların Allah barədə dedik­lə­ri yalan və böhtanı və haqsız olaraq pey­ğəmbər­ləri öldürdüklərini ya­za­caq və on­lara: "Da­­dın cəhənnəmdə yandırıb-ya­xan əza­bı!" – deyəcəyik.

Aal-i-Imraan 3:181Listen in Qur'an →
182

ذَٰلِكَ بِمَا قَدَّمَتْ أَيْدِيكُمْ وَأَنَّ ٱللَّهَ لَيْسَ بِظَلَّامٍۢ لِّلْعَبِيدِ

Bu əzab sizin öz əllərinizlə törətdiyiniz əməllərə görədir, yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir!

Ey Yəhudilər! Bu əzab öz əllərinizlə etdi­yi­niz asiliklərə görədir. Yoxsa Allah qullarından heç kimsəyə zülm edən de­yildir.

Aal-i-Imraan 3:182Listen in Qur'an →
183

ٱلَّذِينَ قَالُوٓا۟ إِنَّ ٱللَّهَ عَهِدَ إِلَيْنَآ أَلَّا نُؤْمِنَ لِرَسُولٍ حَتَّىٰ يَأْتِيَنَا بِقُرْبَانٍۢ تَأْكُلُهُ ٱلنَّارُ ۗ قُلْ قَدْ جَآءَكُمْ رُسُلٌۭ مِّن قَبْلِى بِٱلْبَيِّنَٰتِ وَبِٱلَّذِى قُلْتُمْ فَلِمَ قَتَلْتُمُوهُمْ إِن كُنتُمْ صَٰدِقِينَ

“Allah (Tövratda) bizə əmr etmişdir ki, onun yandıracağı (yeyəcəyi) bir qurban gətirməyincə heç bir peyğəmbərə inanmayaq!” – deyənlərə belə cavab ver: “Məndən əvvəl də sizə peyğəmbərlər açıq-aşkar mö’cüzələr və dediklərinizi (dediyiniz qurbanları) gətirmişdilər. Əgər doğru danışırsınızsa, bəs nə üçün onları öldürdünüz?”

Onlar yalandan, böhtan ataraq dedilər: "Doğrusu, Allah nazil etdiyi kitablarında və Peyğəmbərlərinin dili ilə biz­dən əhd almışdı ki, göydən bir od gəlib Allah üçün olan sədəqəni odun yandıracağı sözünü təsdiqləyən gə­tir­məyincə heç bir peyğəmbərə inan­ma­yaq". Onlar bu əhdi Allaha nisbət edərək həm Allah adından həm də peyğəmbərlərin sadiqiliyinə dəlalət edən dedikləri mövcüzələr barədə yalan danışdılar. Elə buna görə də Allah peyğəmbəri Muhəmmədə - sallallahu aleyhi və səlləm - onlara belə deməyi əmr etdi: "Mən­dən əvvəl sizə peyğəmbərlər onların sadiqliyinə dəlalət edən açıq-aydın dəlil­lər­lə və göydən bir od gəlib yandıracağı qurbanı gətirmişdilər. Əgər dediklərinizdə doğru danı­şır­sı­nızsa, onda nə üçün on­ları yalançı sayıb öl­dü­r­dünüz?"

Aal-i-Imraan 3:183Listen in Qur'an →
184

فَإِن كَذَّبُوكَ فَقَدْ كُذِّبَ رُسُلٌۭ مِّن قَبْلِكَ جَآءُو بِٱلْبَيِّنَٰتِ وَٱلزُّبُرِ وَٱلْكِتَٰبِ ٱلْمُنِيرِ

(Ya Rəsulum!) Əgər onlar səni yalançı sayarlarsa (heç də qəmgin olma)! Çünki səndən əvvəl açıq mö’cüzələr, səhifələr və nur saçan kitab gətirmiş peyğəmbərləri də yalançı saymışdılar.

