كَدَأْبِ ءَالِ فِرْعَوْنَ وَٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَا فَأَخَذَهُمُ ٱللَّهُ بِذُنُوبِهِمْ ۗ وَٱللَّهُ شَدِيدُ ٱلْعِقَابِ
Bunların adəti Fir’on camaatının və onlardan əvvəl gələnlərin adətinə bənzəyir! Onlar Bizim ayələrimizi təkzib etdilər. Allah da onları günahlarına görə cəzalandırdı. Allahın əzabı şiddətlidir!
Bu kafirlərin halı, Allaha küfür edib və Onun ayələrini yalan sayan Firon ailəsinin və onlardan əvvəlkilərin halına bənzəyir. Allah onlara günahlarının səbəbindən əzab verdi. Onların mal-dövləti və oğul-uşaqları onlara heç bir fayda vermədi. Allahın, Ona küfür edib və Onun ayələrini yalan sayan kimsəyə əzabı şiddətlidir.