۞ يَسْتَبْشِرُونَ بِنِعْمَةٍۢ مِّنَ ٱللَّهِ وَفَضْلٍۢ وَأَنَّ ٱللَّهَ لَا يُضِيعُ أَجْرَ ٱلْمُؤْمِنِينَ
Onlar Allahdan gələn ne’mət və mərhəmətə görə, həm də Allahın mö’minlərin mükafatını puça çıxarmayacağına görə sevincək olurlar.
Onlar özlərinə veriləcək böyük mükafatdan əlavə, həm Allah tərəfindən onları gözləyən daha başqa böyük bir mükafata görə, həm də Allah möminlərin mükafatını heçə çıxarmayacağına, əksinə, onların mükafatlarını kamil verib, daha da artıracağın görə sevinirlər.