Ey Peyğəmbər! Əgər onlar səni yalançı hesab etsələr, buna görə heç hüzünlü olma, bil ki, bu, kafirlərin adətidir. Çünki onlar səndən əv­vəl açıq-aydın dəlillər, öyüd-nəsihət və şəri əhkamları əhatə edən kitablar­ gətirmiş çoxlu sayda peyğəmbərləri də yalançı hesab etmiş­dilər.

Aal-i-Imraan 3:184Listen in Qur'an →
185

كُلُّ نَفْسٍۢ ذَآئِقَةُ ٱلْمَوْتِ ۗ وَإِنَّمَا تُوَفَّوْنَ أُجُورَكُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ ۖ فَمَن زُحْزِحَ عَنِ ٱلنَّارِ وَأُدْخِلَ ٱلْجَنَّةَ فَقَدْ فَازَ ۗ وَمَا ٱلْحَيَوٰةُ ٱلدُّنْيَآ إِلَّا مَتَٰعُ ٱلْغُرُورِ

Hər bir kəs (canlı) ölümü dadacaqdır. Şübhəsiz ki, mükafatlarınız qiyamət günü tamamilə veriləcəkdir. Oddan (Cəhənnəmdən) uzaqlaşdırılıb, Cənnətə daxil edilən kimsə muradına çatacaqdır. Dünya həyatı isə aldadıcı həzzdən (əyləncədən) başqa bir şey deyildir.

Kimliyindən aslı olmayaraq hər bir canlı ölümü da­da­caq. Buna görə də heç kəs bu dünyaya aldanmasın. Qiyamət günü əməllərinizin mü­kafatı əksildilmədən si­zə tam verilə­cək­dir. Allah kimi oddan uzaq­laşdı­rıb, Cən­nətə daxil edərsə, o, əlbəttə, istədiyi xeyirə nail olar və qorxduğu şərdən nicat tapar. Dünya həyatı isə müvəqqəti ləzzətdən başqa bir şey de­yildir. Bu dünyaya yalnız aldanmış insan bağlanar.

Aal-i-Imraan 3:185Listen in Qur'an →
186

۞ لَتُبْلَوُنَّ فِىٓ أَمْوَٰلِكُمْ وَأَنفُسِكُمْ وَلَتَسْمَعُنَّ مِنَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ مِن قَبْلِكُمْ وَمِنَ ٱلَّذِينَ أَشْرَكُوٓا۟ أَذًۭى كَثِيرًۭا ۚ وَإِن تَصْبِرُوا۟ وَتَتَّقُوا۟ فَإِنَّ ذَٰلِكَ مِنْ عَزْمِ ٱلْأُمُورِ

Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz. Sizdən əvvəl kitab verilmiş kimsələrdən və (Allaha) şərik qoşanlardan bir çox əziyyətli sözlər eşidəcəksiniz. Əgər səbr edib Allahdan qorxsanız, əlbəttə, bu, məqsədə müvafiq (dəyərli) işlərdəndir.

Ey Möminlər! Siz hökmən malınızın vacib haqlarını verməklə, malınızın tələf olması ilə və şəri öhdəlikləri yerinə yetirədikdə canı­nız­la və müxtəlif növ müsibətlərlə sınaqdan keçiriləcək­si­niz. Sizdən əv­vəl kitablar veri­lən­­lərdən və Allaha şərik qoşanlardan sizə və dininizə bir çox əziy­yət­ve­rici və təhqiramiz sözlər eşidə­cək­si­niz. Əgər bu müsibətlərə və sinaqlara səbirlə yanaşıb, Allahın əmrlərini yerinə yetirib, qadağanlarından çəkinərək Allah­­dan qorx­sanız, əlbəttə ki, bu, əzmkarlıq tələb edən əməllər­dəndir. Elə isə qoy yarışanlar bu işdə yarışsınlar.

Aal-i-Imraan 3:186Listen in Qur'an →
187

وَإِذْ أَخَذَ ٱللَّهُ مِيثَٰقَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ لَتُبَيِّنُنَّهُۥ لِلنَّاسِ وَلَا تَكْتُمُونَهُۥ فَنَبَذُوهُ وَرَآءَ ظُهُورِهِمْ وَٱشْتَرَوْا۟ بِهِۦ ثَمَنًۭا قَلِيلًۭا ۖ فَبِئْسَ مَا يَشْتَرُونَ

(Ya Rəsulum!) Allah kitab əhlindən: “Siz onu (kitabda olanları) gizlətməyib, insanlar üçün aydınlaşdırmalısınız!” – deyə əhd aldığı zaman onlar bu əhdə arxa çevirdilər və onu az bir qiymətə satdılar. Onların bu alış-verişi necə də pisdir!

Ey Peyğəmbər! Allah yəhudi və nəsranilərdən olan kitab əhlinin alimlərindən: "Allahın ki­ta­bını mütləq insanlara açıqlayacaqsınız, orada olan haqqı və Muhəmmədin - sallallahu aleyhi və səlləm - peyğəmbərliyinə dəlalət edən dəlilləri giz­lət­məyə­cək­si­niz!"– deyə əhd aldığını yadına sal. Onlar isə bu əhdi qu­laq­ardına vurub əməl etmədilər, əksinə haqqı gizlədib batili yaydılar və Allahın əhdini, əldə etdikləri şan-şöhrət və mal-dövlət kimi dünya malına, çox ucuz bir qiy­mətə dəyişdilər. Allahın əhdini dəyişdikləri bu qiymət necə də pisdir!

Aal-i-Imraan 3:187Listen in Qur'an →
188

لَا تَحْسَبَنَّ ٱلَّذِينَ يَفْرَحُونَ بِمَآ أَتَوا۟ وَّيُحِبُّونَ أَن يُحْمَدُوا۟ بِمَا لَمْ يَفْعَلُوا۟ فَلَا تَحْسَبَنَّهُم بِمَفَازَةٍۢ مِّنَ ٱلْعَذَابِ ۖ وَلَهُمْ عَذَابٌ أَلِيمٌۭ

(Ya Rəsulum!) Etdikləri əməllərə görə sevinən və görmədikləri işlərə görə tə’rif olunmağı sevən kimsələrin əzabdan xilas olacaqlarını güman etmə. Onları şiddətli bir əzab gözləyir!

Ey Peyğəmbər! Etdikləri qəbih əməllər­ə görə sevi­nən və etmədikləri xeyir iş­lə­rə gö­­rə insanlar onları tərif etməyi xoş­la­yan kim­sələrin əzabdan qur­tu­la­caq­larını əs­la zənn etmə. Onlar üçün Cəhənnəmdə ağrılı-acılı bir əzab vardır.

Aal-i-Imraan 3:188Listen in Qur'an →
189

وَلِلَّهِ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌ

Göylərin və yerin hökmü Allaha məxsusdur. Allah hər şeyə qadirdir!

Göylərin, yerin və onların içində olanların hökmranlığı, onlarda yaradılışında və idarə etmək də başqasına deyil, yalnız tək Allaha məxsusdur. Allah hər şeyə qadirdir.

Aal-i-Imraan 3:189Listen in Qur'an →
190

إِنَّ فِى خَلْقِ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَٱخْتِلَٰفِ ٱلَّيْلِ وَٱلنَّهَارِ لَءَايَٰتٍۢ لِّأُو۟لِى ٱلْأَلْبَٰبِ

Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır.

Həqiqətən, göylərin və ye­­rin misilsiz və yoxdan var edilərək yaradılmasında, gecə ilə gün­­düzün bir-bi­rini əvəz et­mə­sində və birinin uzun, digərinin isə qısa olmasında sağlam düşüncəli ağıl sahibləri üçün, yalnız kainatın Xaliqinin ibadətə layiq olduğuna dəlalət edən açıq-aydın dəlillər var­dır.

Aal-i-Imraan 3:190Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.